Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1320/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1964-cü il) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşının tamam olduğu 1 iyul 2021-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Ape llyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2023-cü il tarixli, 21(105)-858/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilədək hərbi xidmətdə olmuş və xx.xx.1979-cu ildən xx.xx.1983-cü ilədək, xx.xx.1986-cı ildən hal-hazıradək əmək fəaliyyəti ilə məşğuldur.
2. Azərbaycan Respublikası 412 saylı Hərbi Hissənin 12 saylı, xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı göstərilən peşələr üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə güzəştli şərtlərlə əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun təsdiq olunmuş siyahıya əsasə n müəssisədə işləmişdir: xx.xx.1986- cı ildən xx.xx.1993-cü ilə kimi aviasiya mühərrikinin təmiri üzrə çilingər vəzifəsində (metal məmulatların və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr), 2 nömrəli siyahıya əsasən bölmə 14 (metal emalı), bənd 2151200a1753a; xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilə kimi aşındırıcı vəzifəsində, 2 nömrəli siyahıya əsasən bölmə 14 (metal emalı), bənd 2150400a-19182; xx.xx.1997-ci ildən xx.xx.2000-ci ilə kimi istehsalat ustası (qalvanika sahəsində) vəzifəsində, 2 nömrəli siyahıya əsasən bölmə 14 (metal emalı) bənd 2150500b23428; xx.xx.2000-ci ildən xx.xx.2002-ci ilə kimi qalvanik vəzifəsində, 2 nömrəli siyahıya əsasən bölmə 14 (metal emalı), bənd 2150500a1N29; xx.xx.2002-ci ildən xx.xx.2 023-cü ilə kimi aviasiya mühərrikinin təmiri üzrə çilingər vəzifəsində (metal məmulatların və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr), 2 nömrəli siyahıya əsasən bölmə 14 (metal emalı), bənd 2151200a-1753a. Avisasiya mühərrikinin təmiri üzrə çilingər aviasiya mühərriklərinin metal hissə və detallarının abraziv dairə ilə kəsilməsi, metal səthim cilalayıcı dairə ilə cilalanması, korroziyaya uğramış metal hissələrin soyulması (təmizlənməsi) ilə məşğul olur, bu işlər də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarının 2 nömrəli siyahısının bölmə 14 (metal emalı), 2151200a-1753a bəndinə uyğundur.
3. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmişdir.
4. Cavabdeh 30 noyabr 2022-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metal emalı bölməsinin (11) Metal emalının digər peşələri bölməsinin (11.14) fəhlələr yarımbəndində metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr nəzərdə tutulmuşdur. Lakin iddiaçının Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissənin 21 fevral 2022-ci il tarixli 138 nömrəli arayışında iddiaçının xx.xx.1986-xx.xx.1993-cü il və xx.xx.2002xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər ərzində adıçəkilən hərbi hissədə aviasiya mühərrikinin təmiri üzrə çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin iddiaçının işlədiyi aviasiya mühərrikinin təmiri üzrə çilingər vəzifəsi yuxarıda qeyd olunan metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr vəzifəsinə uyğun deyil. Bu səbəbdən iddiaçının 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az (5 il 7 ay 29 gün (xx.xx.1994-xx.xx.1997-ci il, xx.xx.2000- xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiql əşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 57 yaşının tamam olduğu 1 iyul 2021-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, N nömrəli hərbi hissəyə N yanvar 1986cı ildə aviasiya mühərrikinin söküntüsü üzrə çilingər vəzifəsində, N oktyabr 1986- cı ildən N dekabr 1993-cü ilə kimi aviasiya mühərrikinin təmiri üzrə çilingər vəzifəsində (metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması) ilə məşğul olan fəhlə kimi çalışmışdır. 01 dekabr 1992-ci ildə N nömrəli hərbi hissənin adı dəyişdirilərək N2 nömrəli hərbi hissə adlandırılmışdır. N dekabr 1993-cü ildən -03 mart 1994-cü ilə qədər həmin hərbi hissədə uçuş aparatlarının yığıcı çilingəri işləmişdir, 03 mart 1994-cü ildən- 15 oktyabr 1997-ci ilə qədər aşındırıcı vəzifəsində 15 oktyabr 1997-ci ildən -23 mart 2000-ci ilə kimi qalvanika sahəsində istehsalat ustası, 23 mart 2000-ci ildən -10 aprel 2002-ci ilə kimi qalvanik vəzifəsində işləmişdir. 10 aprel 2002-ci ildən -21 fevral 2022-ci ilə kimi aviasiya mühərrikinin təmiri üzrə çilingər vəzifəsində (metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması) ilə məşğul olan fəhlə və halhazıra kimi də həmin hərbi hissədə həmin işdə çalışmışdır. 10 noyabr 2015-ci ildə N2 nömrəli hərbi hissə N nömrəli hərbi hissə adlandırılmışdır. O, N oktyabr 1986-cı ildən N dekabr 1 993-cü ilə kimi aviasiya mühərrikinin təmiri üzrə çilingər vəzifəsində (metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması) ilə məşğul olan fəhlə kimi çalışmışdır ona verilən əmək kitabçasında da bu hallar öz təsdiqini tapır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissədən 21 fevral 2022-cı ildə 138 nömrəli verilən arayışda da qeyd olunmuşdur ki, o həqiqətən N oktyabr 1986-cı ildən N dekabr 1993-cü ilə kimi aviasiya mühərrikinin təmiri üzrə çilingər vəzifəsində (metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması) ilə məşğul olan fəhlə siyahıya əsasən bölmə 11.14 “a" bəndi 03 mart 1994-cü ildən 15 oktyabr 1997-ci ilə kimi aşındırıcı vəzifəsi ndə, siyahıya əsasən bölmə 11.3 “a" bəndi 15 oktyabr 1997-ci ildən 23 mart 2000-ci ilə kimi istehsalat ustası (qalvanika sahəsində) vəzifəsində, siyahıya əsasən bölmə 11.7 “b" bəndi 23 mart 2000-ci ildən 10 aprel 2002-ci ilə kimi qalvanık vəzifəsində, siyahıya əsasən bölmə 11.7 “a" bəndi 10 aprel 2002-ci ildən 21 fevral 2022- ci ilə kimi aviasiya mühərrikinin təmiri üzrə çilingər vəzifəsində (metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi cilalanması ilə məşğul olan fəhlələr), siyahıya əsasən bölmə 11.14 “a" bəndi. İşlədiyi müddətdə 1028 (min iyirmi səkkiz) təqvim günü əmək məzuniyyətində, 479 (dörd yüz yetmiş doqquz) təqvim günü ödənişsiz məzuniyyətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 412 Hərbi Hissədən verilən a rayışda da qeyd olunmuşdur ki, İddiaçı həqiqətən 26 iyul 2022-ci ildə N nömrəli N nömrəli hərbi hissədə N oktyabr 1986-cı ildən N dekabr 1993-cü ilə kimi və 10 aprel 2002-ci ildən aviasiya mühərrikinin təmiri üzrə çilingər vəzifəsində (metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr) işləyir. O, zərərli və ağır olan istehsalatda işləməyi ilə əlaqədar güzəştli şərtlərlə əmək pensiyası almaq üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala dəfələrlə müraciətlər etmişdir, lakin cavabdeh tərəfindən onun müraciəti təmin edilməmişdir.
7. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun yazılı e tiraz verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
8. Sumqayıt İnzibati Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2-1(118)-N86/2023 nömrəli qərarı ilə (hakim L.Mirzəyeva) iddia tələbi təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2021-ci ildən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası 412 saylı Hərbi Hissənin 12 saylı, xx.xx.2023-cü il tarixli arayışında da qeyd edilmişdir ki, aviasiya mühərrikinin təmiri üzrə çilingər aviasiya mühərriklərinin metal hissə və detallarının abraziv dairə ilə kəsilməsi, metal səthin cilalayıcı dairə ilə cilalanması, korroziyaya uğramış metal hissələrin soyulması (təmizlənməsi) ilə məşğul olur, bu işlər də Azərbaycan Respublikası Nazirlər K abinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarının 2 nömrəli siyahısının bölmə 14 (metal emalı), 2151200a-1753a bəndinə uyğundur. İddiaçının vəzifə funksiyalarını yerinə yetirdiyi aviasiya mühərrikinin təmiri üzrə çilingər vəzifəsinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin siyahısında metal məmulatların və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr adında 2151200a1753a kodu ilə qeyd edilməsi, iddiaçıya pensiya təyin edilməsi üçün mane deyildir.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2023-cü il tarixli, 2-1(105)-858/2023 nömrəli qərarı ilə (hakimlər: G.Cabbarova - sədrlik edən və məruzəçi, A.Süleymanova və H.Babayeva) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 15 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlar əsasında iddiaçının işlədiyi xx.xx.1986-xx.xx-1993-cü illərdə və xx.xx.2002-xx.xx.2006-ci illərdə aviasiya mühərriki üzrə çilingər peşəsi müvafiq Qərarla təsdiq edilmiş Siyahı üz rə güzəştli şərtlər əmək pensiya hüququ verən peşələrə aid olması halı müəyyən edildiyindən, cavabdeh tərəfindən bu halı təkzib edən heç bir dəlilə istinad edilmədiyindən, iddiaçının 12 il 6 aydan artıq (N il 6 ay N gün olması) güzəştli iş stajına malik olması halı öz təsdiqini tapmışdır.
13. Həmin nəticəyə gələrkən apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında Qanunun 9.1, 9.8-ci, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13, 67-ci və Əmək Məcəlləsinin 112, 128, 129-ci maddələrinə istinad etmişdir.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayətində iddiaçının işlədiyi xx.xx.1986-xx.xx-1993-cü illərdə və xx.xx.2002-xx.xx.2006-ci illərdə aviasiya mühərriki üzrə təmir çilingəri vəzifəsində işlədiyi dövrlərin müvafiq Qərarın 11-ci bölməsinin 11.14 yarımbəndində qeyd edilmiş vəzifəyə uyğun olmaması halına istinad edərək, həmin dövrləri iddiaçı ilə bağlı sosial sığorta stajının hesablanması zamanı güzəştli iş stajı kimi nəzərə almamış, ona əsasən iddiaçının güzəştli iş stajının malik olmadığını bildirir, habelə iddiaçının işlədiyi dövrdə N ay ödənişsiz əmək məzuniyyətdə olduğunu, bu halın da stajın hesablanması zamanı nəzərə alınmalı olduğunu, bununla da iddiaçının ümumi və güzəştli iş stajının tamamlanmamasını qeyd etmişdir
16. Kassator hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 9.1 v ə 9.8-ci maddəsinin tələbi pozulmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfin dən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surə tdə təyin edilir. 20. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa... Qeyd: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən, həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Maddə
67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.
21. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar ü zrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmç inin bu Məcəllənin 1N.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdiril ə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
22. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.
23. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-641/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli; 2-1(102)-1094/2022 nömrəli, 05 iyul 2022-ci il tarixli; 2-1(102)171/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli qərarları. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanu niliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
27. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri mə qbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.
29. Hazırkı mübahisə mahiyyət etibarı ilə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır.
30. İddiaçının hüququ yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tələblərinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin o lunması üçün 2006cı il yanvarın 1-dək iddiaçının ən azı 25 il ümumi sığorta stajına malik olması və həmin stajın ən azı 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplanması, eləcə də 57 yaşının tamam olması şərtlərinin ödənilməsi tələb olunur.
31. Məhkəmə kollegiyası ilk öncə iddiaçının ümumi stajı ilə bağlı qeyd edir ki, cavabdeh iddiaçının 479 gün ödənişsiz məzuniyyətdə olmasını qeyd etsə də, həmin müddət nəzərə alınmasa belə iddiaçının 26 il 30 gün ümumi iş stajının olması işdə olan əmək kitabçası ilə öz təsdiqini tapır.
32. Cavabdehin imtinasının eləcə də apellyasiya və kassasiya şikayətinin digər dəlili olan iddiaçının işlədiyi sahənin müvafiq Siyahıda aid olmaması ilə bağlı məhkəmə kollegiyası aşağıdakıl arı qeyd edir.
33. Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında da qeyd etmişdir ki, əgər iddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin m üəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər (H.X.Əhmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 2-1(102)-641/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli; K.Q.Yusifov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 2-1(102)-1094/2022 nömrəli, 05 iyul 2022-ci il tarixli; Z.A.Ağayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 2-1(102)-171/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli və s.).
34. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-ci il və xx.xx.2023-cü il tarixli arayışlara istinad etməklə düzgün müəyyən etmişdir ki, iddiaçının işlədiyi xx.xx.1986-xx.xx-1993-cü illərdə və xx.xx.2002-xx.xx.2006-ci illərdə aviasiya mühərriki üzrə çilingər peşəsi müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə güzəştli şərtlər əmək pensiya hüququ verən peşələr üzrə uyğunluq təşkil edir.
35. Belə ki, həmin arayışlarda ətraflı olaraq iddiaçının xüsusi stajı qeyd edilmiş, faktiki olaraq gördüyü işlər sadalanmış, həmçinin işlədiyi peşənin güzəştli şərtlərlə pe nsiya hüququ verən peşə olması göstərilmişdir.
36. Beləliklə, hazırkı qərarın 19-20-ci bəndlərində qeyd olunan dispozisiya şərtlərinin iddiaçıya münasibətdə ödənildiyi işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur.
37. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
38. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
39. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə hazırki qərarın 18-21(a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Odur ki, kassasiya şikayətin əsassız olduğundan təmin edilməməli, şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə koll egiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2023-cü il tarixli, 2-1(105)-858/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.