Məhkəmə qərarları › İş №2-1(102)-1320/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1320/2025

09.10.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1320/2025 09.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: kameral qərarın ləğvi; 75 faiz güzəşt; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(103)-105/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə uyğun olaraq riskli vergi ödəyicisi hesab olunmuş və qeyd olunan qərarla vergi ödəyicisi İddiaçı riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır.

2. X7 üzrə Baş İdarəsinin “Vergilərin, so sial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********587000 №-li, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, 22289,72 manat əlavə vergi və ya sığorta haqqı məbləği hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabeh X7 üzrə Baş İdarəsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2022-ci il üzrə hesablanmış 29719,63 manat məbləğində gəlir vergisinin silinməsi məqsədilə X7 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********587000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, (VÖEN: **********) sahibkar olaraq fəaliyyəti faktiki olaraq Azərbaycanın müxtəlif bölgəl ərində yaşayan və sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan vətəndaşların öz fərdi təsərrüfatlarında yetişdirib kəsdikləri aldığına görə onlar tərəfindən malın alışına dair hər hansı sənəd təqdim olunmur. Bu səbəbdən də, Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfindən sənədsiz mal satdığına görə o, riskli vergi ödəyiciləri siyahısına əlavə edilmiş və 2022-ci il üzrə 172780,95 manat dövriyyəyə Vergi Məcəlləsi ilə mikro sahibkarlara nəzərdə tutulmuş güzəşt və xərc sənədləri olmadığı halda Vergi Məcəlləsinin 83.9-cu maddəsinə istinad edilərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilən şərti rentabellik norması tətbiq edilərək, gəlir vergisi hesablanmalı olduğu halda, birbaşa olaraq 20% vergi dərəcəsi tətbiq edilərək, xx.xx.2023-cü il tarixli **********587000 nömrəli “V ergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə qanunsuz olaraq 2022-ci il üzrə 29719,63 manat məbləğində gəlir vergisi hesablanmışdır. Hesablanmış vergilər və onun vergi orqanı tərəfindən riskli vergi ödəyicisi hesab edilməsi tam əsassızdır. Riskli vergi ödəyicisi olması belə, vergi ödəyicisinin vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün güzəşt və hüquqlardan məhrum olunması anlamına gəlməz.

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, elektron uçot məlumat bazasına əsasən vergi ödəyicisinin fəaliyyət növü “ət və ət məhsullarının pərakəndə satışı” olmuşdur. Vergi ödəyicisi 2022-ci il üzrə gəlir vergisi bəyannaməsini təqdim edərkən mikro sahibkarlar üçün nəzərdə tutulmuş 75%-lik güzəşt hüququnda n istifadə etmiş, lakin bu zaman riskli vergi ödəyicisi olduğunu nəzərə almadığından, qeyd olunan hal vergidən yayınma halı kimi qiymətləndirilərək, kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Bununla əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********605200 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu və 2022-ci ilin gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və vergi bəyannaməsi təqdim edilmədiyindən, 2022-ci ilin gəlir vergisi üzrə 22289,72 manat ((148598,14 * 20%)- 7429,91) əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********587000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. İddiaçı öz ərizəsində mal ətini müxtəlif şəxslərdən aldığı üçün hər hansı sənəd tərtib olunmadığını, vergi orqanı tərəfindən sahibkarın 2022-ci il üzrə fəaliyyəti ilə əlaqədar Vergi Məcəlləsində mikro sahibkarlar üçün nəzərdə tutulmuş güzəştin tətbiq edilməli olduğunu bildirmiş, o cümlədən vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısına salınmasını əsassız hesab etmişdir. İddiaçı vergi orqanının xx.xx.2023-cü il tarixli Qərarı ilə “Riskli vergi ödəyicisi” hesab edilmişdir. Belə ki, həmin qərara əsasən iddiaçı tərəfindən xx.xx.2022-xx.xx.202 2 tarixlərində 22062 manat dəyərində təqdim edilmiş e-qaimə fakturalar üzrə satışda “dana budu, dana beli, quzu qəfəsi” qeyd olunmasına baxmayaraq, vergi ödəyicisinin alışında (idxalında) həmin mallara rast gəlinməmişdir. Bundan əlavə, həmin malların saxlanması ilə əlaqədar vergi ödəyicisinin hər hansı təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alınmadığı müəyyən olunmuşdur. Qeyd olunanlar nəzərə alınmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1, 3.1.1 və 2.1.3-cü bəndlərinə əsasən iddiaçı riskli vergi ödəyicisi hesab olunmuşdur. İddia ərizəsindən göründüyü kimi, iddiaçı aldığı malların sənədsiz olduğunu etiraf edir ki, bu halda Nazirlə r Kabinetinin müəyyən etdiyi meyarların müvafiq bəndlərinin birbaşa pozuntusu deməkdir. Vergi Məcəlləsinin 102-ci maddəsi gəlir vergisindən azadolmalar və güzəştlərin siyahısını müəyyən edir. Həmin Məcəllənin 102.1.30-cu maddəsinə görə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Maddəni məzmunundan da aydın görünür ki, sözügedən güzəşt bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlara münasibətdə tətbiq olunur. Halbuki iddiaçı vergi qanunvericiliyinin tələblərinə əməl etməklə gəlir və xərclərinin uçotunu düzgün aparmadığından inzibati orqan tərəfindən müv afiq qərarla riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Belə olan halda iddiaçı tərəfindən qeyd olunan vergi güzəştini tətbiq etməklə bəyannamə təqdim edilməsi yolverilməzdir və bu cür hallar inzibati orqan tərəfindən vergidən yayınma kimi qiymətləndirilməklə daim nəzarətdə saxlanılır. Başqa sözlə, iddiaçı yalnız riskli vergi ödəyicisi hesab olunmasına əsas olmuş halları aradan qaldırdıqdan sonra müvafiq güzəşt və azadolmalardan istifadə ilə əlaqədar vergi orqanına müraciət edə bilər.

6. Bakı İnzibati Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2-1(112)-1430/2024 nömrəli qərarı (X1) ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin İddiaçı (VÖEN **********) barəsində qəbul etdiyi xx.xx.202 3-cü il tarixli **********587000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 2022-ci il üzrə gəlir vergisi bəyannaməsi təqdim etmiş, lakin xərclərə dair təsdiqedici sənədi olmadığından ödənilməli mənfəət vergisini Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı təsdiq edilmiş şərti rentabelik normasına əsasən hesablamışdır. İddiaçının xərclərə dair təsdiqedici sənədinin olmaması onun satdığı malların alışına hər hansı xərc çəkmədiyini göstərmir. Lakin vergi orqanı iddiaçının malların təqdim edilməsindən əldə edilən gəlirinin olduğunu qəbul etsə də, hər hansı əsas olmadan həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri tanımaqdan imtina etmiş dir. Mübahisələndirilən qərardan müəyyən olunur ki, əlavə verginin hesablanmasına əsas olaraq, Nazirlər Kabinetinin 265 saylı qərarının 2.1.1, 2.1.3, 3.1.1-ci yarımbəndlərinə əsasən xx.xx.2023-cü il tarixli **********456500 nömrəli qərarla riskli vergi ödəyicisi siyahısına daxil edildiyi məlum olmuşdur ki, bunun da kənarlaşmanın yaranmasına səbəb olması göstərilmişdir. Halbuki hazırda mübahisələndirilən əlavə vergi məbləğinin hesablanmasına əsas olmuş əməliyyatlar iddiaçı tərəfindən 2022-ci ildə aparılmış, həmçinin təqdim olunmuş bəyannamə və hesabat dövrü də məhz 2022-ci ilin gəlir vergisi üzrə, yəni iddiaçının riskli vergi ödəyicisi hesab olunması barədə qərarın qəbul edilməsindən əvvəlki dövrə aid olmuşdur.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsin i və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(103)-105/2025 nömrəli qərarı (X5, X2 və X4) ilə Bakı İnzibati Məhkəməsinin 29 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətində işin halları, iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, vergi ödəyicisi tərə findən xx.xx.2001-ci il tarixli 55 saylı qərarı təsdiq edilmiş şərti rentabellik normasına əsasən xərc hesablanmamışdır. Məhkəmənin iş materiallarında olan hansı sənədə əsasən bu qənaətə gəlməsi ümumiyyətlə aydın deyildir. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamədə 151 920,95 manat gəlir, 3322,81 manat isə xərc məbləği bəyan olunmuşdur. Hansı ki, vergi orqanı tərəfindən də aparılmış hesablamada eynilə vergi ödəyicisinin bəyan etdiyi kimi 151 920,95 manat gəlir, 3322,81 manat isə xərc məbləği nəzərə alınmaqla hesablama aparılmışdır. Vergi ödəyicisinin bəyannaməsinin təsdiqlənməməsinin səbəbi onun şərti rentabellik normasına əsasən xərc hesablaması ilə əlaqədar deyil, vergi ödəyicisi tərəfindən təqdim olunmuş 2022-ci il üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində V ergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən 111 448,60 manat güzəşt məbləğinin qeyd edilməsi ilə əlaqədardır. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunması na baxmayaraq, həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur.

13. İddiaçı aldığı malların alış sənədləri yəni, xərc sənədlərinin olmadığını etiraf etmişdir. Belə olan halda həmin dövrdə qüvvədə olan VM-nin 102.1.30-cu maddəsinə əsasən 75% güzəştin tətbiq olunması üçün xərcin uçotunun aparılması da tələb olunduğundan vergi ödəyicisi tərəfindən xərcin uçotunun aparılmamasına baxmayaraq, gəlir vergisi bəyannaməsində 75% güzəşt tətbiq olunması qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasıdır. Bu səbəbdən də vergi ödəyicisinin bəyannaməsi təsdiqlənməmiş, vergi ödəyicisinin təqdim etdiyi bəyannamədə qeyd olunan gəlir və xərc məbləği nəzərə alınmaqla, güzəşt məbləği isə tətbiq olunmadan vergi ödəyicisinə hesablama aparılmışdır. İndiki halda məhkəmənin vergi orqanının ləğv edilməsinə dair qərar çıxarması vergi ödəyicisinin qanunvericiliyin tələblərini pozmaqla təqdim etdiyi bəyannamənin qüvvədə qalmasına səbəb olacaqdır. Məhkəmə isə qeyd olan halları ümumiyyətlə nəzərə almayaraq, qərarda iddiaçının bəyannamədə şərti rentabellik norması əsasında özünə xərc hesablamasına dair qeydindən də göründüyü kimi məhkəmə işin hallarını kifayət qədər araşdırmadan, yekun qərar qəbul etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyər ək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya i nstansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

16. Kassasiya şikayəti vaxtında verilmiş, formal bax ımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətlənd irilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

19. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

20. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifə sindən irəli gəlir.

21. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır.

22. Hazırkı iş üzrə iddiaçın ın hüquqi marağı və məqsədi cavabdehin onun barəsində qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsinə nail olmaqdan ibarətdir.

23. İş materiallarında olan iddiaçının bəyannaməsindən (iş v. 94) görünür ki, iddiaçı vergi orqanına təqdim etdiyi 2022 gəlir vergisi bəyannaməsində gəlir və xərclərini bəyan etmiş, həmçinin Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkar kimi gəlirlərinin 75 faizini gəlir vergisindən azad etmişdir.

24. İddiaçı 2022-ci il vergi dövrü üzrə gəlir vergisi bəyanında Vergi Məcəlləsinin 102.1.30-cu maddəsində nəzərdə tutulan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi miqdarında güzəştdən istifadə etmişdir. Cavabdeh iddiaçının gəlir və xərclərini mübahisələndirməmiş, iddiaçının riskli vergi ödəyicisi olması halından çıxış edərək mikro sahibkar kimi gəlirlərinin 75 faizinin azad edilməsi hüququ olmadığına istinadən, 2022-ci ilin gəlir vergisi üzrə 22289,72 manat əlavə vergi məbləği hesablamışdır.

25. İşə baxan apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericiliyin təhlilinə əsasən, riskli vergi ödəyicisi hesab olunma birmənalı olaraq ödəyicinin gəlirlərin və xərclərin uçotunu aparmadığını şərtləndirmir. Odur ki, həmin qərarın nəticəsində əlavə araşdırma aparmadan (avtomatik olaraq) vergi ödəyicisinin qeyd edilən güzəşt hüququndan məhrum edilməsi qanuni hesab edilə bilməz.

26. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli qərarın qəbul edilməsi zamanı qüvvədə olan Vergi Məcəlləsinin 102.1.30 -cu maddəsinin redaksiyasına əsasən, bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır.

27. Məhkəmə kollegiyası razılaşır ki, riskli vergi ödəyicisi hesab olunma birmənalı olaraq ödəyicinin gəlirlərin və xərclərin uçotunu aparmadığını şərtləndirmir. Belə ki, “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri”nin mübahisəli qərarın qəbulu zamanı qüvvədə olan redaksiyasında riskli vergi ödəyicisi hesab edilməsinin əsaslarında həm də gəlirlərin və xərclərin uçotu ilə bağlı olmayan əsaslar olmuşdur, məsələn, beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər.

28. Lakin, Qaydaların 3.1.1-ci bəndinə nəzərdə tutulan hal - vergi ödəyicisinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidləri göstərməsi, onun gəlirlərin və xərclərin uçotunu aparmayan ödəyici olmasına dair məntiqi nəticə doğurur.

29. Hazırkı halda da, iddiaçı məhz, Qaydaların 3.1.1-ci bəndinə əsasən riskli vergi ödəyicisi hesab edilmişdir.

30. Beləliklə, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının riskli vergi ödəyicisi hesab olunma əsası olan əməliyyatları və həmçinin 2022-ci il üzrə gəlir vergi bəyannaməsi predmeti olan bütün əməliyyatların uçotunun düzgün aparılıbaparılmamasını araşdırmalıdır.

31. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş yuxarıda qeyd olunan xüsusatların araşdırılması və qiymətləndirilməsi üçün təkrar apellyasiya məhkəməsinə qaytarılmalı, kassasiya şikayəti qalan hissədə təmin olunmamalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(103)- 105/2025 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar