Məhkəmə qərarları › İş №2-1(102)-1321/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1321/2019

21.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1321/2019 21.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “57 yaşı tamam olduğu 24.09.2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiy asının təyin olunması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-135/2019 saylı, 24 yanvar 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 21 may 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xxx 1959-cu ildə anadan olmuşdur. 01.09.1976-cı il tarixdən 16.07.1977-ci il tarixədək 101 nömrəli Peşə Məktəbində avtomobil çilingəri ixtisası üzrə təhsil almış, 21.11.1977-ci il tarixdən 13.11.1979-cu il tarixədək hərbi xidmətdə olmuşdur. Əmək kitabçasına əsasən o, 16.11.1981-ci il tarixdən 16.04.1982-ci il tarixədək 2 nömrəli İstehsalat Qazanxanasında mövsümi qazanxanaçı, 10.05.19 82-ci il tarixdən 14.01.1987-ci il tarixədək Mingəçevir Quraşdırma İdarəsində santexnik, 14.01.1987-ci il tarixdən 27.10.1989-cu il tarixədək çilingər-santexnik, 27.10.1989-cu il tarixdən 07.01.1991-ci il tarixədək qaynaqçı işləmişdir. 16.01.1991-ci il tarixdə V.İ. Lenin adına X1ynaqçı vəzifəsinə qəbul edilmiş, 28.11.2008-ci il tarixdən işdən azad edilmişdir. İddiaçı hüququnun yarandığı 24 sentyabr 2016-cı il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh 18 sentyabr 2018-ci il tarixli məktubla bildirmişdir ki, iddiaçının müraciəti əsassız olduğundan sənədləri geri qaytarılır. İddiaçı cavabdehə qarşı 3 oktyabr 2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.09.1976-16.07.1977-ci illərdə 101 sayl ı Texniki peşə məktəbində təhsil aldığı, 1977-1979-cu illərdə SSRİ silahlı qüvvələrində həqiqi hərbi xidmətdə olduğu illərin sosial sığorta stajına daxil edilməsini, əmək kitabçasında qeyd edilmiş 16.11.198116.04.1982-ci illərdə 2 nömrəli internat qazanxanasında mövsümü qazanxanaçı vəzifəsində işlədiyi, 10.05.1982-06.08.1986-ci illərdə Mingəçevir Quraşdırma İdarəsində santexnik vəzifəsində işlədiyi illərin, 14.01.1987-07.01.1991-ci illərdə 17 nömrəli STD-də işlədiyi illərin və 16.01.1991-28.11.2008-ci illərdə V.İ.Lenin adına X1ynaqçı vəzifəsində işlədiyi illərin güzəştli iş stajı kimi hesablanması və “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı işlədiyi illər güzəştli şərtlərlə pensiya almaq hüququ yaradan iş stajına aid olduğundan o, 57 yaşı tamam olan tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq cavabdehə müraciət etmişdir. Cavabdehin verdiyi cavab iddiaçını qane etmədiyindən və qanunla qorunan mənafeyinə toxunduğundan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 38, 60, 71, 149-cu, Əmək Məcəlləsinin 87-ci, “Əmək pensiyaları haqqında” Qanunun 4.1, 9.1, 21.1, 31.1, 31.2, 32.1, 37.7-ci, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 3-cü maddəsinə istinad edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-1(84)-1644/18 saylı i ş) 4 dekabr 2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. İş apellyasiya instansiyası məhkəməsinin icraatında olarkən iddiaçı 21 yanvar 2019cu il tarixdə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasına ərizə təqdim edərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin 4 dekabr 2018-ci il tarixli, 2-1(84)-1644/18 saylı qərarının tamamilə ləğv edilməsi, iddia tələbinin qismən təmin olunması, yəni iddiaçının 01.09.1976-16.07.1977-ci illərdə 101 saylı Texniki peşə məktəbində təhsil aldığı, 1977-1979-cu illərdə SSRİ silahlı qüvvələrində həqiqi hərbi xidmətdə olduğu illərin sosial sığorta stajına daxil edilməsi, əmək kitabçasında qeyd edilmiş 16.11.1981-16.04.1982-ci illərdə 2 nömrəli internet qazanxanasında mövsümü qazanxan açı vəzifəsində işlədiyi, 10.05.1982-06.08.1986-ci illərdə Mingəçevir Quraşdırma İdarəsində santexnik vəzifəsində işlədiyi illərin, 14.01.1987-07.01.1991-ci illərdə 17 nömrəli STD-də işlədiyim illərin və 16.01.1991-01.01.2006-cı illərdə V.İ.Lenin adına X1ynaqçı vəzifəsində işlədiyi illərin güzəştli iş stajı kimi hesablanması və “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən ona 57 yaşı tamam olan 24.09.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X5-məruzəçi, X6 və X3, 2-1(107)-135/2019 saylı iş) 24 yanvar 2019-cu il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini təmin edərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin 4 dekabr 2018-ci il tarixli qərarını ləğv etmiş, iş üzrə yeni qərar çıxarmaqla iddianı təmin etmiş, cavabdehin üzərinə iddiaçının 57 yaşı tamam olduğu 24.09.2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması öhdəliyini qoymuşdur. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaçının həm iş stajı, həm də işlədiyi vəzifə ona 57 yaşdan, yəni 24.09.2016-cı il tarixdən güzəştli şərtlərlə pensiya təmin olunmasına hüquq verməsinə baxmayaraq cavabdeh orqan icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, qərar qəbul edərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilmədən və əsaslandırılmadan id diaçının müraciəti əsassız olduğu üçün sənədləri geri qaytarılmışdır. Cavabdeh 7 fevral 2019-cu il tarixdə qərarın surətini almış, 20 fevral 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: 1 yanvar 2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən “axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) çalışan sığortaolunanların kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqd a və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ” əldə edirlər. İddiaçı 1996-2005-ci illərdə ödənişsiz məzuniyyətdə olduğu üçün işləməmiş və əmək haqqı almamışdır. Bu, müəssisə tərəfindən verilmiş əmək haqqı arayışı ilə tam təsdiqlənir. Məhkəmə qərarında əmək kitabçasına əsasən sosial sığorta stajının hesablanması göstərilmişdir. Lakin “Əmək pensiyaları haqqında” Qanunda əmək kitabçasındakı qeydlərə əsasən sosial sığorta stajının hesablanması barədə hər hansı bir maddə yoxdur. Sosial sığorta stajı deyilərkən “Əmək pensiyaları haqqında” Qanunun 1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə vətəndaşın iş və digər fəaliyyət dövrləri başa düşülür. 1 996-2005-ci illərin əmək kitabçasına istinad edərək sosial sığorta stajına daxil edilməsinin hansı Qanunla tənzimlənməsi məhkəmə qərarında qeyd olunmamışdır. Ancaq Qaydalara istinad olunmuşdur. Şikayət əsaslandırılarkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu, “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci, “Sosial sığorta haqqında” Qanunun 8-ci maddəsinə istinad edilmişdir. əsaslandırma hissəsi: İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı 24 sentyabr 1959-cu ildə anadan olmuşdur. İddiaçı hesab edir ki, ona 57 yaşdan (24.09.2016-cı ildən) güzəştli şərtlə pensiya təyin edilməlidir. Mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Cavabdeh imtinasını hər hansı fakt və hüquq norması ilə əsaslandırmasa da, kassasiya şikayətinin dəlilində iddiaçının 1996-2005-ci illərdə ödənişsiz məzuniyyətdə olduğu üçün işləmədiyinə, əmək haqqı almadığı və sosial sığorta tutulmadığına və “Əmək pensiyaları haqqında” Qanunun 21.1, habelə “Sosial sığorta haqqında” Qanunun 8-ci maddəsinə istinad etmişdir. İddiaçı 1 sentyabr 1976-cı ildən 16 iyul 1977-ci ilə qədər texniki peşə m əktəbində təhsil almış, 21 noyabr 1977-ci ildən 13 noyabr 1979-cu ilə qədər hərbi xidmətdə olmuşdur. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş 1 oktyabr 1956-cı il tarixli “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə görə ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. Həmçinin, SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 109-cu bəndinin i) yarımbəndində sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanların təhsil dövrü ümumi əmək stajına aid edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.11-ci mad dəsinə əsasən, hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla) sığortaolunanın sığorta stajına daxil edilir. Bəhs edilən normativ aktlara əsasən, iddiaçının təhsil və hərbi xidmət dövrü onun sosial sığorta stajına daxil edilməlidir. İddiaçının əmək kitabçasında olan məlumatlara görə 21 noyabr 1977-ci ildən 1 yanvar 2006-cı ilədək ayrı-ayrı peşələrdə işləmişdir. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin a) bəndinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş q aydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 70-ci maddəsində qeyd edilir ki, pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. Bu qayda “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsində də əksini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. Sadalanan hüquq normalarına görə iddiaçının əmək kitabçasında olan dövr onun sosial sığorta stajına daxil edilməlidir. Cavabdehin mövqeyinə görə iddiaçı 1996-2005-ci illərdə ödənişsiz məzuniyyətdə olduğu üçün işləmədiyinə və əmək haqqı almadığına görə həmin dövr onun sosial s ığorta stajına daxil edilə bilməz. Əmək kitabçasından və əmrlərdən görünür ki, iddiaçı 18 yanvar 1991-ci il tarixli əmrlə X10 Birliyində 4-cü dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsinə qəbul edilmiş, 28 noyabr 2008-ci il tarixli əmrlə öz ərizəsinə əsasən, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi ilə vəzifəsindən azad edilmişdir. Göründüyü kimi, iddiaçı cavabdehin mübahisə açdığı dövrdə X10 Birliyinin işçisi sayılmışdır. 2018-ci il aprelin 1-dən qüvvəyə minmiş “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 6 mart 2018-ci il tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığort a haqları üzrə borcları tam məbləğdə silinir. Adı çəkilən Qanuna görə 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silindiyindən, 2006-cı ilin yanvarın 1-dək iddiaçının əmək haqqı almadığına və əmək haqqından sosial sığorta tutulmadığına görə 1996-2005-ci illərin iddiaçının sığorta stajına daxil edilməməsi barədə cavabdehin dəlilləri əsaslı sayıla bilməz. İddiaçının 57 yaşının tamam olduğu vaxta qədər ümumi stajının 25 ildən çox olması, həmin dövrün ən azı 12 il 6 ayının qaz qaynaqçısı, elektrik qaz qaynaqçısı işləməsi təsdiq edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yeri ndən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə ç alışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir. Siyahının Ümumi peşələr adlanan 35-ci bölməsində qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi göstərilmişdir. İddiaçının ən azı 12 il 6 ay Siyahıda göstərilən peşə üzrə fəaliyyət göstərməsi sübuta yetmişdir. İddiaçının 57 yaşı tamam olan vaxt onun 12 il 6 ay Siyahıda göstərilən peşə üzrə fəaliyyət göstərməsi və həmin vaxta qədər 25 ildən az olmayan ümumi stajı mövcud olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər ə mək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Bəhs edilənlərə əsasən, apellyasiya məhkəməsinin qərarı əsaslı olmuşdur. Odur ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və A zərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-135/2019 saylı, 24 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar