Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1321/2020 30.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı “xxxx” QSC-nin cavabdehlər Azərbaycan Respublikası X11 Komitəsinə və Azərbaycan Respublikası X15 Komitəsi yanında X2 Təşkili X12 qarşı iş üzrə QƏRARİ Açar sözlər: özəllədirilən torpaq sahəsinin qiymətinin müəyyən edilməsi Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X3 və X5 ibarət tərkibdə, Cahanov Məhəmməd Atakişi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, vəkili Vəkil, cavabdehin nümayəndəsi X6 və vəkili Hüseynova Esmira Hüseyn qızının iştirakları ilə, iddiаçı “xxxx” QSC-nin cavabdehlə r Azərbaycan Respublikası X11 Komitəsinə və Azərbaycan Respublikası X15 Komitəsi yanında X2 Təşkili X12 qarşı bildirişlərin qanunsuz hesab edilməsi və torpaq sahəsinin qiymətləndirilməsinin icra sənədi verilən zaman qüvvədə olan əsasnamənin tələblərinə uyğun aparılması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-92/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-164/15 saylı xx xxxx 2015-ci il tarixli qərarı ilə “xxxx” QSC-nin iddiası təmin edilmiş, iddiaçının istifadəsində olan, Bakı şəhəri, B inəqədi rayonu Ə.Naxçıvani küçəsi-55 ünvanda yerləşən 0,44 hektar torpaq sahəsinin özəlləşdirilməsi Azərbaycan Respublikası Dövlət X11 Komitəsi Yanında X2 Təşkli X12 həvalə edilmişdir. Həmin qərar xx.xx.2016-cı il tarixdə qanuni qüvvəsini almış və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən xx.xx.2016-cı il tarixli icra vərəqəsi verilmişdir. İcra məmuru Agentliyə xx.xx.2016-cı il tarixli, xx.xx.2015-cı il tarixli, xx.xx.2016-cı il tarixli bildirişlər göndərməsinə baxmayaraq, tələb cavabdeh tərəfindən icra edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə görə 9-cu zonada yerləşən torpağın 1 kv. metri 12,40 manat təşkil edirdi. Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli qərarı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə dəyişiklik edilmiş və torpaq sahəsinin bazar qiymətinə əsasən müəyyən olunması təsbit olunmuşdur. Komitə xx.xx.2016-cı il tarixli bildirişlə, “xxxx” QSC-nin istifadəsində olan, özəlləşdirilməsi barədə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qüvvəyə minmiş 2-1 (81 )-164/15 saylı qərarı olan, 4346.2 kv.m. torpaq sahəsini 869.000 manata satın alınması və ya satınalma hüququ ilə icrayə götürülməsini təklif etmişdir. İddiaçı 16/1832 saylı xx.xx.2016-cı il tarixli və 17/1901 saylı xx.xx.2017-ci il tarixli məktublarla X11 Komitəsinə müraciət edərək, 1 saylı Bakı İnz ibati-İqtisadi Məhkəməsinin 2-1(81)-164/15 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən özəlləşdirilməli olan 0,44 hektar torpaq sahəsinin dəyərinin Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin tələblərinə uyğun müəyyən olunmuş qaydada (1 kv.m – 12,40 manat) ödənilməsi üçün tələbnamənin verilməsini xahiş etmiş, lakin onun müraciətləri cavabsız qalmışdır. Bundan sonra iddiаçı cavabdehlər X11 Komitəsinə (bundan sonra – Komitə) və X11 Komitəsi yanında X2 Təşkili X12 (bundan sonra - Agentlik) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin bildirişlərinin qanunsuz hesab edilməsi, “xxxx” QSC-nin istifadəsində ola n ünvan 2 ünvanında yerləşən 0,44 hektar torpaq sahəsinin qiymətləndirilməsi, icra sənədi verilən zaman qüvvədə olan Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisəsi və obyektlərin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin tələblərinə uyğun aparılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun istifadəsində olan ünvan 2 ünvanda yerləşən 0,44 hektar torpaq sahəsinin qiymətləndirilməsi, icra sənədi verilən zaman qüvvədə olan Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin tələblərinə uyğun aparılmalıdır. Cavabdehin etiraz dəlilləri: İddiaçı ilə Komitə arasında torpaq sahəsinin alqı-satqısı üzrə hüquq münasibətinin yarandığı vaxt icra sənədinin verildiyi zaman deyil, alqı-satqı müqaviləsinin bağlanılacağı zamandır. Bu səbəbdən də iddiaçı ilə cavabdeh arasında torpaq sahəsinin alqı-satqısı ilə bağlı yaranacaq hüquq münasibətinə həmin münasibətin yarandığı zaman qüvvədə olan qanunvericilik norması tətbiq edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2-1(81)-1852/2017 saylı qərarı ilə (hakim M.Bayramov) iddia təmin edilərək, cavabdehlərin “xxxx” QSC-nin istifadəsində olan ünvan 2 ünvanında yerləşən 0,44 ha torpaq sahəsinin yeni qiymətlərlə təklif edilməsinə dair b ildirişlərin qanunsuz hesab edilməsi, “xxxx” QSC-nin istifadəsində olan ünvan 2 ünvanında yerləşən 0,44 hektar torpaq sahəsinin qiymətləndirilməsi, icra sənədi verilən zaman qüvvədə olan Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisəsi və obyektlərin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin tələblərinə uyğun aparılması X15 Komitəsi yanında X2 Təşkili X12 həvalə edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı-nin cavabdehlərin bildirişlərinin qanunsuz hesab edilməsinə dair iddia tələbini iddianın mümkünlüyü nöqteyi nəzərdən araşdıraraq hesab edir ki, iddiaçı bildirişləri inzibati akt kimi qəbul etməklə, həmin bildirişlərin inzibati akt kimi qanunsuz hesab edilməsini tə ləb etməkdə haqlıdır. Həmin qərardan cavabdehlər apelyasiya şikayəti vermiş, qəraın ləğv olunmasını və iddinın rədd olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli 2-1(103)2236/2017 saylı qərarı ilə (hakimlər M.Tağızadə (sədrlik edən və məruzəçi), Ü.Mayılov və K.Abiyeva) cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2-1(81)-1852/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdehlər kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(102)-284/2018 saylı qərarı ilə cavabdehlər in kassasiya şikayətləri qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(103)-2236/2017 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(103)-128/2019 saylı qərarı ilə (hakimlər H.Həmidov (sədrlik edən və məruzəçi), E.Nağıyeva və V.Baxışova) cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2-1(81)-1852/2017 saylı qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Həmin qərardan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzidati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-2302/2019 saylı qərarı ilə iddiaçının kassasiya şikayət i təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(103)-128/2019 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-92/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər A.Nuriyeva (sədrlik edən və məruzəçi) V.Məmmədov və C.Yusifov) cavabdehlər Komitə və Agentlik tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2-1(81)-1852/2017 saylı qərarı birinci tələb üzrə dəyişdirilmiş, Komitənin “xxxx” QSC-nin istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 55 ünvanda yerləşən 0,44 hektar torpaq sahəsinin yeni qiymətlərlə təklif edilməsinə dair xx xxxxxx 2016-cı il tarixl i bildirişi qanunsuz hesab edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi-55 ünvanda yerləşən 0,44 hektar torpaq 1 sahəsini özəlləlləşdirilməsi (satın alma hüququ) göstərilən məhkəmə qərarının hələ qəbul edilməsinədək yarandığından, məhkəmə "xxxx" QSC-nin belə bir hüququnu nəzərə almaqla xx xxxx 2015-ci il tarixdə göstərilən qərarı qəbul etdiyindən, həmin tarixdən zaman etibarı ilə daha sonra qəbul edilmiş normativ aktla müəyyən edilmiş qiymət "xxxx" QSC-nə tətbiqi onun vəziyyətini (maddi vəziyyətini) pisləşdirdiyindən ona tətbiq oluna bilməz. Göründüyü kimi cavabdeh Agentlik qanunla və onun fəaliyyətini tənzimləyən Azərbaycan Respublikası Prezi dentinin xx xxx 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnamə ilə onun fəaliyyətinə aid olan məsələnin ona aid olmamasına əsaslanmaqla iddiaçının tələbinin təmin edilməsindən imtina etmiş və hazırda da əsassız olaraq həmin dəlillərlə iddiaya etiraz edir. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində işin faktiki halları barədə iddia ərizəsində təsvir olunan hallar və cavabdehin yuxarıda qeyd olunan etiraz dəlilləri təkrarlanmışdır. Tərəflərin izahatları: Cavabdeh X11 Xidmətinin nümayəndəsi X10 və vəkili Hüseynova Esmira Hüseyn qızının kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərə k şikayətin təmin olunmasını xahiş etdilər. İddiaçının nümayəndəsi X4 və vəkili Vəkil kassasiya şikayətinin dəlilləri ilə razılaşmadıqlarını bildirərək rədd olunmasını xahiş etdilər. Əsaslandırıcı hissə Məhkəmə kollegiyası Agentliyin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kass asiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, aşağı məhkəmə instansiyalarının müəyyən etdiyi işin faktik hallarından göründüyü kimi iddiaçı, bildirişlərin qanunsuz hesab edilməsi və torpaq sahəsinin qiymətləndirilməsinin icra sənədi verilən zaman qüvvədə olan Əsasnamənin tələblərinə uyğun aparılmasını tələb edir. Məhkəmələr qeyd etmişdir ki, cavabdehin həm imtina cavabının, həm də apelyasiya və kassasiya şikayətinin dəlillərindən göründüyü kimi əsas dəlili iddiaçı ilə Komitə arasında torpaq sahəsinin alqı-satqısı ilə bağlı hüquq münas ibətinin yarandığı vaxt icra sənədinin verildiyi zaman deyil, alqı-satqı müqaviləsinin bağlanılacağı zamandır. Bu səbəbdən, iddiaçı ilə cavabdeh arasında torpaq sahəsinin alqı-satqısı ilə bağlı yaranacaq hüquq münasibətinə həmin münasibətin yarandığı zaman qüvvədə olan qanunvericilik norması tətbiq edilməlidir. Məhkəmə kollegiyası bu dəlili əsassız saymış və bildirmişdir ki, iş materiallarında Komitə tərəfindən iddiaçıya xx xxxxxx 2016-cı il tarixli bildiriş mövcuddur və iddia ərizəsində yalnız həmin bildirişdən bəhs edilir, iddiaçıya ünvanlanmış digər bildiriş iş materiallarında yoxdur. Bundan başqa məhkəmələr hesab etmişdir ki, iddiaçının istifadəsində olan 0,44 hektar torpaq sahəsinin qiymətləndirilməsinin, icra sənədi verilən zaman qüvvədə olan Nazirlər Kabinetinin 1998ci il 27 aprel t arixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin tələblərinə uyğun aparılmasından cavabdeh tərəfindən imtina edilməsi əsassızdır. Çünki 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 164/2015 saylı, xx xxxx 2015-ci il tarixli qərarı ilə iddiaçının istifadəsində olan 0,44 hektar torpaq sahəsinin özəlləşdirilməsi Agentliyə həvalə edilmişdir. Həmin qərar xx.xx.2016-cı il tarixdə qanuni qüvvəsini almış və xx.xx.2016-cı il tarixdə icraya yönəldilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və oby ektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında» Əsasnamənin 13-cü bəndinə əsasən X13 Komitəsi ərizənin daxil olduğu andan 20 gün müddətində obyektin mülkiyyətçisinə torpaq sahəsinin dəyərini müəyyən olunmuş qaydada ödəmək üçün ödəmə tələbnaməsi verir və müəyyən olunmuş məbləğ ödənildikdən sonra 10 gün müddətində alqı-satqı müqaviləsini bağlamaqla alıcıya müvafiq şəhadətnamə verir. Göründüyü kimi, cavabdehin hərəkəti Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli, 93 nömrəli Qərarı ilə təsdiq edilmiş «Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında» Əsasnamənin tələblərinə ziddir. İddiaçının 0,44 hektar torpaq sahəsini özəlləşdirilməsi (satın alma hüququ) göstərilən məhkəmə qərarının hələ qəbul edilməsin ədək yarandığından, məhkəmə iddiaçının belə bir hüququnu nəzərə almaqla xx xxxx 2015-ci il tarixdə göstərilən qərarı qəbul etmişdir. Odur ki, iddiaçının satın alma hüququ xx xxxx 2015-ci il tarixədək qüvvədə olan qiymətlə həyata keçirilməlidir. Həmin tarixdən zaman etibarı ilə daha sonra müəyyən edilmiş qiymətlərin iddiaçıya tətbiqi onun vəziyyətini (maddi vəziyyətini) pisləşdirdiyindən, ona tətbiq oluna bilməz. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və əlavə olaraq bildirir ki, iddiaçının sözügedən torpaq sahəsini özəlləşdirmə hüququ 2005-ci ildə yaranmışdı və bununla bağlı cavabdehə müraciət etmişdi. By hüququn həyata keçirilməsi barədə məhkəmə qərarı da vardı və həmin qərar xx.xx.2016cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.2016-cı il tarixdə icraya yönəl dilmişdi. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. “İcra haqqında” qanunun 3.1-ci maddəsində deyilir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin qanunun 12.1-ci maddəsinə görə bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata k eçirməlidir. Torpağın özəlləşdirilməsi ilə bağlı maneə məhz cavabdeh tərəfindən və hər hansı obyektiv səbəb olmadan tərədilmişdi və qərarın icra olunmadığı dövrdə şərtlər iddiaçının ziyanına dəyişmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi, geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsi, həmin aktın qəbul edilməsindən qabaq yaranmış hüquq münasibətinə tətbiq edilməsidir. Buna əsasən də məhkəmə haqlı olaraq hesab etmuşdir ki, iddiaçının 0,44 hektar torpaq sahəsini özəlləşdirmə hüququ qanunvericiliyə edilən də yişiklikdən əvvəl yarandığına görə və qanuna sonradan edilmiş dəyişiklik iddiaçının vəziyyətini pisləşdirdiyinə görə ona münasibətdə tətbiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktik hallar üzrə düzgün nəticəyə gəlmiş, maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır və apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İPM-nin 96.9-cu maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublik ası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-92/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1321/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1321/2020
30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver