Məhkəmə qərarları › İş №2-1(102)-1321/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1321/2022

26.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1321/2022 26.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: büdcədənkənar vəsaitlər, pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1974, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “məlumat vərəqəsinin müvafiq əlavələr göstərilməklə aidiyyəti quruma göndərilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegi yasının 2-1(103)-515/2022 nömrəli, 08 aprel 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1998 - 2019-cu illərdə 20 ildən artıq gömrük orqanlarında xidmət etmiş və 8 may 2019-cu il tarixdə onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir.

2. Cavabdeh tərəfindən iddiaçının barəsində "məlumat vərəqəsi” tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti qurumuna göndərilmişdir.

3. İddiaçı həmin məlumat vərəqəsində göstərilənlərlə razılaşmamış və onun 2014 - 2018-ci illərdə əmək haqqına bütün əlavələr əks olunmaqla yeni məlumat vərəqəsinin tərtib edilməsi və aidiyyəti üzrə g öndərilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya 2014 - 2018-ci illərdə (60 ay) ödənilmiş əmək haqqı və əlavələrin (təminat xərcliyi, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclər nəzərə alınmaqla) ödənilməsi göstərilməklə tərtib edilən məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiа onunla əsaslandırılmışdır ki, iddiaçı 1 1 avqust 1998-ci il tarixdən 8 may 2019-cu il tarixədək Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə çalışmışdır. 11 avqust 2018-ci il tarixdə xüsusi rütbəsi olmaqla 20 təqvim ili iş stajı toplamış və bununla da onun Azərbaycan Respublikası qanunvericiliyinə əsasən pensiya hüququ yaranmışdır. Ona “Əmək pensiyaları haqqında” Qanunun 20.14-cü maddəsinə uyğun olaraq 2019-cu ilin iyul ayından əmək pensiyası təyin edilmişdir. Həmin pensiya təyinatı cavabdeh orqan tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim edilən məlumat vərəqəsinə əsasən aparılmışdır. Lakin sözügedən məlumat vərəqəsi əsasında pensiya hesablanarkən əmək haqqına əlavələr öz əksini tapmamış, buna görə də nəzərdə tutulan məbləğdən xeyli az pensiya hesablanmışdır. Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2013-cü il tar ixli 38 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin müəyyən faizi Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavə kimi verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan əlavələrdən qanunvericiliklə nəzərdə tutulmuş dövlət ödənişləri də həyata keçirilmişdir. Dəfələrlə cavabdehə müraciət edərək, pensiyanın düzgün hesablanması üçün Dövlət Sosial Müdafiə Fonduna gömrük orqanları əməkdaşlarının aylıq vəzifə maaşına edilən əlavələr göstərilməklə yeni məlumat vərəqəsinin göndərilməsini xahiş etmişdir. Lakin ona bildirilmişdir ki, məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna müraciət edilməlidir. Dövlət Sosial Müdafiə Fonduna müraciət etdikdə isə, həmin qurumdan Dö vlət Gömrük Komitəsi tərəfindən məlumat vərəqəsinin düzgün tərtib edilmədiyi bildirilmişdir. Belə olan halda, onunla bərabər çalışan və əmək pensiyası alan iş yoldaşlarından fərqli olaraq ona təyin olunmuş pensiya məbləği fərqlənir və qeyri-bərabərlik yaranır. Sonuncu dəfə cavabdehə müraciət edərək məlumat vərəqəsinin işlədiyi dövrdə aylıq vəzifə maaşına edilən əlavələrlə yenidən tərtib olunmasını xahiş etmişdir. Komitənin cavab məktubunda ona yenidən bildirilmişdir ki, bu məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna müraciət olunması məqsədəuyğundur. Hesab olunur ki, cavabdeh tərəfindən ona ünvanlanmış məktub qanunsuzdur və əsassız olaraq onun Konstitusiyada təsbit olunmuş hüquqlarını məhdudlaşdırır.

6. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya dair etiraz onunla əsaslandırılmışdır k i, iddiaçının iddiası əsassız olduğundan rədd edilməlidir. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçının iddia tələbi büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələrin və 2014-cü il tarixdən 2018-ci il tarixədək, yəni 60 aya aid ona ödənilmiş əmək haqqının və digər növ əlavələrin ödənilməsinə barədə yeni məlumat vərəqəsi tərtib edilməklə Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti qurumuna təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” 30 noyabr 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə dəyişiklik edilmiş, qeyd olunan maddədə “digər əlavələrdən” sözlərindən sonra “büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla” sözləri əlavə edilmişdir. Bu Qanun 1 yanvar 2019-cu il tarixdə qüvvəyə minmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları” “Əmək pensiyaları haqqında” Qanunun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır. Qeyd olunan Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun 1.0.3-cü və 1.0.4-cü maddələrində nəzərdə tutulmuş şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində təminat xərcliyinin nədən ibarət olması, Nazirlər Kabinetinin 27 avqust 2007ci il tarixli 135 saytı Qərarı ilə təsdiq edilmiş “ Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlarının təqdim olunması Qaydaları”nın 2-ci bəndində isə təminat xərcliyinin hesablanma qaydası müəyyən edilmişdir. Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmətkeçmə haqqında” Əsasnamənin 93-cü maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxslərinin əmək haqqı vəzifə maaşlarından, xüsusi rütbələrə, fasiləsiz xidmət illərinə, elmi dərəcəyə görə əlavələrdən, habelə natural şəkildə verilməyən ərzaq payının dəyərindən və qanunvericilikdə nəzərdə tutulan digər əlavələrdən ibarətdir. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçı barəsində cavabdeh tərəfindən tərtib edilmiş məlumat vərəqəsi “Əmək pensiyaları haqqında” Qanuna və Naz irlər Kabinetinin 17 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarına uyğun olaraq hazırlanmış və DSMF aidiyyəti qurumuna təqdim edilmişdir. İddiaçı iddiasında 2014 - 2018-ci illərdə, yəni 60 aya aid ona ödənilmiş əmək haqqının və digər növ əlavələrin ödənilməsinə barədə yeni məlumat vərəqəsi tərtib edilməklə DSMF-nin aidiyyəti qurumuna təqdim edilməsini mübahisələndirmişdir. Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 113-cü maddəsinə əsasən gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Qanun ilə müəyyən edilir. Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqları 1 yanvar 2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanun ilə müəyyən edilir. Qeyd edilən Qanun eyni zamanda indiki qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiya hüquqlarını da nəzərə alır. “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinin tələblərindən aydın görünür ki, iddiaçının iddia ərizəsində 2014-2018-ci illərdə, yəni 60 aya aid ona ödənilmiş əmək haqqının və digər növ əlavələrin ödənilməsinə barədə yeni məlumat vərəqəsi tərtib edilməklə DSMF-nin aidiyyəti qurumuna təqdim edilməsi tələbi də əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunda iddiaçının qeyd olunan tələbini tənzimləyən hər hansı bir normanın olmaması da hazırki iddia tələbinin əsassız olmasının bariz sübutudur.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2469/2021 nömrəli, 13 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakim R.L.Kərimli) iddia tələbi təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi iddianı təmin etməməsini onunla əsaslandırmışdır ki, əmək pensiyaları haqqında qanunvericilik gömrük orqanlarının xüsusi rütbəli əməkdaşını hərbi qulluqçu ilə bərabər tutaraq ona pensiya təyinatını “təminat xərcliyi” ilə şərtləndirir, hansı ki, bu barədə onun xidmət etdiyi orqan tərəfindən müvafiq məlumat vərəqəsi tərtib edilərək DSMF orqanına göndərilməsi nəzərdə tutulur. Lakin nəzərə alınmalıdır ki, iddiaçının gömrük orqanlarında xidmətinə 2019-cu ilin yanvar ayının 1-dən sonra xitam verilmişdir və həmin tarixdən qüvvədə olan qanunvericilik normaları büdcədənkənar vəsaitlər hesabına verilən əlavə və digər ödənişləri təminat xərcliyini müəyyən edən məbləğlər sırasından istisna edir. Belə olan halda, cavabdeh inziba ti orqan tərəfindən müvafiq inzibati icraat çərçivəsində gömrük orqanlarında xidmət etmiş əməkdaş kimi onun büdcədənkənar vəsaitlər hesabına aldığı əlavənin təminat xərcliyinin bir elementi qismində barəsində tərtib olunan məlumat vərəqəsində göstərilməməsi qanunsuz hərəkət sayıla bilməz.

9. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-515/2022 nömrəli, 08 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2469/2021 nömrəli, 13 se ntyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçının işlədiyi dövrlərdə cavabdeh tərəfindən ödənilmiş əmək haqqına dair vəzifə maaşından, rütbəyə görə vəsaitdən, xidmət illərə görə vəsaitdən, ərzaq pulundan, məzuniyyət pulundan, maddi yardım və sair əlavələr, kompensasiyadan, digər əlavələrdən ödənilmiş vəsaitlərdən 3% sosial sığorta və 22 % DSMF-yə ayırmalar olmuşdur.

14. İddiaçı tərəfindən almış olduğu əmək haqqına dair məhkəm əyə sübutlar təqdim edilməsinə baxmayaraq, işə baxan məhkəmə tərəfindən həmin sübutlar tam və hərtərəfli araşdırılmamış və qiymətləndirilməmişdir. İddiaçının almış olduğu əmək haqqına daxil olan vəsaitlərin büdcədənkənar vəsaitlər olduğunun sübut edən hər hansı sənəd cavabdeh tərəfindən təqdim edilməmişdir. Məhkəmə iddiaçının büdcədənkənar vəsaitlər almasını təsdiq edən sənədi cavabdehin nümayəndəsindən tələb etməmiş, cavabdehin nümayəndəsi sübut təqdim edə bilməmişdir.

15. Qanunvericiliyin tələblərinə əsasən iddiaçı xüsusi rütbəli şəxs kimi pensiyaya çıxarkən onların dövlət qulluqçusu kimi işlədikləri dövrlərin axırıncı 24 ayı və ya 60 ayı ərzində aldıqları əmək haqqına uyğun pensiya seçmək hüquqları vardır ki, cavabdehin qanunsuz hərəkətlərinə görə bu hüquqdan məhrum edilmişdir.

16. Ba kı Apellyasiya Məhkəməsinin qərarında qeyd edilən qanunvericiliyin tələbləri iddiaçının vəziyyətini ağırlaşdıran hal olduğu qeyd edilməlidir. Çünki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktlar geriyə qüvvəyə şamil edilir. Lakin məhkəmənin qərarı iddiaçının sosial vəziyyətində çətinlik yaradır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 17. “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2017-ci il tarixli 1207 nömrəli Fərmanı ilə gömrük sisteminin büdcədənkənar inkişaf fonduna da xil olan vəsaitin 60 faizinin Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunması nəzərdə tutulmuşdur. 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 30 noyabr 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə dəyişiklik edilmiş, qeyd olunan maddədə “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilmişdir. Bu Qanun 01 yanvar 2019-cu il tarixdən qüvvəyə minmişdir. 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğu n olaraq hazırlanmışdır.

21. Qeyd olunan Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü və 1.0.4-cü maddələrində nəzərdə tutulmuş şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. 22. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində təminat xərcliyinin nədən ibarət olması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 saylı qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olun ması” Qaydalarının 2ci bəndində isə təminat xərcliyinin hesablanma qaydası müəyyən edilmişdir.

23. Azərbaycan Respublikasının 07 dekabr 1999-cu il tarixli 768-İQ №-li Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 93-cü maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxslərinin əmək haqqı vəzifə maaşlarından, xüsusi rütbələrə, fasiləsiz xidmət illərinə, elmi dərəcəyə görə əlavələrdən, habelə natural şəkildə verilməyən ərzaq payının dəyərindən və qanunvericilikdə nəzərdə tutulan digər əlavələrdən ibarətdir.

24. Azərbaycan Respublikasının 07 dekabr 1999-cu il tarixli 768-İQ №-li Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 113-cü maddəsinə əsasən gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

25. Qeyd edilənlərdən də göründüyü kimi iddiaçı barəsində Dövlət Gömrük Komitəsi tərəfindən tərtib edilmiş məlumat vərəqəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarına uyğun olaraq hazırlanmış və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş d igər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Maddə

3. Əmək pensiy ası təminatı hüququ... 3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir....

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”

28. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borc ludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyas ı məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

33. Məhkəmə kollegiyası qeyd edir ki, k assasiya şikayətinin mahiyyətcə apellyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək və onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq həmin qərarın təsdiqi ilə kifayətlənmək mümkündür.

34. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından, cavabdeh tərəfindən iddiaçıya büdcədənkənar vəsaitlər hesabına ödənilmiş əlavələr nəzərə alınmaqla yeni məlumat vərəqəsinin tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi ilə bağlı məsələni apellyasiya məhkəməsi tələb olunan həcmdə və lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apelyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apelyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir və bu səbəbdən kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

35. Bununla belə, məhkəmə kollegiyası hazırkı mübahisəyə münasibətdə əlavə olaraq qeyd edir ki, işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından iddiaçının pensiya hüququ verən xidmət illərinə görə 08 may 2019-cu il tarixdən gömrük orqanlarında xidmətinə xitam verildiyi görünür. Cavabdeh tərəfindən iddiaçı barəsində müvafiq məlumat vərəqəsi tərtib edilərək aidiyyəti quruma göndərilmişdir. 36. “Əmək pensiyaları haqqında” Azərbaycan Respubl ikası Qanununun 01 yanvar 2019-cu il tarixdən qüvvədə olan redaksiyasına görə, təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.

37. Həmin Qanunun 01 yanvar 2019-cu il tarixdən qüvvədə olan 20.30-cu maddəsinə görə, bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır.

38. Bundan əlavə, ““Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 2019-cu il 27 mart tarixli, 126 nömrəli Qərarı ilə “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 2-ci hissəsinə “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilmişdir. İstinad olunan qaydaların 2-ci bəndinin hazırkı redaksiyasına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-c i maddəsinə əsasən, bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir.

39. Beləliklə, mübahisəyə dair işin müəyyən olunmuş hallarından görünür ki, "Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci və 20.30-cu maddələri 01 yanvar 2019-cu il tar ixdən, yəni iddiaçının hüququnun yarandığı tarixdən əvvəl qüvvəyə minmişdir. Belə ki, pensiya hüququ verən xidmət illərinə görə iddiaçının gömrük orqanlarında xidmətinə 08 may 2019-cu il tarixdən xitam verilmişdir. Başqa sözlə, iddiaçının əmək pensiyası hüququ yuxarıda istinad olunan normaların qüvvəyə minməsindən sonrakı tarixdə yaranmışdır.

40. Göründüyü kimi, cavabdeh məlumat vərəqəsini şəxsin hüququnun yarandığı dövrdə qüvvədə olan yuxarıda istinad edilən normaların tələblərinə uyğun olaraq tərtib etmiş və aidiyyəti quruma göndərmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçının hüququnun yarandığı 08 may 2019-cu il tarixdən artıq “Əmək pensiyaları haqqında” Qanunla 01 yanvar 2019-cu il tarixdən, “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təq dim olunması Qaydaları” ilə isə 27 mart 2019-cu il tarixdən təminat xərcliyinin hesablanması zamanı büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələrin və digər ödənişlərin nəzərə alınması imperativ qaydada istisna edilmişdir.

41. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-515/2022 nömrəli, 08 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar