Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1322/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinə (üçüncü şəxs Vergilər Nazirliyi yanında Vergi Cinayətləri İbtidai Araşdırma Departamentinin iştirakı ilə)qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin nümayəndəsi Samir Əhmədovun və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinə (üçüncü şəxs Vergilər Nazirliyi yanında Vergi Cinayətləri İbt idai Araşdırma Departamentinin iştirakı ilə) qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 30 yanvar 2019-ci il, 2-1(107)-119/2019 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 10 aprel 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı "İddiaçı" MMC cavabdeh 11 saylı Ərazi Vergilər Departamentinə qarşı 12.10.2018-ci il tarixli **********128700 nömrəli "Vergilərin hesablanması barədə qərarın ləğv edilməsibarədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Eyni zamanda o, ərizə təqdim edərək işə mahiyyəti üzrə baxılıb qərar qəbul edilənə qədər Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin üzərinə iddiaçının "xxxx" ASC-də olan AZ87PAHA40090AZNHC********** nömrəli bank hesabına qoyulmuş 15.11.2018-ci il tarixli **********3A, 16.11.2018-ci il tarixli **********0A nömrəli, 22.11.2018-ci il tarixli **********43A nömrəli, "xxxx" ASC-nin Səbail filialında olan AZ35İBAZ******************** nömrəli bank hesabına qoyulmuş 15.11.2018-ci il tarixli **********9D nömrəli, 22.11.2018-ci il tarixli **********5A nömrəli, 27.11.2018-ci il tarixli **********4A nömrəli sərəncamların götürülməsi və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin və 11 saylı Ərazi Vergilər Departamentinin üzərinə həmin bank hesablarına 26360,70 manat borc məbləği ilə bağlı təkrar sərəncamların qoyulmasından çəkinmək vəzifəsinin qoyulm ası barədə müvəqqəti xarakterli müdafiə barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, 12.09.2018-ci il tarixli **********22100, **********199200, **********197800, **********194700, **********198500, **********195400 nömrəli, 11.10.2018-ci il tarixli **********374100, **********602900, **********509100 nömrəli, 12.10.2018-ci il tarixli **********128700 nömrəli "Vergilərin hesablanması barədə qərar”ların ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda, iddiaçı sadalanan qərarlara əsasən "İddiaçı" MMC-nin "xxxx" ASC-də olan AZ87PAHA40090AZNHC********** nömrəli bank hesabına qoyulmuş 27.11.2018-ci il tarixli **********2A nömrəli və "xxxx" ASC-nin Səbail filialında olan AZ35İBAZ*** ***************** nömrəli bank hesabına qoyulmuş 27.11.2018-ci il tarixli **********3A nömrəli və AZ25İBAZ******************** nömrəli bank hesabına qoyulmuş 27.11.2018-ci il tarixli **********4A nömrəli sərəncamların götürülməsi barədə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin üzərinə öhdəlik qoyulması və həmin qərarlarda göstərilən əlavə hesablanmış məbləğlərlə bağlı təkrar sərəncamların qoyulmaması üçün 11 saylı Ərazi Vergilər Departamenti və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin üzərinə öhdəlik qoyulması haqqında müvəqqəti xarakterli müdafiə barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 07.12.2018-ci il tarixli iş № 2-1(84)1879/2018, (sədrlik edən hakim V.Qasımov) qərardadı ilə cavabdeh 11 saylı Ərazi Vergilər Dep artamenti tərəfindən çıxarılmış 12.09.2018-ci il tarixli **********199200 nömrəli, **********197800 nömrəli, **********194700 nömrəli, **********222100 nömrəli, **********195400 nömrəli, **********198500 nömrəli, 11.10.2018-ci il tarixli **********509100 nömrəli, **********374100 nömrəli, **********602900 nömrəli, 12.10.2018-ci il tarixli **********128700 nömrəli "Vergilərin hesablanması barədə" qərarlara əsasən iddiaçı "İddiaçı" MMC-nin "xxxx" ASC-də olan AZ87PAHA40090AZNHC********** nömrəli bank hesabına qoyulmuş 27.11.2018-ci il tarixli **********2A nömrəli, "xxxx" ASC-nin Səbail filialında olan AZ35İBAZ******************** nömrəli bank hesabına qoyulmuş 27.11.2018-ci il tarixli **********3A nömrəli və AZ25İBAZ******************** nömrəli bank hesabına qoyulmuş 27.11.2018ci il tarixli * *********4A nömrəli sərəncamların götürülməsi, 12.09.2018-ci il tarixli **********22100, **********199200, **********197800, **********194700, **********198500, **********195400 nömrəli, 11.10.2018-ci il tarixli **********374100, **********602900, **********509100 nömrəli, 12.10.2018-ci il tarixli **********128700 nömrəli "Vergilərin hesablanması barədə qərar"larla hesablanmış məbləğlərlə bağlı həmin bank hesablarına təkrar sərəncamların qoyulmasından hazırkı iş üzrə çıxarılacaq yekun qərar qanuni qüvvəyə minənədək çəkinmək vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamentinin və üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin üzərinə qoyulması qərara alınmışdır. Məhk əmənin qeyd olunan qərardadından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 07.12.2018-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərardadın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 30.01.2019-cu il tarixli iş № 2-1(107)-119/2019 (hakimlər M.Hüseynov - sədrlik edən və məruzəçi, G.Abbasov və R.Rəfiyev) qərardadı ilə birinci instansiya məhkəməsinin 07.12.2018-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,məhkəmə iş üzrə qərardad qəbul edərkən, iş üçün əhəmiyyətli olan faktiki halları tam aydınlaşdırılmamış və nəticədə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə nəticələnən qanunsuz qərardad qəbul etmişdir. Belə ki, elektron vergi hesab faktura məlumatlarına əsasən ”İddiaçı” MMC 2017-ci ilin fevral ayında 92748,30 manat, mart ayında 73028,56 manat, may ayında 2970,10 manat, avqust ayında 17527,30 manat, oktyabr ayında 7189,50 manat, noyabr ayında 35842,45 manat, 2018-ci ilin yanvar ayında 96315,69 manat, mart ayında 100090,40 manat, may ayında 30200,33 manat dəyərində (ƏDV-siz) mallar (işlər, xidmətlər) təqdim etmişdir. Nəticədə təqdim edilmiş elektron vergi hesab faktura məlumatlarına əsasən kameral vergi yoxlaması ilə qeyd olunan dövrlər üzrə vergi ödəyicisinə əlavə vergi məbləğləri hesablanmışdır. 2017-ci ilin fevral ayın da 83868,30 manat dövriyyə üzrə 15096,29 manat (83868,30 x 18%) ƏDV (8880 manat fərqin yanvar ayının hesabatında göstərilmişdir), 2017-ci ilin digər aylarında isə təqdim edilmiş elektron vergi hesab fakturalara görə dövriyyə məbləğinə 18% dərəcə tətbiq edilməklə ƏDV hesablanmışdır. 2018-ci ilin yanvar ayında 71185,79 manat dövriyyə məbləği üzrə 12813,44 manat ƏDV, mart ayında 101995,89 manat dövriyyə məbləği üzrə 18359,26 manat ƏDV və may ayında isə 17532,61 dövriyyə məbləği üzrə 3155,87 ƏDV hesablanmışdır. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2016-cı ilin mənfəət vergisi bəyannaməsində sənədlərlə təsdiq olunmamış xərc məbləği aşkar edilmişdir ki (sənədlərlə təsdiq olunmuş xərc məbləği 100479,09 manat sonuncu təqdim olunmuş bəyannamə üzrə isə xərc məbləği 809691,93 manat), buna görə d ə 790769,95 manat dövriyyə üzrə Nazirlər Kabinetinin 55 saylı qərarı əsasında 12 oktyabr 2018-ci il tarixində kameral vergi yoxlaması ilə 26360,70 manat əlavə mənfəət vergisi hesablanmışdır. Qeyd edək ki, 20 dekabr 2018-ci il tarixdən 30 yanvar 2019-cu il tarixədək vergi ödəyicisi İddiaçı (VÖEN **********) tərəfindən dövlət büdcəsinə ümumilikdə 30585,8 manat məbləğində ödəniş edilmiş və həmin ödənişlər nəzərə alınmaqla ödəyicinin 30 yanvar 2019-cu il tarixə dövlət büdcəsinə olan borcu sıfıra bərabər olmuşdur. Apelyasiya məhkəməsi qərardadında iddiaçının vergi borcunun olmadığı, mövcud vəziyyətin dəyişdiyini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli 21(84)-1879/2018 saylı qərardadının nəticələrinin və pul vəsaitlərinin alınması barədə sərəncamların qoyulması və ya on ların götürülməsi ilə bağlı hüquqi nəticələrin aradan qalxdığını, vergi orqanı tərəfindən iddiaçının vergi borcu ilə bağlı pul vəsaitlərinin bank hesabından alınması barədə sərəncamların geri çağırıldığını qeyd etmişdir. Lakin buna baxmayaraq Şəki İnzibati-İqtisadi Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli 2-1(84)-1879/2018 saylı qərardadını dəyişdirmədən qüvvədə saxlamışdır. X1 Məcəlləsinin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Qeyd olunan maddənin normasından aydın olur ki, müvəqqəti xarakterli müdafiə barədə qərardad maraqlı şəxsin hüquqlarının qoru nmasına yönəlmiş təminat tədbiridir. Hazırkı halda isə 07 dekabr 2018-ci il tarixdə qəbul olunmuş müvəqqəti xarakterli müdafiə barədə qərardad maraqlı şəxs olan “xxxx” MMC-nin dövlət büdcəsinə olan borcunun onun bank hesablarından tutulmasının qarşısını almağa yönəlmiş təminat tədbiri idi. Məhkəmə tərəfindən isə 30 yanvar 2019-cu il tarixli 2-1(107)-119/2019 saylı qərardadı ilə vergi orqanının üzərinə qoyulmuş “təkrar sərəncamların qoyulmasından çəkinmək öhdəliyinin” nəyə görə götürülmədiyinə aydınlıq gətirilməmişdir. Eyni zamanda qeyd etməyi zəruri hesab edirik ki, hazırkı vəziyyətdə iddiaçı tərəfindən mübahisələndirilən qərarlar üzrə borc məbləği ödəndiyindən şərait dəyişdiyinə görə cavabdehin üzərinə qoyulmuş öhdəliyə dair qərardad ləğv edilməlidir. Ancaq mövcud şərait yaranmasaydı, yən i iddiaçı tərəfindən borc məbləği ödənməmiş olsaydı belə iddiaçının vergi orqanı tərəfindən hesablanmış vergi və tətbiq edilmiş maliyyə sanksiyası məbləği ilə razılaşmayaraq həmin hesablamanı mübahisələndirmək hüququ ilə yanaşı, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.11-2-ci maddəsinə əsasən vergi ödəyicisinə vəzifə müəyyən edilmişdir ki, vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları zamanı hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyalarından verilmiş şikayətə məhkəmədə baxıldığı dövrdə və həmin şikayət üzrə məhkəmənin çıxardığı qərar qanuni qüvvəyə minənədək (vergi ödəyicisinin həmin vəsaitləri öz razılığı ilə ödədiyi hallar istisna olmaqla) əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etməlidir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli, 2-1(107)-119/2019 saylı qərardadının ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərardad qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 30 yanvar 2019-cu il tarixli qərard adının ləğv edilməsi barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Əhmədov da, cavabdehin vəkili Vəkilçıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 30 yanvar 2019-cu il tarixli qərardadının ləğv edilməsi barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi Nərmin Mirzəyeva məhkəmə iclasına vəkilsiz gəldiyi üçün, üçüncü şəxsin nümayəndəsi isə məhkəmə iclasına gəlmədiyi üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 30 yanvar 2019-cu il tarixli qərardadı qismən, yəni, 30 yanvar 2019-cu il tarixli qərardadın nəticə hissəsinin birinci instansiya məhkəməsinin 07 dekabr 2018-ci il tarixli qərardadının “qərara aldı” hissəsinin ikinci abzasının, yəni, 12.09.2018-ci il tarixli **********22100, **********199200, **********197800, **********194700, **********198500, **********195400 nömrəli, 11.10.2018-ci il tarixli **********374100, ********* *602900, **********509100 nömrəli, 12.10.2018-ci il tarixli **********128700 nömrəli “Vergilərin hesablanması barədə qərar”larla hesablanmış məbləğlərlə bağlı həmin bank hesablarına təkrar sərəncamların qoyulmasından hazırkı iş üzrə çıxarılacaq yekun qərar qanuni qüvvəyə minənədək çəkinmək vəzifəsi cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamentinin və üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin üzərinə qoyulsun dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməli, iddiaçının ərizəsi həmin hissədə rədd edilməli, apelyasiya instansiyası məhkəməsinin 30 yanvar 2019-cu il tarixli qərardadı qalan hissədə qüvvədə saxlanılmalı, sadəcə olaraq birinci instansiya məhkəməsinin 07 de kabr 2018-ci il tarixli qərardadının “qərara aldı” hissəsinin birinci abzasında “götürülsün” sözü əvəzinə İnzibati Prosessual Məcəllənin 40.1-ci maddəsinə müvafiq olaraq “dayandırılsın” hüquqi termini yazılmalı, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər b ir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 30 yanvar 2019-cu il tarixli, 2-1(107)-119/2019 saylı qərardadla, iddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinin apelyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli, 2-1(84)-1879/2018 nömrəli qərardadının dəyişdirilmədən saxlanması qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə, Vergi Məcəlləsinin 65.1, 65.2-ci maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, hazırkı vəziyyətdə tərəflər arasında müvəqqəti xarakterli müdafiə barədə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli, 2-1(84)-1879/2018 nömrəli qərardadının nəticələri, həmçinin pul vəsaitinin alınması barədə sərəncamların qoyulması və ya onların götürülməsi ilə bağlı hüquqi nəticələr aradan qalxmış, iddiaçının dövlət büdcəsinə ödənilməmiş borcu qalmamış, vergi orqanı tərəfindən iddiaçının vergi borcu ilə bağlı pul vəsaitinin bank hesabından alınması barədə sərəncamlar geri çağırılmış, bunlara baxmayaraq cavabdeh vergi orqanı verdiyi apelyasiya şikayətindən imtina etməmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi hazırki məhkəmə baxışının predmetini apelyasiya instansiyası məhkəməsinin İnzibati Prosessual Məcəllə nin 40-cı maddəsinə istinadən qəbul etdiyi 30 yanvar 2019-cu il tarixli qərardad təşkil edir. Bilindiyi kimi İnzibati Prosessual Məcəllənin “müvəqqəti xarakterli müdafiə” adlanan 40-cı maddəsi adından da bəlli olduğu üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirlərinə həsr olunmuşdur. Belə ki, İnzibati Prosessual Məcəllənin 40.1-ci maddəsinə görə maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən ərizə məh kəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə müvafiq olaraq məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Beləliklə, yuxarıda göstərilmiş prosessual hüquq normalarından göründüyü kimi, məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri görüldüyü zaman prosessual qanunlarda konkret hüquqi terminlər müəyyən edilmişdir. Lakin birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi 07 dekabr 2018-ci il tarixli qərardadının “qərara aldı” hissəsinin birinci abzasında İnzibati Prosessual Məcəllənin 40-cı maddəsində ümumiyyətlə nəzərdə tutulmamış termindən “götürülsün” sözündən istifadə etmişdir ki, bu da, yol verilməzdir ki, bu termin çıxarılaraq İnzibati Prosessual Məcəllənin 40-cı maddəsində müəyyən edilmiş “dayandırılsın” hüquqi termini ilə dəyişdirilməlidir. Lakin apelyasiya instansiyası məhkəməsi sözügedən prosessual termin pozuntusunu nəzərə almamış və birinci instansiya məhkəməsinin 07 dekabr 2018-ci il tarixli qərardadının bu hissəsini dəyişdirmədən qüvvədə saxlamışdır. Eyni zamanda birinci instansiya məhkəməsinin 07 dekabr 2018-ci il tarixli qərardadının “qərara aldı” hissəsinin ikinci abzası da yanlışdır. Belə ki, istənilən inzibati orqanının üzərinə gələcəkdə hər hansı bir təkrar sərəncamın, qərarın və ya digər in zibati aktın qəbul edilməsinin çəkinmək vəzifəsi qoyulması ümumiyyətlə qanuna zidd olmaqla yanaşı, məhkəmə tərəfindən həmin inzibati orqanın iş fəaliyyətinə müdaxilə edilməsi anlamına gəlir ki, bu da, yolverilməzdir. Belə ki, mövcud olmayan, yəni, inzibati orqan tərəfindən hələ qəbul edilməmiş inzibati akt üzrə müvəqqəti xarakterli müdafiə tədbirlərinin görülməsi prosessual qanunvericilikdə nəzərdə tutulmadığından mümkün deyildir. Bununla yanaşı qeyd edilməlidir ki, cavabdehin kasasiya şikayətində göstərdiyi “əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etməlidir” cümləsi ilə əlaqədar olaraq xüsusi olaraq vurğulanmalıdır ki, işdə mövcud olan həmin sərəncamlar üzrə müvəqqə ti xarakterli müdafiə tədbirlərinin görülməsi barədə iddiaçı tərəfindən ərizə verilməmiş və onların icrası dayandırılmamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 30 yanvar 2019-cu il tarixli qərardadı qismən, yəni, 30 yanvar 2019-cu il tarixli qərardadın nəticə hissəsinin birinci instansiya məhkəməsinin 07 dekabr 2018-ci il tarixli qərardadının “qərara aldı” hissəsinin ikinci abzasının, yəni, 12.09.2018-ci il tarixli **********22100, **********199200, **********197800, **********194700, **********198500, **********195400 nömrəli, 11.10.2018-ci il tarixli **********374100, **********602900, **********509100 nömrəli, 12.10.2018-ci il tarixli **********128700 nömrəli "Vergilərin hesablanması barədə qərar"larla hesablanmış məbləğlərlə bağlı həmin bank hesablarına təkrar sərəncamların qoyulmasından hazırkı iş üzrə çıxarılacaq yekun qərar qanuni qüvvəyə minənədək çəkinmək vəzifəsi cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamentinin və üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin üzərinə qoyulsun” hissəsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməli, iddiaçının ərizəsi həmin hissədə rədd edilməli, apelyasiya instansiyası məhkəməsinin 30 yanvar 2019-cu il tarixli qərardadı qalan hissədə qüvvədə saxlanılmalı, sadəcə olaraq birinci instansiya məhkəməsinin 07 dekabr 2018-ci il tarixli qərardadının «qərara aldı» hissəsinin birinci abzasında “götü rülsün” sözü əvəzinə İnzibati Prosessual Məcəllənin 40.1-ci maddəsinə müvafiq olaraq “dayandırılsın” hüquqi termini yazılmalı, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentin kasasiya şikayəti qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli, 21(107)-119/2019 saylı qərardadı qismən, yəni, apelyasiya instansiyası məhkəməsinin 30 yanvar 2019-cu il tarixli qərardadın nəticə hissəsinin birinci instansiya məhkəməsinin 07 dekabr 2018-ci il tarixli qərardadının “qərara aldı” hissəsinin ikinci abzasının, yəni, “12.09.201 8-ci il tarixli **********22100, **********199200, **********197800, **********194700, **********198500, **********195400 nömrəli, 11.10.2018-ci il tarixli **********374100, **********602900, **********509100 nömrəli, 12.10.2018-ci il tarixli **********128700 nömrəli “Vergilərin hesablanması barədə qərar”larla hesablanmış məbləğlərlə bağlı həmin bank hesablarına təkrar sərəncamların qoyulmasından hazırkı iş üzrə çıxarılacaq yekun qərar qanuni qüvvəyə minənədək çəkinmək vəzifəsi cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamentinin və üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin üzərinə qoyulsun” hissəsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilsin. İddiaçının ərizəs i həmin hissədə rədd edilsin. Şəki Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli, 21(107)-119/2019 saylı qərardadı, birinci instansiya məhkəməsinin 07 dekabr 2018-ci il tarixli qərardadının “qərara aldı” hissəsinin birinci abzası, yəni “cavabdeh 11 saylı Ərazi Vergilər Departamenti tərəfindən çıxarılmış 12.09.2018-ci il tarixli **********199200 nömrəli, **********197800 nömrəli, **********194700 nömrəli, **********222100 nömrəli, **********195400 nömrəli, **********198500 nömrəli, 11.10.2018-ci il tarixli **********509100 nömrəli, **********374100 nömrəli, **********602900 nömrəli, 12.10.2018-ci il tarixli **********128700 nömrəli “Vergilərin hesablanması barədə” qərarlara əsasən İddiaçı MMC-nin “xxxx” ASC-də olan AZ87PAHA40090AZNHC********** nömrəli ba nk hesabına qoyulmuş 27.11.2018-ci il tarixli **********2A nömrəli, "xxxx" ASC-nin Səbail filialında olan AZ35İBAZ******************** nömrəli bank hesabına qoyulmuş 27.11.2018-ci il tarixli **********3A nömrəli və AZ25İBAZ******************** nömrəli bank hesabına qoyulmuş 27.11.2018ci il tarixli **********4A nömrəli sərəncamlar “götürülsün” sözü “dayandırılsın” sözü ilə əvəz edilməklə dəyişdirilmədən qüvvədə saxlanılsın. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-1322/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1322/2019
10.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver