Məhkəmə qərarları › İş №2-1(102)-1322/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1322/2020

06.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1322/2020 06.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh DSMF-nin X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: tam əmək stajını 1999-cu ildə toplamış kişiyə 51 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X3 ibarət tərkibdə, Cavabdehin vəkili (nümayəndəsi) X4 iştirakı ilə, İddiaçı cavabdeh DSMF-nin X1rşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 11 fevral tarixl i 2-1(103)-463/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçıya 52 yaşından, x xxxxxx 2012-ci il tarixdən güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablayıb, yaranmış fərqin də birdəfəlik ödənilməsini xahiş etmişdir. Cavabdeh 2019-cu il 24 aprel tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçıya qanunvericiliyin tələblərinə uyğun olaraq 52 yaşının tamam olduğu gündən, yəni x xxxxxx 2012-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuş və ödəniş gönd ərilmişdir. x xxxxxx 2012-ci il tarixdən bu günədək “Əmək pensiyalarının baza və sığorta hissələrinin artırılması barədə” Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarına uyğun olaraq onun pensiyasının baza və sığorta hissələri artırılaraq 609.02 manata çatdırılmışdır. İddiaçı 2019-cu il 17 may tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Əmək pensiyaları haqqında“ Qanunun 9.8-ci maddəsinə və əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 5-ci abzasının tələblərinə əsasən, həmçinin Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-142/2018 nömrəli xx xxxxxx 2018-ci il tarixli presedent qərarı əsasında 51 yaşından, yəni x xxxxxx 2011-ci il tarixdən güzəştli şərtlə yaşa görə əmək pensiyasını 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən yenidən hesablayıb, yaranmış fərqin də birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, onun 27 il 3 ay 29 gün ümumi və 21 il 8 ay 7 gün güzəştli iş stajı vardır. Onun xx xxxxx 1981 - x xxxxxx 1988-ci illərdə işlədiyi “əl ilə elektrik qaynaqçısı” və x xxxxxx 1990-cı il tarixdən x xxx 2003-cü il tarixədək işlədiyi “geoloq” vəzifələri güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşələr kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş əmək şəraiti xüsusi ilə ağır olan zərərli peşələrin 1 №li siyahısında öz əksini tapmışdır. Bu əsasla ona 52 ya şından pensiya təyin olunmuşdur. Lakin o, 10 il güzəştli stajını x xxxxxx 1997-ci il tarixədək qazanmışdır. Lakin xx xxxxxx 1997-ci il tarixədək 20 ilə qarşı 18 il 10 ay 29 gün ümumi stajı qazandığı üçün hesab edir ki ona pensiya 51 yaşdan təyin edilməlidir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 29 oktyabr tarixli 2-1(81)2474/2019 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya xx xxxxxx 2011-ci il tarixdən güzəştli şərtlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı xx xxxxxx 1997-ci il tarixədək 10 il güzəştli stajını qazansa da, xx xxxxxx 1997-ci il tarixədək 20 ilə qarşı 18 il 10 ay 29 gün ümumi stajı qazandığı üçün “Əmək pensiyaları haqqında“ Qanunun 9.8-ci maddəsinə uyğun olaraq, yaş həddinin xx xxxxxx 1997-xx xxxxxx 2000-ci il tarixləri arasında ildə 6 ay artırılmasını nəzərə aldıqda ona 52 yaşında təyin olunmuş pensiyası 50 yaşdan deyil, 51 yaşdan yenidən hesablanmalıdır. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın qismən - iddianın rədd olunan hissəsində ləğv edilməsini və iddianın həmin hissədə təmin olunmasını xahiş etmişdir. Cavabdeh həmin qərarı mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzi bati Kollegiyasının 2020-ci il 11 fevral tarixli 21(103)-463/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı iddiaçıya 2020-ci il 22 fevral tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2020-ci il 05 mart tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın tam təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 9.8, 27-ci maddələrinin, “Vətəndaşların pensiya təminatı haqqında” Q anunun 67-ci maddəsinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 14.3, 52, 82, 217.2-ci maddələrinin tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Cavabdehin vəkili (nümayəndəsi) məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırma hissəsi: İddiaçının məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərd arlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən tə sdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər — 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;... Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən baş layaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Qanunun 9.8-ci maddəsinin məzmunundan göründüyü kimi həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Başqa sözlə, qanunverici güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını toplamış şəxslərin həmin stajın tam toplandığı vaxtda qüvvədə olan qanuna əsasən müəyyən edilmiş stajı və yaşı nəzərə alır. Hazırkı işdə iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını (bunun 10 ilini əmək şəraiti zərərli və ağır olan işlərdə çalışmaqla) 1998-ci il 1 avqust tarixdən sonra - 1999-cu il 31 iyul t arixədək tamamladığından, o, Qanunla 1999-cu il 31 iyul tarixə müəyyən edilmiş 51 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi hüququnu qazanmışdır. Beləliklə, iddiaçının 51 yaşı 2011-ci il yanvarın 1-də tamam olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası həmin tarixdən təyin olunmaqla pensiyanın məbləği də həmin tarixdə qüvvədə olan qanuna uyğun olaraq hesablanmalıdır. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 11 fevral tarixli 21(103)-463/2020 nömrəli qərarı dəyişdirilmədən saxl anılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov N.İ.Rəsulbəyova R.S.Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar