Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1322/2021 05.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı və cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respu blikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı qarşı pensiyanın təmin edilməsi və yaranmış fərqin ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-624/2021 nömrəli, 24 fevral 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür.
2. İddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən o, 29.11.1982-ci il tarixdən, 19.12.1985-ci il tarixədək X2 xalça toxuyan, 25.07.1986-cı ildən 21.08.1989-cu ilə qədər Sumqayıt şəhər Trikotaj Fabrikində toxucu, 04.12.198 9-cu ildən 01.07.1993-cü ilə qədər “Azərboruprokat” Zavodunda tökmə sexində torpaq tökən, 01.07.1993-cü ildən 02.09.1996-cı ilə qədər tökmə sexində kran maşinisti vəzifəsində işləmişdir.
3. İddiaçıya məxsus ******* nömrəli digər əmək kitabçasına əsasən o, 20.12.1995-ci il tarixdə Sumqayıt “Etilen-Poli-etilen” Zavodunda texniki nəzarət şöbəsinə 4-cü dərəcəli kimyəvi analiz laborantı qəbul edilmiş, 29.06.2010-cu il tarixdə keyfiyyətə nəzarət laborotoriyasına 2-ci dərəcəli kimyəvi təhlil laborantı keçirilmiş, 20.12.2011-ci il tarixdə Mərkəzi laboratoriyaya 2-ci dərəcəli nəzarətçi (növbəli) (polmer 120 sahəsi) keçirilmiş, 11.12.2012-ci il tarixdə İstehsalat və keyfiyyət nəzarət laboratoriyasına Polietlen İstehsalatı üzrə 2-ci dərəcəli nəzarətçi (növbəli) keçirilmiş, 29.10.2013-cü il tarixdən h əmin laboratoriyada 3-cü dərəcəli nəzarətçi keçirilmiş, 07.04.2016-cı il tarixdən həmin laboratoriyanın 3-cü dərəcəli nəzarətçisi kimi 4-cü dərəcə verilmiş, 28.06.2019-cu il tarixdən həmin laboratoriyada 3-cü dərəcəli nəzarətçi (növbəli) Polietilen istehsalatı üzrə keçirilmişdir. 4. "xxxx" ASC tərəfindən verilmiş 31 nömrəli, 14.05.2019-cu il tarixli arayışa görə, iddiaçı 04.12.1989-cu il tarixdən, 02.09.1996-cı il tarixədək Tökmə sexində və Metal tökmə sexində torpaqla işləyən və şaxta sahəsində kran maşinisti peşəsində işləmişdir. İşlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 sayıl qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahının Xİ bölməsinin, 5a; 1a yarımbölməsinin 1110400a-13790; 1110100a-19252 şifr ilə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. 01.04.1995-ci ildən 01.06.1995-ci il tarixədək; 01.08.1995-ci ildən 01.02.1996-cı tarixədək; 01.03.1996-cı il tarixdən 02.09.1996-cı il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur. 5. “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” X4 tərəfindən verilmiş, 55 nömrəli, 15 may 2020-ci il tarixli və 122 nömrəli 16.05.2020-ci il tarixli arayışlara əsasən, iddiaçı 20 dekabr 2011-ci ildən hal-hazıra kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin “EtilenPolietilen” Zavodunun İstehsalat və X1 Polietilen İstehsalatı üzrə nəzarətçi peşəsində işləyir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarının 8-ci bölməsinin, 8.3.3-cü bəndinə əsasən siyahıda sadalanan TNŞ-nin işçiləri istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İşlədiyi müddətdə ödənişsiz məzuniyyətdə olmamışdır.
6. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.
7. Cavabdeh ********** saylı, 18 noyabr 2019-cu il tarixli məktubla iddiaçıya pensiya təyin olunmasından imtina edərək bildirmişdir ki, güzəştli iş stajı 10 ildən az təşkil etdiyindən ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilməz. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 52 yaşı tamam olduğu tarixdən, yəni 17.04.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə ed ilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1965-ci ildə Ermənistan SSR Vardenis rayonunda doğulmuşdur. O, 29.11.1982-ci ildən 19.12.1985-ci ilə qədər X2 xalça toxuyan, 25.07.1986-cı ildən 21.08.1989-cu ilə qədər Sumqayıt şəhər Trikotaj Fabrikində toxucu, 04.12.1989-cu ildən 01.07.1993-cü ilə qədər X5 Zavodunda tökmə sexində torpaq tökən, 01.07.1993-cü ildən 02.09.1996-cı ilə qədər tökmə sexində kran maşinisti vəzifəsində işləmişdir. 20.12.1995-ci ildən hazırki vaxta qədər isə Sumqayıt Etilen-Polietilen zavodunda texniki nəzarət şöbəsində kimyəvi analiz laborantı və nəzarətçi peşəsində işləyir. 01.07.2017-ci il tarixə qədər qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsas ən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 01.07.2017-ci il tarixə qədər qüvvədə olan əmək pensiyası qanunvericiliyinə əsasən qadınlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Siyahı üzrə 52 yaş dan pensiyaya çıxmaq hüququna malikdir. Bu əsasdan 01.07.2017-ci il tarixə qədər 20 il ümumi və 10 il zərərli iş stajını tamamladığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. Belə ki, 52 yaşı tamam olduğu 17.04.2017-ci il tarixə qədər 22 il 10 ay 25 gün ümumi iş stajı, 12 il 0 ay 25 gün zərərli iş stajını tamamlamışdır. Zərərli iş stajını təsdiq edən müvafiq arayış verilmişdir. 20.12.2011-ci ildən 17.04.2017-ci ilə qədər işlədiyi nəzarətçi peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 №-li, 23.01.2007-ci il tarixli qərarının 8-ci bölməsinin 8.3.3-cü bəndinə aid olması müvafiq arayışda qeyd olunmuşdur. Eyni zamanda, 04.12.1989-cu ildən 02.09.1996-cı ilə qədər işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li, 21.06.1993- cü il tarixli qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahısının Xİ Bölməsinin 1110400a-13790 və 1110100a-19252 şifrin aid olması barədə arayış verilmişdir. Nəhayət ona 52 yaşı tamam olan tarixdən, yəni 17.04.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lakin, cavabdeh 18.11.2019-cu il tarixli, **********3 №-li imtina məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Bu səbəbdən hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır.
10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4976/ 2020 saylı, 24 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakim: A.A.Abdullayeva) iddia tələbi təmin edilmiş, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşdan, yəni 17.04.2017-ci il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
12. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının işləmiş olduğu peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli “Güzəştli şərtlər lə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda qeyd edildiyindən və onun 20 ildən çox ümumi və 10 ildən çox xüsusi iş stajına malik olması məhkəmə araşdırması zamanı təsdiq olunduğundan iddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4976/2020 saylı, 26 oktyabr 2020-ci il tarixli qərardadı ilə (hakim: A.A.Abdullayeva) Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4976/2020 saylı, 24 sentyabr 2020-ci il tarixli qərarında yol verilmiş yanlışlıq düzəldilmiş, qərarın nəticə hissəsi “İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşdan, yəni 17.04.2017-ci il tarixdən təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əha linin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilsin” kimi göstərilmişdir.
14. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-624/2021 nömrəli iş üzrə 24 fevral 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: V.M.Ağayev və A.Ə.Hüseyn) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4976/2020 saylı, 24 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçının 04.12.1989 - 01.07.1993-cü illər ərzində Azərboru ASC-də işlədiyi "xxxx" peşəsi yuxanda qeyd edilən Siyahıda mövcud deyildir. Azərboru ASC tərəfindən təqdim edilmiş 14.05.2019-cu il tarixli 31 nömrəli arayışda Nazirlər Kabinetinin müvafiq qərarından əvvəl mövcud olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şə rtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarın 1 nömrəli siyahısının 11-ci bölməsinin 1110100a19252 koduna istinad edilmişdir. Həmin Qərarda isə peşənin adı tamamilə fərqlidir: 1 nömrəli siyahının 11-ci bölməsinin 1110100a- 19252 kodu bunkerlərdə (tunellərdə) işlənmiş torpağın və isti posanın təmizlənməsi ilə məşğul olan tökmə sexlərində yığıcılar.
19. Həmçinin, iddiaçı 01.04.1995 - 01.06.1995, 01.08.1995 - 01.02.1996, 01.03.1996-02.09.1996-cı il tarixlər ərzində (cəmi 1 il 2 ay) ödənişsiz məzuniyyətdə olmuşdur. Həmin müddətlər qanunvericiliyin tələblərinə əsasən ümumi iş stajına daxildir, lakin güzəştli iş stajına daxil edilə bilməz.
20. Bundan başqa, iddiaçının əmək kitabçasından görünür ki, iddiaçı 20.12.1995-ci il tarixdən 02.09.1996-cı il tarixədək eyni vaxtda iki fərqli müəssisədə işləmişdir. 21. “Azərkimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavodu tərəfindən təqdim edilmiş 122 saylı 16.05.2019-cu il tarixli arayışda iddiaçının işləmiş olduğu peşənin (istehsalat və X1 polietilen istehsalatı üzrə nəzarətçi) Nazirlər Kabinetinin müvafiq qərarının 8-ci bölməsinin 8.3.3-cü bəndində əks olunduğu qeyd edilmişdir. Lakin həmin bölmədə qeyd edilən peşələr ilə iddiaçının işləmiş olduğu peşələr üst-üstə düşmür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
23. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şi kayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
24. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun çıxışı dinlənilmədən baxıldı. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: (01.07.2017ci il tarixədək qüvvədə olan redaksiya) Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sah ələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tə ləblərə müvafiq surətdə təyin edilir. 27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları Əlavə
2. «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı»... 2.4.1-ci bənd. «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. K assasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilə r. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti əsassızdır.
32. Belə ki, iş materiallarından görünür ki, iddiaçı cavabdehə müraciət e dərək 20 il sosial sığorta stajına malik olduğunu, bu dövrün 10 ilinin güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasına imkan verən peşələrə aid olduğunu bildirmiş və bu əsasla ona pensiya təyin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaçının güzəştli iş stajının 20 ildən az olduğunu əsas gətirərək müraciətin təmin olunmasından imtina etmişdir.
33. Bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmiş, həm birinci, həm də apelyasiya instansiyası məhkəməsinin iddiaçının mövqeyinin əsaslı hesab edərək ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyini cavabdehə həvalə etmişdir.
34. Hazırda cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək, iddiaçının 01.07.2017-ci il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 10 il güzəştli iş stajının olmaması əsası ilə həmin qərarın ləğv edilməsini xahiş etmişdir.
35. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək bildirir ki, cavabdehin mövqeyi əsassızdır. 36. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 01.07.2017-ci il tarixədək olan redaksiyasına əsasən, qadın cinsindən olan şəxsin 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1. 01.07.2017-ci ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 2. 01.07.2017-ci ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması; 3. 01.07.2017-ci ilə qədər 52 yaşının tamam olması.
37. İddiaçı xx.xx.1965-ci il təvəllüdlü olmaqla, 52 yaşını 1 7.04.2017-ci il tarixdə tamamlamışdır. Bu işin mübahisə edilməyən halıdır.
38. Mübahisə edilən məsələ iddiaçının ümumi və xüsusi stajının tamam olmaması, eləcə də iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarında göstərilməməsidir.
39. Məhkəmə kollegiyası bildirir ki, iddiaçıya məxsus əmək kitabçası və güzəştli arayışlardan müəyyən edilir ki, o, 04.12.1989-cu il tarixdən 02.09.1996-cı il tarixədək "xxxx" ASC-də Tökmə sexində və Metal tökmə sexində torpaqla işləyən və şaxta sahəsində kran maşinisti peşəsində işləyib. Onun işlədiyi peşələr müəssisənin verdiyi aray ışa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahının Xİ bölməsində, 110400a-13790 və 1110100a-19252 şifrlərinə uyğundur. “Etilen-Polietilen” Zavodunda 20.12.2011-ci il tarixdən hal-hazıradək işlədiyi peşələr isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 8-ci bölmənin 8.3.3-cü bəndində nəzərdə tutulmuşdur.
40. İş materiallarında olan iddiaçının işlədiyi müəssislər tərəfindən verilmiş arayışlarla əlaqədar isə məhkəmə kollegiyası qeyd edir ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.
41. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siy ahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.
42. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələr dən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apelyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir.
43. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilav asitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.
44. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 10 il) çalışmasını müəyyən etməyə imkan verməlidir.
45. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş arayışlar yuxarıda qeyd edilən tələblərə cavab verdiyindən həm birinci, həm də apelyasiya instansiyası məhkəməsi həmin arayıları güzəştli iş stajının təsdiq edilməsi üçün mötəbər sübut kimi qəbul etməkdə haqlı olmuşdur.
46. Cavabdeh həmç inin qeyd edir ki, iddiaçı 01.04.1995-01.06.1995, 01.08.199501.02.1996, 01.03.1996 - 02.09.1996-cı il tarixlər ərzində (cəmi 1 il 2 ay) ödənişsiz məzuniyyətdə olmuşdur. Həmin müddətlər qanunvericiliyin tələblərinə əsasən ümumi iş stajına daxildir, lakin güzəştli iş stajına daxil edilə bilməz.
47. Bu dəlillə əlaqədar məhkəmə kollegiyası bildirir ki, iddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrlər güzəştli iş stajına daxil edilməsə belə, o, 17.04.2017-ci il tarixədək 10 ildən çox xüsusi iş stajına malikdir. Bu səbəbdən də kassasiya şikayətinin qeyd edilən bu dəlilin də heç bir hüquqi əhəmiyyəti yoxdur.
48. Kassasiya şikayətinin digər dəlili iddiaçının 20.12.1995-ci il tarixdən 02.09.1996cı il tarixədək eyni vaxtda iki fərqli müəssisədə işləməsi ilə bağlıdır.
49. Bu dəlili də əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, iddiaçı "xxxx" ASC-də işləyərkən 01.04.1995 - 01.06.1995, 01.08.1995 - 01.02.1996, 01.03.199602.09.1996-cı il tarixlərdə ödənişsiz məzuniyyətdə olmuşdur. Bu hal həmin müəssisə tərəfindən təqdim edilmiş 14.05.2019-cu il tarixli 31 saylı arayışla təsdiq edilir.
50. İddiaçı 20.12.1995-ci il tarixdə ödənişsiz məzuniyyətdə olduğu dövrdə Sumqayıt “Etilen-Polietilen” Zavodunda texniki nəzarət şöbəsinə 4-cü dərəcəli kimyəvi analiz laborantı qəbul edilmişdir. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, nə iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilik, nə də hazırda qüvvədə olan qanunvericilik şəxsin eyni vaxtda iki fərqli müəssisədə işləməsini istisna etmir.
51. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qanunla müəyyən edilmiş yaşa çatmaql a 20 il ümumi və 10 il güzəştli iş stajı topladığından onun 52 yaşı tamam olduğu tarixdən, yəni 17.04.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə tələbi əsaslıdır.
52. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilmədən, mübahisə edilən qərar dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-624/2021 saylı iş üzrə 24 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsı