Məhkəmə qərarları › İş №2-1(102)-1322/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1322/2022

06.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1322/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə B akı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 aprel 2022-ci il tarixli, 2-1(103)-1117/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 14 aprel 2017-ci il tarixli, 158 nömrəli sərəncamına əsasən iddiaçıya Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 34 saylı binanın yaxınlığında yerləşən torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün icazə verilmişdir.

2. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən iddiaçıya 5 iyun 2018-ci il tarixdə 255 nömrəli “Tikinti işlərinə başlanılması üçün əsas olan Xüsusi Nişan” verilmişdir. 3. 20 iyul 2018-ci il tarixdə iddiaçı ilə Azərbayc an Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi arasında Sınaq işlərinin aparılmasına dair 802/18 nömrəli Müqavilə imzalanmışdır.

4. Cavabdehin “Vergilərin hesablanması barədə” 28 avqust 2018-ci il tarixli, **********469900 nömrəli qərarına əsasən bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən iddiaçıya 965.290,50 manat vergi hesablanmışdır. Vergi növü - bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi, vergi dövrü - 2-ci rüb 2018-ci il.

5. İddiaçının 9 dekabr 2019-cu il tarixli şəxsi hesab vərəqəsinə əsasən hesablanmış vergi borcu 976.800,38 manatdır. Həmin borcdan 471.692,93 manat ödənilmiş, cəmi ödənməli borc 551.800,24 manat təşkil edir. 6. "xxxx" MMC-nin tərtib etdiyi, ünvan 1 ünvanda iddiaçı tərəfindən inşa edilən çoxmənzilli y aşayış binasının ümumi və satışa yararlı sahələrinin müəyyənləşdirilməsi barədə 21 sentyabr 2018-ci il tarixli, 429 nömrəli mütəxəssis rəyinə əsasən iddiaçı tərəfindən inşa edilən çoxmənzilli, 1 ədəd 1 girişli 16 mərtəbəli yaşayış binası üzrə ümumi sahə – 12630,90 kv.m, satışa yararlı ümumi sahə 10370,67 kv.m; o cümlədən zirzəmi sahəsi – 654,39 kv.m (satışa yararlı zirzəmi sahəsi 306,0 kv.m); qeyri-yaşayış sahəsi – 602,01 kv.m (satışa yararlı qeyri-yaşayış sahəsi 575,37 kv.m); yaşayış sahəsi (120 mənzil) – 9875,70 kv.m (satışa yararlı 9489,3 kv.m); pilləkən qəfəsi, lift holu, lociya, dəhliz sahəsi – 1498,80 kv.m (2-16-cı mərtəbələr üzrə) müəyyənləşdirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı 9 aprel 2019-cu il tarixdə cavabdehə qar şı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergilərin hesablanması barədə” 28 avqust 2018-ci il tarixli, **********469900 nömrəli qərarının qismən – 235.524,04 manat məbləğində vergi borcunun hesablanması hissəsində ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının Bakı şəhəri, Mir Cəlal küçəsindəki inşa etdiyi 16 mərtəbəli yaşayış binasının ümumi sahəsini heç bir tikinti normaları və qaydalarına əsaslanmadan təqribi hesablamalara əsaslanaraq hesablamış və 10 rüb müddətinə 965290,50 manat vergi hesablayaraq xəbərləri olmadan iddiaçının şəxsi vərəqəsinə kameral vurmuşdur. İddiaçının 1 iyul 2018-ci ildən işə başlamasına baxmayaraq (bunu Bak ı şəhəri İcra Hakimiyyətinin 255 saylı 5 iyun 2018-ci il tarixli Tikinti işlərinə başlanması üçün əsas olan “Xüsusi Nişan” təsdiq edir), cavabdeh vergini 1 aprel 2018-ci ildən hesablamış və iddiaçının Şəxsi Vərəqəsinə 96529,05 manat İİ rüb - 2018-ci il üçün vergi hesablayaraq süni vergi borcu yaradaraq işi Vergilər Nazirliyi yanında İstintaq idarəsinə təqdim etmişdir. İddiaçı bina tikintisi fəaliyyəti ilə məşğuldur, inşa etdiyi binanın tikintisi başa çatmamış, hazırda binanın 12-ci mərtəbəsi inşa edilir. Binaya tikintidə bitməmiş istehsalat deyirlər. Cavabdeh tərəfindən satışa yararlı sahədən əlavə - zirzəmi üzrə: Avtomobil yolunu, lift şaxtasını, ventilyasiya kamerası və mənzillərin sayğacları olan elektrik otağını; qeyri-yaşayış sahəsi (obyekt) 1-ci mərtəbə üzrə: lift şaxtasını, pilləkən qəfəsini, texniki otağı; yaşayış sahəsi üzrə: pilləkən qəfəsini, lift şaxtasını, dəhlizi, lociyanı binanın sahəsinə əlavə edilmiş, özü də şişirdilmiş formada vergi hesablanmışdır. Halbuki onlar satışa yararlı sahələri vətəndaşlara təklif edirlər. Sentyabr 2018-ci ildən bu günə qədər dəfələrlə yazılı surətdə müraciət etmişlər, konkret ünvanlanmış suallar cavabsız qalmışdır. Heç bir araşdırma aparmamışlar, cavabları “get vergini ödə” olmuşdur. Halbuki cavabdeh Vergi Məcəlləsinin 94-cü maddəsinin tələblərinə uyğun olaraq hesabladığı vergini sübut etməli idi. Məcbur olub "xxxx" MMC-yə müraciət etmiş, binanın sahəsinin hesablanması haqqında mütəxəssis rəyi verilməsini xahiş etmişlər, onlar da tikinti normaları və qaydalarına əsaslanaraq 429 saylı mütəxəssis rəyini onlara təqdim etmişlər. Həmin rəyi 22 noyabr 2018-ci ildə cavabdehə yazılı müraciətlə təqdim etmişlər və binanın sahəsinin dəqiqləşdirilməsini tələb etmişlər. Amma bu günə kimi cavab almamışlar. Həmin 429 saylı mütəxəssis rəyinə görə binanın satışa yararlı sahəsi aşağıdaki kimi olmalıdır: yaşayış sahəsi - 9489,3 kv.m, 1-ci mərtəbə qeyri-yaşayış sahəsi - 575,37 kv.m, zirzəmi sahəsi (17 ədəd minik maşını üçün) - 306,00 kv.m, cəmi satışa yararlı sahə - 10370,67 kv.m. 429 saylı mütəxəssis rəyinə görə vergi hesablanması aşağıdakı kimi olmalıdır: yaşayış sahəsi üzrə - 9489,3 kv.m x 45 x 1,5 = 640527,75 manat, 1-ci mərtəbə qeyriyaşayış sahəsi - 575,37 kv.m x 45 x 1,5 x 1,5 = 58256,21 manat, zirzəmi sahəsi (17 ədəd minik maşını üçün) - 306,00 kv.m x 45 x 1,5 x 1,5 = 30982,50 manat, cəmi: - 729766 manat 46 qəpik. Göründüyü kim i, cavabdeh tərəfindən hesablanmış vergi fərqi (965290,50 - 729766,46) = 235524 manat 4 qəpik təşkil edir. Yəni cavabdeh 235524 manat 4 qəpik artıq vergi hesablamışdır. Bir rüb üzrə vergi - 72976,64 olmalıdır, cavabdeh isə 96529,05 manat hesablamışdır. Rüb üzrə fərq isə (96529,05 - 72976,64 ) = 23552,41 manat təşkil edir. Yəni rüb üzrə - 23552,41 manat artıq vergi hesablanmışdır. İddiaçı 1 iyul 2018-ci il tarixdən işə başlamış və iki rüb üzrə 1 sentyabr 2019-cu ilə qədər əsas vergi 72976,64 x 2 = 145953,28 manat olmalıdır. İddiaçı isə 1 sentyabr 2019-cu ilə qədər əsas vergidən 157000 manat ödəmişdir. Yəni 11046,72 manat artıq ödənilmişdir.

9. Cavabdeh iddia tələbinə yazılı etirazlarında göstərmişdir ki, uçot-baza məlumatına əsasən iddiaçının 6 mart 2017-ci il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alındığı və ərizəsinə əsasən fəaliyyətinin yaşayış və qeyri-yaşayış binalarının tikintisindən ibarət olduğu müəyyən edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 14 aprel 2017-ci il tarixli 158 nömrəli sərəncamına əsasən iddiaçıya Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi 34 nömrəli binanın yaxınlığında yerləşən ərazidə çoxmənzilli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Cavabdeh tərəfindən aparılan araşdırmalar nəticəsində iddiaçı tərəfindən 2018-ci ilin 2-ci rübündə çoxmənzilli, 16 mərtəbəli yaşayış binasının tikinti-quraşdırma işlərinə başlanmasına baxmayaraq, Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən həmin hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilmədiyi müə yyən edilmişdir. Bununla əlaqədar, vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 10 avqust 2018-ci il tarixli, **********584700 nömrəli uyğunsuzluq məktubu göndərilmiş və dəqiqləşdirilmiş bəyannamə, əsaslandırılmış yazılı izahat və zəruri olan sənədləri (məlumatları) vergi orqanına təqdim etmək tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən məktubda qeyd olunan izahat və təsdiqedici sənədlər təqdim olunmadığından 2018-ci ilin 2-ci rübü üzrə 965290,50 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi hesablanmış və yoxlamanın nəticəsi üzrə “Vergilərin hesablanması barədə” 28 avqust 2018-ci il tarixli **********469900 nömrəli qərar qəbul edilmişdir. İddiaçı bəsit riyazi hesablama aparmaqla “Vergilərin hesablanması barədə” 28 avqust 2018-ci il tarixli **********469900 nömrəli qərarla hesablanmış 965290,50 manat vergi məbləğindən ekspert rəyinin nəticə hissəsində göstərilən 729766,46 manat məbləği (satışa yararlı sahələr üzrə) çıxmaqla fərqdə qalan 235524,0 manat məbləğin ləğv edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini dəyişdirən zaman bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin satışa yararlı sahələrə görə deyil, tikilən binanın hər mərtəbəsinin ümumi sahəsinə görə hesablanmalı olduğunu əsas gətirərək Vergi Məcəlləsinin tələblərinə uyğun hesablanmış vergilərin dövlət büdcəsinə ödəməkdən yayınmağa cəhd göstərir. Həmin vaxt qüvvədə olan Vergi Məcəlləsinin 219.3-cü maddəsinə əsasən hazırkı mübahisə üzrə vergilərin hesablanması satışa yar arlı sahələrə görə yox, binanın hər mərtəbəsinin ümumi sahəsinə görə hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4 noyabr 2020-ci il tarixli 9/3861 nömrəli ekspert rəyindən də göründüyü kimi ekspert işin materiallarında olan "xxxx" MMC-nin 21 sentyabr 2018-ci il tarixli 429 nömrəli mütəxəssis rəyinin nəticə hissəsində qeyd olunan məlumatları (satışa yararlı sahələr üzrə) olduğu kimi rəyə köçürmüş, həmin məlumatlar əsasında vergi ödəyicisinin vergi öhdəliyini müəyyən etməklə vergi qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur. Həmin rəy vergilərin hesablanması üçün mötəbər sübut hesab edilə bilməz. “Vergilərin hesablanması barədə" 28 avqust 2018-ci il tarixli **********469900 nömrəli qərarla 2018-ci ilin 2-ci rübü üçün hesablanmış 96529 0,50 manat vergi məbləği Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Ona görə də iddiaçının formal mülahizələri və ekspertin həqiqəti əks etdirməyən hesablamaları əsasında vergi orqanı tərəfindən hesablanmış vergilər əsassız hesab edilə bilməz. İddiaçı tərəfindən 228389,19 manat məbləğində vergilərin (o cümlədən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə 228389,19 manat hesablanma) qanunvericiliklə müəyyən edilmiş müddətdə dövlət büdcəsinə ödənilməsi təmin edilməmişdir. Bununla əlaqədar vergi borcuna dair materiallar qanunamüvafiq tədbirlərin görülməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Baş İdarəsinə göndərilmişdir.

10. Məhkəmənin 11 avqust 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4 noyabr 2020-ci il tarixli 9/3861 saylı ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən 28 avqust 2018-ci il tarixli, **********469900 nömrəli qərarla hesablanmış bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin düzgün hesablanması müəyyən olunmur. İş materialında "xxxx" MMC-nin tərtib etdiyi iddiaçı tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasının ümumi və satışa yararlı sahələrinin müəyyənləşdirilməsi barədə 21 sentyabr 2018-ci il tarixli mütəxəssis rəyində satışa yararlı sahə 10370,67 kv.m (575,37 kv.m qeyri yaşayış sahəsi + 9489,30 kv.m yaşayış sahəsi + 306,0 kv.m zirzəm i) müəyyən olunmuşdur. Həmin sahələr nəzərə alınmaqla iddiaçı üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi aşağıdakı kimi hesablanır: zirzəmi (satışa yararlı sahə) - 306,0 kv.m x 45 x 1,5 x 1,5 = 30.982,50 manat, qeyri yaşayış (satışa yararlı sahə) 575,37 kv.m x 45 x 1,5 x 1,5 = 58.256,21 manat, yaşayış (satışa yararlı sahə) - 9489,30 kv.m x 45 x 1,5 x 1,5 = 640.527,75 manat. Yəni iddiaçı üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi ümumilikdə 729.766,46 (30.982,50 + 58.256,21 + 640.527,75) manat məbləğində, rüblük isə 72.976,65 (729.766,46: 10) manat məbləğində müəyyən olunur.

11. Bakı İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(112)-135/2021 nömrəli qərarı (hakim P.A.Hüseynov) ilə iddia təmin edilmiş, id diaçı barəsində tərtib edilmiş “Vergilərin hesablanması barədə” 28 avqust 2018-ci il tarixli **********469900 saylı qərar qismən – 235.524,04 manat məbləğində vergi borcunun hesablanması hissəsində ləğv edilmiş, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 200 manatın cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməsinə qərar verilmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspert rəyinə əsasən 28 avqust 2018-ci il tarixli, **********469900 nömrəli qərarla hesablanmış bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin düzgün hesablanmaması müəyyən edilmişdir. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi cavabdeh tərəfindən düzgün hesablanmamış, qeyd olunan qərara əsasən 965290,50 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi hesablansa da, həmin verginin 729.766,46 manat məbləğində hesablanmalı olması müəyyən edilmişdir (yaranmış fərq 235.524,04 manat).

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 sentyabr 2021-ci il tarixli, 2-1(103)-1791/2022 nömrəli qərardadı (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və E.E.Nağıyeva) ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(112)-135/2021 nömrəli qərarı ləğv ed ilmiş, iddia mümkün sayılmamışdır.

15. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2021-ci il tarixli, 2-1(102)-2206/2021 nömrəli qərarı (hakimlər: K.N.Bədəlov /məruzəçi/, R.S.Nəbizadə və İ.K.Hüseynov) ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 sentyabr 2021-ci il tarixli, 2-1(103)1791/2022 nömrəli qərardadı ləğv edilərək iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 aprel 2022-ci i l tarixli, 2-1(103)-1117/2022 nömrəli qərarı (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş,, Bakı İnzibati Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2-1(112)-135/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, vergi orqanı tərəfindən iddiaçıya 965290,50 manat vergi borcu hesablanarkən maddi normaların tələblərinin kobud surətdə pozulması müəyyən edilmiş, cavabdeh tərəfindən iddiaçının sahəsinin təqribi hesablanması zamanı mənbəyi bəlli məlumata istinad olunmamış və cavabdeh orqan tərəfindən qeyd edilən vergi borcunun hesablanması əsasına dair hər hansı digər mötəbə r sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi hesablanarkən qeyri-rəsmi məlumatlar əsasında iddiaçının vergi tutulmalı sahəsi artıq hesablanmış və nəticədə qanunsuz olaraq iddiaçıya 235.524,04 manat artıq vergi borcu hesablanmışdır. Birinci instansiya məhkəməsi tərəfindən ekspert rəyi düzgün olaraq mötəbər sübut qismində qəbul edilmiş, cavabdeh isə həmin rəylə razılaşmasa da, onun mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim etməmişdir.

19. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:

20. Cavabdeh hesab edir ki, aparılmış araşdırmalar nəticəsində iddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi 34 saylı binanın yaxınlığında yerləşən ərazidə inşa edilən binanın ümumi sahəsinin 13 885,60 kv.m olduğu müəyyən edilmişdir. Bundan 13 055,6 kv.m sahə yaşayış, 830,0 kv.m sahə isə qeyri-yaşayış sahəsi olmuşdur. Nəticədə hesablanmış vergi aşağıdakı kimi olmuşdur: yaşayış sahəsi üzrə - 13.055,6 * 45 * 1,5 = 881.253,00 manat; qeyri-yaşayış sahəsi üzrə - 830,0 * 45 * 1,5 * 1,5 = 84.037,50 manat. Beləliklə hesablanmış vergi məbləği ümumilikdə 965.290,50 manat (881.253,0 + 84.037,5) təşkil etmişdir. Hər rüb üzrə isə ödənilməli olan verginin məbləği 96.529,05 manat (965.290,50 x 10%) təşkil etmişdir. Hazırkı mübahisə üzrə vergilərin hesablanması satışa yararlı sahələrinə gö rə yox, binanın hər mərtəbəsinin ümumi sahəsinə görə hesablanmalıdır. Lakin, aşağı instansiya məhkəmələrinin Vergi Məcəlləsinin 219.3-cü maddəsinin (həmin vaxt qüvvədə olan) tələbini nəzərə almadan yalnız satışa yararlı sahələr üzrə verginin hesablanmalı olmasını əsas gətirməklə qəbul etdikləri qərarlar qanuni və əsaslı olmamışdır. Ümumiyyətlə Vergi məcəlləsində binanın satışa yararlı sahəsi deyilən bir anlayış yoxdur və verginin hesablanması zamanı məhz belə sahəyə istinad edilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası işin faktiki hallarının fərqinə varmadan və həmin halları müəyyən edən qanunvericilik normalarını əsas tutmadan qərar qəbul etmişdir. Qeyd olunan binanın işçi layihəsində binanın ümumi və mərtəbələr üzrə sahəsi, həmçinin yaşayış və qeyri-yaşayış sahələri əks olunmuşdur. Həmin sahələr barədə məlumatlar ayrıca cədvəl şəklində cavabdeh orqanın aidiyyəti strukturu tərəfindən kameral yoxlama aparılan struktura təqdim edilmiş, hesablama məhz həmin mənbəyi bəlli olan məlumatlar əsasında aparılmışdır. Lakin məhkəmə kollegiyası heç bir layihə (cavabdeh həmin layihə əsasında binanın ümumi sahəsini müəyyən etmişdir) üzrə araşdırma aparmamış, sahələr arasında olan ziddiyyətli məqamlar üzrə tədbirlər görməmiş, obyektiv həqiqətin müəyyən edilməsi üçün heç bir addım atmamışdır. İş materiallarında mövcud olan "xxxx" MMC-nin tərtib etdiyi iddiaçı tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasının ümumi və satışa yararlı sahələrinin müəyyənləşdirilməsi barədə 429 nömrəli, 21 sentyabr 2018-ci il tarixli mütəxəssis rəyində binanın ümumi sahəsi 12.630,90 kv.m müəyyən olun muşdur. "xxxx" MMC binanın ümumi sahəsini müəyyən edərkən binanın çöldən sahəsini deyil, daxili sahələr üzrə hesablama apararaq nəticəyə gəlmişdir. Halbuki satış zamanı mənzillərin sahəsi çöldən çölə hesablanır. Cavabdeh tərəfindən müəyyən edilən binanın ümumi sahəsi (13.885,60 kv.m) ilə "xxxx" MMC-nin rəyində əks olunan ümumi sahə (12.630,90 kv.m) arasında ciddi fərq yaranmasına baxmayaraq, məhkəmə kollegiyası bu ziddiyyətli məqamların aradan qaldırılması üçün məhkəmə tikinti-texniki ekspertiza təyin etməmişdir. Heç bir əsaslandırma aparmadan bir sübutu digər sübutdan üstün tutmuş və nəticədə əsaslı şübhədən kənar sübutetmə standartı tətbiq etməli olduğu halda inzibati mübahisə üzrə sübutların üstünlüyü sübutetmə standartından istifadə etmişdir.

21. Eyni zamanda məhkəmə tərəfindən Azərbay can Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1, 58.7 və 69.4-cü maddələrinin, habelə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbləri tətbiq edilməli olduğu halda tətbiq edilməmişdir. İş üzrə hər hansı tikinti-texniki ekspertiza həyata keçirilmədiyi halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşarkən tikinti-texniki ekspertizanın keçirilməsi halını dəstəkləmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/3861 saylı ekspert rəyinin əsassız olan hissələri ilə bağlı məhkəməyə mülahizə təqdim edilmiş, lakin həmin mülahizədə qeyd olunan dəlillərə heç bir münasibət bildirilməmişdir. Ekspert rəyində binanın ümumi sahəsinin 13.885,60 kv.m olması faktı əsassız olaraq şübhə altına alı nmış, iş materialları hərtərəfli tədqiq edilməmiş, iş materiallarında olan məlumatlar, yəni mənbəyi bəlli olan məlumatlar tam tədqiq edilməmiş və nəticədə yanlış rəy verilmişdir. Halbuki binanın ümumi sahəsinin 13.885,60 kv.m olmasını təsdiq edən işçi layihəsi və digər sənədlər həmin sahənin mövcud olması faktını birbaşa təsdiq edir. Təqdim olunmuş ekspert rəyi işin faktiki hallarını tam əhatə etmədiyindən, başqa sözlə desək iddiaçıya hesablanmış vergilərin əsasını təşkil edən bütün hallar tam tədqiq edilmədən aparıldığından iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə tərəfindən cavabdehə təqdim olunmuş ekspert rəyindən göründüyü kimi rəy "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli, 429 nömrəli mütəxəssis rəyinin nəticələri əsas götürülməklə verilmişdir. "xxxx" MMC-nin qeyd edilən mütəxəssis rəyi iddiaçının sifarişi əsasında onun iştirakı ilə verildiyinə görə obyektiv və əsaslı hesab edilə bilməz. Eyni zamanda mütəxəssisin ixtisasını təsdiq edən sənədlər də iş materiallarında mövcud deyildir. Həmin rəyin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilməz. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/3861 nömrəli ekspert rəyindən də göründüyü kimi ekspert işin materiallarında olan "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli, 429 nömrəli mütəxəssis rəyinin nəticə hissəsində qeyd olunan məlumatları (satışa yararlı sahələr üzrə) olduğu kimi rəyə köçürmüş, həmin məlumatlar əsasında vergi ödəyicisinin vergi öhdəliyini müəyyən etməklə vergi qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur.

22. Həmçinin iddiaçı tərəfindən 2018-c i ilin 2-ci rübü üzrə hesablanmış bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə yaranmış borclar (96.529,05 manat və 62.969,07 manat) dövlət büdcəsinə ödəməkdən yayındırıldığına görə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində xeyli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə cinayət işi başlanılmışdır. Cinayət işlərinin istintaqı aparılan dövrlərdə iddiaçının direktoru X2 xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli ərizələr ilə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə müraciət edərək, ödəməkdən yayındırdığı vergilərin (96.529,05 manat və 62.969,7 ma nat) onun tərəfindən tamamilə ödənildiyini nəzərə alaraq, barəsində olan cinayət işləri üzrə icraata xitam verilməsini xahiş etmişdir. Buna görə də cinayət işlərinə xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli qərarlar ilə Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. Qeyd olunan faktların mövcudluğu və qəbul edilmiş və qüvvədə olan prosessual qərarların preyudisial əhəmiyyəti məhkəmələr tərəfindən nəzərə alınmamış və qiymətləndirilməmişdir. Beləliklə məhkəmə kollegiyasının mötəbər hesab etdiyi yeganə sübut hesab olunan ekspert rəyi qeyd olunan faktlarla birbaşa təkzib edilmişdir.

23. Həmçinin iddiaçıda kameral yoxlama ilə hesablanmış, 2018-ci ilin 2-ci rübü üzrə 228.389,19 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə 25 may 2021-ci il tarixdə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsində Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq, icraata qəbul edilib ibtidai araşdırma aparılmışdır. Cinayət işi üzrə aparılmış istintaq zamanı iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, 3169-cu məhəllə, Mir Cəlal küçəsi 34 saylı binanın yaxınlığında inşa etdiyi yaşayış binasına baxış keçirilən zamanı layihədə göstərilənlərdən fərqli olaraq binada ümumi sahəsi 632,0 kv.m təşkil edən əlavə 1 mərtəbə (17-ci mərtəbə) yaşayış və ümumi sahəsi 632,0 kv.m təşkil edən 1 mərtəbə (18-ci mərtəbə) mansard inşa edilməsi müəyyən edilmişdir. Yəni, baxış za manı qeyd edilən binada vergi orqanlarına bəyan olunmadan əlavə 1.264,0 kv.m sahənin inşa olunması aşkar edilmişdir. Cinayət işi üzrə istintaq zamanı təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/7092 nömrəli rəyində iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, 3169-cu məhəllə, Mir Cəlal küçəsi 34 saylı binanın yaxınlığında inşa etdiyi binada kameral yoxlama ilə hesablanmış, 2018-ci ilin 2-ci rübü üzrə 228.389,19 manat və qeyd edilən binaya baxış zamanı layihədə göstərilənlərdən fərqli olaraq binada ümumi sahəsi 632,0 kv.m təşkil edən 1 mərtəbə (17-ci mərtəbə) yaşayış və ümumi sahəsi 632,0 kv.m təşkil edən 1 mərtəbə (18-ci mərtəbə) mansardın inşa edilməsi nəticəsində dövlət büdcəsinə əlavə olaraq hesablanmalı olan bina tikintisi fəaliyyəti ilə məşğu l olan şəxslərin sadələşmiş vergisinin məbləğinin 85.320,0 manat məbləğində müəyyən edildiyi qeyd edilmişdir. Lakin məhkəmə kollegiyası qeyd olunan mütəxəssis və ekspert rəylərini nəzərə almamış, iş üzrə ətraflı araşdırma aparmamış və həmin rəylərin qiymətləndirilməsi həyata keçirilməmişdir. Nəticə etibarı ilə məhkəmə kollegiyası yalnız iddiaçı tərəfindən təqdim edilmiş sübutları əsassız olaraq mötəbər sübut hesab etməklə kifayətlənmişdir.

24. Həmçinin mübahisəİəndirilən qərar faktiki olaraq qüvvədən düşmüşdür. Belə ki, xx.xx.2021-ci il tarixdə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmiş və həmin qərarla iddiaçıya 1.009.866,83 manat sadələşdirilmiş vergi hesablanmışdır. Həmin qərar qəbul edilərkən müəyyən edilmişdir ki, binanın üm umi 14.544,57 kv.m-dir. Tikintinin vergiyə cəlb edilən 13.711,73 kv.m sahəsi yaşayış, 832,84 kv.m sahəsi isə qeyri-yaşayış sahəsi kimi müəyyən edilmişdir. Həmin binanın yaşayış sahəsinə görə 925.541,78 manat, qeyri-yaşayış sahəsinə görə isə 84.325,05 manat vergi hesablanmışdır. Beləliklə qeyd olunanları, yəni mübahisələndirilən qərarın faktiki olaraq qüvvədən düşməsini və yeni qərarın qəbul edilərək vergi məbləğinin artırılmasını nəzərə alaraq cavabdeh edir ki, iddia mümkün sayılmamalıdır.

25. Məhkəmə kollegiyası qəbul etdiyi qərarı əsaslandırmamışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərində əksini tapmış uyğunsuzluq məktubuna iddiaçı tərəfindən hər hansı şəkildə münasibət bildirilməməsinə münasibətsiz qalmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin aşağıdakı dəlillə rinə heç bir münasibət bildirməmişdir: 1) "xxxx" MMC-nin rəyinin Məhkəmə Ekspertizası rəyinə köçürülməsi və heç bir müstəqil tədqiqatın apanlmaması barədə dəlil; 2) Binanın ümumi sahəsinin vergitutma obyekti hesab edilməli olması üzrə dəlil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

26. İddiaçı kassasiya şikayətinə yazılı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

27. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Ma ddə

148. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar İ. Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.

28. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 4 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”:

3. Yaşayış binasının və onun yerləşgələrinin sahələrinin, tikinti sahəsinin və tikinti həcminin hesablanması 3.1. Yaşayış binasının ümumi sahəsi - binanın mərtəbələrinin sahələrin cəmi kimi müəyyən edilir. Mərtəbənin sahəsinə balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin pilləkən meydançalarının və pillələrin həmin mərtəbə səviyyəsində sahələri də nəzərə alınaraq daxil edilir. Mərtəbənin sahəsinə lift, kommunikasiya (elektrik, su, kanalizasiya, mərkəzi isitmə və soyutma sistemi, havalandırma, dəm qazı üçün) və digər şaxtalar üçün nəzərdə tutulmuş boşluqlar daxil edilmir, bu sahələr bir mərtəbə hüdudunda bir dəfə nəzərə alınır. Binada istismar olunmayan çardağın, texniki döşəməaltı hissənin, texniki mərtəbənin, mənzildənkənar şaquli (kanallarda, şaxtalarda) və üfüqi (mərtəbəarası məkanda) paylanan mühəndis kommunikasiyalarının, həmçinin tamburların, portiklərin, giriş pilləkənlərinin, xarici açıq pilləkən və pandusların sahələri binanın sahəsinə daxil edilmir. Binanın ümumi sahəsi hesablanark ən istismar olunan yastı dam örtüyünün sahəsi terras sahəsi kimi qəbul edilir.

29. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: a) Maddə

23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək;... Maddə

24. Vergi orqanlarının vəzifələri 24.0. Vergi orqanları: 24.0.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə;... 24.0.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə;... Maddə

37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödən ilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir.... 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir.... Maddə

53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzə rdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir.... b) Maddə

67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesabla rındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar.... Maddə

218. Sadələşdirilmiş verginin ödəyiciləri... 218.1.3. bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu ti kintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər). Qeyd: 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir. Maddə

219. Vergitutma obyekti... 219.3. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Qeyd: 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir.

30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə

12. İşin hallarının araşdırı lması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... b) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasın da baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti vaxtında v erilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hazırkı qərarın 30-cu bəndinin “a” yarımbəndində qeyd olunan prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən və hazırkı qərarın 29-cu bəndinin “b” yarımbəndində qeyd olunan maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

34. Belə ki, cavabdeh orqan öz qər arını əsaslandıraraq ona istinad etmişdir ki, iddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi 34 saylı binanın yaxınlığında yerləşən ərazidə inşa edilən binanın ümumi sahəsinin 13 885,60 kv.m olduğu müəyyən edilmişdir. Bundan 13 055,6 kv.m sahə yaşayış, 830,0 kv.m sahə isə qeyriyaşayış sahəsi olmuşdur. Qeyd olunan binanın işçi layihəsində binanın ümumi və mərtəbələr üzrə sahəsi, həmçinin yaşayış və qeyri-yaşayış sahələri əks olunmuşdur. Həmin sahələr barədə məlumatlar ayrıca cədvəl şəklində cavabdeh orqanın aidiyyəti strukturu tərəfindən kameral yoxlama aparılan struktura təqdim edilmiş, hesablama məhz həmin mənbəyi bəlli olan məlumatlar əsasında aparılmışdır. Nəticədə hesablanmış vergi aşağıdakı kimi olmuşdur: yaşayış sahəsi üzrə - 13.055,6 * 45 * 1,5 = 881.253,00 manat; q eyri-yaşayış sahəsi üzrə - 830,0 * 45 * 1,5 * 1,5 = 84.037,50 manat. Beləliklə hesablanmış vergi məbləği ümumilikdə 965.290,50 manat (881.253,0 + 84.037,5), hər rüb üzrə isə ödənilməli olan verginin məbləği 96.529,05 manat (965.290,50 x 10%) təşkil etmişdir.

35. İddiaçının dəlillərinə əsasən cavabdeh vergi orqanı onun inşa etdiyi 16 mərtəbəli yaşayış binasının ümumi sahəsini heç bir tikinti normaları və qaydalarına əsaslanmadan təqribi hesablamalara əsaslanaraq hesablamış, bu zaman satışa yararlı sahədən əlavə - zirzəmi üzrə: avtomobil yolu, lift şaxtası, ventilyasiya kamerası və mənzillərin sayğacları olan elektrik otağı; qeyri-yaşayış sahəsi (obyekt) 1-ci mərtəbə üzrə: lift şaxtası, pilləkən qəfəsi, texniki otaq; yaşayış sahəsi üzrə: pilləkən qəfəsi, lift şaxtası, dəhliz və lociya da bin anın sahəsinə əlavə edilmiş, özü də şişirdilmiş formada vergi hesablanmışdır.

36. Məhkəmə kollegiyası kassatorun mübahisələndirilən qərarla bağlı dəlillərinə dair birinci növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət verməli idi. Belə ki, prosessual hüquq normalarının tələbləri baxımından apellyasiya instansiyası məhkəməsi öz qərarını əsaslandırmağa və apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməyə borcludur.

37. Hazırkı iş üzrə iddia tələbini təmin edərkən istər birinci, istərsə də, apellyasiya instansiya məhkəmələrinin istinad etdikləri əsas sübutlar iddiaçının müraciəti əsasında "xxxx" MMC tərəfindən tərtib edilmiş, mübahisələndirilən çoxmənzilli yaşayış binasının ümumi və satışa yararlı sahələrinin müəyyənləşdirilməsi barə də 21 sentyabr 2018-ci il tarixli, 429 nömrəli mütəxəssis rəyi və həmin rəy əsasında tərtib edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4 noyabr 2020-ci il tarixli 9/3861 saylı ekspert rəyi olmuşdur.

38. Göstərilən rəylərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, 21 sentyabr 2018-ci il tarixli, 429 nömrəli mütəxəssis rəyinin tədqiqi hissəsində göstərilənlərə əsasən rəyin tərtibi zamanı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 4 dekabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin hesablanması qaydaları”na istinad edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4 noyabr 2020-ci il tarixli 9/3861 saylı ekspert rəyində isə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə, habelə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 4 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.1-ci bəndinə istinad edilmişdir.

39. Nəzərə alınmalıdır ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi məhkəmə tərəfindən yoxlanılmalı və işin bütün halları və digər sübutlar ilə bağlı surətdə qiymətləndirilməlidir.

40. Lakin apellyasiya məhkəməsi nəzərə almamışdır ki, vergi orqanın mübahisələndirilən qərarı qəbul edilərkən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün vergitutma obyektinin həcmi Vergi Məcəlləsinin 219-cu maddəsi ilə tənzim olunurdu. Hazırkı qərarın 28-ci bəndində göstəri lən normaların məzmunundan görünür ki, Vergi Məcəlləsinin həmin tarixə qüvvədə olan mətninə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyriyaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir.

41. Apellyasiya instansiya məhkəməsi öz qərarında Vergi Məcəlləsinin müvafiq normalarını sadalasa da, yekunda yuxarıda qeyd edilən mütəxəssis və ekspert rəylərinə istinad etmiş, vergi orqanının mübahisələndirilən qərarı qəbul edilərkən qüvvədə olan Vergi Məcəlləsinin 219-cu maddəsinin tətbiqində səhvə yol vermişdir.

42. Apellyasiya instansiy a məhkəməsi qərarında Mənzil Məcəlləsinin 59-cu maddəsinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na birbaşa istinad etməsə də, həmin normalar əsasında tərtib edilmiş müvafiq mütəxəssis və ekspert rəylərini əsas götürməklə maddi hüquq normasını düzgün tətbiq etməmişdir.

43. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsində normativ hüquqi aktların iyerarxiyası təsbit edilmişdir və bu iyerarxiyaya uyğun olaraq Vergi Məcəlləsi mütəxəssis və ekspert rəylərində istinad edilən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarından üstün hüquqi qüvvəyə malikdir. Hesab edilsə ki, həmin dövrdə həm Vergi Məcəlləsinin 219.3-cü maddəsi, həm də rəylərdə istinad edilən Kollegiya qərarı qüvvədə idi, bu zaman onlar arasında ziddiyyət yarandığı halda qeyd-şərtsiz üstün hüquqi qüvvəyə malik olan Vergi Məcəlləsi tətbiq edilməli idi.

44. Qeyd edilməlidir ki, verginin hesablanması ilə bağlı müddəalar, vergi azadolmaları yalnız Vergi Məcəlləsi ilə müəyyən edilir.

45. Ona görə də, məhkəmə kollegiyası cavabdehin “Vergilərin hesablanması barədə” 28 avqust 2018-ci il tarixli, **********469900 nömrəli qərarına münasibətdə apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsassız hesab edir.

46. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12 və 58-ci ma ddələrinin tələbləri pozulmuşdur.

47. Belə ki, apellyasiya məhkəməsinin qərarında göstərilmişdir ki, vergi orqanının mübahisələndirilən qərarında istinad olunmuş tikilinin ümumi sahəsinin 13.885 kv.m olması və bu əsasla əlavə vergi hesablanması ilə bağlı sübutlar cavabdeh Departament tərəfindən təqdim olunmamışdır.

48. Halbuki, məhkəmə icraatı zamanı cavabdeh tərəfindən hesablamanın məhz mənbəyi bəlli olan məlumatlar əsasında, yəni cavabdehə təqdim edilən layihə əsasında aparıldığı bildirilmiş və ümumi sahənin 13.885,60 kv.m olması qeyd edilmişdir. 49. "xxxx" MMC-nin rəyində isə ümumi sahə 12.630,90 kv.m göstərilmiş, bu zaman həmin sahənin hesablanma qaydası, inşa edilən çoxmərtəbəli binanın layihəsi həmin rəydə göstərilməmişdir. Mübahisələndirilən binanın ümumi sahəsi ilə bağlı ziddiyyətl i xüsusatların olmasına baxmayaraq apellyasiya məhkəməsi tərəfindən həmin hallar araşdırılmamış, məhkəmə kollegiyası heç bir layihə tələb etmədən binanın ümumi sahəsi ilə bağlı ziddiyyətə aydınlıq gətirməmişdir.

50. Kassasiya şikayətinin digər dəlili mübahisəİəndirilən qərarın faktiki olaraq qüvvədən düşməsidir. Belə ki, cavabdehin bildirdiyinə görə xx.xx.2021-ci il tarixdə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmiş və həmin qərarla iddiaçıya 1.009.866,83 manat sadələşdirilmiş vergi hesablanmışdır. Həmin qərar qəbul edilərkən müəyyən edilmişdir ki, binanın ümumi 14.544,57 kv.m-dir. Tikintinin vergiyə cəlb edilən 13.711,73 kv.m sahəsi yaşayış, 832,84 kv.m sahəsi isə qeyri-yaşayış sahəsi kimi müəyyən edilmişdir. Həmin binanın yaşay ış sahəsinə görə 925.541,78 manat, qeyri-yaşayış sahəsinə görə isə 84.325,05 manat vergi hesablanmışdır.

51. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində qeyd olunan xx.xx.2021-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla bağlı apellyasiya məhkəməsi tərəfindən hər hansı araşdırma aparılmamış, hazırkı iş üzrə mübahisələndirilən “Vergilərin hesablanması barədə” 28 avqust 2018-ci il tarixli, **********469900 nömrəli qərarın qüvvədə olubolmaması araşdırılmamışdır.

52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 29 “b” və 30 “a” yarımbəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir.

53. Odur ki, cavabdehin kass asiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 aprel 2022-ci il tarixli, 2-1(103)-1117/2022 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

54. İşə təkrar baxan məhkəmə işin hallarını Ali Məhkəmənin yuxarıda qeyd edilən hüquqi mövqeyini nəzərə almaqla təkrarən araşdırmalıdır.

55. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 aprel 2022-ci il tarixli, 21(103)-1117/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar