Məhkəmə qərarları › İş №2-1(102)-1323/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1323/2019

10.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1323/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeyd iyyata alınaraq adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 08 yanvar 2019-ci il, 2-1(107)-26/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 10 aprel 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Mingəçevir şəhəri XDS İK-nin 1988-ci il tarixli 3/8 nömrəli qərarı ilə Mingəçevir şəhəri “Gülüstan” bağçılıq-yoldaşlıq təsərrüfatından X5 1988-cı ildə 520 kv.m həyətyanı torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsi X1 X3, sonuncudan da İddiaçı keçmiş və X6 və İddiaçı adlarına Mingəçevir ŞİH-nin nəzdində Bağlar Təsərrüfatının, Fərdi və Bağ Evlərinin Tikintisi, İstismarı və İnkişafı İdarə si tərəfindən müvafiq olaraq 12.08.2002-ci il tarixli 10/66 inventar nömrəli və 22.11.2003-cü il tarixli 15/64 inventar nömrəli texniki pasportlar tərtib edilmişdir. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 09.09.2008-ci il tarixli 161 nömrəli sərəncamı ilə torpaq sahəsi iddiaçının adına sənədləşdirilərək A seriyalı 155688 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsi üzərində hüquqlarını qeydiyyata aldırmaq üçün kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına texniki pasportu və Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 09.09.2008-ci il tarixli 161 nömrəli sərəncamı əsasında tərtib edilmiş A seriyalı 155688 nömrəli torpaq sahəsinin planı və ölçüsünü idarəyə təqdim etmişdir. Həmçinin həmin torpaq sahəsi onun faktiki sahibliyində və istifadəsindədir. Buna baxmayaraq cavabdeh əsassız olaraq torpaq sahəsinin üzərində hüquqlarının dövlət qeydiyyatından imtina edir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı Mingəçevir şəhəri Xaldan şosesi ərazisində "Gülüstan" bağçılıq-yoldaşlıq təsərrüfatından (Mingəçevir şəhəri YTMT zavodu ətrafından) verilən və Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 09.09.2008-ci il tarixli 161 nömrəli sərəncamı ilə rəsmiləşdirilən 536,38 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzi bati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 03.10.2018-ci il tarixli iş № 2-1(84)-1144/2018, (sədrlik edən hakim V.Qasımov) qərarı ilə iddianın təmin edilməsi, Mingəçevir şəhəri Xaldan şossesi ərazisində "Gülüstan" bağçılıq-yoldaşlıq təsərrüfatından (Mingəçevir şəhəri YTMT zavodu ətrafından) verilən və Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 09.09.2008-ci il tarixli 161 nömrəli sərəncamı ilə rəsmiləşdirilən 536,38 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 03.10.2018-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair yeni qərarın qəbul edilməsiniməhkəmə kollegiyasından xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 08.01.2019-cu il tarixli iş № 2-1(107)-26/2019 (hakimlər M.Hüseynov - sədrlik edən və məruzəçi, E.Hüseynov və R.Rəfiyev) qərarı ilə birinci instansiya məhkəməsinin 03.10.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışd ır ki,Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 yanvar 2019cu il tarixli 2-1(107)-26/2019 nömrəli qərarını qeyri-qanuni və əsassız hesab edir. Belə ki, hesab edirik ki, məhkəmə kollegiyası işə birtərəfli və səthi yanaşmaqla aşağıda göstərilən hallar nəzərə alınmamışdır. Belə ki, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 yanvar 2019-cu il tarixli 2-1(107)-26/2019 nömrəli qərarı aşağıda göstərilən maddi hüquq normalarının pozulması halı ilə qəbul edilmişdir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarını n dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativhüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən idarə döv lət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır və qeydiyyat müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə nəzərdə tutulan hallarda və qaydada aparılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeyd iyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 yanvar 2019-cu il tarixli, 2-1(107)-26/2019 nömrəli qərarının ləğv edilməsi və işin baxılması üçün yenidən apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişd ir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 08 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin baxılması üçün yenidən apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə icl asına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 08 yanvar 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmadır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisad i Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 08 yanvar 2019-cu il tarixli, 2-1(107)-26/2019 saylı qərarla, cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibatiİqtisadi Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2-1(084)-1144/2018 nömrəli qərarının dəyişdirilmədən qüvv ədə saxlanması qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 14.2, 34.1, 68.1, 68.2, 82-ci maddəsinə, “Torpaq islahatı haqqında” Qanunun 9, 10-cu maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5, 8.0.7-ci maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, cavabdeh inzibati orqan iddiaçıya ayrılmış torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməli olduğu halda bunu edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayəti əsassızdır. Belə ki, cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin “işə birtərəfli və səthi yanaşmaqla aşağıda göstərilən hallar nəzərə alınmamışdır”, qeyd etsə də, cavabdehin yazdığı “aşağıda göstərilə n” nəzərə alınmayan halların ümumiyyətlə heç biri göstərilməmiş, sadəcə olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun bir sıra maddələri (2, 9, 12.1, 23), Torpaq Məcəlləsinin 67-ci maddəsi, Mülki Məcəllənin 139-cu maddələri sıra ilə yazılmışdır. İşin hansı konkret hallarının isə sözügedən maddi hüquq normalarına uyğun gəlmədiyi barədə heç nə yazılmamışdır, yəni, cavabdehin kasasiya şikayətindəki bu mövqeyi sırf formal və deklarativ xarakter daşıyır. Eyni zamanda qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Mingəçevir şəhəri XDS İK-nin 1988-ci il tarixli 3/8 nömrəli qərarı ilə Mingəçevir şəhəri "Gülüstan” bağçılıq yoldaşlıq təsərrüfatından X5 1988-ci ildə 520 kvadrat metr həyətyanı torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsi X1 X3, sonuncudan da İddiaçı keçmiş və X7 və İddiaçı adlarına Mingəçevir ŞİH-nin nəzdində X8 və Bağ Evlərinin Tikintisi, İstismarı və İnkişafı İdarəsi tərəfindən müvafiq olaraq 12 avqust 2002-ci il tarixli 10/66 inventar nömrəli və 22 noyabr 2003-cü il tarixlı 15/64 İnventar nömrəli texniki pasportlar tərtib edilmişdir. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 09 sentyabr 2008-ci il tarixli 161 nömrəli sərəncamı ilə torpaq sahəsi iddiaçının adına sənədləşdirilərək A seriyalı 155688 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağ ların) torpaqların əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi ilə bərabər həmin torpaqların vətəndaşların mülkiyyətinə onların qanuni istifadəsində olan ölçüdə verilməsini də tənzimləyir. Sadalanan sənədlər torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas verir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən 15 avqust 2007-ci il tarixli akta əsasən idarəyə təhvil verilmiş Yol Tikinti Maşınlarının Təmiri Zavodunun “Gülüstan” Kollektiv bağçılığının adlı siyahısında X12 İsmayılova və İddiaçı adlarının qeyd edilməməsi iddiaçının tələbinin cavabdeh inzibati orqan tərəfindən təmin edilməməsi üçün əsas sayıla bilməz. Belə ki, sözügedən torpaq sahəsi “Gülüstan” ko llektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq X4 istifadəsinə verilmiş, onun 12 avqust 2002-ci il ərizəsi əsasında X2 istifadəsinə verilmiş, nəhayət sonuncunun 22 noyabr 2003-cü il tarixli ərizəsi əsasında iddiaçının istifadəsinə verilmiş və bununla bağlı texniki pasport tərtib edilmişdir. İddiaçıya məxsus torpaq sahəsi ilə bağlı qeyd edilən sənədlər onun həmin torpaq sahəsinə münasibətdə qanuni istifadəsini təsdiq edən sübutlardır. Belə ki, “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Mingəçevir şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Həmin sərəncamın 2.2-ci bəndinə əsasən, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlərin görülməsi Nazirlər Kabinetinə tapşırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindək i bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: - 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydi yyat vəsiqələri; - 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinın başqasına keçməsinin məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, cavabdeh inzibati orqan təqdim edilmış texniki pasport, torpaq sahəsinin planı və ölçüsü sən ədi əsasında hüquqların dövlət qeydiyyatını həyata keçirməli olduğu halda bunu etməmiş və əsassız olaraq bundan imtina etmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, Şəki Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 08 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 08 yanvar 2019-cu il tarixli, 21(107)-26/ 2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar