Məhkəmə qərarları › İş №2-1(102)-1323/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1323/2020

29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1323/2020 29.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, Hava gəmilərinə xidmət üzrə mühəndis-texniki heyət üzvü giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X4, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəs inin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra cavabdeh) qarşı“sosial sığorta stajının müəyyən edilməsi və güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə BakıApelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 21(103)-372/2020 saylı, 28 yanvar 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 29 iyul 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: xx xxxx 1962-ci ildə anadan olmuş iddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. O, 19791982-ci il lərdə Slavyan ATU QA-da təhsil almışdır. 01.03.1982-ci ildə Azərbaycan MAİ-nin Yevlax birləşmiş aviadəstəsinə TAB-na aviamexanik stajor vəzifəsinə, 15.03.1982-ci ildə 3cü dərəcə 2-ci sinif aviamexanik vəzifəsinə qəbul olunub. 28.06.1982-ci ildə Təyyarə və aviamühərriklərin texniki istismarı üzrə texnik-mexanik ixtisası verilmişdir və 4-cü dərəcə 3cü sinif aviatexnik vəzifəsinə keçirilmişdir. 23.09.1985-ci ildə Azərbaycan SSR ƏQM 37 maddəsi ilə (öz istəyi ilə) işdən azad olunub. 04.10.1985-ci ildə Nəqliyyat-ekspedisiya müəssisəsi Mərdəkan qarajına avtomaşınların təmiri üzrə 3-cü dərəcəli çilingər vəzifəsinə qəbul olunub. 01.06.1988-ci ildə “Azərəlvanmetal” TİM SSRİ MSM 153 saylı 13.04.1988-ci il tarixli əmrinə əsasən “Azərəlvanmetal” İB avtomobil nəqliyyatı müəssisəsi adlandırılmışdır. 18.0 7.1991-ci il tarixdə Avtomobillərin təmiri üzrə 4-cü dərəcəli çilingər verilmişdir. 09.04.1993-cü il tarixdə Azərbaycan SSR ƏQM 37-ci maddəsi ilə işdən azad edilmişdir. 14.04.1993-cü il tarixdə Bakı nəqliyyat aviaşirkəti TAB-nə 3-cü dərəcəli aviamexanik vəzifəsinə qəbul olunmuş, 10.05.1993-cü ildə 1 saylı TAB-nə 4-cü dərəcəli aviatexnik vəzifəsinə keçirilmişdir. 02.03.1994-cü il tarixdə TU-154B təyyarəsinin bütün növ reqlament işləri və mühərriklərin əvəz olunması üzrə müstəqil texniki xidmət işlərinə buraxılmışdır. VS Ək-40 bütün növ reqlament işləri və mühərriklərin əvəz olunması üzrə müstəqil texniki xidmət işlərinə buraxılmışdır. 01.08.1995-ci il tarixdə 3 nömrəli sexə eyni vəzifəyə keçirilmişdir. 18.05.1996-cı ildə Vİ dərəcə ETC üzrə 2-ci sinif 5-ci dərəcə aviatexnik ixtisası verilmiş dir. 27.09.1996-cı ildə TU-154M təyyarəsinin reqlament işlərinin operativ növləri və mühərriklərin TB üzrə müstəqil texniki xidmət işlərinə buraxılmışdır. 01.04.1997-ci il tarixdə “xxxxavia” BNA-nin yenidənqurulması ilə əlaqədar “xxxx” MAŞ-ın aviatexniki vəzifəsində hesab edilmişdir. 08.11.1998-ci il tarixdə Ştat cədvəlinin dəyişilməsi ilə əlaqədar TAB-nın 2 nömrəli sexinə ETC-Vİİ dərəcə üzrə təyyarə və mühərriklərin aviatexniki vəzifəsinə keçirilmiş, 12.11.1999-cu il tarixdə “xxxx” Aviasiya – texniki X6 Operativ texniki xidmət formalarının 2 nömrəli sexinə planer və mühərriklər üzrə 2-ci sinif aviatexnik vəzifəsinə qəbul olunmuşdur. 25.11.2000-ci ildə AU-25 və BCY Au-9 mühərrikli Ək-40 hava gəmisinin reqlament işlərinin operativ növləri üzrə planer və mühərriklər üzrə sərbəst texniki xidm ətinə, 11.04.2005-ci il tarixdə “AN-140-100” tipli hava gəmilərinin planer və mühərriklər üzrə operativ formalarının sərbəst texniki xidmətinə, 10.06.2005-ci il tarixdə “AN-140-100” tipli hava gəmilərinin A və REA-nın tranzit A-1 forması üzrə sərbəst texniki xidmətə, 18.11.2005-ci il tarixdə “AN-140-100” tipli hava gəmilərinin TB3-117BMASBM1 mühərriklərinin dəyişdirilməsinə buraxılmışdır. 01.09.2006-cı ildə X10 xidmət sexinə planer və mühərriklər üzrə 2-ci dərəcəli aviasiya texniki vəzifəsinə təyin edilib. 31.07.2008ci il tarixdə başqa işəgötürənlə əmək müqaviləsi bağlandığından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsi ləğv edilmişdir. 01.08.2008-ci il tarixdən 02.05.2017-ci il tarixlərdə X3 İstismarı Departamentinin Texniki xidmət se xinin planer və mühərriklər üzrə aviatexnik çalışıb. 03.05.2017-ci il tarixdən 01.04.2019-cu il tarixlərdə “X18 Aviaşirkəti” MMC-nin “X16” filialında aviatexnik vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı “xxxx” QSC tərəfindən iddiaçı barəsində verilmiş M-821 saylı, 02.07.2019-cu il tarixli arxiv arayışında qeyd edilir ki, xx.xx.1962-ci il təvəllüdlü iddiaçı həqiqətən 14.04.1993-cü il tarixdən “xxxx” Dövlət Konserninin "xxxxAVİA" Bakı Nəqliyyat Aviaşirkətinin Aviasiya-texniki cazasının (ATB) 4 saylı sexinə 3-cü dərəcəli aviamexanik vəzifəsinə qəbul olunmuşdur. (15.04.1993-cü il tarixli əmr № 37/l), 10.05.1993-cü il tarixdən ATB saylı sexə 4-cü dərəcəli aviamexanik vəzifəsinə keçirilmişdir. (12.05.1993-cü il tarixli əmr № 45/l), 01.08.1995-ci il tarixdən 3 saylı sex ə eyni vəzifəyə keçirilmişdir.(04.08.1995-ci il tarixli əmr № 50/l), 18.05.1996-ci il tarixdən 5-ci dərəcəli aviasiya texniki vəzifəsinə keçirilmişdir. (18.05.1996-cı il tarixli əmr № 25 l), 01.04.1997-ci il tarixdən müəssisənin yenidən təşkili ilə əlaqədar “xxxx" Dövlət Konserninin “xxxx” Milli Aviaşirkətinə (MAŞ) həmin vəzifəyə keçirilmişdir. (31.07.1997-ci il tarixli əmr № 13/l), 08.11.1998-ci il tarixdən ATB 2 saylı sexə 5-ci dərəcəli aviasiya texniki vəzifəsinə keçirilmişdir (10.11.1998-ci il tarixli əmr № 69/l), 11.11.1999-cu il tarixdən “xxxx” Dövlət Konserninin “xxxx” Aviasiya-texniki Mərkəzi (ATM) Birgə müəssisəsinə (BM) keçirilməsi ilə əlaqədar işdən azad olunmuşdur (11.11.1999-cu il tarixli əmr № 153/l), 12.11.1999-cu il tarixdən Texniki xidmətin operativ formaları 2 saylı sexə planer və mühərriklər üzrə 2-ci sinif aviasıya texniki vəzifəsinə qəbul olunmuşdur (12.11.1999-cu il tarixli əmr № 15 l), 01.09.2006-cı il tarixdən X10 xidmət sexinə planer və mühərriklər üzrə 2-ci dərəcəli aviasiya texniki vəzifəsinə keçirilmişdir (01.09.2006-cı il tarixli əmr № 101/ş), 28.07.2008-ci il tarixdən planer və mühərriklər üzrə 1-ci dərəcəli aviasiya texniki vəzifəsinə keçirilmişdir. “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin X10 Xidmət İdarəsinə eyni vəzifəyə keçirilmişdir. (Nazirlər Kabinetinin 30.04.2008-ci il tarixli qərar № 105), 31.07.2008-ci il tarixdən başqa işəgötürənlə əmək müqaviləsi bağlanması ilə əlaqədar əmək müqaviləsi ləğv edilmişdir (30.07.2008-ci il tarixli əmr № 84/ş). X7 aviamexanik-stajçı, aviamexanik, aviatexniki, bortmexanik vəzifələrində çalışdığı müddət ərzində bilavasitə Tu-154 B, Yak40, Tu-154 M, AN-25, AN-9, An-140-100, Tu-134 B tipli təyyarələrə texniki xidmət üzrə işləri yerinə yetirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.3-ci bəndinə əsasən göstərilən vəzifələr üzrə iş güzəştli şərtlərlə yaşa görə pensiyası hüququ verir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı 9 iyul 2019-cu il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən 31.07.2019-cu il tarixli məktubla cavab verilərək “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8 və 6 mart 2007-ci il tarixdə qüvvədən düşmüş “Vətəndaşların pensiy a təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə istinadla göstərilmişdir ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az təşkil etdiyi üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İddiaçı 8 avqust 2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 26 ildən yuxarı ümumi sosial sığorta stajı və 12 il 9 aydan yuxarı xüsusi sosial sığorta stajının nəzərə alınaraq ona hüququnun yarandığı gündən 14 iyun 2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının hal-hazıradək 39 il ümumi sosial sığorta stajı var, bundan 26 ildən çoxu xüsusi əmək stajı təşkil edir. 01.01.2006-cı il tarixədək 26 ildən çox ümumi sosial sığorta stajı, 12 il 9 aydan yuxarı xüsusi sosial sığorta stajı vardır ki, bu da əsas verir ki, 57 yaşından (14.06.2019-cu il) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.3-ci maddəsinə müvafiq olaraq mülki aviasiyada X10 xidmət göstərən mühəndis-texniki heyətin ağır və zərərli iş şəraitinə görə İİ siyahı ilə pensiya hüququ olsun. Göstərilənlərə baxmayaraq cavabdehə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün müraciətin təmin edilməsindən imtina etmişdir. 1 yanvar 2006-cı ildən qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanu nun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-1(81)-3543/2019 saylı iş) 6 noyabr 2019-cu il tarixli qərarı iləiddia təmin edilərək iddiaçının 26 ildən yuxarı ümumi, 12 il 9 aydan yuxarı xüsusi sosial sığorta stajı və 57 yaşı tamam olduğundan ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 6 noyabr 2019-cu il tarixli qərarı ilə razılaş an Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X8-məruzəçi, X5 və X12, 2-1(103)-372/2020 saylı iş) 28 yanvar 2019-cu il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Apelyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı “xxxx” Dövlət Konsernində 14.04.1993-cü ildən 1 yanvar 2006-cı ilədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş 2 №-li siyahıya əlavə olaraq tərtib edilmiş “Hava gəmilərinə xidmət üzrə mühəndis-texniki heyətə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrin Siyahısı”na əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas olan aviasiya texniki, aviamexanik işində 12 il 6 aydan artıq işləmiş və pensiya hüququ yaranmışdır. Cavabdehin imtina məktubundan göründüyü kimi, iddiaçının 01.01.2006-cı ilədək 12 il 6 aydan artıq xüsusi staja malik olması mübahisələndirilmir, cavabdehin mövqeyinə görə həmin tarixədək iddiaçının ümumi iş stajı 25 ildən az təşkil edir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından aydın olur ki, iddiaçının 19791982-ci illərdə təhsil aldığı dövrün ümumi iş stajına daxil edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmamış və hesab etmişdir ki, ali, orta ixtisas, texniki peşə məktəblərində təhsil müddəti iş stajına daxil edilməlidir. Qanunvericilikdə qeyd edilən dövrün əmək stajına daxil edilməsi barədə konkret göstəriş olduğundan o, bu hüquqdan məhrum edilə bilməz. Habelə, şəxsin təhsil a ldığı dövrün qanunvericiliyinə görə həmin dövr artıq onun əmək stajı hesab edilir. Cavabdehin ağırlaşdırıcı hallara istinad edərək iddiaçının əyani təhsil müddətini sosial sığorta stajına daxil etməməsi konstitusion normanın pozulmasıdır. Bundan başqa, iddiaçının əyani təhsil aldığı müddət onun artıq qazanılmış hüququdur. Qeyd edilməlidir ki, “əmək stajı” və “pensiya hüququ” bir-birindən fərqli anlayışlardır. Pensiya hüququ şəxsin qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur, yəni, bu gün qüvvədə olan pensiya hüquq normalarını tənzimləyən qanunvericilik aktında əyani təhsil müddətinin əmək stajına daxil edilməməsi pensiya hüququ yaranmış şəxsə deyil, hazırda əyani təhsil alan şəxsə şamil edilməlidir. Ona görə də “əyani təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququnun yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. Cavabdeh 14 fevral 2020-ci il tarixdə qərarın surətini almış,12 mart 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: İddiaçının işdə olan şəxsiyyət vəsiqəsindən göründüyü kimi, o, xx.xx.1962-ci ildə anadan olmuş, əmək kitabçasına əsasən əmək fəaliyyətinə 01.03.1982-ci ildən başlamışdır. “xxxx” QSC-ti tərəfindən verilmiş 02.07.2019-cu il tarixli arayışa əsasən iddiaçı 14.04.1993-cü il tarixdən 31.07.2008-ci il tarixədək həmin qurumda müxtəlif vəzifələrdə işləmiş (15 il 3 ay 17 gün), “X19 Aviaşirkəti MMC” tə rəfindən verilmiş 13.06.2019-cu il tarixli arayışa əsasən 01.08.2008-ci il tarixdən 01.04.2019-cu il tarixdən “X16” şirkətində aviatexnik vəzifəsində işləmişdir (10 il 8 ay). “Əmək pensiyaları haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçı pensiya yaşına çatmalı, minimum sığorta stajı və həmin sığorta stajından qanunvericilikdə qeyd edilmiş müddətini güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərdə işləməlidir. Qanunun 9.1-ci maddəsinin 10 mart 2017-ci il tarixə qədər olan mətni iddiaçıya şamil edilə bilməz. Belə ki, Qanun 1 yanvar 2006-cı ildə qüvvəyə minmiş və bu zaman iddiaçının yaşı 44, sığorta stajı 23 il 10 ay olmuşdur. Beləliklə, iddiaçının həmin maddənin qeyd edilən tarixə qüvvədə olan həm yaşı, həm də sığorta stajı maddədə qeyd edilən “57” pensiya yaşından və 2 5 il minimum əmək stajından aşağıdır. İddiaçının hal-hazırda 57 yaşı olduğundan ona Qanunun hal-hazırda qüvvədə olan 9.1-ci maddəsi şamil edilə bilməz. Belə ki, 10 mart 2017-ci il tarixli 543-VOD nömrəli qanunla həmin maddədə qeyd edilən pensiya yaşı 57-dən 60-a qaldırılmışdır. Qanunun 9.8-ci maddəsində qeyd edilənlər də iddiaçıya tətbiq edilə bilməz. Həmin maddə ƏPQ-dan əvvəl qüvvədə olan qanunvericilikdən bəhs edir. Qeyd edilən maddədə göstərilən şəxslərin pensiya hüququ ƏPQ qüvvəyə minməmişdən əvvəl “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla tənzimləmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununu 13-cü maddəsinin “b” bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyah ısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdeh in kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdehə görə iddiaçının 1 yanvar 2006-cı ilədək ümumi iş stajı 25 ildən az təşkil etdiyindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş 2 saylı siyahıya əlavə olaraq təsdiq edilmiş “Hava gəmilərinə xidmət üzrə mühəndis-texniki heyətə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrin Siyahısı”nda bütün adlarda aviasiya texniklərinin (mexaniklər, motorçular) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ nəzərdə tutulmuşdur. İddiaçı “Azərbaycan Hava Yolları” Dövlət Konsernind ə 14.04.1993-cü ildən 01 yanvar 2006-cı ilədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş 2 №-li siyahıya əlavə olaraq tərtib edilmiş “Hava gəmilərinə xidmət üzrə mühəndis-texniki heyətə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrin Siyahısı”na əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas olan aviasiya texniki, aviamexanik işində 12 il 6 aydan artıq işləmiş, pensiya hüququ yaranmışdır. 1 oktyabr 1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında Qanunun 1-ci maddəsinin “v” bəndinə görə, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası a lmaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsinin “i” yarımbəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıd ır. Həmin Qanunun 70-ci maddəsində qeyd edilir ki, pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. Bu qayda “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsində də əksini tapmışdır. İddiaçıya məxsus əmək kitabçasındakı qeydlərə və diplomun surətinə əsasən müəyyən edilir ki, 01.01.2006-cı ilədək 25 ildən artıq ümumi iş stajı yaranmışdır. İddiaçıya güzəştli şərtlərlə p ensiya təyin edilməsi üçün, onun 25 ildən artıq ümumi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə tərəfindən təsdiq olunan 2 №-li Siyahı üzrə 12 il 6 aydan artıq isə güzəştli şərtlərlə əmək stajı 1 yanvar 2006-cı ilədək toplandığından, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələblərinə əsasən iddiaçıya pensiya təyin edilərkən “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun həmin tarixədək olan redaksiyası əsas götürülməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericilik lə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İstinad olunan maddi hüquq normasının tələbinə əsasən 1 yanvar 2006-cı ilədək 25 il ümumi iş stajı, o cümlədən 12 il 6 ay xüsusi əmək stajı olan şəxslərə yaşa görə əmək pensiyası yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələbləri əsas götürülməklə təyin edilir. 1 yanvar 2006-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 i l 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Bəhs olunanlar nəzərə alınaraq iddiaçının (55+2) 57 yaşdan pensiya hüququ yaranmış olur. İddiaçının 14 iyun 2019-cu il tarixə (57 yaş) 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi stajı mövcud olduğundan, onun 1 yanvar 2006-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərl ə yaşa görə əmək pensiyası hüququ yarandığından apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-372/2020 saylı, 28 yanvar 2020-ci il

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar