Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1323/2021 04.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra məhkəmə qərarı ilə marağına toxunan şəxsin üçüncü şəxs kimi işə cəlb edilməsi barədə, yeni açılmış halın olmaması Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1165/2021 saylı, 5 aprel 2021ci il tarixli qərarından iddiaçı və cavabdehin verdiyi kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aş ağıdakı qərarı qəbul etdi. İşin halları 1. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1901/2015 nömrəli iş üzrə 25.05.2015-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iddiası təmin edilərək, cavabdehin imtinası qanunsuz sayılmış, iddiaçının 15.09.1979-cu il tarixdən 22.09.2004-cü il tarixədək işlədiyi illər sosial sığorta stajına daxil olunmaqla, ona 05.01.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
2. DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsi həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi İK-nın 2-1(103)-1048/2020 nömrəli iş üzrə 05.06.2020-ci il tarixli qərardadı ilə şikayət qeyri-mümkün hesab edilmiş, şikayətin qəbulundan imtina olunmu şdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
3. Cavabdeh DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsi 13.02.2020-ci il tarixdə yeni açılmış hallara dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iş üzrə icraatın təzələnməsini xahiş etmişdir.
4. DSMF də 06.10.2020-ci il tarixdə həmin Məhkəməyə vəsatət təqdim edərək, Fondun inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmasını, 25.05.2015-ci il tarixli qərarın ləğv olunmasını və işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişdir.
5. DSMF Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialı da 16.10.2020-ci il tarixdə eyni Məhkəməyə yeni açılmış hallara dair ərizə təqdim edərək, məhkəmə icraatının təzələnməsini və DSMF Suraxanı rayon şöbəsinin DSMF Xüsusi şərtlərlə təyinat üzrə Mərk əzi filialı ilə əvəz edilməsini xahiş etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin (hakim X5, 2-1(82)-1901/2015 saylı iş) 13 noyabr 2020-ci il tarixli qərardadı ilə yeni açılmış hallarla bağlı ərizələr rədd edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli digər qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1901/2015 nömrəli iş üzrə 25.05.2015-ci il tarixli qərarı ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmiş, DSMF inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. 8. 25.05.2015-ci il tarixli qərarın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardadla razılaşmayan iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
9. Yeni açılmış hallarla bağlı ərizələrin təmin edilməməsi ha qqında qərardaddan narazı qalan DSMF Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialı apelyasiya şikayət verərək qərardadın ləğv edilməsi, ərizənin təmin olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X1-məruzəçi, X2 və X3, 2-1(103)-1165/2021 saylı iş) 5 aprel 2021-ci il tarixli qərardadla iddiaçı və cavabdehin apelyasiya şikayətlərini təmin etməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(82)1901/2015 nömrəli iş üzrə yeni açılmış hallarla bağlı ərizələrin təmin edilməməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə 13 noyabr 2020-ci il tarixli qərardadlarını dəyişdirilmədən saxlamışdır.
11. İddiaçı kasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 aprel 2021-ci il ta rixli qərardadının qismən, iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi hissəsində ləğv edilməsini xahiş etmişdir.
12. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 aprel 2021-ci il tarixli qərardadının ləğv edilməsi və yeni açılmış hallara dair ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Kasasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətlərinin dəlilləri
13. İddiaçının kasasiya şikayətinin dəlillərinə əsasən Bakı İnzibati Məhkəməsi əvvəlcə Dövlət Sosial Müdafiə Fondunun yeni açılmış halla əlaqədar ərizəsinə baxmış və bu ərizənin təmin edilməsinin açıq qanunsuz olması səbəbindən mümkün olmadığına görə eyni gündə ərizəçinin üçüncü şəxs barədə ərizəsinə baxıb təmin etmişdir. Eyni gündə iki qərardad qəbul edilmişdir. Eyni vəziyyət apelyasiya instansiyası məhkəməsində də davam etmişdir.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12 aprel 2017-ci il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. İnzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsidir.
15. Dövlət Sosial Müdafiə X11 Şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalı idi.
16. İddiaçının pensiyası 2019-cu ilin mart ayından başlayaraq dayandırılmışdır. Dövlət Sosial Müdafiə Fondunun ən azından həmin tarixdən iddiaçının pensiyası və məlum məhkəmə qərarları barədə məlumatı olmuşdur. Məhkəmə ərizəçinin məhkəmə qərarlarından nə vaxt məlumatlı olması halını dəqiqləşdirilməli idi.
17. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, inzibati məhkəmə icr aatına cəlb olunmamış şəxsin icraata qoşulma barədə müraciət etmək hüququ olsa da, bu hüquq hüquqi müəyyənliyin təmin edilməsi üçün istənilən vaxt deyil, müəyyən müddətlərdə həyata keçirilə bilən hüquqdur. Bu müddət isə Azərbaycan Respublikası İPMnin 85.1-ci maddəsində təsbit edilmiş proses iştirakçıları üçün nəzərdə tutulmuş şikayət vermə müddətləridir.
18. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə müvafiq olaraq üçüncü şəxs qismində işə cəlb edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilə bilər.
19. Cavabdehin kasasiya şikayətinin dəlillərinə görə, yeni açılmış hallara dair heç bir əsas birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı rəsmi məlumatlara əsasən Sumqayıt şəhərində qeydiyyatda olduğu halda (10.09.2019-cu il tarixdən Bakı şəhəri Suraxanı rayonunda qeydiyyatdadır), Bakı şəhəri Suraxanı rayonu ərazisində yaşamasını təsdiq edən müvafiq sənəd alınmadan ərizəsi Şöbə tərəfindən pensiya təyin edilməsi üçün qəbul edilmişdir. Faktı təsdiq edən şəxsiyyət vəsiqəsinin surəti iş materiallarında mövcuddur. Pensiya işinə tikilmiş "xxxx" ASC-nin dairəvi möhürü ilə təsdiq edilmiş 25.02.2015-ci il tarixli güzəştli arayışda qeyd olunmuşdur ki, bu arayış əmək kitabçası əsasında tərtib olunmuşdur. Güzəştli arayış təşkilatın öz ündə saxlanılan ilkin sənədlər əsasında tərtib edilməli olduğu halda, sonradan yazılmış əmək kitabçası əsasında tərtib edilmişdir. Əmək kitabçasının həqiqiliyi də əsaslı şübhələr yaradır.. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
20. Kasasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmiş, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirmişdir.
22. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmiş, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirmişdir. Tət biq edilən hüquq
23. İnzibati Prosessual Məcəllə: Maddə
28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçünc ü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hal larda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.4. Kasasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə
100. Mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün əsaslar Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə
103. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət 103.1. Yeni açılmış hallarla b ağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Maddə
106. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü ma ddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarı: (-).
2. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
25. İddiaçı və cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayətlər formal baxımdan la zımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir. Şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayətlər qəbul oluna bilən hesab edilir.
26. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. İşdə olan sənədlərdən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.05.2015-ci il tarixli qərarı ilə iddiaçının cavabdehə qarşı idd iası təmin edilərək, 15.09.1979-cu il tarixdən 22.09.2004-cü il tarixədək işlədiyi illər sosial sığorta stajına daxil olunmaqla, ona 05.01.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 05.06.2020-ci il tarixli qərardadı ilə cavabdehin apelyasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən qeyri-mümkün hesab edilmiş, şikayətin qəbulundan imtina olunmuşdur.
29. Cavabdeh 13.02.2020-ci il tarixdə yeni açılmış hallara dair ərizə ilə iş üzrə icraatın təzələnməsini barədə, DSMF isə 06.10.2020-ci il tarixdə vəsatətlə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Fondun inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmasını, 25.05.2015-ci il tarixli qə rarın ləğv olunmasını və işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişdir.
30. Qeyd olunanlarla bağlı Dövlət Sosial Müdafiə Fondu məhkəmə qərarının onun hüquqlarını və qanunla qorunan maraqlarını pozduğuna istinad edərək iş üzrə üçüncü şəxs kimi işə cəlb olunmasını və bununla bağlı iş üzrə icraatın təzələnməsini xahiş etmiş, vəsatət birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş və DSMF üçüncü şəxs qismində icraata cəlb edilmiş, birinci instansiya məhkəməsinin qərardadı apelyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
31. Apelyasiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən İPM-in 28.1-ci maddəsinin və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-c i maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixi qərarının tələblərinə əməl edilmişdir.
32. Konstitusiya Məhkəməsinin Plenum qərarında qeyd edilmişdir ki, inzibati prosessual qanunvericiliyin əsas prinsiplərindən biri, inzibati prosesdə iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından müdafiəsini təmin etməkdir. İnzibati prosesin gedişatında hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ vardır...Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər...
33. Məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına və inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə xüsusi diqqət yetirməlidir.
34. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış Dövlət Sosial Müdafiə X11 şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulması təsdiq olunur.
35. Odur ki, DSMF-nun üçüncü şəxs kimi cəlb edilməsi üçün əsas olmaması barədə iddiaçının şikayətinin dəlilləri əsaslı olmamışdır.
36. Cavabdehin şikayətin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
37. İPM-in 100-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakç ılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.
38. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər.
39. İşdən müəyyən edilir ki, iş üzrə yeni açılmış hallarla bağlı ərizə 2015-ci ildə həyata keçirilən inzibati məhkəmə icraatından 5 il keçdikdən sonra verilmiş, bununla da qanunla nəzərdə tutulan 3 aylıq müddət ötürülmüşdür.
40. İPM-in 103.3-cü maddəsinə görə, bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir.
41. Odur ki, cavabdeh tərəfindən qanunda nəzərdə tutulan müraciət m üddətinə əməl edilmədiyindən cavabdehin şikayətinin dəlilləri əsaslı olmamışdır.
42. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.
43. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
44. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1165/2021 saylı, 5 aprel 2021-ci il qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.