Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1323/2022 28.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər:57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi” tələbi nə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-323/2022 saylı, 08 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 01 sentyabr 1977-ci ildən 24 fevral 1981-ci il tarixədək Bakı Baza Energetika Texnikumunda təhsil almış, xx.xx.1981-ci il tarixdən 20 iyun 1983-cü il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur.
2. Əmək kitabçasında olan məlumatlara əsasən iddiaçı: xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilə qədər “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunda kalium qəlitəsinin buxarlanması sexində kompressor qurğu maşinisti, soyutma aparatçısı, xx.xx.1984-cü ildən xx.xx.1989-cu ilə qədər Rusiya Federasiyasının Altay Diyarında tikintidə, xx.xx.1989-cu ildən xx.xx.1993-cü ilə qədər "Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun su təchizatı sexində maşinist, xx.xx.1993-cü ildən xx.xx.1999-cu ilədək "Üzvi sintez" zavodunda propilen oksidi sexində çilingər, xx.xx.1999-cu ildən xx.xx.2000-ci il tarixədək propilen oksidi və lak-boyaq bərkidicilər sexində 5-ci dərəcəli NÖC və “A” təmiri üzrə çilingər, xx.xx.2000-ci il tarixdən xx.xx.2003-cü il tarixədək həmin sexdə 6-cı dərəcəli NÖC və “A” təmiri üzrə çilingər, xx.xx.2003-cü il tarixədək həmin sexdə 6-cı dərəcəli NÖC və “A” təmiri üzrə növbəli çilingər, xx.xx.2004-cü ilədək həmin sexdə NÖC və “A” təmiri üzrə sahə rəisi, xx.xx.2010-cu il tarixədək propilen oksidi sexind ə NÖC və “A” təmiri üzrə sahə rəisi, xx.xx.2012-ci ilədək propilen oksidi sexində nəzarət-ölçü cihazları və avtomatika üzrə mühəndis, xx.xx.2012-ci il tarixədək mütləqləşdirilmiş spirt istehsalı sexində nəzarət-ölçü cihazları və avtotamika üzrə mühəndis, xx.xx.2012-ci ildən xx.xx.2012-ci il tarixədək “Azərkimya İB” təmir-tikinti idarəsində 1 saylı mexaniki quraşdırma sahəsində 11-ci dərəcəli iş icraçısı kimi çalışmışdır.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
4. Cavabdeh 23 iyul 2019-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina olunduğunu bildirmiş və qeyd etmişdir ki, təqdim etdiyiniz sənədlərdən göründüyü kimi, Sizin 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajınız 25 ildən az təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.1977-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin Bakı Baza Energetika Texnikumunda təhsil aldığı dövrü nəzərə almaqla 57 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri n Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Onun xx.xx.2006-cı il tarixə qədər 26 il 8 ay 29 gün ümumi iş stajı, ümumilikdə 13 il 02 ay 11 gün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən stajı vardır. Buna görə də cavabdehin ona pensiya təyin etməkdən imtina etməsi əsassızdır.
7. Cavabdeh iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, nə əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna, nə də qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun əvvəlki və yeni redaksiyalarına əsasən İddiaçı pensiya hüququ yaranmamışdır. Belə ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün zəruri stajı yoxdur. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ verdiyini iddia etdiyi “NÖC və A təmiri üzrə çilingər” və “NÖC və A üzrə sahə rəisi” peşələrinin heç birinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin` xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş 1 və 2 saylı Siyahılarda rast gəlmək mümkün deyildir. Bundan başqa, iddiaçı güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün əsas olan yaş həddinə çatmamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən, kişilər üçün güzəştli şərtlərlə pensiya yaşı 52, “b” bəndinə əsasən isə 57-dir, 2006-cı ildə iddiaçının 44 yaşı tamam olmuşdur, demək ki, həmin vaxt qüvvədə olmuş qanunvericiliklə əmək pensiyası yaşına çatmamışdır. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanun təhsil müddətini sığorta stajına aid etməmişdir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə pensiya təyini üçün zəruri olan 2 şərt öz təsdiqini tapmamışdır: iddiaçının xüsusi sığorta stajının olmaması, iddiaçının zəruri yaş həddini tamamlamaması. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3775/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli (hakim A.Abdullayeva) qərarı ilə iddia təmin edilmiş, iddiaçının xx.xx.1977-xx.xx.1981-ci illərdə Bakı Baza Energetika Texnikumunda təhsil aldığı müddətin sığorta stajına daxil edilərək ona 57 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının t əyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir
9. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, xx.xx.2006-cı il tarixə kimi 25 ildən artıq əmək stajı olduğundan və həmin stajın 12 il 6 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahıda nəzərdə tutulmuş peşə üzrə işlədiyindən, həmçinin xx.xx.2019-cu il tarixdə artıq 57 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci bəndinə əsasən həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.
10. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-4 48/2020 saylı, 11 fevral 2020-ci il tarixli qərarı ilə (hakimlər V.Ağayev - sədrlik edən və məruzəçi, A.Nuriyeva və S.Seyidova) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1584/2020 saylı 12 avqust 2020-ci il tarixli qərarı ilə (hakimlər İ.Şəfiyev - sədrlik edən və məruzəçi, Z.Quliyev və R.Nəbizadə) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyas i Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-448/2020 saylı, 11 fevral 2020ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.
15. Kassasiya instansiyasının mövqeyinə görə, hər hansı peşə adlarını siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi 71 saylı arayışda göstərildiyi kimi, onun 1983-1984-cü illərdə çalışdığı “kompressor qurğu maşınisti” fəaliyyət növü NK-nın xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə tə sdiq edilmiş 1 nömrəli siyahıda göstərilmişdir, buna görə də yalnız bu 1 illik müddət iddiaçının xüsusi staj müddəti hesablanarkən nəzərə alına bilər. İddiaçının çalışdığı digər peşələr üzrə isə xüsusi stajı yoxdur, bu isə o deməkdir ki, nə əvvəllər qüvvədə olmuş qanunvericiliklə, nə də hal-hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanuna əsasən güzəştli şərtlərlə pensiya hüququ yaranmamışdır. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-203/2021 saylı 8 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər V.Məmmədov - sədrlik edən və məruzəçi, X.Cəmilova və E.Nağıyeva) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 oktyabr 2019cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi rədd ed ilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, arayışda qeyd edilmiş şifrə 1 və 2 nömrəli Siyahıda sadalanmış “nəzarət-ölçü cihazlarının və ventilyasiyasının kimya istehsalatlarında məşğul olan fəhlələr, ustalar, böyük ustalar, energetiklər və mexaniklər” peşələrinə uyğun gəlir. Həmin şifrlə üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün şəxs kimya istehsalatında bilavasitə iştirak etməlidir ki, iddiaçıya münasibətdə bu şərtə əməl olunmur.
18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində ikinci icraat
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiya sının 2-1(102)1264/2021 saylı, 7 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər N.Rəsulbəyova - sədrlik edən və məruzəçi, İ.Hüseynov və K.Bədəlov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-203/2021 saylı, 8 fevral 2021-ci il tarixli qərarı ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.
20. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə təkrar baxan məhkəmə iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 və 2 nömrəli Siyahılara uyğun olubolmamasını Ali Məhkəmənin yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olaraq araşdırmalı, iddiaçının tələb edilən güzəştli iş stajının olub-olmaması barədə məsələyə aydınlıq gətirilməli, nəticədən asılı olaraq qanuni və ədalətli qərar qəbul edilməlidir apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-323/2022 saylı, 8 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər C.Yusifov - sədrlik edən və məruzəçi, M.Tağızadə və A.Oruczadə) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3775/19 saylı, 29 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin hazırkı redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahəl ərində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Cavabdeh iddiaçıya ünvanladığı imtina cavabında iddiaçının 25 il ümumi iş stajına malik olmadığını mübahisələndirsə də, sonradan həm təqdim etdiyi iddia ərizəsinə etirazında, həm də hazırda araşdırılan apellyasiya şikayətində artıq iddiaçının 25 il ümumi stajına malik olduğunu mübahisələndirməmişdir. Əslində, iddiaçının işdə olan əmək kitabçasının, diplomunun, hərbi biletinin surətlərinə əsasən 25 ildən artıq iş stajına malik olduğu sübuta yetirilir. Apellyasiya şikayətində ilk öncə iddiaçının güzəştli pensiya hüququ verən xüsusi staja malik olmadığı mübahisələndirilərək qeyd olunur ki, onun işlədiyi peşə və vəzifələrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş 1 və 2 saylı siyahılarda rast gəlmək mümkün deyildir. Daha sonra isə cavabdeh iddiaçının pensiya yaş həddinə çatmadığını mübahisələndirmişdir. Hazırkı mübahisəyə “Ə mək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tətbiqindən söhbət gedə bilməz. Bu baxımdan hazırkı anda mübahisəli hüquq münasibətlərinə həmin Qanunun 9.8-ci maddəsinin tələbi qaydasında tətbiq edilməli olan maddi hüquq normasını “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsi təşkil edir. Həmin maddənin yaş həddi ilə bağlı tələbinə münasibətdə iddiaçının ona güzəştli pensiya təyin edilməsi üçün istər 1 nömrəli, istərsə də 2 nömrəli Siyahı üzrə müvafiq yaş həddi (2 il də əlavə olunmaqla) tamamlanır və mövcuddur. Onu da qeyd etmək lazımdır ki, Ali Məhkəmənin qeyd olunan qərarlarında da iddiaçının ona güzəştli pensiya təyin olunması üçün qanunla müəyyən edilən yaş (57) həddinə malik olması ilə bağlı hər hansı irad və göstərişlər nə zərdə tutulmamışdır.
23. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
24. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin məzmununa əsaslanır.Şikayətə görə, iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün zəruri stajı yoxdur. Əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən kişilər üçün xüsusi şərtlərlə zəruri sığorta stajı 10 il, “b” bəndinə əsasən 12 il 6 aydır. İddiaçı iddia edir ki, 1983-1984-cü və 1993-2005-ci illər aralığında ona güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalı şmışdır. Lakin iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərin təhlili zamanı tərəfimizdən müəyyən olunmuşdur ki, bu iddia yanlışdır. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ verdiyini iddia etdiyi “NÖC və A təmiri üzrə çilingər” və “NÖC və A üzrə sahə rəisi” peşələrinin heç birinə Azərbaycan Respublikası NK-nin xx.xx.1993-cü il tarixli 320 savlı qərarı ilə təsdiq olunmuş 1 və 2 saylı Siyahılarda rast gəlmək mümkün deyildir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan 72 və 73 nömrəli arayışlarda qeyd olunur ki, iddiaçının çalışdığı peşələr həmin qərarın 10-cu bölməsinin 3-cü bəndinin 2110A030 - 17531 şifrinə əsasən 2 saylı Siyahıda göstərilmişdir. Lakin həmin bəndin mətnini olduğu kimi təqdim etdikdə görürük ki, bu maddədə göstərilən əmək fəaliyyəti növünün xüsusiyyəti ilə iddiaçının əmə k kitabçasında adı göstərilən peşə növü fərqlidir: 2 nömrəli Siyahıda sadalanmış istehsalatlarda texnoloji və elektrik avadanlığının təmirində, profilaktikasında, xidmətində 1 №-li və 2 №-li Siyahıda sadalanmış nəzarət-ölçü cihazlarının... təmiri ilə məşğul olan fəhlələr. Başqa sözlə, İddiaçının təqdim etdiyi arayışda siyahıya istinad edilib, şifr nömrəsi göstərilsə də, Siyahıda bu şifr heç də iddiaçının çalışdığı peşə-fəaliyyət növünü əks etdirmir. Bu səbəbdən də kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin 8 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, cavabdeh in kassasiya şikayətinin əsassız olduğunu bildirmiş, bu səbəbdən də kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin 8 aprel 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
26. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır ol an işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 28. “Vətəndaşların pens iya təminatı haqqında” Qanun Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; 29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları Əlavə 2. “Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı”... 2.4.1-ci bənd. “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur.
30. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
32. Apelyasiya məhkəməsinin qərarı bütövlükd ə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
35. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
36. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından və Ali Məhkəmə tərəfindən hazırkı iş üzrə verilmiş göstərişlər nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun tələb olunan ümumi və xüsusi iş stajının mövcudluğu, eləcə də iddiaçının işlədiyi peşə və vəzifələrin müvafiq siyahılara uyğunluğu ilə bağlı məsələni apelyasiya məhkəməsi lazımi qaydada və hərtərəfli araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apelyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
37. Qeyd olunmalıdır ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən Ali Məhkəmənin hazırkı iş üzrə əvvəlki qərarlarında İPM-in 96.11-ci maddəsinin tələbləri qaydasında nəzərdə tutulmuş göstərişlərə uyğun olaraq “Aqrokimya“ İB-yə sorğu verilmiş, həmin İstehsalat Birliyinə aid keçmiş “Üzvü Sintez” zavodunda iddiaçının işlədiyi peşə və vəzifələrin, eləcə də əmək şəraitinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş 1 və ya 2 saylı Siyahıda nəzərdə tutulan hansı koda və xüsusilə zərərli iş şəraitinə uyğun olması barədə ətraflı izahlı arayışın təqdim edilməsi tələb olunmuşdur. “Aqrokimya“ İB-in “Etilen-polietilen” zavodu tərəfindən həmin sorğuya cavab olaraq məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, 3104/ON-04-349 saylı məktuba həm iddiaçının həmin zavodda çalışdığı fəhlə peşələrinin (maşinist, çilingər), həm də sex rəisi vəzifəsinin əmək funksiyaları və iş şəraiti ilə bağlı ətraflı məlumatları özündə əks etdirən “İzahlı arayış” və həmin işlərin müvafiq siyahıda konkret olaraq han sı xüsusilə zərərli peşə və vəzifələrə aid olduğunu göstərən arayışlar əlavə edilmişdir.
38. Qeyd edilməlidir ki, güzəştli pensiya hüququ verən peşələrin uyğunluğunun yoxlanılması zamanı həmin dövrdə iddiaçının bilavasitə çalışdığı və onun həmin müəssisədə icra etdiyi vəzifə funksiyalarının, gördüyü işlərin məzmununu, eləcə də xarakterini və əmək şəraitini müəyyən edən və daha dəqiq bilən müəssisələr tərəfindən verilmiş izahlı arayışlar iş üzrə digər sübutlarla birlikdə nəzərə alınmalı və qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iddiaçının bilavasitə işlədiyi müəssisə tərəfindən verilmiş arayışın mötəbər hesab edilməsini əsaslı sayır.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hal larına hüquq normaları da düzgün tətbiq edilmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
40. Nəzərə alınmalıdır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün yuxarıda istinad edilən normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin iddiaçıya münasibətdə mövcudluğu iş üzrə materiallarla təsdiq olunur.
41. Nəticə etibarı ilə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır. Odur ki, iddiaçıya hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə apelyas iya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun və əsaslı hesab edilməlidir.
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
43. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-323/2022 nömrəli, 8 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.