Məhkəmə qərarları › İş №2-1(102)-1323/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1323/2024

01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1323/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: şəhid ailəsi kimi mənzil sahəsi ilə təmin edilmə, kassasiyanın qeyrimümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyinə qarşı “iddiaçının şəhid ailəsi qismində mənzillə təmin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 dekabr 2023-cü il tarixli, 2-1(105)-842/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, şəhid ailəsi qismində mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2-1(118)-1166/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının şəhid ailəsi növbəliyində (şəhid ailəsi imtiyazı əsasında xx.xx.2007-ci il tarixdən bərpa edildiyi yaşayış yeri üzrə Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və şəhid valideynlərinin birgə növbəlilik siyahısı əsasında) mənzillə təmin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 dekabr 2023-cü il tarixli, 2-1(105)-842/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. Məhkəmələr iddianı təmin edərkən qeyd etmişdirlər ki, iddiaçının şəhid ailəsi üzvü hesab olunmamasına dair cavabdehin imtinası əsassızdır. Çünki, iddiaçını şəhid ailəsinin üzvü kimi qəbul etmək öhdəliyi, qanuni qüvvəsini almış məhkəmə qərarı və həmin qərarın icrası qaydasında səlahiyyətli dövlət orqanı tərəfindən birgə növbəlilik siyahısına bərpa edilməsi ilə onun üzərinə düşən öhdəliyindən irəli gəlir. Belə ki, Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(85)-99/2019 nömrəli qərarı ilə İ ddiaçı xx.xx.2007-ci il tarixdən şəhid ailəsi kimi mənzil növbəsində olan anası X1 xx.xx.2015-ci il tarixdə ölümündən sonra anasının ailə üzvü və hüquq varisi kimi, onun yerinə mənzil növbəsinə bərpa edilməməsi əsassız hesab edilmiş və onun yerinə mənzil növbəsinə bərpa edilməsi öhdəliyi Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Konkret halda da, iddiaçı hazırkı cavabdehə qarşı yönələn iddia tələbində onun güzəştli növbəsinin daha da reallaşdırılaraq, cavabdehdən tələb edir ki, bilavasitə onun mənzillə təmin edilməsini həyata keçirsin. Beləliklə də cavabdeh iddiaçının mənzillə təmin edilməsi ilə bağlı müraciətinə imtina cavabı verməklə, onun qanunla qorunun hüquqlarını pozmuşdur. Cavabdeh inzibati orqanın digər inzibati orqan tərəfindən məhkəmə qərarı əsasında qəbul edilən və qüvvədə olan inzibati aktın məzmununa qiymət vermək səlahiyyəti yoxdur. Əksinə, inzibati orqanın inzibati aktın icrası ilə bağlı qanuni tələbləri bütün dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər, o cümlədən cavabdeh üçün məcburidir. Yəni cavabdeh qanuna zidd hərəkət edərək məhkəmə qərarı əsasında iddiaçının şəhid ailəsi imtiyazı əsasında xx.xx.2007-ci il tarixdən yaşayış yeri üzrə Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və şəhid valideynlərinin birgə növbəlilik siyahısına bərpa edilməsini nəzərə almadan iddiaçının şəhid ailəsi kimi mənzillə təmin edilməsindən imtina etmişdir. Cavabdehin həmin hərəkəti qanunsuz olmaqla iddiaçının hüquqlarının, eləcə də, inzibati aktların icra edilməsi ilə bağlı qanunvericiliyin tələblərinin kobud surətdə pozulmasına səbəb olmuşd ur.

5. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

6. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

7. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasib ət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişs ə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

8. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

9. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəs i mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçı səlahiyyətli inzibati orqan tərəfindən şəhid ailəsi kimi mənzil növbəsinə götürüldüyündən və uzun illərdir ki, şəhid ailəsi kimi mənzillə təmin olunması ilə bağlı dövlətə etimad göstərdiyindən, onun şəhid ailəsi olmaması əsası ilə ona mənzilin verilməsindən cavabdehin imtinası qanuna zidd olmuşdur. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 nömrəli Sərəncamında şəhid ailələr üçün 2014-20 28-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlərin ayrılması nəzərdə tutulmuş, sonradan Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nöməli Sərəncamı ilə nəzərdə tutulmuş bu müddət azaldılmış və şəhid ailələrinin 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2769/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2465/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 2-1(102)-315/2023 nömrəli qərarları).

10. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sa bit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

11. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

12. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 dekabr 2023-cü il tarixli, 2-1(105)-842/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar