Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1324/2019 22.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağsu rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1324/19 Bakı şəhəri 22 may 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh vəkili Vəkil iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh müdiri X2 tərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 yanvar 2019-cu il tarixli, 2-1(107)-110/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1978-ci ildən 1997-ci ilədək Ağsu rayonu “S.Vurğun” kolxozunda və 30 dekabr 1997-ci il tarixdən 30 dekabr 2005-ci il tarixədək X3 İdarəsində işlədiyi illərin iş stajı kimi hesablanması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, işlədiyi illərlə bağ lı qeyd Ağsu rayon Dövlət Arxivinin 02 iyul 2018-ci il tarixli arxiv arayışında öz əksini tapmışdır. İddiaçı ona əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etsə də, cavabdeh onun işlədiyi illərin əmək kitabçasında göstərilmədiyini əsas gətirərək pensiyanın təyin olunmasından imtina etmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etiraz təqdim etməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli, 2-1(84)-1313/2018 saylı qərardadı ilə (hakim Vidadi Qasımov) iddia geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçının iş stajının arxiv kitablarına qanunsuz olaraq sonradan yazıldığını qeyd etmiş, məhkəmə tərəfindən iddiaçıya bununla bağlı münasibət bildirməsinə dair qanunverici liklə nəzərdə tutulmuş qaydada tələb ünvanlanmasına baxmayaraq, o, həmin hallarla bağlı münasibətini məhkəməyə təqdim etməmişdir. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 yanvar 2019-cu il tarixli, 2-1(107)-110/2019 saylı qərardadı ilə (sədrlik edən Mübariz Hüseynov, hakimlər Gündüz Abasov və Rövşən Rəfiyev) birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı iddia tələbinin əsaslandığı ilkin sübutları məhkəməyə təqdim etmiş, cavabdeh isə iddiaçını n əmək stajı ilə bağlı dövlət arxiv kitablarında aparılmış qeydiyyatın sonradan yazıldığını bildirsə də bununla bağlı araşdırma aparmamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi sübutlar cavabdehin məhkəməyə təqdim etdiyi məktubdan başqa hər hansı bir halla şübhə altna almadığından və həmin sübutların həqiqi olmaması sübuta yetirilmədiyindən həmin hallara aydınlıq gətirilmədən iddiaçının tələbində haqlı olub-olmamasınə müəyyən etmək mümkün deyildir. Həmin sənədlərin qanuni olub-olmaması konkret müəyyən edilmədən, bu qeyrimüəyyənliyin iddiaçının ziyanına şərh edilməsi isə əsassızdır. Qanunvericilik iddianın geri götürülməsi haqqında qərardadın qəbulunu iddiaçının mübahisə ilə bağlı prosessual marağının qalmaması ilə şərtləndirmişdir ki, iddiaçının tələbinə münasibətdə marağının itməsi müşa hidə olunmamış, o, məhkəmə iclaslarında iştirak etməməsini səhhətində olan problemlərlə və yaşadığı ünvanın uzaqda yerləşməsi ilə əlaqələndirmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanunun 24, 32.2, 32.2-1, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 55.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardaddan cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, apellyasiya məhkəməsi iddiaçının birinci instansiya məhkəməsinin qərardadının 03 dekabr 2018-ci il tarixdə aldığını qeyd etmək lə onun apellyasiya şikayətini mümkün hesab etmiş, iddiaçının səhhətində problemlər olmasına, yaşadığı ünvanın məhkəmənin yerləşdiyi yerdən uzaq olmasına və iddiaçının hüquqi savadının olmaması səbəbindən birinci instansiya məhkməsinin göstərişlərini anlamamasına istinad etməklə apellyasiya şikayətinin təmin edilməsi barədə qanunsuz qərardad qəbul etmişdir. İddiaçının səhhətində problemlərin olması və onun birinci instansiya məhkəməsinin qərardadını 03 dekabr 2018-ci il tarixdə almasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Kassasiya şikayətində göstərilən dəlilinin hüquqi əsası kimi cavabdeh Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1, 58.7, 68.2, 69.3, 82, 87.7, 91-ci maddələrinə istinad etmişdir. İddiaçı kassasiya şikayətinə dair münasibətini məhkəməyə təqdim edərək bildirmişdir ki, o səhhəti və məhkəmənin yaşadığı yerdən uzaqda olması ilə əlaqədar olaraq birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında iştirak edə bilməmiş, habelə hüquqi savadı olmadığına görə məhkəmənin xəbərdarlıq məktubunun məzmunu ona aydın olmamışdır. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəfl ər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil edir və həmin sənədlərin məzmununa istinad edilir. Onlara Cavabdeh 02 iyul 2018-ci il tarixli, 24/1246 nömrəli məktubu; 17 sentyabr 2018-ci il tarixli,********** nömrəli məktubu; Ağsu rayon dövlət arxivinin 02 iyul 2018-ci il tarixli, 258 nömrəli məktubu; arxiv kitablarında aparılmış qeydiyyatlardan çıxarışlar və digər sənədlər aiddir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərardadın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərardadın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddianın geri götürülməsi haqqında qərardadın qəbulunu iddiaçının mübahisə ilə bağlı prosessual marağının qalmaması ilə şərtləndirmişdir ki, iddiaçının tələbinə münasibətdə marağının itməsi müşahidə olunmamış, o, məhkəmə iclasl arında iştirak etməməsini səhhətində olan problemlərlə və yaşadığı ünvanın uzaqda yerləşməsi ilə əlaqələndirmişdir. Cavabdehin mübahisələndirdiyi məsələ isə apellyasiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin prosessual qanunvericiliyin tələbləri baxımından icraata düzgün qəbul edilməməsi ilə bağlıdır. Məhkəmə kollegiyası dəlili əsaslı hesab edir. Azərbaycan Respublikası İPM-nin: - 81.1-ci maddəsinə əsasən, inzibati-iqtisadi məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları (bundan sonra — apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır; - 85.1-ci maddəsinə əsasən, şikayət məhkəm ə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir; - 87.3-ci maddəsinə əsasən, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir; - 87.4-ci maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir; Maddələrdən göründüyü kimi, apellyasiya icraatı zamanı şikayətin mümkünlüyü məsələsi həll olunmalı və apellyasiya şikayətinin verilməsinə dair tələblərə riayət edilibedilməməsi yoxlanılmalıdır. Bu tələblərə həmçinin apellyasiya şikayətinin birinci instnasiya məhkəməsinin qərar dadının elan olunduğu gündən 10 gün müddətində verilməsi aiddir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı məsələyə münasibətdə qeyd edilməlidir ki, işdə olan sənədlərə əsasən həmin şikayətin prosessual müddət buraxılmaqla təqdim edilməsi nəticəsi əldə oluna bilər. Belə kİ, birinci instnasiya məhkəməsinin qərardadı tərəflərin iştirakı olmadan 15 noyabr 2018-ci il tarixində elan edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş şikayətdə bildirilmişdir ki, tərəfindən birinci instansiya məhkəməsinin qərardadı ona 03 dekabr 2018-ci il tarixində təqdim edilmişdir. Apellyasiya şikayətinin göndərilməsinə dair zərfin üzərində olan möhürdən göründüyü kimi, şikayət məhkəməyə 13 dekabr 2018-ci il tarixdə göndərilmişdir. Halbuki, Azərbaycan Respublikası İPM-nin: - 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır; - 23.1-ci maddəsinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Bu maddələrin tələblərindən göründüyü kimi, məhkəmə qərardadına qarşı şikayətin verilməsi müddətinin axımı, həmin qərardadda şikayət vermənin qaydası və müddəti göstərildiyi halda, təqdim edildiyi gündən hesablanır. X1 Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 yanvar 2019-cu il tarixli, 21(107)-110/2019 saylı qərardadı ilə apellyasiya şikayətinin Azərbaycan Respublikası İPMnin 81,83 və 85-ci maddələrin tələblərinə riayət edilməklə verilməsi və apellyasiyanın qeyri-mümkünlüyü üçün əsasların olmadığı müəyyən edilmiş, prrosessual müddətlərə dair isə hüquqi qiymətləndirmə aparılmamışdır. Məhkəmə kollegiyası cavabdehin bildirdiyi dəlili yuxarıda istinad eidlmiş normalara əsasən düzgün hesab edir və qeyd edir ki, apellyasiya mümkünlüyünün yoxlanılması üçün iş yenidən apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İPM-nin 96.9-cu maddəsinə əsasən, Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə s axlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı qüvvədə olan prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlil qərardadın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh müdiri X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 yanvar 2019-c u il tarixli, 2-1(107)-110/2019 saylı qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-1324/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1324/2019
22.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver