Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1324/2020 05.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: torpaq sahəsinə hüquqların qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X10, X3 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Vəkil iştirakı ilə, İddiaçı (bunda n sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasındakı 360 kv.m torpaq sahəsindən ona ayrılmış 200 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 21(103)-130/2020 saylı, 14 yanvar 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 5 avqust 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Əzizbəyov metrosu ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi haqqında” 20.02.2009-cu il tarixli 77 nömrəli sərəncamından məlum olur ki, Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün əlavə Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə Əzizbəyov metrosu ərazisində yol qovşaqlarının layihələndirilməsi və tikintisi ilə əlaqədar həmin ərazidə fəaliyyət göstərmiş qeyri-yaşayış (ticarət) obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə bir sıra ünvanlarda, o cümlədən B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların aras ında yenidən bərpa edilməsi üçün Nizami rayon İcra Hakimiyyətinə icazə verilmişdir. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının “Bakı şəhər İcra Hakimiyyəti başçısının 20.02.2009-cu il tarixli, 77 saylı sərəncamının icra edilməsi haqqında” 93 nömrəli, 27 fevral 2009-cu il tarixli sərəncamının 5-ci bəndində ünvan və 35 saylı binaların arasındakı 360 kv.m torpaq sahəsində İddiaçı, X2 və X4 ticarət obyektinin tikintisinə icazə verilmişdir. Sərəncama əlavə edilmiş, torpaq sahəsinin yerləşmə sxemində torpaq sahəsinin ümumi sahəsi 360 kv.m göstərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Ə.Həsənovun İddiaçı, X2 və X4 ünvanladığı 09.04.2009-cu il tarixli 02/154 nömrəli məktubunda təyin edilmiş 360 kv.m torpaq sahəsinin 200 kv.m hissəsi İddiaçı, 45,0 kv.m hissəsi X2 və 80,0 kv.m hissəsi M.Z.Abdullayevə, yerdə qalan hissəsinin isə digər mülkiyyət sahiblərinə veriləcəyi barədə məlumat verilmişdir. Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasındakı torpaq sahəsində tikiləcək iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin eskiz layihəsi Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmışdır. İddiaçı 4 fevral 2019-cu il tarixli ərizə ilə cavabdehə müraciət edərək torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh iddiaçıya ünvanladığı 22 noyabr 2019-cu il tarixli, məktubda Torpaq məcəlləsinin 21.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1, 11.1, 15-ci maddələrinə istinad edərək bildirmişdir ki, poçt vasitəsilə idarəyə daxil olmuş sənədlər surətdir. Torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim edilməmişdir. Elektron baza məlumatlarına əsasən verilmiş koordinatlara uyğun olaraq sözügedən torpaq sahəsi avtomobil yolunun kənarında yaşıllıq ərazisində yerləşir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İddiaçı 5 mart 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasındakı 360 kv.m torpaq sahəsindən ona ayrılmış 200 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, bu ba rədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı keçmiş Əzizbəyov (indiki “Koroğlu”) metrostansiyasının çıxışında yerləşən qeyri-yaşayış (ticarət) obyektində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006- 2007-ci illər üçün əlavə Tədbirlər Planı”nın icrası ilə əlaqədar 2007-ci ilin may ayında ona məxsus olan həmin ticarət obyekti sökülmüşdür. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 20 fevral 2009-cu il tarixli, 77 saylı sərəncamı ilə qeyd edilən tədbirlər planının 26 və 27-ci bəndlərinin icrasını n təmin edilməsi məqsədilə Əzizbəyov metrostansiyası ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi üçün Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə icazə verilmişdir. Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti başçısının 27 fevral 2009-cu il tarixli, 93 saylı sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, ünvan və 35 saylı binaların arasındakı 360 kv.m torpaq sahəsində iddiaçıya, X1 və X4 torpaq sahəsi ayrılaraq ticarət obyektinin tikintisinə icazə verilmişdir. İddiaçı Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasındakı 360 kv.m torpaq sahəsindən 200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət edilmiş, cavabdehin cavab məktubu il ə imtina edilmiş, əsas kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin təqdim edilmədiyi, elektron baza məlumatlarına əsasən verilmiş koordinatlara uyğun olaraq sözügedən torpaq sahəsinin yaşayış binalarının qarşısındakı park tipli yaşıllıq ərazisinin bir hissəsi olması göstərilmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. İddianın maddi hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci, 10.2, 15-ci, Mülki Məcəllənin 139.1, 178.8-ci maddələrinə istinad edilmişdir. Cavabdeh iddiaya dair 8 aprel 2019-cu il tarixli etirazının məzmunu imtina məktubunun məzmunu ilə eyni olmuş, iddia tələbinin rədd edilməsi məhkəmədən xah iş edilmişdir. Məhkəmənin hazırlıq icraatı gedişində Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasında yerləşən 360 kv.metr torpaq sahəsindən iddiaçıya ayrılmış 200 kv.metr torpaq sahəsinə dair ayrıc aktının müvafiq qaydada təsdiq olunmuş surətinin məhkəmə təqdim olunması məqsədilə Bakı şəhər İcra Hakimiyyətinə və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə sorğular göndərilmişdir. Qeyd edilən məhkəmə sorğuları ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatının məhkəməyə ünvanlanmış 18.07.2019-cu il tarixli məktubda bildirilmişdir ki, sorğuda sadalanan sənədlər Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin arxivində olduğundan və adıçəkilən İdarə Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdir ilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 01.08.2018-ci il tarixli, 226 saylı Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verildiyindən, aidiyyəti üzrə müraciət edilməsi məqsədəuyğundur. Bundan sonra məhkəmə sorğularında qeyd edilmiş sənədin (torpaq sahəsinə dair ayrıc aktının müvafiq qaydada təsdiq olunmuş surətinin) məhkəməyə təqdim olunması məqsədilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ilə müraciət edilmiş, sonuncunun məhkəməyə ünvanlanmış 22.08.2019-cu il tarixli məktubda cavab olaraq bildirilmişdir ki, iddiaçıya torpaq sahəsinin ayrılmasına dair sənədlər Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinin arxivində aşkar edilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X14, 2- 1(82)-1494/2019 saylı iş) 26 sentyabr 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, işin faktiki hallarından məlum olur ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamında və həmin sərəncamın icrası ilə bağlı verilmiş Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 93 nömrəli, 27 fevral 2009-cu il tarixli sərəncamında İddiaçı torpaq sahəsinin ayrılması barədə bənd göstərilməmişdir. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının “Bakı şəhər İcra Hakimiyyəti başçısının 20.02.2009-cu il tarixli, 77 saylı sərəncamının icra edilməsi haqqında” 93 nömrəli, 27 fevral 2009-cu il tarixli sərəncamının 5-ci bəndində ünvan və 35 saylı binaların arasındakı 360 kv.m torpaq sahəsində İddiaçı, X2 və X4 tica rət obyektinin tikintisinə icazə verildiyi qeyd edilmişdir. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Ə.Həsənovun İddiaçı, X2 və X4 ünvanladığı 09.04.2009-cu il tarixli 02/154 nömrəli məktubunda da layihələndiriləcək sahədəki torpaq sahəsinin yox, obyektin 200 kv.m hissəsinin İddiaçı, 45,0 kv.m hissəsinin X2 və 80,0 kv.m hissəsinin X4, yerdə qalan hissəsinin isə digər mülkiyyət sahiblərinə veriləcəyi barədə məlumat verilmişdir. Digər tərəfdən, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddia edilən torpaq sahəsinin yerquruluşu planı və təsviri tərtib edilməmiş, torpaq sahəsinin verilməsi barədə tərəflər arasında müqavilə bağlanmamış və iddia edilən ölçüdə iddiaçıya təhvil verilməsi (ayrılması) ilə bağlı heç bir sənəd təqdim edilməmişdir. Hal-hazırda da, iddia edi lən torpaq sahəsi iddiaçının istifadəsinə və sahibliyinə verilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X12-məruzəçi, X8 və X11, 2-1(103)-130/2020 saylı iş) 14 yanvar 2020-ci il tarixli qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli qərarı ləğv olunmuş, iş üzrə yeni qərar elan olunmaqla iddiaçının Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasındakı 360 kv.m torpaq sahəsindən ona ayrılmış 200 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddiası təmin edilmişdir. Apelyasiya instansiyası məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 20.02.2009-cu il tarixli, 77 saylı “Əzizbəyov metrosu ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi haqqında” sərəncamı ilə Nizami Rayon İcra Hakimiyyətinin 31.05.2008-ci il tarixli, 02/368 saylı müraciətini və 14.03.2008-ci il tarixli, 02/178 saylı məktubunda qeyd olunan təklifləri nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 01.02.2006-cı il tarixli, 1255 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün əlavə Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərinin icrasını təmin etmək məqsədilə, Əzizbəyov metrosu ərazisində yol qovşaqlarının layihələndirilməsi və tikintisi ilə əlaqədar, həmin ərazidə fəaliyyət göstərmiş qeyri-yaşayış obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə adları çəkilən ünvanlarda yenidən bərpa edilməsi üçün Nizami Rayon İcra Hakimiyyətinə icazə verilməsi qeyd olunmuş və Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 27.02.2009-cu il tarixli, 93 saylı “Bakı şəhər İcra Hakimiyyəti başçısının 20.02.2009-cu il tarixli, 77 saylı sərəncamının icra edilməsi haqqında” sərəncamında çıxarış ilə Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2006-cı il tarixli, 125 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər planı”nın 26 və 27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə Əzizbəyov metro stansiyası ərazisində yol qovşaqlarının layihələndirilməsi və tikintisi ilə əl aqədar, həmin ərazidə fəaliyyət göstərmiş qeyri-yaşayış obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərti ilə adları çəkilən ünvanlarda yenidən bərpa edilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti başçısının 20.02.2009-cu il tarixli, 77 saylı sərəncamı ilə Nizami Rayon İcra Hakimiyyətinə icazə verilmiş və ünvan və 35 saylı binaların arasındakı 360 kv.m. torpaq sahəsinə vətəndaş İddiaçı Məhsul oğluna, X5 və Zeynal Abdullayevə ticarət obyektinin tikintisinə icazə verilməsi qərara alınmışdır. Eləcə də qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə (Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 2-1(103)-104/18 saylı, 25 aprel 2018-ci il tarixli qərarı və AR Ali Məhkəməsinin İİK-nın 2-1(102)-1650/2018 saylı, 08 avqust 2018-ci il tarixli qərarı) Əzizbəyov metrosu ərazisində yol qovşaqlarının layihələndirilməsi və tikintisi ilə əlaqədar həmin ərazidə sökülmüş qeyri-yaşayış obyektlərinin sahiblərinə, o cümlədən hazırki iş üzrə iddiaçı X2 Bakı şəhər İcra Hakimiyyəti başçısının 20.02.2009-cu il tarixli 77 nömrəli və Nizami rayon İcra Hakimiyyəti başçısının 27.02.2009-cu il tarixli 93 nömrəli sərəncamları ilə qeyd edilən ünvanlarda ticarət obyektlərinin bərpa edilməsi ilə bağlı edilən hər hansı qanunsuz müdaxilələr cavabdeh Nizami rayon İcra Hakimiyyətinə qadağan edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulmuşdur. Hazırki iş üzrə qeydiyyatdan imtinaya əsas olan həmin hallardan hər hansı biri müəyyən edilməmişdir. Cavabdeh 10 fevral 2020-ci il tarixdə qərarın surətini almış, 12 mart 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: Şikayət cavabdehin imtina məktubu ilə eyni məzmunda tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, imtinanın əsası kimi göstərilmiş hallar əsassız olaraq apellyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, qanunvericiliyin tətbiqində səhvə yol verilmiş, işə aid olan qanunvericilik normaları tətbiq edilməmiş, tətbiq edilən qanunvericilik normaları düzgün təfsir edilməmiş, iş materialları və şikayətdə qeyd olunan əsaslar məhkəmə tərəfindən düzgün və ətraflı araşdırılmamış və nəticədə qanunsuz və ədalətsiz qərarlar qəbul edilmişdir. Şikayətin maddi hüquqi əsası kimi Torpa q Məcəlləsinin 55, 67, 68, 111.1, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 8, 11.1, 12.1 23 və 15-ci maddələrinə istinad olunmuşdur. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yo xdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasındakı 360 kv.m torpaq sahəsindən ona ayrılmış 200 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının təqdim etdiyi sənədlərdə 250 kv.m torpaq sahəsinin onun adına qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsasların hər hansı biri olmadığına istinad edərək hüququn qeydə alınmasından imtina edilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Əzizbəyov metrosu ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi haqqında” 20.02.2009-cu il tarixli 77 nömrəli sərəncamından məlum olur ki, Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün əlavə Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə Əzizbəyov metrosu ərazisində yol qovşaqlarının layihələndirilməsi və tikintisi ilə əlaqədar həmin ərazidə fəaliyyət göstərmiş qeyri-yaşayış (ticarət) obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə bir sıra ünvanlarda, o cümlədən B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasında yenidən bərpa edilməsi üçün Nizami rayon İcra Hakimiyyətinə icazə verilmişdir. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının “Bakı şəhər İcra Hakimiyyəti başçısının 20.02.2009-cu il tarixli, 77 saylı sərəncamının icra edilməsi haqqında” 93 nömrəli, 27 fevral 2009-cu il tarixli sərəncamının 5-ci bəndində ünvan və 35 saylı binaların arasındakı 360 kv.m torpaq sahəsində iddiaçıya, U.F.Haqverdiyevaya və Z.M.Abdullayevə ticarət obyektinin tikintisinə icazə verilmişdir. İddiaçıya aid sənədlərə görə onun tikilisinin sahəsi 360 kv.m daxilində 200 kv.m təşkil edir. İddiaçı ona tikinti üçün ayrılmış 200 kv.m sahə sinə görə torpaq sahəsinə hüququnun qeydə alınmasını arzu etmişdir. Daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadə tnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. ço xmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məluma tlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunun 10.2.1-ci maddəsinə gö rə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə edilməlidir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı 200 kv.m torpaq sahəsinə hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsasların hər hansı biri barədə məhkəmələrə sübut təqdim etməmişdir. İddiaçının və apelyasiya məhkəməsinin istinad etdiyi sənədlərdə, o cümlədən “Bakı şəhər İcra Hakimiyyəti başçısının 20.02.2009-cu il tarixli, 77 saylı və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 93 nömrəli, 27 fevral 2009-cu il tarixli sərəncamının 5-ci bəndində iddiaçıya 200 kv.m torpaq sahəsi ayrılmasından bəhs edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fıziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafıq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və ya fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər və ya qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla yaranır. İddiaçının bəyan etdiyi 200 kv.m torpaq sahəsi ilə bağlı hər hansı qərar, müqavilə və ya əqd mövcud olmamışdır. Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İddiaçı torpaq sahəsinə mülk iyyət hüququnun qeydə alınması üçün torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsi, onların planı və ölçüsünün tərtib edilməsi, torpaq sahələrinin verilməsi barədə müqavilə (qərar) təqdim etməmişdir. Odur ki, apelyasiya məhkəməsi iddianı təmin edərkən hüquq normalarının tətbiqində səhvə yol vermişdir. 200 kv.m torpaq sahəsinə hüququn qeydə alınması üçün qanunda nəzərdə tutulan yuxarıda qeyd edilən əsasların hər hansı biri təqdim edilmədiyindən kasasiya şikayəti təmin edilərək apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə kollegiyası onu da vurğulayır ki, Ali Məhkəmənin İnzibati kollegiyası olaraq əvvəlki qərarlarında, o cümlədən 2-1(102)-1451/2020 saylı 29 iyul 2020-ci il tarixli qərarında vurğulamışdır ki, iddiaçının 80 kv.m torp aq sahəsinə hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsasların hər hansı biri barədə məhkəmələrə sübut təqdim edilmədiyindən, 80 kv.m sahədə ticarət obyektinin tikintisinə icazə verildiyindən, belə icazə torpaq sahəsinə hüququn qeydə alınması üçün əsas olmadığından iddia əsaslı sayıla bilməz. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinə zərurət olmadığından, İPM-in 96.5-ci maddəsinə əsasən məhkəmə kollegiyası mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibat i kollegiyasının 2-1(103)-130/2020 saylı, 14 yanvar 2020-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı iddiası təmin edilməsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1324/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1324/2020
05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver