Məhkəmə qərarları › İş №2-1(102)-1324/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1324/2021

14.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1324/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məcburi köçkünün yaşayış sahəsi ilə təmin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “yaşayış sahəsi ilə təmin edilmə” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiy a Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 10 fevral tarixli, 2-1(103)471/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək onun yaşayış sahəsi ilə təmin edilməsini xahiş etmişdir.

2. Cavabdeh 2020-ci il 10 fevral tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, məcburi köçkün ailələrinin mənzillə təmin olunması Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli, 298 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" və həmin Dövlət Proqramına 2007-ci il 31 oktyabr tarix li, 2475 nömrəli və 2011-ci il 21 fevral tarixli, 1346 nömrəli sərəncamlarla edilmiş əlavələrə əsasən mərhələli şəkildə həyata keçirilir. Kirayə mənzillərdə, qohum evlərində və fərdi evlərdə yaşayan, onunla eyni vəziyyətdə olan məcburi köçkün ailələrinin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı qərar qəbul ediləndə onun da müraciəti qanunla nəzərdə tutulmuş qaydada baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2020-ci il 28 fevral tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun yaşayış sahəsi ilə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1980-ci il 20 may təvəllüdlüdür. 1987-ci ildə anasını itirm işdir. Atası isə 1989-cu ildə başqa qadınla ailə qurmuşdur. Məlum hadisələr nəticəsində 1993-cü ildə qaçqın düşmüşdür. Ailə başçısının olmadığına görə Nərimanov rayonu Böyük Şor qəsəbəsində 106 saylı evdə yaşayan qohumunun himayəsində yaşamaq məcburiyyətində qalmışdır. 1998-ci ildə hərbi xidmətə getmişdir. Hərbi xidmətdə olduğu zaman daxili orqanlarında problem olduğundan cərrahiyyə əməliyyatı olunmuşdur. Bağırsaqları bir neçə santimetr kəsilərək çıxarılmışdır. Bununla da tam olmayan sağlamlığı itirmişdir. Hərbi xidməti bitirənə qədər ona sığınacaq verən ailə dağılıb, boşanmışdırlar. Odur ki, o, 2000-ci ildən evsiz-eşiksiz qalmışdır. O vaxtlarda mərhum prezident Heydər Əliyev cənablarına da çoxsaylı yazılı müraciətləri olmuşdur. Həmin müraciətlərin poçt qaimələrin indiyə qədər saxlamışdır. Lakin ərizələrinin ünvanlandığı aidiyyəti orqanlar onu yaşayış sahəsi ilə təmin etmək iqtidarında olmadıqlarını bildiriblər. O, cavabdehə yazılı müraciət edərək yaşayış sahəsi ilə təmin olunmasını xahiş etmişdir. Cavabdehin ona ünvanladığı 2020-ci il 10 fevral tarixli, 01/3816 saylı məktubunda bildirilmişdir ki, onun Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin sədrinə ünvanladığı müraciətə aidiyyəti üzrə komitə tərkibində fəaliyyət göstərən xüsusi komissiyada baxılmışdır. Müraciəti ilə bağlı bildirilmişdir ki, məcburi köçkün ailələrinin mənzillə təmin olunması Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli, 298 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" və həmin Dövlət Proqramına 2007-ci il 31 oktyabr tarixli, 2475 nömrəli və 2011-ci il 21 fevral tarixli, 1346 nömrəli sərəncamlarla edilmiş əlavələrə əsasən mərhələli şəkildə həyata keçirilir. Kirayə mənzillərdə, qohum evlərində və fərdi evlərdə yaşayan, onunla eyni vəziyyətdə olan məcburi köçkün ailələrinin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı qərar qəbul ediləndə onun da müraciəti qanunla nəzərdə tutulmuş qaydada baxılacaqdır. Hesab etmişdir ki, onun müraciəti təmin olunmasından imtina edilməsi qanunsuz və əsassızdır. Cavabdehin etirazları:

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı tərəfindən “mənzil verilməsi” tələbi ilə bağlı komitəyə müraciəti daxil olmuş və bununla bağlı Komitə tərəfindən 2020-ci i l 10 fevral tarixli, 01/3816 nömrəli məktubla cavab verilərək məcburi köçkünlərin mənzillə təmin edilməsi Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli, 1346 nömrəli Sərəncamına əsasən “Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli, 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na və həmin Dövlət Proqramına edilmiş Əlavələrə uyğun olaraq mərhələli qaydada həyata keçirilməsi bildirilmişdir. Eyni zamanda kirayə mənzillərdə, qohum evlərində və fərdi evlərdə yaşayan və iddiaçı kimi vəziyyətdə olan məcburi köçkün ailələrinin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı qərar qəbul ediləndə onun da ailəsinin mənzillə təmin edilməsi məsələsin ə qanunla nəzərdə tutulan qaydada baxılacağı qeyd olunmuşdur. Lakin iddiaçı komitə tərəfindən verilən cavabla razılaşmayaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 24 fevral 65 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən qəbul olunmuş Dövlət Proqramında göstərilən obyektlər üzrə məskunlaşıb faktiki yaşayan məcburi köçkün ailələrinin köçürülməsini həyata keçirir. Azərbayca n Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 24 fevral 65 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 2.1-ci bəndinin tələbinə uyğun olaraq məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli və şəffaf şəkildə həyata keçirilir Komissiya Komitənin, aidiyyəti yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin nümayəndələrindən ibarət təşkil olunur. Məcburi köçkünlərin mənzillə təmin edilməsi müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən tərtib və təsdiq edilmiş siyahı əsasında həyata keçirilir. Təqdim edilmiş siyahı yaradılmış Komissiya tərəfindən yoxlanıldıqdan sonra mənzil al maq hüququ olan məcburi köçkün ailələrinin dairəsi müəyyənləşdirilir. Bu sahədə qəbul edilmiş Dövlət Proqramına və Dövlət Proqramına edilmiş Əlavələrə uyğun olaraq ölkə ərazisində salınmış yeni qəsəbələrə yalnız həmin Dövlət Proqramında və ona edilmiş Əlavələrdə göstərilən obyektlərdə məskunlaşıb faktiki yaşayan məcburi köçkün ailələri köçürülür. Hazırda Bakı və Sumqayıt şəhərləri ərazisində ilkin olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən tam qəzalı olmasına dair rəy verilmiş qəzalı vəziyyətdə olan və yaşayış üçün ciddi təhlükə törədən binalarda yaşayan məcburi köçkün ailələrinin köçürülməsi nəzərdə tutulmuş və həmin proses mərhələli şəkildə həyata keçirilir. Qaydanın 2.4.2-ci bəndinə əsasən, yeni salınmış yaşayış kompleksinə köçürülənədək köçürülmə obyektində da imi yaşayan və həmin yer üzrə kommunal xidmətlərdən istifadə edən məcburi köçkün ailələri mənzillə təmin olunur. Yeni tikilən mənzillər Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarına əsasən qəbul edilmiş Dövlət Proqramında nəzərdə tutulmuş obyektlərdə məskunlaşmış məcburi köçkün ailələri üçün nəzərdə tutulub və həmin ailələrin sayına uyğun tikinti işləri lahiyələndirilərək aparılır. Tikiniti zamanı əlavə mənzil nəzərdə tutulmadığından həmin evlərə digər mənzilə ehtiyacı olan ailələrin sonradan köçürülməsi mümkün deyil. İddiaçı Kəlbəcər rayonundan məcburi köçkün İddiaçı ünvan 1 ünvanında məcburi köçkün kimi müvəqqəti qeydiyyatdadır. Gələcəkdə məcburi köçkün İddiaçı kimi vəziyyətdə yaşayan məcburi köçkünlərin evlə təmin edilməsi ilə bağlı Dövlət Proqramına əlavələr edilərsə, onun da mənzillə təmin edilmə məsələsinə qanunla nəzərdə tutulan qaydada baxılacaqdır. Komitə tərəfindən Dövlət Proqramında və “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nda nəzərdə tutulanlardan əlavə olaraq məcburi köçkünlərin növbədənkənar mənzillə təmin edilməsi həyata keçirilmir. Odur ki, fərdi qaydada mənzillə təmin edilməsi ilə bağlı Komitəyə müraciət edən məcburi köçkünlərin yaşayış sahəsi ilə təmin edilmələri imkan xaricindədir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 11 sentyabr tarixli, 2-1(112)-3733/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının növbəlik əsasında yaşayış sahəsi ilə təmin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

7. Birinci instansiya məhkə məsi hesab etmişdir ki, iddiaçı Kəlbəcər rayonundan məcburi köçkün düşdükdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən məskunlaşdırılmadığından (bununla bağlı cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir), mənzilə ehtiyacı olan şəxs kimi qeydiyyata alındığından, məskunlaşdırılmalı olan şəxs olduğundan onun iddia tələbi qanuni və əsaslı hesab edilməklə təmin edilməli, növbəliliyə uyğun olaraq yaşayış sahəsi ilə təmin edilməsi cavabdeh inzibati orqana həvalə edilməlidir.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 10 fevral tarixli, 2-1(103)-471/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 11 sentyabr tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, yeni tikilən mənzillər Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarına əsasən qəbul edilmiş Dövlət Proqramında nəzərdə tutulmuş obyektlərdə məskunlaşmış məcburi köçkün ailələri üçün nəzərdə tutulub və həmin ailələrin sayına uyğun tikinti işləri layihələndirilərək aparılır. Komitə tərəfindən Dövlət Proqramında və “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nda nəzərdə tutulanlardan başqa fərdi qaydada məcburi köçkünlərin növbədənkənar mənzillə təmin edilməsinin həyata keçirilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələblərindən kənara çıxaraq, iddiaçının növbəlik əsasında yaşayış sahəsi ilə təmin edilməsi öhdəliyi cavabdehə həvalə etmişdir.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cii il 1 iyul tarixli, 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırı lması üzrə Dövlət Proqramı’na 2011-ci il 21 fevral tarixli, 1346 nömrəli sərəncamla edilmiş Əlavələrin yaşayış şəraitinin yaxşılaşdırılması və müvəqqəti məskunlaşma sahəsinin 1.4-cü bəndinə əsasən 2012-2014-cii illər ərzində Bakı və Sumqayıt şəhərlərində başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşmış 5445 nəfərdən ibarət 1210 məcburi köçkün ailəsi üçün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində çoxmərtəbəli yaşayış binalarının tikilməsi və həmin ailələrin bu binalara köçürülməsi, başqa vətəndaşlara məxsus olan mənzillər və evlərin boşaldılması, orada müvəqqəti məskunlaşmış 5445 nəfərdən ibarət 1210 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Belə olan halda məlum olmuşdur ki, iddiaçı mənzilə ehtiyacı olan şəxs kimi qeydiyyata alınmış, müvafiq icra hakimiyyəti orqanı tərəfindən adı siyahıya daxil edilmişdir. Məskunlaşdırılmalı şəxsdir. Məskunlaşdığı obyekt X1 göstərilən obyektlərə uyğun gəlir. Dövlət Proqramında tədbirin həyata keçirilməsi 2012-2014-ci illəri əhatə edir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin iddiaçıya ünvanlanmış məktublarının, həmçinin Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin İddiaçıya ünvanlanmış məktublarının tarixindən aydın olur ki, 5-6 il bundan əvvəl iddiaçı qeydiyyata düşməsi üçün müraciət etmişdir. Bu müddət ərzində yaşayış sahəsi ilə təmin edilməli olduğu halda iddiaçı yaşayış sahəsi ilə təmin edilməmişdir. Göstərilənlərə əsasən iddiaçının yaşayış sahəsi ilə təmin edilməsi cavabdeh inzibati orqana həvalə edilməlidir. b. məhkəmə icraatı işti rakçılarının izahatları

13. İddiaçı və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

14. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşa yış sahələrinin verilməsi Qaydası”: 1.2. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. 1.3. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. 1.4. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir. 1.5. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin (bundan sonra – Komitə) qərarı ilə həyata keçirilir.

2. Məcburi köçkünlərə müvəqqəti yaşayış sahələrinin verilməsi... 2.4. Müvəqqəti yaşayış sahələri aşağıdakı məcburi köçkün ailələrinə verilir: 2.4.1. məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarında, sərəncamlarında və dövlət proqramlarında nəzərdə tutulan obyektlərdə və eyni zamanda, köçürülməsinə daha çox ehtiyac olan digər obyektlərdə yaşayan, müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilərək Komissiyay a təqdim olunmuş siyahıya daxil edilmiş “məcburi köçkün” statusu olan şəxslərə; 2.4.2. yeni salınmış yaşayış kompleksinə köçürülənədək köçürülmə obyektində daimi yaşayan və həmin yer üzrə kommunal xidmətlərdən istifadə edən məcburi köçkün ailələrinə.

16. İPM: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məh kəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

20. Yuxarıda istinad edilən “Qayda”nın müddəalarından göründüyü kimi, müvəqqəti yaşayış sahələri aşağıdakı məcburi köçkün ailələrinə verilir: 2.4.1. məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarında, sərəncamlarında və dövlət proqramlarında nəzərdə tutulan obyektlərdə və eyni zamanda, köçürülməsinə daha çox ehtiyac olan digər obyektlərdə yaşayan, müvafiq yerli rayon (şəhər) i cra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilərək Komissiyaya təqdim olunmuş siyahıya daxil edilmiş “məcburi köçkün” statusu olan şəxslərə; 2.4.2. yeni salınmış yaşayış kompleksinə köçürülənədək köçürülmə obyektində daimi yaşayan və həmin yer üzrə kommunal xidmətlərdən istifadə edən məcburi köçkün ailələrinə.

21. İddiaçının həmin kateqoriya şəxslərə aid olduğu müəyyən edilməmişdir.

22. Cavabdeh də imtinasının əsası kimi həmin müddəalara istinadla qeyd etmişdir ki, məcburi köçkün ailələrinin mənzillə təmin olunması Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 01 iyul tarixli, 298 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və həmin Dövlət Proqramına 2007-ci il 31 oktyabr tarixli, 2475 nömrəli və 2011-ci il 21 fevral tarixli, 1346 nömrəli sərəncamlarla edilmiş əlavələrə əsasən mərhələli şəkildə həyata keçirilir.

23. İddiaçı şikayətdə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2004cii il 1 iyul tarixli, 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı’na 2011-ci il 21 fevral tarixli, 1346 nömrəli sərəncamla edilmiş Əlavələrin yaşayış şəraitinin yaxşılaşdırılması və müvəqqəti məskunlaşma sahəsinin 1.4-cü bəndinə əsasən 2012-2014-cii illər ərzində Bakı və Sumqayıt şəhərlərində başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşmış 5445 nəfərdən ibarət 1210 m əcburi köçkün ailəsi üçün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində çoxmərtəbəli yaşayış binalarının tikilməsi və həmin ailələrin bu binalara köçürülməsi, başqa vətəndaşlara məxsus olan mənzillər və evlərin boşaldılması, orada müvəqqəti məskunlaşmış 5445 nəfərdən ibarət 1210 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Belə olan halda, məlum olmuşdur ki, iddiaçı mənzilə ehtiyacı olan şəxs kimi qeydiyyata alınmış, müvafiq icra hakimiyyəti orqanı tərəfindən adı siyahıya daxil edilmişdir. Məskunlaşdırılmalı şəxsdir. Məskunlaşdığı obyekt X1 göstərilən obyektlərə uyğun gəlir.

24. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, istinad edilən Əlavənin 1.4 -cü bəndində nəzərdə tutulan şərtlərə uyğunluğu təmin edən sübut işdə yoxdur.

25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 10 fevral tarixli, 2-1(103)-471/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar