Məhkəmə qərarları › İş №2-1(102)-1324/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1324/2022

14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1324/2022 14.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: keçmiş müddət üzrə əmək pensiyasının ödənilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx xxxxxx 1975-ci il təvəllüdlü, FİN:UZ8GLX) cavabdeh Azər baycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “keçmiş müddət üzrə ödənilməmiş əmək pensiyasının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2022-ci il tarixli, 2-1(103)-589/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının 2015-ci ilin aprel ayından 1 noyabr 2019-cu il tarixədək ödənilməmiş əmək pensiyası hissəsinin ödənilməsini xahiş etmişdir.

2. Cavabdeh 12 fevral 2020-ci il tarix li məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, əmək pensiyası ilə sosial müavinət məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığından ərizədə qeyd edilən keçmiş dövr üzrə fərq məbləğinin ödənilməsi mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 28 aprel 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının ödənilməyən hissəsinin hesablanaraq ödənilməsini xahiş etmişdir.

4. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının 2015-ci ilin aprelindən 1 noyabr 201 9-cu il tarixədək (ödənilmiş sosial müavinətlərin məbləği çıxılmaqla) tətbiq edilməsi və 2015-ci ilin aprel ayından 1 noyabr 2019-cu il tarixədək ödənilməmiş əmək pensiyası hissəsinin ödənilməsini xahiş etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4283/2020 nömrəli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun 2-ci qrup əlilliyi 1985-ci ildən, uşaqlıqdan müəyyən olunduğundan, ona ailə başçısı itirməyə görə 1 noyabr 2019-cu il tarixdən atası X3 əmək pensiyasının 80% məbləğində əmək pensiyası tətbiq edilmişdir. İddiaçının anası X1 ailə başçısını itirməyə görə atası X3 əmək pensiyasının 80% məbləğində pensiyasının vəfat etdiyi tarixə 2015-ci il mart ayının 28-dək almışdır. İddiaçı cavabdeh tərəfi ndən ailə başçısı itirməyə görə 1 noyabr 2019-cu il tarixdə təyin edilmiş, əmək pensiyasını almaq hüququ 29 mart 2015-ci il tarixdən (anasının ölümündən sonra) yaranmışdır. O, bir vətəndaş kimi itirdiyi gəlir kompensasiyasını almaq hüququna malikdir. 7 Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim R.L.Kərimli) 12 noyabr 2020-ci il tarixli, 21(112)-4283/2020 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya ödənilmiş sosial müavinətin məbləği çıxılmaqla ailə başçısını itirməyə görə əmək pensiyasının 1 noyabr 2016-cı il tarixdən 1 noyabr 2019-cu il tarixədək olan dövr üzrə məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qa lan hissədə təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının 2015 – 2019-cu illər üzrə ödənilməmiş məbləğini tələb etsə də, bu məsələyə münasibətdə «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1, 37.7-ci maddələrinin (həmin maddələrin 2017-ci il 1 iyul tarixdən qüvvədə olan) tələbləri tətbiq edilməlidir. Belə ki, iddiaçı ödənilməmiş pensiya məbləğinin 2016-cı ilin noyabr ayından 2019-cu ilin noyabr ayınadək olan dövrə aid hissəsini tələb edə bilər ki, həmin məbləğ də ona «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun ödənilməli və bu ödəmədən ona verilmiş sosial müavinət məbləği çıxılmalıdır.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbin in təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.B.Nuriyeva-sədrlik edən, C.A.Yusifov və A.Ə.Hüseyn) 5 may 2021-ci il tarixli, 21(103)-1250/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. c. kassasiya instansiya məhkəməsindəki birinci icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1634/2021 nömrəli, 5 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: İ.K.Hüseynov-sədrlik edən və məruzəçi, N.İ.Rəsulbəyova və K.N.Bədəlov) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 may 2021-ci il tarixli, 2-1(103)- 1250/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

15. Məhkəmə hesab etmişdir ki, cavabdehin 12 fevral 2020-ci il tarixli imtina məktubunun məzmununa görə, iddiaçı keçmiş dövr üzrə fərq məbləğinin hesablanması haqqında ərizə ilə cavabdehə 16 yanvar 2020-ci il tarixdə müraciət etmişdir. Bunun təsdiq edildiyi halda, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində nəzərdə tutulmuş 3 illik müddət də məhz həmin müraciət tarixi nəzərə alınmaqla müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərini po zulması ilə qəbul edilmişdir. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: H.Ü.Həmidov-sədrlik edən, E.E.Nağıyeva və A.S.Hüseynov) 30 mart 2022-ci il tarixli, 2-1(103)-589/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmiş, iddiaçıya ödənilmiş sosial müavinətin məbləği çıxılmaqla ailə başçısını itirməyə görə əmək pensiyası 16 yanvar 2017-ci il tarixdən 16 yanvar 2020ci ilədək olan dövr üzrə fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdehə həvalə olunmuşdur.

17. Məhkəmə hesab etmişdir ki, iddiaçı keçmiş dövr üzrə fərq məbləğini hesablanması haqqında ərizə ilə cavabdehə 16 yanvar 2020-ci il tarixdə müraciət etdiyindən “Əmək Pensiyaları haqqında” AR Qanunun 32.1-1-ci maddəsində nəzərdə tutulmuş 3 illik müddət həmin müraciət tarixi nəzərə alınmaqla müəyyən edilməlidir.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a. kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçıya pensiya 1 noyabr 2019-cu il tarixdən təyin edilmişdir. Məhkəmə isə ona 16 yanvar 2020-ci ilədək həmin fərqin ödənilməsini qərara almışdır. 1 noyabr 2019-16 yanvar 2020-cİ ilədək iddiaçı pensiyanı almış və qeyd edilən tarixdə ona müavinət ödənilməmişdir. Belə olan, təqdirdə məhkəmənin qərarına əsasən ona faktiki almadığı müavinət çıxılmaqla ya yenidən pensiya ilə müavinətin fərqin ödənilməli, ya da ki, iddiaçı aldığı pens iya məbləğindən almadığı müavinətin məbləğini çıxaraq qaytarılmalıdır. İddiaçıya qeyd edilən müavinət ancaq 31 oktyabr 2019-cu ilədək ödənilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; Maddə

20. Qulluq stajına görə əmək pe nsiyasına əlavələr 20.13. Bu qanunun 20.1.8-ci və 20.1.10-cu maddələrində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş dövlət qulluqçusunun (bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulan şəxsin) qulluq stajına görə şərti əmək pensiyası və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir.

22. Maddə

32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir 32.3. Ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Maddə

37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.

23. İPM: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və y a qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti fo rmal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məh kəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Həmçinin qanunveric iliyin yuxarıda istinad olunan normaları baxımından mübahisə predmeti olan qərarın ləğvi ilə bağlı məsələ Ali Məhkəmənin həmin iş üzrə göstərişləri nəzərə alınmaqla, apellyasiya məhkəməsi tərəfindən hərtərəfli və lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

32. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı keçmiş dövr üzrə fərq məbləğinin hesablanması haqqında ərizə ilə cavabdehə 2020-ci il 16 yanvar tarixdə müraciət etmişdir. Buna görə də hazırki qərarın 21-ci bəndinə əsasən nəzərdə tutulmuş 3 illik müddət də məhz həmin müraciət tar ixi nəzərə alınmaqla müəyyən edilməlidir.

33. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2022-ci il tarixli, 2-1(103)-589/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2022-ci il tarixli, 2-1(103)-589/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar