Məhkəmə qərarları › İş №2-1(102)-1325/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1325/2019

08.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1325/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinəqarşı iş üzrə QƏRARDAD (iş № 2-1(102)-1325/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinə qarşı işlədiyi dövrün sosi al sığorta stajına daxil edilməsi və təyin olunmuş pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(107)497/2018 saylı qərarından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə İddiaçı və vəkili Vəkil ərizəsinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xxxx 1999-cu il tarixdən xxxx 2007-ci il tarixədək İsmayıllı rayon Baş Barama Qurutmaxanasında fəhlə işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və təyin olunmuş pensiyanın yenidən h esablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli 2-1(84)-961/2018 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı xxxx 1999-cu il tarixdən xxxx 2006-cı il tarixədək İsmayıllı rayon Baş Barama Qurutmaxanasında işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və təyin olunmuş pensiyanın yenidən hesablanmasıöhdəliyi cavabdehin üzərinəqoyulmuş, qalan hissədə iddia təmin edilməmiş, məhkəmə xərci iddiaçıya aid edilmişdir (hakim - K.Vəliyev). Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(107)-497/2018 saylı qərarı ilə (sədrlik edən G.Q.Abbasov, hakimlər R.R.Rəfiyev və M.R.Hüseynov) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun İs mayıllı rayon şöbəsinin apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(107)-497/2018 saylı qərarından İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verməklə bərabər buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə vermişlər. Ərizənin dəlilləri: İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, iddiaçının məhkəmələrdə çıxış etmək üçün vəkillə təmin edilməsinə zərurət vardır, lakin bu hala nə sağlamlıq imkanları, nə də maddi vəziyyəti imkan vermir, uzun müddətdir ki, ürək çatışmamazlığından əziyyət çəkir, yüksək qan təzyiqi var, xəstə oldugundan, məhkəmə qərarından şikayət verm ə müddəti üzrlü səbəbdən buraxılmışdır. Tərəflərin izahatları İddiaçı və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(107)-497/2018 saylı qərarından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə İddiaçı ərizəsi təmin edilməməli, müddətin bərpasından imtina edilməli, kassasiya şikayəti mümkün hesab edilməməlidir. İş materiallarındakı poçt bildirişinə əsasən a pellyasiya məhkəməsinin qərarı iş üzrə İddiaçı yoldaşı X1 xxxx 2018-ci il tarixdə imza etdirilməklə təqdim olunmuş, sonuncu tərəfindən kassasiya şikayəti məhkəməyə xxxx 2019-cu il tarixədək bir ay müddətində verilməli olduğu halda, xxxx 2019-cu il tarixdə daxil olmuş, iddiaçı tərəfindən prosessual müddətin bərpası barədə verilmiş ərizədə müddətin buraxılmasına səbəb olmuş hallar əsaslandırılmamış, müddətin üzrlü səbəbdən buraxılmasına dair hər hansı bir sübut təqdim edilməmiş, beləliklə, prosessual müddət hər hansı bir üzürlü səbəb olmadan ötürülmüşdür. İddiaçının müddətin bərpası barədə göstərdiyi hallar isə məhkəmə kollegiyası tərəfindən üzrlü səbəb kimi qəbul edilmir. Digər tərəfdən istinad edilən halları təsdiq edən mötəbər sübutlar da məhkəmə kollegiyasına təqdim edilməmişdir. Azərbay can Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Məcəllənin 24.1, 24.2 və 24.3-cü maddələrinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının sə bəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. “Miragall Eskolapo və digərlərinin İspaniyaya qarşı” işi üzrə İnsan Hüquqlarına Dair Avropa Məhkəməsinin xxxx 2000-ci il tarixli qərarında göstərilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət etməli olan müddət məhdudiyyətini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata kecirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin etdilməsi məqsədi daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən kassasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş bir aylıq prosessual müddət h ər hansı üzrlü səbəb olmadan ötürüldüyündən, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(107)-497/2018 saylı qərarından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə İddiaçı ərizəsi təmin edilməməli, müddətin bərpasından imtina edilməli, kassasiya şikayəti mümkün hesab edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 133-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(107)-497/2018 saylı qərarından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə İddiaçı ərizəsi təmin edilməsin. Müddətin bərpasından imtina edilsin. Kassasiya şikayəti mümkün hesab edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar