Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1325/2020 19.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə Q Ə R A RD A D (iş № 2-1(102)-1325/2020) Açar sözlər:iddiadan imtina ilə bağlı icraata xitam. Bakı şəhəri xx xxxxxx 2020-ci il Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra ixtisarla DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə və ya cavabdeh yazılacaq) qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-637/2020 saylı 11 mart 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının sədri və hakimlərinin hər il məzuniyyətə çıxarkən a ldıqları 2 aylıq əmək haqqı məbləğində müavinət və ildə bir dəfə 2 aylıq əmək haqqı həcmində müalicə pulu nəzərə alınmaqla pensiya hüququnun yarandığı tarixdən, yəni 2000-ci ilin oktyabr ayından başlayaraq pensiyasının yenidən hesablanması və yaranmış fərqin aylıq pensiyasına əlavə edilməsi, fərqlə əlaqədar hal-hazıra kimi ödənilməmiş məbləğlərin birdəfəlik olaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)4504/2019 saylı qərarı ilə (hakim T.Əsədova) iddia tələbi qismən təmin edilərək, İddiaçı hazırda işləyən Ali Məhkəməsinin Hərbi Kollegiyasının sədri və hakimlərinin hər il məzuniyyətə çıxarkən aldıqları 2 aylıq əmək haqqı məbləğində müavinət və ildə bir dəfə 2 aylıq əmək haqqı həcmində müalicə pulu nəzərə alınmaqla xx.xx.2006-cı ildən başlayaraq pensiyasının yenidən hesablanması və yaranmış fərqin aylıq pensiyasına əlavə edilməsi, fərqlə əlaqədar hal-hazıra kimi ödənilməmiş məbləğlərin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4504/2019 saylı qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın təmin olunmamasını xahiş etmişdir. İş kassasiya instansiyası mə hkəməsinin icraatına daxil olduqdan sonra iddiaçı məhkəmə kollegiyasına ərizə təqdim edərək iddiadan imtina etdiyini bildirmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında cavabdehin vəkili iddiadan imtina etmə barədə iddiaçının vəsatətinin təmin olunmasına etiraz etmədiyini bildirdi. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Əsaslandırıci hissə Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Resbulikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İş şikayətlə bağlı Ali Məhkəmənin İnzibati kollegiyasının icraatında olarkən iddiaçı məhkəmə kollegiyasına iddiadan imtina və işin icraatına xitam verilməsi barədə ərizə vermişdir. İddiadan imtina edilməsinə dair hüquq norması İPM-nin 55-ci maddəsi isə tənzimlənir. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır (İPM-in 55.1-ci maddəsi). Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir (İPM-in 55.2-ci maddəsi). İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna ed ir (İPM-in 55.4-cü maddəsi). İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz (İPM-in 55.5-ci maddəsi). İddiaçı iddiadan imtina etdiyinə, apelyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minmədiyinə, habelə, iddiadan imtina şifahi məhkəmə baxışına qədər verildiyinə görə cavabdehin razılığı olduğu üçün iddiaçının imtinasına əsasən icraata xitam verilməlidir. İPM-nin 55.4-cü maddəsinə görə, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar ü zrə yenidən iddia qaldırma imkanını istisna edir. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 96.10 və 98.1-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı ərizəsinə əsasən pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair işin icraatına xitam verilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-1325/2020
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1325/2020
19.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver