Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1325/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddia tələbindən kənara çıxma; inzibati orqanının üzərinə iddiaçının müraciətənə yenidən baxılması öhdəliyinin qoyulması; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Daşınm az Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) “texniki pasportun tərtib edilməsi, dövlət reyestrindən çıxarışın verilməsi, daşınmaz əmlaka ünvan verilməsi” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 17 mart tarixli, 2-1(103)-833/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 2019-cu il 24 dekabr tarixdə ərizə ilə cavabdehə müraciət edərək ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binasına aid texniki pasportun tərtib edilməsini, dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsini xahiş etmişdir.
2. Cavabdeh 2020-ci il 23 yanvar tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, sözügedən qeyri-yaşayış binası ilə bağlı tikintiyə icazə, tam tərtib edilmiş istismara icazə təqdim olunmamış və eskiz layihə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən razılaşdırılmamışdır. Həmçinin, elektron kadastr məlumatına əsasən sənədlə faktiki vəziyyət arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2020-ci il 4 fevral tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ünvan 3 ünvanda yerləşən 933 saylı qeyri-yaşayış sahəsinə dair texniki pasportun tərtib edilməsinin, dövlət reyestrindən çıxarışın verilməsinin və daşınmaz əmlaka ünvan verilməsi vəzifəsinin cavabdehin üzər inə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair 1998-ci il 12 avqust tarixli texniki pasport verilmişdir. 2006-cı il 24 yanvar tarixdə Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən iddiaçıya mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Bakı şəhər Xəzər Rayon İcra Hakimiyyəti başçısının 2006-cı il 31 yanvar tarixli sərəncamı ilə ünvan 4 ünvanda yerləşən iddiaçıya məxsus x saylı aptek binasının rekonstruksiya olunmasına icazə verilmişdir. Bakı şəhər Xəzər Rayon İcra Hakimiyyəti başçısının 2018-ci il 15 aprel tarixdə sözügedən ünvana dair tikinti obyektinin istismarına icazə veri lmişdir. ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin eskiz layihəsi tərtib olunmuşdur. Sözügedən ünvana dair texniki pasportun tərtib edilməsi, dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı 2019-cu il 24 dekabr tarixdə cavabdehə ərizə ünvanlanmışdır. Cavabdeh cavabında göstərmişdir ki, sözügedən qeyri-yaşayış sahəsi ilə bağlı tikintiyə icazə, tam tərtib edilmiş istismara icazə təqdim olunmamış və eskiz layihə Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən razılaşdırılmamışdır. Cavabdehin etirazları:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 24 noyabr tarixli, 2-1(112)-3045/2020 nömrəli qərardadı ilə iddia “daşınmaz əmlaka ünvan verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində mümkün sayılmamışdır.
7. Birinci instansiya məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, iddiaçının müvafiq ərizə ilə əvvəlcə iddiaya cavab verməli olan cavabdehə müraciət etməsi iş materialları ilə öz təsdiqini tapmadığından, həmin məzmunda iddia mümkün sayılmamalıdır.
8. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 24 noyabr tarixli, 2-1(112)-3045/2020 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçının ünvan 3 ünvanda yerləşən 933 saylı qeyri-yaşayış sahəsinə dair texniki pasportun tərtib edilməsinin, dövlət reyestrindən çıxarışın verilməsinin və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı müraciətinə yenidən baxılması öhdəliyi cavabdehin üzərinə qoyulmuş dur.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisə predmeti olan qeyriyaşayış sahəsinin ünvanında ziddiyyətlər mövcud olsa da, cavabdeh inzibati orqan inzibati icraat zamanı qeyd edilən halı araşdırmamışdır, həmçinin iş materiallarından görünür ki, cavabdeh inzibati orqan yalnız formal tələblərə əməl etməklə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Cavabdeh orqan tərəfindən qeyd olunan qanunvericiliyin normalarına uyğun inzibati icraat a parılmadığından, cavabdehin üzərinə iddiaçının müraciətinə yenidən baxılmasına dair öhdəlik qoyulmalıdır.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 17 mart tarixli, 2-1(103)-833/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLA RİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətində göstərilmişdir ki, müvafiq qeyri-yaşayış binası ilə bağlı tikintiyə İcazə sərəncamı təqdim edilməmiş, təqdim edilmiş istismara icazə qanunvericiliyə uyğun şəkildə tam tərtib edilməmiş və eskiz layihə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən razılaşdırılmamışdır. Belə ki, ərizəyə əlavə edilmiş sərəncam tikintiyə icazə verilməsi barədə deyil, yenidənqurma (rekonstruksiya) işlərinin aparılması barədədir. Bundan əlavə, İdarənin elektron kadastr baza məlumatlarına əsasən sənədlə faktiki vəziyyət arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Belə ki, texniki pasportda qeyd edilən tikili sökülərək yerində tikintialtı sahəsi 82,0 kv.m olan əlavə qeyri-yaşayış binası inşa edilmişdir. Həmçinin, müvafiq qeyri-yaş ayış binasının yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Qeyd olunan hallar qanunsuz olaraq birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən nəzərə alınmamış və qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur Belə ki, iddiaçının İdarəyə rəsmi müraciəti olduğu və müraciət İdarə tərəfindən yazılı qaydada cavablandırıldığı halda, məhkəmə iddia tələbindən kənara çıxaraq idarə tərəfindən araşdırılaraq imtina məktubu ilə münasibət bildirilmiş eyni sənədlər əsasında iddiaçının müraciətinə yenidən baxılması barədə qanunsuz qərar qəbul etmiş və nəticədə maddi və prosessual hüquq normaları kobud şəkildə po zulmuşdur.
15. Azərbaycan Respublikası İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və X1 Təşkili üzrə Dövlət Agentliyi məhkəmə tərəfindən müvafiq inzibati İş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və müvafiq ünvanda ekspertiza təyin edilməlidir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
16. Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
17. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından, çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ 18.İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məh kəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyas ı məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
22. Yuxarıda qeyd olunduğu kimi, Bakı İnzibati Məhkəməsinin 2020-ci il 24 noyabr tarixli, 2-1(112)-3045/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə iddianın məhz hansı hissədə mümkün sayılmadığını qərardadın nəticə hissəsində aşkar göstərməsə də, qərardadın təsviri və əsaslandırma hissələrində iddianın “daşınmaz əmlaka ünvan verilməsi” tələbinə dair hissəsində mümkünlük məsələsinin həll edildiyi qeyd olunduğundan, məhz həmin tələbə münasibətdə iddianın mümkün sayılmadığı qənaətinə gəlmək olar.
23. Bununla yanaşı, Bakı İnzibati Məhkəməsinin 2020-ci il 24 noyabr tarixli, 21(112)-3045/2020 nömrəli qərar ı ilə iddia qismən təmin edilmiş, iddiaçının “ünvan 3 ünvanda yerləşən x saylı qeyri-yaşayış sahəsinə dair texniki pasportun tərtib edilməsinin, dövlət reyestrindən çıxarışın verilməsinin və daşınmaz əmlaka ünvan verilməsi” ilə bağlı müraciətinə yenidən baxılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
24. Göründüyü kimi, birinci instansiya məhkəməsi 2020-ci il 24 noyabr tarixli, 21(112)-3045/2020 nömrəli qərardadla “daşınmaz əmlaka ünvan verilməsi” tələbinə aid hissədə iddianı mümkün saymadığı halda, eyni tarixli qərarla həmin tələb üzrə iddianı həll etmiş, cavabdehin üzərinə iddiaçının “daşınmaz əmlaka ünvan verilməsi” ilə bağlı müraciətinə yenidən baxılması öhdəliyi qoymuşdur.
25. Beləliklə, məhkəmə iddia tələbindən kənara çıxmış, İPM-in 52-ci maddəsinin tələbini pozmuşdur.
26. İddiaçı nın müraciətinə yenidən baxılması öhdəliyinin cavabdehin üzərinə qoyulmalı olduğuna dair məhkəmələrin qənaətinə gəldikdə, birinci instansiya məhkəməsi bu qənaətin prosessual hüquqi əsası kimi İPM-in 73.2-ci maddəsinə istinad etmiş, apellyasiya instansiyası məhkəməsi də həmin mövqe ilə razılaşmışdır. Həmin normaya görə, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
27. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 73.2-ci maddəsi yalnız o halda tətbiq oluna bilər ki, qanunverici arzu olunan məzmunda inzibati aktın qəbulu üçün inzibati orqana diskresion səlahiyyətlər vermiş, lakin inzibati orqan həmin s əlahiyyətlərdən düzgün istifadə etməmişdir; məhkəmə isə iddiaçının tələbi əsasında müəyyən konkret qərarı qəbul edə bilmir və o, yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilir. Yəni məhkəmə İPM-in 73.2-ci maddəsində təsbit olunmuş qaydaya uyğun surətdə hərəkət edir. Həmin müddəaya əsasən, məhkəmə inzibati orqanın üzərinə müvafiq məsələyə dair yeni qərarın qəbul edilməsi öhdəliyi qoyur. Bu zaman məhkəmənin diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı müəyyən etdiyi məsələlər inzibati orqan üçün məcburi xarakter daşıyır və inzibati orqan yeni inzibati aktı məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla qəbul etməlidir.
28. Hazırkı işdə məhkəmə cavabdehin iddiaçının müraciəti üzrə qərar qəbul etməkdə diskresion səlahiyyətə malik olduğunu, hazırkı məzmunda iddia üzrə konkret qərarın məhkəmə icraatı çərçivəsində qəbul oluna bilinmədiyinin səbəblərini göstərməmişdir.
29. Cavabdeh imtina məktubunda, eyni ilə iddia tələbinə qarşı etirazında, bundan sonra isə apellyasiya şikayətində iddiaçının müraciəti və tələbi ilə bağlı mövqeyini (imtinanın səbəblərini) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun normalarına, o cümlədən 2013-cü il 1 yanvar tarixədək inşa olunmuş qeyri-yaşayış sahələrinə dair hüquqların qeydiyyatı ilə bağlı şərtləri müəyyən edən 8.0.9.2-ci maddəsinə istinadla aşkar göstərmişdir.
30. İşdə olan “İstismara hazırlıq aktı”na görə, qeyri-yaşayış sahəsi olan obyektin tikintisinə 2006-cı il 15 mart tarixdə başlanılmış, 2007-ci il 22 aprel tarixdə başa çatmışdır.
31. Birinci instansiya məhkəməsi və onun hüquqi mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi öz qərarlarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.2-ci maddəsinə istinad etsələr də, hazırkı iddianın həmin normanın dispozisiya şərtlərinə uyğun qaydada yoxlanılmasının və həllinin (müvafiq qərarın qəbul edilməsinin) mümkünsüzlüyünün səbəblərini göstərməmişlər.
32. Eyni ilə, apellyasiya instansiyası məhkəməsi istinad etdiyi həmin normanın dispozisiya şərtləri, həmçinin tərəflərin dəlilləri ilə bağlı tam və hərtərəfli araşdırma aparmamışdır.
33. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qərarında apellyasiya şikayətinin dəlillərini göstərsə də, onlara münasibət bildirməmişdir.
34. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 52, 58.7, 82, 87.8-ci maddələrinin tələblərinin pozulması ilə q əbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.
35. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 17 mart tarixli, 2-1(103)-833/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.