Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1325/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: arxiv arayışında qeyd olunan iş illərinin sosial sığorta stajına əlavə edilməsi; yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı (17 avqust 1947-ci il təvəllüdlü, AZE-0** *****) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilməklə 1 may 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 aprel 2022-ci tarixli, 2-1(103)-1271/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1967-1968-ci illərdə texniki peşə təhsili almışdır. O,1966-1993-cü illərdə Cəbrayıl rayon H.Aslanov adına kolxozunda, 4 yanvar 1994-cü ildən 27 dekabr 1998 -ci ilə kimi Saatlı rayon Sabir adına kolxozda işləmişdir.
2. İddiaçıya 24 fevral 2000-ci ildə əlilliyə görə pensiya təyin edilmişdir.
3. İddiaçı 1 may 2020-ci il tarixdən əlilliyə görə pensiya növündən yaşa görə pensiya növünə keçirilməsi üçün 8 dekabr 2020-ci il tarixində cavabdehə müraciət etmiş, cavabdeh 26 yanvar 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir.
4. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçı əlilliyə görə pensiya növündən yaşa görə pensiya növünə keçirilməsi üçün əmək kitabçası və ya sığorta stajı barədə sənədi təqdim etdiyi halda baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət e dərək ona əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilməklə 1 may 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun 25 ildən artıq iş stajı var. 24 fevral 2000-ci il tarixdən 2020-ci ilədək qeyd olunan stajı nəzərə alınmaqla əlilliyə görə pensiya almışdır. Lakin 2020-ci ildə əlilliyi ləğv edilərək pensiyası dayandırılmış və ona yaşa görə pensiyaya çıxması tövsiyə olunmuşdur. İddiaçı yaşa görə pensiya almaq üçün cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən 1966-1968, 1972-1993-cü illərdə kolxozda işlədiyi müddətin əmək kitabçasında qeyd edilmədiyi üçün ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçının 1966-1968, 1972-1993-cü illərdə Cəbrayıl rayonu H.Aslanov adına kolxozda işlədiyi müddət Cəbrayıl rayon Dövlət Arxivinin 1 iyul 20221-ci il tarixli 39 nömrəli Arxiv arayışı ilə təsdiq olunur.
7. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı 1966-cı il tarixdən 1993-cü il tarixədək Cəbrayıl rayon H.Aslanov adına kolxozda işlədiyini və əmək haqqı aldığını iddia edir. İddiaçının qeyd olunan tarixlərdə həmin kolxozda işlədiyini iddia etdiyi dövrlər əmək kitabçasına daxil edilməməsi səbəbindən pensiya təyin edilməsi mümkün olmamışdır. Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 noyabr 2011-ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilm iş “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları”nın 4.2.7-ci bəndinə əsasən zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanması həyata keçirilir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8731/2021 nömrəli, 29 noyabr 2021-ci il tarixli qərarı ilə (hakim G.A. Sevdimalıyeva) iddia tələbi təmin edilmiş, iddiaçıya əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilməklə 1 may 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının H.Aslanov adına kolxozda 1966-1968 və 1972-1994-cü illər ərzində əmək fəaliyyəti ilə məşğul olması iş materialları ilə öz təsdiqini tapır. Arxiv arayışı və iddiaçının əmək kitabçasına əsasən, iddiaçının 25 ildən çox iş stajı olduğu müəyyən edilmişdir.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər M.N.Tağızadə-sədrlik edən, X.A.Cəmilova və A.P.Oruczadə) 15 aprel 2022-ci il tarixli, 2-1(103)-1271/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçının 1966-cı il tarixdən 1968-ci il tarixədək, 1972-ci il tarixdən 1993-cü il tarixədək Cəbrayıl rayon "H.Aslanov adına kolxoz"da işlədiyi dövrlər üzrə əmək haqqı alması ilə bağlı arxiv arayışı mövcud olsa da, həmin illər iddiaçının əmək kitabçasında öz əksini tapmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. İddiaçının 1968-ci il tarixədək, 1972-ci il tarixdən 1993-cü il tarixədək Cəbrayıl rayon "H.Aslanov adına kolxoz"da işlədiyi dövrlər üzrə işə daxilo lma və işdən azad edilmə barədə əmrləri də mövcud olmamışdır. Həmçinin iddiaçının Cəbrayıl rayon "H.Aslanov adına kolxoz"da işlədiyi dövrlər üzrə Cəbrayıl rayon Dövlət Arxivinin bir-biri ilə ziddiyyət təşkil edən arayışları mövcuddur. Belə ki, Cəbrayıl rayon Dövlət Arxivinin 20 may 2021-ci il tarixli arayışında iddiaçının işlədiyi 1986-1987-ci illər üzrə müəyyən edilmiş əmək günü norması 180 gün olduğu və iddiaçının həmin dövrlərdə 313 və 356 iş günü yerinə yetirdiyi qeyd olunmuşdur. Lakin Cəbrayıl rayon Dövlət Arxivi tərəfindən verilmiş digər arayışda 19861987-ci illərdə müəyyən edilmiş əmək günü norması 200 gün olduğu və iddiaçının həmin dövrlərdə yerinə yetirdiyi iş günü 350 və 356 gün kimi qeyd olunmuşdur. Eyni zamanda arayışda göstərilən taxıl pulu, əlavə əmək haqqı və barama ilə bağl ı xanalarda qeyd olunan məlumatlar arasında da ziddiyyətlər mövcuddur. Cavabdeh kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 12.1. Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təmi natına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”: 3.1.1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nə zərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 18. xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üz rə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 20. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
21. İnzibati Prosessual Məcəllə: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddi açının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhk əmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
22. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)2197/2020 nömrəli qərarı: “...qanunvericilik yalnız əmək kitabçasına əsasən əmək stajının müəyyən edilməsinə dair imperativ norma nəzər də tutmamış, həmçinin iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilik müəyyən sənədlərə əsasən əmək stajının müəyyən edilməsi qaydasını nəzərdə tutduğundan cavabdehin dəlilləri əsassızdır və iddiaçının arxiv arayışı ilə təsdiq olunan işlədiyi dövr onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır...” KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEY İ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi 1966-ci il tarixdən 1968-ci il tarixədək, 1972-ci il tarixdən 1993-cü il tarixədək iddiaçının sosial sığorta stajına daxil edərkən həmin ildəki iş stajının əmək kitabçasında əks olunmamasına əhəmiyyət verməmişdir.
27. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 16-19-cu bəndlərində göstərilən normaların məzmunundan göründüyü kimi qanunvericilik yalnız əmək kitabçasına əsasən əmək stajının müəyyən edilməsinə dair imperativ norma nəzərdə tutmamış, həmçinin iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilik müəyyən sənədlərə əsasən əmək stajının müəyyən edilməsi qaydasını nəzərdə tutduğundan cavabdehin dəlilləri əsassızdır və iddiaçının arxiv arayışı ilə təsdiq olunan işlədiyi dövr onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır.
28. Belə olan halda, iddiaçının işlədiyi illərin əmək kitabçasında əks olunmaması əsası ilə onun pensiya hüququnun olmaması barədə inzibati orqanın dəlilləri əsassızdır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iş illərini təsdiq edən arxiv arayışı təqdim etmişdir və onun həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübut olunmamışdır.
30. Cavabdeh isə buna baxmayaraq iddiaçıd an həmin iş stajını təsdiq edən əlavə sübutlar (iş illərinin əmək kitabçasında qeyd olunmasını) tələb etmiş, bununla da hazırkı qərarın 20-ci bəndində göstərilən normanın tələbini pozmuşdur.
31. Hazırkı tələblə bağlı işlərə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının formalaşdırdığı məhkəmə təcrübəsinə görə cavabdehin həmin arayışdakı məlumatları qəbul etməməsi “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinin məqsədinə uyğun deyil. Belə ki, normanın məzmunundan göründüyü kimi, qanunverici 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqini əmək kitabçasındakı məlumatların mötəbərliyinə nəinki bərabərləşdirmişdir, hətta həmin arayışlardakı məlumatların mötəbərliyinə üstünlük vermişdir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasını n xx.xx.2020-ci il tarixli, 2-1(102)-2197/2020 nömrəli qərarı).
32. Beləliklə, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin oluna bilməz.
33. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üz ərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 aprel 2022-ci tarixli, 21(103)-1271/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.