Məhkəmə qərarları › İş №2-1(102)-1325/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1325/2023

20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1325/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Ko llegiyasının 2-1(103)-33/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 2019-cu il 20 noyabr tarixli, **********193623 nömrəli qərarla cəmiyyət tərəfindən 2017-ci il üzrə 401.238,34 manat mənfəət vergisinin azaldıldığı müəyyən olunaraq, 401.238,34 manat əlavə mənfəət vergisinin hesablanması və 200.619,17 manat maliyyə sanksiyasının tətbiq olunması, 2017-ci il üzrə 236.081,79 manat əlavə dəyər vergisinin azaldıldığı müəyyən olunaraq, 236.081,79 manat əlavə dəyər vergisinin hesablanması və 118.040,90 manat maliyyə sank siyasının tətbiq olunması, 2018-ci il üzrə 161.762,34 manat əlavə dəyər vergisinin azaldıldığı müəyyən olunaraq, 161.762,34 manat əlavə dəyər vergisinin hesablanması və 80.881,17 manat maliyyə sanksiyasının tətbiq olunması qərara alınmışdır. İddiaçı MMC-yə 799.082,47 manat məbləğində əlavə vergi məbləği hesablanmaqla və 399.541,24 manat maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********193623 nömrəli, 2019-cu il 20 noyabr tarixli qərarın ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən 2018-ci il 23 iyul tarixli, **********1574496 nömrəli qərara əsasən, İddiaçı MMC-nin 2017-ci il 01 yanvar tarixdən 2018-ci il 30 iyun tarixədək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin yoxlanılması ilə bağlı növbəti səyyar vergi yoxlaması həyata keçirilmişdir. Həmin qərara uyğun olaraq, 2018-ci il 27 avqust tarixdə “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” akt tərtib olunmuş və 2018-ci il 27 avqust tarixli, **********161452 saylı qərara əsasən, sənədlərin yoxlamaya təqdim edilməsi qərara alınmışdır. Lakin tələb olunan sənədlər daha əvvəl yoxlayıcılara təqdim edilmi ş olduğundan və həmin sənədlər iddiaçıda qalmadığına görə təqdim etmək mümkün olmamışdır. Bundan sonra cavabdeh iddiaçıya qarşı “sənədlərin götürülməsi” tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş, həmin iddia tələbinə 2019-cu il 23 iyul tarixdə baxılaraq, iddia təmin edilmişdir. Cavabdeh olaraq qeyd olunan qətnamə ilə razılaşmadıqları üçün 2019-cu il 23 sentyabr tarixdə həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Lakin hazırkı iş üzrə cavabdeh işin nəticəsini gözləmədən, yəni həmin iş üzrə məhkəmə mübahisəsi başa çatmamış, qeyd olunan faktla bağlı “səyyar vergi yoxlaması” ilə əlaqədar hərəkətini davam etdirmişdir. Səyyar vergi yoxlamasının dayandırılması barədə 2019-cu il 16 may tarixli, **********183202 nömrəli, 2019-cu il 28 iyun tarixli, **********185956 nömrəli qərarl arın olmasına baxmayaraq, ekspertiza təyin edilmiş və 2019-cu 02 oktyabr tarixdə ekspert rəyi verilmişdir. Həmin fakt üzrə məhkəmə mübahisəsi davam etdiyi halda cavabdehin “səyyar vergi yoxlaması” ilə bağlı ekspert rəyini almasının və digər hərəkətlərinin qanunsuz olduğunu və həmin hərəkətlərin məhkəmə mübahisəsi həll edilənədək dayandırılmalı olduğunu hesab edirlər. İş məhkəmənin icraatında olduğu müddətdə cavabdeh tərəfindən 2019-cu il 20 noyabr tarixdə iddiaçının vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********193623 saylı qərar çıxarılmışdır.

4. Cavabdehin iddia tələbinə qarşı yazılı etirazında göstərilmişdir ki, yoxlama zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələrə əsasən orta aylıq dövriyyə 108.840,0 manat və 1 kv.metr üzrə ay lıq icarə haqqı 4,94 manat göstərildiyi üçün (real bazar qiymətindən aşağı olduğu üçün) Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinə əsasən icarə haqları üzrə bazar qiymətlərinin müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilməsinə zərurət yaranmışdır. Ona görə də yoxlama zamanı vergi ödəyicisi tərəfindən icarəyə verilmiş daşınmaz əmlakın icarə haqqının real bazar qiymətlərinə uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə yoxlamaya ekspert cəlb edilmiş və ekspertiza təyin edilməsinə dair qərar qəbul edilmişdir. Aparılmış ekspertiza nəticəsində tərtib edilmiş 2019-cu il 02 oktyabr tarixli ekspert rəyinə əsasən cəmiyyət tərəfindən yoxlanılan dövr üzrə aparılmış dislokasiya işlərinə əsasən 170 sayda mağaza tipli obyektin icarəyə verildiyi müəyyən edilmiş və həmin icarəyə verilmiş qeyri-yaşayış sahəsinin icarə haqqının real bazar qiymətləri hər bir obyekt üzrə ekspert rəyinə əsasən müəyyən olunmuşdur. Ekspert rəyinə əsasən Cəmiyyət tərəfindən icarəyə verilmiş qeyriyaşayış sahələrinin icarə haqlarının real bazar qiymətlərinin 2017-ci il 01 yanvar tarixdən 2018-ci il 30 iyun tarixədək hər kv.m üçün 1-ci sırada yerləşən obyektlər 15,0 manat (4546, 0 kv.m), 1-ci sıranın üstündə yerləşən obyektlər üçün 14,0 manat (1764,0 kv.m), 2ci sırada yerləşən 15,0 manat (4751,0 kv.m), 3-cü sırada yerləşən obyektlər üçün 14 manat (1644,0 kv.m), arxa hissədə yerləşən obyektlər üçün 7,0 manat (1482,0 kv.m), yan hissədə yerləşən obyektlər üçün 7,0 manat (7442,0) və giriş ön hissədə yerləşən obyektlər üçün isə 10,0 manat (410,0 kv.m) olduğu müəyyən edilmişdir. Yoxlanılan dövr üzrə cəmiyy ətin aylıq dövriyyəsi ekspertin verdiyi rəyə əsasən hesablanaraq ƏDV ilə birgə 253.735,0 manat olduğu müəyyən edilmişdir. Yoxlanılan dövrdə 2017-ci il üzrə cəmiyyətin dövriyyəsinin 2.580.355,92 manat olmalı olduğu halda, iddiaçı tərəfindən mənfəət vergisi bəyannaməsində 1.268.789,75 manat göstərilməklə 1.311.566,17 manat mənfəət dövriyyəsinin azaldıldığı müəyyən olunmuşdur. Yoxlamanın nəticəsi olaraq vergi ödəyicisi tərəfindən 2017-ci ilin mənfəət vergisi üzrə ümumilikdə 694.625,51 manat xərclərin artıq göstərildiyi müəyyən olunmuşdur. Beləliklə, vergi ödəyicisi tərəfindən 2017-ci il mənfəət vergisi üzrə 2.006.191,68 manat vergiyə cəlb olunan mənfəətin azaldıldığı müəyyən olunaraq Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən 401.238,34 manat əlavə mənfəət vergisi hesablanmışdır. Əlavə dəyə r vergisi üzrə 397.844,13 manat kənarlaşma aşkar edilmişdir. Vergi ödəyicisinə əlavə dəyər vergisi bəyannaməsində göstərilən məbləğin göstərilməli olan məbləğə nisbətən 397.844,13 manat azaldılmasına görə 198.922,07 manat maliyyə sanksiyası, mənfəət vergisi bəyannaməsində göstərilən məbləğin göstərilməli olan məbləğə nisbətən 401.238,34 manat azaldılmasına görə 200.619,17 manat maliyyə sanksiyası, ümumilikdə 1.198.623,71 manat əlavə hesablama aparılmışdır. Vergi Məcəlləsinin 56.1-ci maddəsinin tələbləri nəzərə alınaraq vergi orqanı tərəfindən 2019-cu il 20 noyabr tarixli, **********193623 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar çıxarılaraq vergi ödəyicisinə 799.082,47 manat əlavə vergi məbləği hesablanmış və Vergi Məcəll əsinin 58.1-ci maddəsinə əsasən 399.541,24 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2-1(112)-393/2020 nömrəli (hakim N.İ.Abıyev) qərarı ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********193623 nömrəli, 20 noyabr 2019-cu il tarixli qərarın ləğv olunması qərara alınmışdır.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə araşdırması zamanı işin araşdırılan hallarından (ekspert rəyindən) müəyyən olunmuşdur ki, 2017-ci il üzrə müəssisənin ümumi gəliri 146.437,70 manat, cəmi xərcləri isə 286.841,54 manat təşkil etmişdir ki, bununla da iddiaçı müəssisə tərəfindən qeyd olunan dövrdə mənfəət vergisinin azaldıldığı sübuta yetirilməmişdir. Cavabdeh inzibati orqan səyyar vergi yoxlaması zamanı adıçəkilən icarə müqavilələrində göstərilən icarə haqlarını deyil, “Azərekspertiza” Birliyinin mütəxəssisləri tərəfindən müəyyən olunmuş qiymətləri əsas götürməklə cəmiyyət tərəfindən yuxarıda göstərilən vergilərin azaldılması nəticəsinə gəlsə də, bunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamış və məhkəmə araşdırması zamanı qeyd olunan hal öz təsdiqini tapmamışdır. Halbuki, qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

7. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. ape llyasiya instansiyası məhkəməsində birinci icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-477/2021 saylı, 24 fevral 2021-cü il tarixli qərarı ilə (hakimlər A.B.Nuriyeva /sədrlik edən və məruzəçi/, V.M.Ağayev və A.Ə.Hüseyn) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

10. Cavabdeh kassasiya şikayəti verərək, həmin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1168/2021 saylı, 6 iyul 2021-ci il tarixli qərarı ilə (hakimlər İ.K.Hüseynov /sədrlik edən və məruzəçi/, N.İ.Rəsulbəyova və K.N.Bədəlov) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 24 fevral tarixli, 2-1(103)-477/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

12. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “apellyasiya instansiyası məhkəməsi ekspert rəyini işdə olan digər sübutlarla birlikdə tam və hərtərəfli tədqiq etməmiş, rəydə göstərilən məlumatlarla işdə olan digər sübutetmə vasitələrindəki məlumatlar arasında ziddiyyətlər olduğu halda, bu ziddiyyətlərin səbəblərini araşdırmamış, onlara qiymət verməmiş, ekspert rəyini mübahisəsiz, mötəbər sübut növü kimi qəbul etmişdir. Cavabdeh apellyasiya şikayətində işin qeyd olunan ziddiyyətli hallarına diqqət çəksə də, apellyasiya instan siyası məhkəməsi şikayətin həmin dəlilərinə hər hansı münasibət bildirməmiş, bu dəlilləri qəbul etməməsinin səbəblərini göstərməmiş, bununla bağlı qənaətini əsaslandırmamışdır. Halbuki, iddiaçının yoxlanılan dövr üzrə gəlirləri və xərcləri barədə bilavasitə özünün vergi orqanına təqdim etdiyi bəyannamə məlumatları ilə ekspert rəyində həmin göstəricilər üzrə qeyd edilən məlumatlar fərqlidir (İ cild, iş v.113, 114, 117, İİ cild iş v.118). Digər tərəfdən, birinci instansiya məhkəməsinin məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə qərardadında ekspert qarşısında qoyulmuş sualın özü “icarə haqlarının real bazar qiymətlərinin nəzərə alınması”ndan asılı edilmiş, lakin “bazar qiyməti” dedikdə, məhz hansı qaydada müəyyən edilmiş və ya müəyyən edilməli olan bazar qiymətini nəzərdə tut duğunu məhkəmə qərardadında göstərməmiş, bununla da, “bazar qiyməti”nin müəyyən edilməsini ekspertin öhdəsinə buraxmışdır. Cavabdeh də haqlı olaraq qeyd edir ki, məhkəmə-mühasibatlıq eksperti bazar qiymətini müəyyən etməkdə səlahiyyətli olmamışdır. Belə ki, bu səlahiyyət məhkəmə-əmtəəşünaslıq ekspertinin səlahiyyətinə aiddir. Cavabdeh təkrar ekspertizanın keçirilməsi barədə vəsatət versə də, həmin vəsatətə məhkəmə tərəfindən hər hansı münasibət bildirilməmişdir. Eyni ilə, cavabdehin bununla bağlı apellyasiya şikayətindəki dəlilinə apellyasiya instansiyası məhkəməsi tərəfindən də hər hansı münasibət bildirilməmişdir”. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

13. Təkrar apellyasiya baxışı zamanı Ali Məhkəmənin yuxarıda qeyd olunan hüquqi mövqeyi nəzərə alınaraq, məhkəmə kollegiy ası tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-2364/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/6534 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, “Eurohome" MMC tərəfindən özünə məxsus ünvan 1 ünvanında yerləşən İddiaçı tikinti materialları bazarında yerləşən, ticarət sahəsi kimi fəaliyyət göstərən tikililərin ümumi sahəsi (icarəyə verilmiş mağaza tipli obyektlər) 23598.5 kv.metr təşkil edir. Qərardadda qoyulmuş İddiaçı tikinti materialları bazarında icarə yə verilmiş mağaza tipli obyektlərin icarə haqlarının real bazar qiymətləri ilə bağlı sual üzrə həmin sualın cavablandırılmasının məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid olmadığı qeyd edilmişdir.

15. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022ci il tarixli, 2-1(103)-235/2022 nömrəli qərardadı ilə iş üzrə yenidən məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və bu dəfə ekspertizanın keçirilməsi "xxxx" MMCyə həvalə edilmişdir. 16. "xxxx" MMC-ti tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli, QR421/M saylı qiymətləndirmə rəyindən müəyyən olunur ki, aparılan təhlil və hesablamalar nəticəsində İddiaçı MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən mağaza tipli obyektlərin xx.xx.2017-ci il - xx.xx.2018-ci il tarixlərə icarə haqlarının real bazar dəyəri mağazaların yerləşmə mövqeyindən asılı olaraq 1 kv.m üçün 5 (beş)-6 (altı) manat, ortalama icarə haqları üzrə real bazar dəyəri isə 5 manat 50 qəpik olmuşdur.

17. Eyni zamanda iş materiallarına əlavə edilmiş internet reklam saytlarına yerləşdirilmiş elanlardan görünür ki, 2022-ci ilin dekabr ayına olan məlumatlara əsasən Abşeron rayonu Ekologiya postu ilə üzbəüz yerləşən İddiaçı MMC-yə məxsus mağaza tipli obyektlərin icarə haqqı 1 kv.m üçün 4 (dörd) manat göstərilmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-33/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və R.Ə.Səmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1( 112)-393/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

20. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayəti iddiaya dair etiraza və apellyasiya şikayətinə uyğun tərtib edilmişdir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin rədd olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normaların ın tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrini n şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

28. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyindən çıxış edərək məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməs inin araşdırmaları yetərli hesab olunur.

29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən qərarla iddiaçıya əlavə vergi məbləğinin hesablanması və maliyyə sanksiyasının tətbiq edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

30. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi il ə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

32. Mübahisəyə dair işin müəyyən olunmuş hallarına əsasən, iddiaçı obyektlərin icarəsi fəaliyyəti ilə məşğuldur. Tərəflər arasında mübahisə 2 halla – hansı həcmdə sahənin (kv.metr) faktiki icarəyə verilməsi və icarə məbləğinin bazar dəyərindən aşağı olub-olmaması ilə bağlıdır. Cavabdeh əraziyə baxış nəticəsində 170 sayda icarə obyektinin icarəyə verildiyini və buna uyğun olaraq ekspert rəyi ilə müəyyən olunan bazar qiyməti tətbiq edilməklə iddiaçıya münasibətdə səyyar vergi yoxlaması nəticəsində əlavə vergi məbləğinin hesablandığını qeyd edir. İddiaçı isə ümumi obyektin yalnız 15 min kv.metr hissəsinin icarəyə verildiyini, cavabdehin isə ona 22039 kv.m əra ziyə uyğun hesablama apardığını iddia edir.

33. İş üzrə materiallardan görünür ki, hesablama “Azərekspertiza” birliyinin bazar qiymətini əks etdirən rəyinə istinadən aparılmışdır. Rəyə əsasən yoxlanılan dövrün ümumi dövriyyəsi 4567230,0 manat təşkil etmişdir. Vergi orqanı bildirir ki, VM 14.6.3.3-cü maddəsinə uyğun olaraq bazar qiyməti ekspert dəvət olunaraq müəyyən edilmişdir. Belə ki, iddiaçı orta aylıq 108840 manat dövriyyə göstərir və bu da 1 kv.metr üçün aylıq 4,94 manat təşkil edir və bu qiymət real bazar dəyərindən aşağıdır. İddiaçı 1959140,93 manat dövriyyə göstərmiş, aradakı fərq (2608089,07) ƏDV və mənfəətə cəlb edilmişdir.

34. Məhkəmə VM 14.2-ci maddəsinə və məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə istinad edərək iddianı təmin etmişdir.

35. Halbuki, Vergi Məcəlləsinin 14.6-cü maddəsinin müəyyən etdiyi qayda bazar qiymətini Vergi Məcəlləsinin 14.4 və 14.5-ci maddələrinə əsasən tətbiq etmək mümkün olmadıqda keçərlidir. VM 14.4-cü maddəsinə görə, bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. Bu zaman qiymətli kağızın bazar qiyməti bu qiymətli kağızın təqdim edildiyi andan əvvəlki ən yaxın tarixdə həmin emitentin eyni qiymətli kağızları üçün fond birjasının kotirovkasına əsasən müəyyənləşdirilir, bu şərtlə ki, kotirovkalar yuxarıda göstərilən qaydaya uyğun elan edilsin.

36. Həmçinin Vergi Məcəlləsinin 14.5-ci maddəsinə görə, bazar qiyməti m üəyyənləşdirilərkən, bu Məcəllənin 18-ci maddəsi ilə müəyyən edilən qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyat yalnız o halda nəzərə alına bilər ki, onların münasibətləri həmin əməliyyatın nəticəsinə təsir göstərməmiş olsun.

37. Qeyd olunan üsullar nəticə vermədikdə, VM-nin 14.6.3-cü maddəsində nəzərdə tutulmuş ardıcıllığa əməl olunmaqla bazar qiyməti müəyyən edilməlidir. Hazırki işin müəyyən olunmuş halları baxımından isə VM-nin 14.6.3.3-cü maddəsinin birbaşa tətbiqi istisna edilir. Belə ki, VM 14.6.3.3-cü maddəsinə əsasən, malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. Bu mənada cavabdeh ilk növbədə həmin ma ddədə nəzərdə tutulan üsulların tətbiqi imkanlarını araşdırmalı idi. Lakin iş üzrə materiallarda qeyd edilən qaydaya riayət olunmasına dair hər hansı təsdiqedici sənəd mövcud deyildir.

38. İlkin kassasiya baxışı zamanı bazar qiymətinin ekspertiza vasitəsilə müəyyən edilməsi əsaslarının mövcud olub-olmaması ilə bağlı Ali məhkəmə tərəfindən verilmiş göstərişlərə uyğun olaraq təkrar apellyasiya baxışı zamanı həm ərazinin icarədə olan sahəsinin (kvadratının) müəyyən olunması, həm də bazar qiymətinin öyrənilməsi məqsədilə ekspertizalar keçirilmişdir. Əmtəəşünaslıq ekspertizası nəticəsində icarə müqavilələrində əks olunan məbləğin 30 faiz həddini aşmayan qiymətlərə dair rəy təqdim edilmişdir. Yəni, ekspertin müəyyən etdiyi qiymətlər (5 manat, 6 manat, ortalama 5,5 manat olmaqla) icarə müqavilələ rində nəzərdə tutulmuş qiymətlərin 30 faizlik həddindən aşağı olmamışdır.

39. Bundan başqa, iddiaçı təkrar apellyasiya baxışı zamanı icarədarların ərizələrini məhkəməyə təqdim etmişdir. Həmin ərizələrdən icarə verənə müqavilədən kənar əlavə ödənişlərin ödənilmədiyi müəyyən olunmuşdur. Cavabdeh tərəfindən bunun əksini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.

40. Həmçinin nəzərə almaq lazımdır ki, yoxlama Vergi Məcəlləsinin 38.2-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasında nəzərdə tutulmuş 30 təqvim günü, ümumilikdə 90 təqvim günü müddəti pozulmaqla aparılmışdır.

41. Beləliklə, yuxarıda qeyd olunan səbəblərdən mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-33/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar