Məhkəmə qərarları › İş №2-1(102)-1326/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1326/2021

14.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1326/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kasasiya şikayətinin geri götürülməsi) Giriş hissə: 14.07.2021 Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Nazim Mövsümovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “Abbasov” soyadının “Topçubaşov” soyadına dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İK-nın 10 mart 2021-ci il tarixli, 2-1(103)-248/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş k asasiya şikayətinə 14 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “Abbasov” soyadının “Topçubaşov” soyadına dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

2. Birinci instansiya məhkəməsinin 31.08.2020-ci il tarixli, 2-1(112)2804/2020 nömrəli (sədrlik edən hakim Pərviz Hüseynov) qərarı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “soyadın dəyişdirilməsi” tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır.

3. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apelyasiy a şikayəti verərək birinci instansiya məhkəməsinin 31.08.2020-ci il tarixli, 2-1(112)2804/2020 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. apelyasiya instansiya məhkəməsindəki icraat

4. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 10.03.2021-ci il tarixli, 2-1(103)-248/2021 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Aida Hüseyn) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 31.08.2020-ci il tarixli, 2-1(112)-2804/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

5. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı kasasiya şikayəti v erərək apelyasiya instansiyası məhkəməsinin 10.03.2021-ci il tarixli, 2-1(103)248/2021 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Tərəflərin izahatları

6. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil ərizə təqdim edərək iddiaçının verdiyi kasasiya şikayətinin geri götürülməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

7. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə:

8. Məhkəmə kollegiyası iddiaçının vəkili Vəkil tərəfindən verilmiş ərizəni nəzərdən keçirərək hesab edir ki, iddiaçının kasasiya ş ikayəti geri qaytarılmalıdır.

9. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə görə kasasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayəti geri götürə bilər.

10. Həmin Məcəllənin 97.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir.

11. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətinin geri götürülməsi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından iddiaçının kasasiya şikayətinin geri götürülməsi qəbul edilməli, iş üzrə kasasiya icraatına xitam verilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 97, 111.3-cü maddələrini rəhbər tuta raq Qərara aldı: İddiaçının Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.03.2021-ci il tarixli, 2-1(103)-248/2021 nömrəli qərarından verdiyi kasasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilsin. İddiaçının şikayəti üzrə kasasiya icraatına xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar