Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1326/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1980-ci il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellya siya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-884/2022 nömrəli, 8 aprel 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İş materiallarına əsasən, iddiaçı 16 dekabr 2005-ci il tarixdən 10 mart 2021-ci il tarixədək Azərbaycan Respublikası Cavabdeh X3 Xidmətində işləmişdir.
2. Cavabdehin 10 mart 2021-ci il tarixli əmri ilə vəzifəsinin icrası zamanı kobud pozuntulara yol verdiyinə görə fövqəladə hallar orqanlarından xaric edilmişdir.
3. Azərbaycan Respublikası Cavabdeh X3 Xidmətinin X3 işinin təşkili şöbəsinin əməkdaşları və 1-ci ərazi X3 idarəsinin DYNŞ-nin rəis müavini tərəfindən tərtib olunmuş və imzalanmış 2 fevral 2021-ci il tarixli akta əsasən, 1-ci ərazi X3 idarəs inin X3 şöbəsinin böyük inspektoru, daxili xidmət mayoru İddiaçı tərəfindən 2020-ci il və cari ilin yanvar ayı ərzində görülmüş işlər yoxlanılmış, böyük inspektor kimi təhkim olunmuş sahələrə aid olan sənədləri (əraziyə təyin olunması barədə əmr, inspektorun aylıq “iş planları”, ərazinin dislokasiyası, dərs jurnalı və “yanğın nəzarət müşahidə” qovluqları) təqdim etmişdir. İddiaçının xidməti fəaliyyəti yoxlanan zaman aşağıdakılar müəyyən olunmuşdur: “2020-ci il Binəqədi rayon üzrə təhkim olunduğu 4, 5, 6 və 7 saylı xidməti sahələr üzrə nəzərdə tutulmuş dislokasiyada 22 dövlət 93 özəl obyekt mövcud olmuşdur. Təhkim olunduğu yanvar, fevral aylarında 25 obyektdə yanğın texniki müayinə keçirmişdir. 2020-ci ilin mart ayından 21, 22 və 23-cü sahələrə təhkim olunduğu müddətdə 13 obyektdə yanğın-te xniki müayinə keçirmişdir. İyul ayından 26, 27 və 28-ci sahələrə, sentyabr ayından isə 11, 12, 13-cü sahələrə təhkim olunmuşdur. 2020-ci ilin “iş planları” təqdim olunmuş, lakin aylıq “İş planları”nda icra barəsində qeydlər aparılmamışdır. Təqdim olunmuş “Yanğın nəzarətmüşahidə” qovluqlarının içərisində obyektə aid sənədlər tam doldurulmamış, 2020-ci il ərzində cəmi 38 obyektdə yanğın-texniki müayinə keçirilmiş, 6 obyekt rəhbəri barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İddiaçı bir çox böyük dövlət obyektlərində keçirilən yanğın-texniki müayinə zamanı yanğına qarşı nöqsanlar aşkar edilməsinə baxmayaraq obyekt rəhbəri barəsində inzibati xəta haqqında protokol tərtib etməmişdir. Dərs jurnalı mövcud olmuşdur, qeydlər aparılmamışdır. İddiaçı 2021-ci il üzrə 11, 12, 13 saylı xidməti sahələrə təhkim edilmişdir. Cari ilin yanvar ayı ərzində tərtib edilmiş iş planına əsasən 11 dövlət obyektində diqqətli yanğın-texniki müayinənin keçirilməsi nəzərdə tutulmuşdur. Həmin obyektlərdə keçirilən yanğın-texniki müayinə zamanı iki obyekt rəhbəri barəsində yanğın təhlükəsizliyinin pozulması səbəbindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. 19 yanvar 2021-ci il tarixdə "xxxx" MMC-yə məxsus sexdə Ədliyyə Nazirliyinin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən təqdim edilmiş “Çıxarış”a əsasən planlı yanğın-texniki müayinə keçirilsə də sözügedən obyekt cari ilin yanvar ayı üzrə tərtib edilmiş iş planında nəzərdə tutulmamışdır. Binəqədi rayon X1 və 11 saylı şəhər Poliklinikasında yanğın-texniki müayinə keçirilən zaman tərtib edilmiş “Tələ bnamə” məktubunda aidiyyəti üzrə nəzərdə tutulmuş imza xanaları boş qalmışdır”.
4. Qeyd olunan halların araşdırılması ilə bağlı Azərbaycan Respublikası Cavabdeh X3 Xidmətinin Xüsusi Nəzarət şöbəsinin inspektoru daxili xidmət kapitanı E.Zeynallı tərəfindən 2, 4 və 12 fevral 2021-ci il tarixlərdə iddiaçının yazılı izahatları alınmışdır.
5. Xüsusi nəzarət şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Nazim Hacıyev tərəfindən X3 Xidmətinin rəisi, daxili xidmət general-mayoru Hikmət Abbasova ünvanladığı 8 fevral 2021-ci il tarixli təqrirə əsasən, 7 fevral 2021-ci il tarixdə şöbənin əməkdaşları tərəfindən ərazi DYNİ-də təyin olunmuş növbətçilər xidməti yerlərində yoxlanılmışlar. Yoxlanış zamanı məlum olmuşdur ki, saat 16:30-da 1-ci ərazi DYNİ-nin növbətçi olan əməkdaşı (iddiaçı) xidmət y erində olmamış, digər 2-ci, 3-cü və 4-cü ərazi DYNİ-nin növbətçiləri xidməti yerlərində olmuşlar.
6. Bundan başqa, Xüsusi nəzarət şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Nazim Hacıyev tərəfindən X3 Xidmətinin rəisi, daxili xidmət general-mayoru Hikmət Abbasova ünvanlanan, iddiaçı barəsində aparılmış araşdırmaya dair 8 fevral 2021-ci il tarixli arayışda yuxarıda qeyd olunan 2 fevral 2021-ci il tarixli aktda qeyd olunan məlumat və nöqsanlar öz əksini tapmış, əlavə olaraq qeyd edilmişdir ki, aşkar olunmuş nöqsanlarla bağlı əməkdaşın izahatı alınaraq, X3 işinin təşkili şöbəsinin əməkdaşları və 1-ci ərazi DYNİ-nin DYNŞ-nin rəis müavininin iştirakı ilə akt tərtib olunmuşdur. İddiaçı izahatında xidməti fəaliyyətində yol verdiyi nöqsanlarını etiraf edərək gələcəkdə belə nöqsanlara yol verməyəcəyinə söz vermişdir. Məlumat üçün bildirilmişdir ki, iddiaçıya xidməti vəzifələrinin icrası zamanı yol verdiyi nöqsanlara görə xidmət rəisinin 29 dekabr 2019-cu il tarixli, 0236/ş nömrəli əmrilə xəbərdarlıq elan edilmişdir. Arayışda həmçinin qeyd edilmişdir ki, iddiaçı “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10.0.1-ci “X3 orqanlarının işinin təşkilinə dair Təlimat”ın və “İnzibati Xətalar Məcəlləsi”nin 101.1-ci maddəsinin tələblərini pozmuşdur. Araşdırmanın nəticəsinə əsasən və gələcəkdə bu kimi halların qarşısının alınması məqsədilə iddiaçı barəsində müvafiq qərar qəbul olunması xahiş edilmişdir.
7. İddiaçının 1-ci ərazi DYNİ-nin rəisi daxili xidmət polkovnik-leytenantı İsmayıl Haşımova verdiyi 11 fevral 2021-ci il tarixli yazılı izaha tda qeyd olunmuşdur ki, 7 fevral 2021-ci il tarixdə idarədə növbədə olarkən saat təxminən 15:50 radələrində özünü narahat hiss etmişdir. İdarəni tərk edərək, yaxınlıqdakı “ELMED” tibb mərkəzinə müraciət etmiş, arterial təzyiqinin yüksək olduğuna görə dərman qəbul etmişdir. Həkim məsləhəti ilə 16:35də iş yerinə qayıtmışdır.
8. Xüsusi nəzarət şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Nazim Hacıyev tərəfindən X3 Xidmətinin rəisi, daxili xidmət general-mayoru Hikmət Abbasova ünvanladığı DYXN-nin ərazi idarələrində növbətçiliyin yoxlanılması barədə 12 fevral 2021-ci il tarixli arayışa əsasən, Xidmətin Xüsusi nəzarət şöbəsi tərəfindən 7 fevral 2021-ci il tarixdə 1-ci, 2-ci, 3-cü və 4-cü ərazi DYNİ-nin təyin olunmuş növbətçi əməkdaşları xidmət yerlərində yoxlanılmışdır. Yoxlama zamanı m əlum olmuşdur ki, 7 fevral 2021-ci il tarixdə saat 16:30da 1-ci ərazi DYNİ-nin növbətçi əməkdaş xidməti yerində olmamışdır. Araşdırma zamanı iddiaçının növbətçi olduğu məlum olmuş və bununla bağlı onun izahatı alınmışdır. İzahatında o, 7 fevral 2021-ci il tarixdə özünü nasaz hiss etdiyindən xidməti yerini tərk edərək, İdarə rəhbərliyinə məlumat vermədən “ELMED” tibb mərkəzinə getdiyini bildirmişdir (tibb mərkəzinin arayışı materiala əlavə olunur). İddiaçı xidməti vəzifələrinin icrası zamanı yol verdiyi nöqsanlara görə Xidmət rəisinin 29 dekabr 2019-cu il tarixli, 0236/ş nömrəli əmri ilə “Xəbərdarlıq” elan edilmişdir. Qeyd edilmişdir ki, hal-hazırda üzərində intizam tənbehi mövcud deyildir. Toplanmış materiallara əsasən iddiaçı intizam qaydalarına riayət etməyərək, “Fövqəladə hallar orqanla rında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10.0.10-cu maddəsinin tələblərini pozmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və gələcəkdə bu kimi halların qarşısının alınması məqsədilə iddiaçının barəsində qərar qəbul edilməsi xahiş edilmişdir.
9. İddiaçının barəsində intizam tənbehinin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Cavabdeh 10 mart 2021-ci il tarixli, 0316/Ş nömrəli əmrinə əsasən, X3 Xidmətinin 1-ci ərazi DYNİ-nin DYNŞ-nin böyük inspektoru daxili xidmət mayoru İddiaçı xidməti fəaliyyətinin yoxlanması zamanı vəzifələrinin icrasına səhlənkar yanaşaraq “Yanğın nəzarət müşahidə” qovluqlarında obyektə aid sənədləri tam toplanmadığı, yanğıntexniki müayinələr zamanı obyektlərdə ciddi nöqsanlar aşkar edilməsinə baxmayaraq, cavabdeh şəxslər barəsində inzibati xəta haqqında protokol tərtib etmədiyi, bəzi obyektlərdə planlı yanğın-texniki müayinə keçirmədən “Tələbnamə” məktubları tərtib etdiyi müəyyən edilmiş və bununla da “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 10.0.1-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Göstərilənləri nəzərə alaraq, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.1.8-ci və 33.1.12-ci maddələrinə uyğun olaraq və Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2006-cı il tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə”nin 10.10.22-ci yarımbəndini rəhbər tutaraq vəzifələrinin icrası zamanı kobud pozuntulara yol verdiyinə görə iddiaçının Fövqəladə hallar orqanlarından xari c edilməsi əmr edilmişdir. Əsas: X3 Xidmətinin 19 fevral 2021-ci il tarixli xx/xx-01044 nömrəli məktubu və Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinin rəisinin 3 mart 2021-ci il tarixli 31/03780 nömrəli təqriri. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
10. İddiaçı 2 aprel 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi və 7 iyul 2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən onun xidmətdən xaric edilməsi barədə qəbul edilmiş 10 mart 2021-ci il tarixli əmrin ləğv olunması, onun həmin vaxtdan əvvəlki iş yerinə bərpa olunması və məcburi iş buraxma üçün ona əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
11. İddia tələbi onunla əsaslandırmışdır ki, o, 7 avqust 1998-ci ildən Bakı Yanğın Texniki Məktəbinə kursant qismində qəbul olmuş, məzun olduqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYTİ-nin tərkibində öz əmək fəaliyyətinə başlamış, 16 dekabr 2005-ci ildən cavabdeh Nazirlik yaradıldıqdan sonra isə əmək fəaliyyətini orada davam etdirmişdir. Qeyd etmişdir ki, o, 10 mart 2021-ci ilə qədər cavabdeh Nazirlikdə qüsursuz xidmət etmiş, hal-hazırda daxili xidmət mayoru rütbəsi daşıyır. Onun ümumi iş stajı 22 il, 07 ay, 3 gün təşkil edir. İşdən azad olunduğu günə qədər cavabdeh Nazirliyinin X3 Xidmətinin 1-ci ərazi X3 İdarəsinin X3 şöbəsinin böyük inspektoru vəzifəsində çalışmışdır. 12. 12 mart 2021-ci il tarixdə işdə olarkən, iş gününün sonunda xidmət etdiyi İda rə tərəfindən ona 10 mart 2021-ci il tarixdən etibarən işdən azad olunduğu, bu barədə əmr imzalandığı və artıq işə gəlməməli olduğu bildirilmişdir. İddiaçı hesab etmişdir ki, 10 mart 2021-ci il tarixdə əsassız və qanunsuz olaraq xidmətdən xaric edilmişdir. Bundan başqa, qeyd etmişdir ki, işdən azad edildikdən sonra da qanunvericiliyin tələblərinə riayət edilməmiş, ona işdən çıxarılması barədə əmr təqdim edilməmiş, habelə işdən azad edildikdən 2 gün sonra ona bu barədə şifahi məlumat verilərək, artıq işə gəlməməli olduğu bildirilmiş, işdən çıxarılarkən ödənilməli olan son haqq-hesab hesabına köçürülməmiş, əmək kitabçası təqdim edilməmişdir. Əmrin surəti ona təqdim edilmədiyindən əmrdə yazılanlar barədə məlumatı olmamış, bu səbəbdən həmin əmrə münasibət bildirə bilməmişdir. Qeyd etmişdir ki, işlədiyi müddətdə intizam məsuliyyətinə cəlb edilməmiş, əmək qanunvericiliyinin və əsasnamənin tələblərini pozmamış, xidməti fəaliyyətində daim Azərbaycan Respublikasının Konstitusiyasının, Azərbaycan Respublikası Cavabdeh X3 Xidməti haqqında Əsasnamənin, qanun və digər normativ hüquqi aktlarının tələblərini rəhbər tutmuş, töhmət və ya xəbərdarlıq almamışdır.
13. Evlidir, iki azyaşlı (2009 və 2011-ci il təvəllüdlü) övladları var, arvadı evdar qadındır, ailəni dolandıran onun iş fəaliyyəti və qazancıdır. Eyni zamanda, himayəsində yaşlı və xəstə valideynləri vardır. Belə ki, onun hər iki valideyni şəkərli diabet xəstəsidir, bundan əlavə atası ağır ürək xəstəliyindən əziyyət çəkir, dəfələrlə ürək əməliyyatı olunmuşdur. İddiaçı hesab etmişdir ki, cavabdehin 10 mart 2021-ci il tarixli əmri qər əzli, əsassız və qanunsuz olduğundan, əmrin qüvvədə olması onun hüquqlarını kobud formada pozduğundan, əmr ləğv edilməli, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsinə dair qərar qəbul edilməlidir. Cavabdehin etirazları:
14. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək işin yuxarıda qeyd olunan hallarını sadalamış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən yanğın-texniki müayinə keçirilmiş obyektlərin əksəriyyətində yanğın təhlükəsizliyi qaydalarının pozulması faktlarının aşkar edilməsinə baxmayaraq, yalnız bir neçəsi barədə inzibati xəta haqqında protokol tərtib edilmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərba ycan Respublikası Cavabdeh X3 Xidməti haqqında” Əsasnamənin (bundan sonra Əsasnamə) bir sıra müddəalarını pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Bununla da o, Əsasnamənin 8.17-ci bəndinin tələbini pozmuşdur. Əsasnamənin qeyd olunan bəndinə əsasən yanğın təhlükəsizliyi sahəsində inzibati xətalar haqqında işlərə baxmaq və öz səlahiyyətləri daxilində qərar qəbul etmək iddiaçının birbaşa vəzifəsidir. Bundan əlavə, iddiaçı bəzi obyektlərdə planlı yanğın-texniki müayinə keçirmədən “Tələbnamə” məktubları tərtib etmişdir. İddiaçı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəs i haqqında” Azərbaycan Respublikasının Qanununun aşağıdakı müddəalarını kobud şəkildə pozmuşdur. Qanunun 3.2-ci maddəsinə əsasən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra “Qanun”) və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Yoxlamanın nəticəsi ilə əlaqədar müvafiq qaydada akt tərtib edilmiş və iddiaçının izahatı alınmışdır. İzahatında yol verdiyi pozuntuları etiraf etmiş, belə pozuntulara yol verməsinin səbəbi kimi tutarlı bir əsas göstərməmişdir. İddiaçının fəaliyyətinin yoxlanılması nəticəsində aşkar edilmiş pozuntul ar Nazirlikdə müvafiq qaydada araşdırılmış, onun “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10.0.1-ci maddəsinin tələblərini pozması, bununla da fövqəladə hallar orqanlarının mənafeyinə xələl gətirməsi müəyyən edilmişdir. Araşdırmanın nəticəsində onun “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.1.8-ci maddəsinə uyğun olaraq xidmətdən xaric edilməsi haqqında qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5418/2021 nömrəli, 27 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakim N.İ.Abiyev) iddia təmin edilməmişdir.
16. Məhkəmə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqq ında” Azərbaycan Respublikası Qanununun 10.0.1-ci, 31.1.8-ci və 33.1.12-ci bəndinə, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamənin 10.10.22-ci bəndinə, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci, 14-cü və 16.2-ci bəndinə istinad edərək belə nəticəyə gəlmişdir ki, iddiaçının fövqəladə hallar orqanlarından xaric edilməsinin səbəbi vəzifələrinin icrası zamanı kobud pozuntulara yol verməsi olmuşdur.
17. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdi r. b) apellyasiya instansiyası məhkəməsində icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-884/2022 nömrəli, 8 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5418/2021 nömrəli, 27 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
20. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
21. Şikayətin d əlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan başqa, iddiaçı apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşmayaraq bildirmişdir ki, məhkəmənin istinad etdiyi inzibati xətalara dair protokollar onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərtib edilmişdir. Belə ki, onlardan 3 məhkəməyə cavabdeh tərəfindən təqdim edilsə də, digər 8 qovluqlardan çıxarılaraq gizlədilmiş və məhkəmə araşdırmasına təqdim edilməmişdir.
22. Apellyasiya instansiyası məhkəməsində iclas zamanı şahid qismində dindirilən X2 ifadəsində iddiaçının xidməti yerdəyişmələri olduğunu təsdiqləmişdir. Lakin, Elnur Zeynallı bu yerdəyişmələrin nə ilə əlaqədar həyata keçirildiyini, hansı səbəbdən 2020-ci ildə iddiaçının 4 dəfə xidməti yerinin dəyişdirildiyinə heç bir münasibət bildi rməmiş, bu yerdəyişmələri hansısa sənədlə əsaslandıra bilməmişdir. Məhkəmə tərəfindən araşdırma zamanı bu hala aydınlıq gətirilməmişdir.
23. Bundan başqa, X3 Xidmətinin əməkdaşlarının funksional vəzifələrinin dairəsini, iddiaçı barəsində xidməti araşdırmanın zəruriliyini təsdiq edən rəsmi sənədlər və yuxarıda sadalanan iş üçün əhəmiyyət kəsb edən digər sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə isə vəsatət verilməsinə baxmayaraq cavabdehdən həmin sənədlərin təqdim edilməsini tələb etməmişdir.
24. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı xidmətə qəbul olunduğu vaxtdan xaric olunduğu vaxtadək hər hansı intizam pozuntusu törətməmiş, cəza almamış, həmişə özünü nümunəvi aparmışdır. Bu səbəbdən aşkar edilmiş və nöqsan kimi hesab edilmiş pozuntular onun xidmətdən xaric edilməyinə əsas ola bi lməzdi. Həmin nöqsanlar sadəcə olaraq başqa intizam tənbehlərinin qəbul edilməsinə səbəb ola bilərdi ki, bunu da inzibati orqan qəti olaraq nəzərə almamışdır. b) kassasiya şikayətinə dair etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanunu:... Maddə
10. Fövqəladə hallar orqanları əməkdaşlarının vəzifələri -10.0. Fövqəladə hallar orqanları əməkdaşları aşağıdakı vəzifələri yerinə yetirməyə borcludurlar: -10.0.1. qanunvericiliyin tələblərinə riayət etməyə;... -10.0.10. etik davranış və intizam qaydalarına əməl etməyə;... Maddə
33. Fövqəladə hallar orqanlarında xidmətkeçməyə xitam verilmənin əsasları -33.1. Fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməs inə aşağıdakı əsaslar olduqda xitam verilir:... -3.1.12. fövqəladə hallar orqanlarından xaric edildikdə;...
27. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayə tin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
29. Apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiy indən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
33. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmı şdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
34. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
35. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə və ya dəyişdirilməsinə əsas vermir.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-884/2022 nömrəli, 8 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.