Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1327/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Giriş hissə: 17.06.2020 Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-600/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından iddiaçı tərəfi ndən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1960-cı il tarixdə Kürdəmir rayonu Mollakənd kəndində anadan olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1960-cı il təvəllüdlü iddiaçı 1978-ci il tarixdən 1980-ci il tarixə qədər Sovet ordusu sıralarında xidmət etmişdir. xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bununla bağlı həm hərbi biletində, həm də Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivi tərəfindən verilən arayışda da qeyd olunmuşdur. Arayışda bildirilmişdir ki, N nömrəli hərbi hissə komandirinin fevral N-cü il və oktyabr 1995-ci il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar olunmamışdır. Halbuki, hərbi biletində Ağdamın azad olunması uğrunda gedən döyüşlərdə xx.xx.1993-cü ildən xx.xx.N-cü ilədək iştirak etmişdir. İddiaçının 1993-1995-ci ilədək Qarabağ uğrunda gedən döyüşlərdə iştirakını onların hərbi hissə komandiri X3 və döyüşçü X1 təsdiq edə bilərlər. Ona veteran statusu verilməsi ilə bağlı cavabdeh inzibati orqan olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin imtina məktubu ilə bildirilmişdir ki, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumatlar arxiv sənədlərində öz təsdiqini tapmadığından ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. Cavabdeh inzibati orqan iddiaçının hərbi xidmətdən atəşkəs elan olunduqdan buraxılmağını, barəsində heç bir cinayət işinin olmadığını nəzərə almadan ona həmin statusun və vəsiqənin verilməsindən imtina edir. O, həqiqətən vuruşmuşdur və veterandır. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-2103/2019 nömrəli (sədrlik edən hakim Rauf Daşdəmirov) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsiqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməməsi barədə qərarınqəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-600/2020 nömrəli (hakimlər Vüqar Həsənov - sədrlik edən və məruzəçi, Ülvi Mayılov və Xəyal Sarıyev) qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin2-1 (82)-2103/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarının ləğv edi lməsi, İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddiasının təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsiqərar qəbul edərkən iddiaçının H3 seriyalı ******* nömrəli hərbi biletinin 3-cü səhifəsinə diqqət yetirməmişdir. Apelyasiya instansiyası məhkəməsi öz qərarında iddiaçının hərbi biletinin 3-cü səhifəsində qeyd edilmiş “demobilizasiya”nı, “təxris olunma”nı Silahlı Qüvvələrin siyahısından çıxarılma kimi qəbul etmişdir. Göründüyü kimi, iddiaçının hərbi bileti yuxarıda adı çəkilən və apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.201 8-ci il tarixli 422 nömrəli Qərarında qeyd edilən bütün tələblərə cavab verir. Beləliklə, apelyasiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmişdir. Apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli (iş № 2-1(103)-600/2020) qərarı əsaslandırılmamış, mötəbər sübut olan iddiaçının hərbi bileti nəzərə alınmamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)-600/2020 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərarın çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı i şə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələblərinin təmin edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı da vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələblərinin təmin edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilm əsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. İddiaçı kasasiya şikayətində qeyd etmişdir ki,apelyasiya instansiyası məhkəməsiqərar qəbul edərkən iddiaçının H3 seriyalı ******* nömrəli hərbi biletinin 3-cü səhifəsinə diqqət yetirməmişdir. Apelyasiya instansiyası məhkəməsi öz qərarında iddiaçının hərbi bilet inin 3-cü səhifəsində qeyd edilmiş “demobilizasiya”nı, “təxris olunma”nı Silahlı Qüvvələrin siyahısından çıxarılma kimi qəbul etmişdir. Göründüyü kimi, iddiaçının hərbi bileti yuxarıda adı çəkilən və apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 nömrəli Qərarında qeyd edilən bütün tələblərə cavab verir. Beləliklə, apelyasiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmişdir. Apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli (iş № 2-1(103)-600/2020) qərarı əsaslandırılmamış, mötəbər sübut olan iddiaçının hərbi bileti nəzərə alınmamışdır. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, Azərbaycan Res publikası «Veteranlar haqqında» Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müdafiə, daxili işlər, milli təhlükəsizlik orqan və hərbi hissələri tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə bi rgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin əsasnamənin birinci hissəsinin on birinci abzasdan sonra əlavə edilmiş «Qeyd»ə əsasən bu qayda Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olunmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edi lmiş (2000ci ilin sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur». Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə olunmuş qeydində göstərilib ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyıi uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə «Müharibə veteranı» adı verilə bilməz. Qeyd olunmuş qərara dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 nömrəli qərarına əsasən «...Əsasnamə»nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində «hərbi biletlər» sözlərindən sonra «(hərbi xidmət keçmələrini sübüt edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayı şları ilə birgə təqdim edildiyi halda)» sözləri əlavə edilmişdir. İddiaçının hərbi biletindən görünür ki, iddiaçı xidmət yerini özbaşına tərk etdiyindən N№ hərbi hissənin komaniri Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N-cü il tarixli əmrini rəhbər tutmaqla iddiaçını xx xxxxxx 1995-ci il tarixdə 27 nömrəli əmrlə şəxsi heyətin siyahısından çıxarmışdır, lakin Ali Məhkəmənin İnzibati Kollegiyası iş materiallarını nəzərdən keçirərkən işə iddiaçının hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması ilə bağlı hər hansı bir mötəbər sübutun əlavə edilmədiyini müəyyən etmişdir. Azərbaycan Respublikasının Prezidentinin 433 nömrəli «Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» Fərmanı xx.xx.1996-cı il tarixdə qəbul olunmuşdur. Bununla yanaşı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1998-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq olunmuş «Müharibə veteranı» «Silahlı qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsi Qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimat»ın 1.6-cı bəndində nəzərdə tutulurdu ki, «müharibə veteranı» adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Göründüyü kimi, iddiaçının ehtiyata buraxılması barədə hərbi hissə komandirinin əmri olmamışdır. Vetaran adı və vəsiqəsinin verilməsini zəruri edən şərtlər - arxiv arayışlarında və nizami hissə üzrə əmrlərində hərbi qulluqçu barədə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmasına dair mötəbər məlumatın mövcud olmasıdır ki, iddiaçının qanuni əsaslarla hərbi xidmətdən buraxıldğını öz təsdiqini tapmadığı halda, ona müharibə veteranı statusunun verilməsi veteranlar haqqında qanunvericiliyin tələblərinə və hüquqi müəyyənlik prinsiplərinə uyğun olmadığı üçün iddiaçıya veteran statusunun verilməsindən imtina olunması əsaslı olmuşdur. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixl i qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli,21(103)-600/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1327/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1327/2020
17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver