Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1327/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adının və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.N73-cü ildə anadan olub; FİN- xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(1 03)-847/2022 nömrəli,14 aprel 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı HЗ seriyalı, ******* saylı hərbi biletində onun xx.xx.N93- xx.xx.N97-ci illərdə həqiqi hərbi xidməti barədə qeydlər edilmişdir.
2. Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş idarəsinin 27 №-li xx.xx.2021-ci il tarixli arxiv arayışında İddiaçı xx.xx.N93-cü il tarixdən xx.xx.N97-ci il tarixədək Daxili Qoşunların 3270 (25035), 17073, N və N saylı hərbi hissələrinin tərkibində müddətli həqiqi hərbi xidmət keçməsi, N saylı hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 28 nömrəli əmri ilə xx.xx.N94-cü il tarixdən xidməti döyüş tapşırığını yerinə yetirmək üçün Ağdam rayonuna xidməti e zamiyyətə getməsi, N saylı hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 1N nömrəli əmri ilə N saylı hərbi hissədən ezam olunmuş şəxsi heyətin siyahısında xx.xx.N93-cü il tarixdən hərbi hissənin qazan təminatına daxil edilməsi ilə yanaşı N saylı hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 183 nömrəli əmri ilə fərarilikdən gəlmiş hesab edildiyi, həmçinin dislokasiya yeri döyüş bölgəsi olmuş Ağdam rayonundakı N nömrəli hərbi hissənin tərkibində xidmətini davam etdirməsi faktının öz təsdiqini tapmadığı və atəşkəsdən sonrakı dövrdə Füzuli rayonuna ezam olunması qeyd edilmişdir.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 22 fevral 2021-ci il tarixli, 9/2-1491 saylı arxiv arayışından görünür ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kit abında (əsas: kitab N94 “M”; səh.47, sıra-548) N №-li hərbi hissədən gəlmiş İddiaçı komandirin xx.xx.N94-cü il tarixli 5 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi barədə məlumat vardır. Lakin şəxsi heyətin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. N №- li hərbi hissədən gəlmiş, N73cü il təvəllüdlü, sıravi İddiaçı N №- li hərbi hissə komandirinin N yanvar N94-cü il tarixli, 5 №-li əmrilə (əsas: səh.-22, §4, sıra-254) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, “БMO”-ya göndərilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyi üçün 4 MAT-un sıravisi İddiaçı N №-li hərbi hissə komandirinin N iyul N94-cü il tarixli N2 №-li əmrilə (əsas: səh.-90, §6, sıra -1) qazan təminatından çıxarılmışdır. Həmçinin qeyd edilir ki, N №-li hərbi hissə komandirin in mart, iyun N94-cü il, yanvar N97-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır.
4. İddiaçı cavabdehə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etmişdir.
5. Cavabdeh iddiaçıya ünvanlanmış 21 may 2021-ci il tarixli imtina məktubunda sözügedən arxiv arayışında göstərilən əsaslardan çıxış edərək iddiaçıya müharibə veteranı adının verilməsindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.N93-cü il tarixdə Bakı şəhəri, Nəsimi Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, Daxili Qoşunların 3270 (25035) 17073, N və N saylı hərbi hissələrində, həmçinin Müdafiə Nazirliyinin N və N saylı hərbi hissələrində xidmət etmişdir. xx.xx.N93-cü il tarixdən xx.xx.N94-cü il tarixədək olan müddətdə tarixi dəqiq yadında olmayan düşmənə hücum əməliyyatında qəlpə yarası aldıqdan sonra ona məlum olmayan səbəbdən Müdafiə Nazirliyinə aid olan hərbi hissəyə keçirilmiş və orada xidmət etmişdir. Bu faktı N saylı hərbi hissənin qərargah rəisi polkovnik - leytenant Məmmədovun verdiyi 3675 nömrəli, xx.xx.N94-cü il tarixli arayış, Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli 9/2-1491 nömrəli arxiv arayışı da təsdiq edir. Azər baycan Respublikası Cinayət Məcəlləsinin Hərbi xidmət əleyhinə olan cinayətlər fəslinə əsasən fərarilik cinayət məsuliyyəti yaradan əməldir. Xidmət etdiyi müddət ərzində barəsində hər hansı cinayət işi başlanılmamış, yaxud cinayət işinin başlanılması rədd edilməmiş, eləcə də hər hansı cinayət prosessual tədbirlər olmamışdır. Həmçinin, barəsində hər-hansı bir Amnistiya, yaxud Əfv fərmanı olmamışdır. O, müharibə veteranı və vəsiqəsi almaq üçün Daxili işlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsində fəaliyyət göstərən komissiyaya müraciət etmiş, lakin ona xx.xx.2021-ci il tarixli imtina cavabı verilmiş, imtinanın əsası kimi xx.xx.N93-cü il tarixdən xx.xx.N94-cü il tarixədək hərbi hissədə xidmətini təsdiq edən məlumatın aşkar olunmadığı, xx.xx.N94-cü il tarixdə isə fərarilikdən gəlmiş hesab edil diyi göstərilmişdir.
8. Cavabdeh iddia ərizəsinə qarşı məhkəməyə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsindən təqdim olunmuş arxiv arayışına əsasən, İddiaçı xx.xx.N93-cü il tarixdən xx.xx.N97-ci il tarixədək Daxili Qoşunların 3270 (25035), 17073, N və N saylı hərbi hissələrinin tərkibində müddətli həqiqi hərbi xidmət keçməsi, N saylı hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 28 nömrəli əmri ilə xx.xx.N94-cü il tarixdən xidməti döyüş tapşırığını yerinə yetirmək üçün Ağdam rayonuna xidməti ezamiyyətə getməsi, N saylı hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 1N nömrəli əmri ilə N saylı hərbi hissədən ezam olunmuş şəxsi heyətin siyahısında həmin tarixdən hərbi hissənin qazan təminatına daxil edilməsi ilə yanaşı N say lı hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 183 nömrəli əmri ilə fərarilikdən gəlmiş hesab edildiyi aşkar olunmuş, həmçinin dislokasiya yeri döyüş bölgəsi olmuş Ağdam rayonundakı N nömrəli hərbi hissənin tərkibində xidmətini davam etdirməsi faktı təsdiqini tapmamış və atəşkəsdən sonrakı dövrdə Füzuli rayonuna ezam olunması müəyyən olunmuşdur. Bu səbəbdən də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli 216 nömrəli Qərarına əsasən, sabiq hərbi qulluqçu İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi mümkün hesab edilməmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2-1(112)-7565/2021 nömrəli (sədrlik edən hakim M.C.Qarayeva) qərarı ilə iddia rədd edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının Daxili Qoşunların Baş İdarəsindən təqdim olunmuş arxiv arayışında dislokasiya yeri Ağdam rayonu - döyüş bölgəsi olmuş N saylı hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli əmri ilə N saylı hərbi hissədən ezam olunmuş şəxsi heyətin siyahısında hərbi hissənin qazan təminatına daxil edilməsi qeyd olunsa da, xx.xx.N93-cü il tarixdən xx.xx.N94-cü il tarixədək olan müddətlərdə həmin hərbi hissədə xidmət etməyini təsdiq edən hər hansı məlumat aşkar olunmamış, həmçinin o, N saylı hərbi hissənin xx.xx.N94-cü il tarixli əmri ilə fərarilikdən gəlmiş hesab edilmişdir.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və işin təkrar baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı A pellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2022-ci il tarixli, 2-1(103)-847/2022 nömrəli (hakimlər: C.A.Yusifov - sədrlik edən və məruzəçi, H.Ü.Həmidov və E.E.Nağıyeva) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın tam təmin edilməsi baradə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
15. İddiaçının kassasiya şikayətinin məzmunu ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tə rəfindən işin tam və hərtərəfli araşdırılması təmin edilməmiş, cavabdehin səhlənkarlığın üzündən baş vermiş hallar onun ziyanına təfsir edilmiş, sübutlar düzgün qiymətləndirilməmiş, beləliklə də maddi və prosessual hüquq normaları pozulmuşdur. b) kassasiya şikayətinə qarşı etiraz
16. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Veteranlar haqqında” Qanunu: Maddə 3.1-ci hissə. 3-cü abzas. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılır; 2-ci hissə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməl iyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Maddə
7. Müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxt ar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov) və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il 12 may tarixindən s onra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orde n və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
19. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bil ər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası iş üzrə mat erialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqb ul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
24. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin və apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.
25. Nəzərə alınmalıdır ki, yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən d öyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.
26. Hazırkı qərarın 18-ci bəndində istinad olunan Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxs lərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırı ş üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
27. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən, iddiaçının 2 aprel N93-cü il tarixdən 2 yanvar N97-ci il tarixədək Daxili Qoşunların 3270 (25035), 17073, N və N saylı hərbi hissələrinin tərkibində müddətli həqiqi hərbi xidmət keçməsi, N saylı hərbi hissə komandirinin N iyun N93-cü il tarixli, 28 nömrəli əmri ilə N iyun N94-cü il tarixdən xidməti döyüş tapşırığını yerinə yetirmək üçün Ağdam rayonuna xidməti ezamiyyətə getməsi, N saylı hərbi hissə komandirinin N iyun N93-cü il tarixli,1N nömrəli əmri ilə N saylı hərbi hissədən ezam olunmuş şəxsi heyətin siyahısında N iyun N93-cü il tarixdən hərbi hissənin qazan təminatına daxil edilməsi ilə yanaşı, N saylı hərbi hissə komandirinin N iyul N94-cü il tarixli 183 nömrəli əmri ilə fərarilikdən gəlmiş hesab edildiyi aşkar olunmuş, həmçinin dislokasiya yeri döyüş bölgəsi olmuş Ağdam rayonundakı N nömrəli hərbi hissənin tərkibində xidmətini davam etdirməsi faktı öz təsdiqini tapmadığı və atəşkəsdən sonrakı dövrdə Füzuli rayonuna ezam olunması müəyyən olunmuşdur.
28. Bununla da, Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş idarəsinin tədqiq olunan 27 №-li, 2 yanvar 2021-ci il tarixli Arxiv arayışına əsasən müəyyən edilir ki, iddiaçı N iyun N93-cü il tarixdən etibarən döyüş bölgəsindən yayınmış, «atəşkəs»dən sonra, N iyul N94-cü il tarixində hərbi hissəyə qayıtmış, digər tərəfdən onun dislokasiya yeri döyüş bölgəsi olmuş Ağdam rayonundakı N nömrəli hərbi hissənin tərkibində xidmətini davam etdirməsi faktı öz təsdiqini tapmamışdır.
29. Qeyd olunmalıdır ki, iddiaçının 22 aprel N93-cü il tarixli hərbi biletinin surətindən də görünür ki, xidmətdə olduğu hərbi hissəyə giriş və çıxışları qeyd olunsa da, onun döyüş əməliyyatlarında iştirakına dair hərbi hissə komandirinin hər hansı rəyi və qeydi mövcud deyil.
30. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsinə əsas ola bilən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə sadalanan sənədlərə əsasən, döyüşlərdə iştirakını sübuta yetirən hallar mövcud deyil. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlama ğa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-847/2022 nömrəli, 14 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.