Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1327/2023 27.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Loka l Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 fevral 2023-cü il tarixli 2-1(103)-170/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin xx.xx.2020-ci il tarixli **********140132 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarı ilə iddiaçı müəssisədə Vergi Məcəlləsinin 38.3.4-cı maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlama xx.xx.2020-ci il tarixdə başlanılmış və xx.xx.2021-ci il tarixdə başa çatdırılmışdır.
2. Səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2021-ci il tarixli **********140169 nömrəli aktla rəsmiləşdirilmişdir və həmin Akt əsasında xx.xx.2021-ci il tarixli **********147104 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərar qəbul edilmişdir. 3. xx.xx.2021-ci il tarixli **********147104 saylı qərarla iddiaçı müəssisəyə 2018-ci ilin ƏDV üzrə 34619,78 manat, 2019-cu ilin ƏDV üzrə 109041,30 manat, 2020-ci ilin ƏDV üzrə 12385,17 manat, 2019-cu ilin əmlak vergisi üzrə 2184,44 manat, 2018-ci ilin ÖMV üzrə 4368,00 manat, 2019-cu ilin ÖMV üzrə 6048 manat, cəmi 168646,69 manat əlavə vergi hesablanmış, həmçinin verginin yayındırılmasına, o cümlədən Vergi Məcəlləsinin 58.6-cı maddəsinə və vergi hesabatının vaxtında verilməməsinə görə cəmi 121954,17 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məh kəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********147104 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, yoxlanılan dövrdə Cəmiyyət geyimlərin və qismən aksesuarların idxal edilərək pərakəndə satışı, ictimai iaşə və daşınmaz əmlakın icarəyə verilməsi xidmətlərini göstərmişdir. Yoxlama zamanı yalnız nümayəndənin geyim mağazaları üzrə təqdim etdiyi mal qalığı barədə arayışa əsasən, pərakəndə satışa 100% ticarət əlavəsi tətbiq edilmiş, lakin həmin məbləğlərə 70-80% endirimlər edildiyi nəzərə alınmamışdır. Bundan əlavə, cəmiyyətin Səbail rayonu, Neftçilər prospekti, 131 ünvanında yerləşən icarəyə verilmiş obyektinin icarə qiymətinin bazar qiymətindən 30 faizdən çox fərqləndiyi "xxxx" MMC tərəfindən verilən rəy əsasında müəyyən edilmişdir. Halbuki, icarə müqavilələrində əmlakın icarə dəyəri real bazara uyğun olaraq 1000,00 manat göstərilsə də, verilən rəy ilə həmin məbləğ 3,5 dəfə artırılaraq 3500,00 kimi göstərilmiş, həmçinin yoxlama dövrü üzrə Cəmiyyətin dövriyyəsi şişirdildiyi üçün əvvəlki illərin zərəri hesabına mənfəət vergisi üzrə əlavə hesablama aparılmasa da, zərərin məbləği əsassız şəkildə azaldılmışdır ki, bu da növbəti illərin mənfəət vergisinə təsir edir.
6. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, müəssisənin yoxlanılan dövr ərzində gəlirləri geyim mallarının satışı, ictimai iaşə obyektl ərinin fəaliyyəti və daşınmaz əmlakın icarəyə verilməsindən formalaşmışdır. Mübahisələndirilən qərarla hesablanmış ƏDV icarə gəlirləri ilə bağlı ekspert rəyinə, ictimai iaşə fəaliyyətindən əldə edilən gəlirlər ilə bağlı müəssisənin təqdim etdiyi obyektlər üzrə dövriyyə məlumatlarına, geyimlərin satışından əldə edilən gəlirlər ilə bağlı isə dövrün əvvəlinə, hər ilin sonuna və yoxlama dövrünün sonuna mal qalığının dəyərinə dair müəssisənin nümayəndəsinin izahatına və arayışına, o cümlədən yük gömrük bəyannamələrində idxal məlumatlarına əsasən (geri qaytarılan mallar da nəzərə alınmaqla) Vergi Məcəlləsinin 67.15-ci maddəsinin tələblərinə müvafiq qaydada hesablanmışdır. Bununla yanaşı HZ seriyalı 374084 nömrəli EVHF üzrə 68,2 manat ƏDV məbləği ödənilmədiyi üçün 2019-cu ilin iyun ayında həmin m əbləğ və İC seriyalı 766420 nömrəli EVHF ləğv edildiyi üçün 2019-cu ilin iyul ayında əvəzləşdirilmiş 328,73 manat məbləğ əvəzləşmədən çıxarılmışdır. Beləliklə, qeyd edilənlərə əsasən yoxlama ilə vergi ödəyicisi tərəfindən 156046,25 manat ƏDV-nin yayındırılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 78023,13 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim: N.Abıyev) 2-1(112)-3062/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərar ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********147104 nömrəli qərarı qismən, iddiaçıya 156046,25 manat əlavə dəyər vergisinin hesablanması və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən həmin məbləğə 78023,13 manat maliyyə sanksiyasının tətbiq olunması hissəsində ləğv edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır.
8. Birinci instansiya məhkəməsinin əsaslandırması: 8.1. Cavabdeh vergi orqanı iddiaçıya məxsus uçot sənədlərində təsbit edilmiş qiymətlərin real və düzgün olmadığını iddia etsə də, onun əsasları hər hansı mənbəyi bəlli sübutla təsdiq edilmir. Belə ki, cavabdeh “instagram” sosial şəbəkəsində mənbəyi hər hansı sənədlə təsdiqini tapmayan səhifədən əldə edilmiş 3 (üç) sayda görüntü ilə iddiaçının müxtəlif çeşidli mallarının satış qiymətinin daha yüksək olduğunu ehtimal edərək hər birinə 100 faiz ticarət əlavəsini tətbiq etmişdir. Halbuki, məh kəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən müxtəlif çeşidli bir çox mallar idxal edilmişdir və bu malların satış qiymətləri də mənşə ölkəsinə, keyfiyyətinə, görünüşünə və digər xüsusiyyətlərinə görə fərqlənir. İddiaçı fəaliyyət göstərdiyi obyektlərdə pos-terminal vasitəsilə aparılan nağdsız alqı-satqı əməliyyatlarını təsdiq edən bank hesablarından çıxarışları və yoxlama dövrünün nəzarət-kassa aparatından çıxarışları məhkəməyə təqdim etmişdir. Cavabdeh, qeyd olunan satış əməliyyatlarında təsbit olunan qiymətlərin həqiqiliyinə şübhə doğuran hər hansı sübutu olmasa da, iddiaçının nümayəndəsinin təqdim etdiyi izahat məktubunda qeyd etdiyi malların 100 faiz ticarət əlavəsi ilə satılması və “instagram” sosial şəbəkəsindən iddiaçıya bağlılığı sübuta yetirilməyən, xüsusilə d ə yalnız 3 (üç) çeşid malın qiymətini əsas götürərək idxal olunmuş bütün mallara 100 faiz ticarət əlavəsi tətbiq etmişdir. 8.2. İş materiallarında olan xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlaması aktına baxılma haqqında protokolda, həmçinin təqdim olunan inzibati şikayətdə iddiaçının nümayəndəsi malların endirimlər tətbiq olunduqdan sonra satıldığını bildirmiş, cavabdeh isə inzibati akt qəbul edən zaman bu xüsusatı nəzərə almamışdır. İş materiallarında olan təqdimatlardan müəyyən olunur ki, müxtəlif vaxtlarda iddiaçının satdığı mallara endirimlərin tətbiq olunması üçün müəssisədaxili müraciətlər olmuşdur. Qeyd olunan sənədlər cavabdehə təqdim olunsa da, qərar qəbul olunan zaman nəzərə alınmamışdır. Halbuki, Vergi Məcəlləsinin 36.2-ci maddəsinə görə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 8.3. Bundan əlavə, iddiaçının nümayəndəsinin təqdim etdiyi izahat ayrılıqda deyil, digər əlaqəli sübutlarla birlikdə qiymətləndirilməlidir. Çünki, iddiaçının nümayəndəsi həmin izahatın davamı olaraq satılan mallara endirimlərin edildiyini də yazılı şəkildə cavabdehə təqdim etmiş, cavabdeh isə yalnız ticarət əlavəsini nəzərə almışdır. Həmçinin, cavabdehin digər istinadı “instagram” sosial şəbəkəsindən əldə edilmiş görüntülərdir ki, həmin görüntülərin iddiaçıya məxsusluğu, olduğu halda belə qiymətlərin kim tərəfindən yerləşdirilməsi, ilkin satış qiyməti kimi təklif olunması və yalnız bir neçə çeşid malla bağlı olmasını cavabdeh ehtimal üzər ində bütün satılan mallara şamil etmişdir. Halbuki, inzibati orqan ehtimal və şübhələr əsasında vergilərin hesablanmasını həyata keçirə bilməz. Belə olan halda, iddiaçının sənədlərdə əks olunmuş uçot göstəricilərinin həqiqi olmadığını və eləcə də, səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən müəyyən edilən qiymətlərin doğru olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Həmçinin, xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilən vergi yoxlamasını həyata keçirən X1 tərtib olunan akta uyğun məzmunda ifadə verərək, izahat və “instagram” görüntüləri əsasında yalnız bir neçə çeşid malların qiymətlərini əsas götürməklə bütün satılan mallara 100 faiz ticarət əlavəsi tətbiq olunduğunu təsdiq etmişdir. Məhkəmə tərəfindən A.Əlizadəyə vergi ödəyicisinin NKA və pos-terminal vasitəsilə satılan malların idxal olunan malların hansı hissəsini əhatə etməsi, 100 faiz ticarət əlavəsinin niyə bütün mallara eyni qaydada tətbiq olunmasını, əlavə vergi hesablanan satış dövriyyəsinin təsdiqi kimi izahatda göstərilən qalıqdan başqa hər hansı sənəd və sübut olub-olmadığı barədə suallar verilsə də, qeyd olunanlara hər hansı əsaslandırılmış cavablar verilməmiş, pos-terminalla satılan malların əhatə dairəsini müəyyən etməyin mümkün olmadığı, yalnız izahatdakı qalığa 100 faiz ticarət əlavəsinin tətbiq olunduğu qeyd edilmişdir. 8.4. Qanunvericiliyin normalarının təhlilindən aydın olur ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotu nu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və s.) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Bundan əlavə, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. Hazırkı mübahisədə isə cavabdeh vergilər i hesablayarkən digər izahatlarla təkzib olunan və başqa əlaqəli sübutlarla təsdiqini tapmayan iddiaçının işçisinin izahatına, həmçinin mənbəyi bəlli olmayan sosial şəbəkə üzərində əks olunmuş bir neçə görüntüyə istinad etmişdir ki, qeyd olunan görüntülər rəsmi məlumatlar hesab oluna bilməz.
9. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın qismən - iddianın təmin olunan hissəsində ləğv edilməsini və iddianın tam rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.Yusifov (sədrlik edən və məruzəçi), P.Hüseynov və Ş.Məmmədova) 2 fevral 2023-cü il tarixli 21(103)-170/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsi nin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3062/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh kassasiya şikayətində işin hallarını və iddia tələbinə qarşı verdiyi yazılı etirazdakı dəlilləri təkrarlamış, əlavə olaraq qeyd etmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları hərtərəfli araşdırılmamış və işdəki sübutlar düzgün qiymətləndirilməmişdir.
14. Belə ki, ləğv edilən ƏDV məbləği təkcə geyim satışından əldə olunan gəlirdən formalaşmış dövriyyənin nəticəsi olmamaqla, həm ictimai iaşə sahəsində formalaşmış dövriyyə, həm də icarə münasibətlərindən əldə olunan gəlirdən formalaşmış dövriyyənin nəticəsi olaraq hesablanmışdır.
15. Bundan əlavə, cəmiyyətə məxsus “İnstagram” səhifəsində müxtəlif çeşid malların ilkin satış qiymətləri, həmçinin endirimli satış qiymətləri invoys dəyəri ilə müqayisə olunmuş və müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən mallara tətbiq edilən ticarət əlavəsinin ilkin faizi 400-500 faiz arası dəyişir. 70 faiz endirimlə satılan malların ticarət əlavəsi isə endirimli qiymətə satıldığı halda yenə də 20-30 faiz arası təşkil etmişdir. Nümunə kimi göstərilən mal kodları üzrə qiymətlərin müqayisəsi bunu təsdiq edir (20SS0SW5402 kodlu malın in voys dəyəri 7,60 avro İnstaqram səhifəsində satış qiyməti 114,00 manat, 21SS0TJ4916 kodlu malın invoys dəyəri 10.14 avro İnstaqram səhifəsində satış qiyməti 139,00 manat, 21SS0NB3009 kodlu malın invoys dəyəri 1,76 avro İnstaqram səhifəsində satış qiyməti 25,00 manat, **********99002 kodlu malın invoys dəyəri 56,00 avro İnstaqram səhifəsində ilkin satış qiyməti 676,00 manat, 70 faiz endirimli qiyməti 203,00 manat, **********41984 kodlu malın invoys dəyəri 89,64 avro İnstaqram səhifəsində ilkin satış qiyməti 988,00 manat, 70 faiz endirimli qiyməti isə 297,00 manat təşkil etmişdir). b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Vergi Məcəlləsi (mübahisələndirilən inzibati aktın qəbul edildiyi anda qüvvədə ol an redaksiyası) Maddə 14.2. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Maddə 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər:... 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda;... Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisini n mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar.
18. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb olunduğundan, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassas iya şikayəti əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
22. Hazırkı halda, kassasiya icraatının predmetini iddiaçı müəssisəyə 2018-2020-ci illər üzrə ƏDV hesablanması təşkil edir.
23. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, mübahisələndirilən xx.xx.2021-ci il tarixli **********147104 saylı qərarla iddiaçıya 2018-ci ilin ƏDV üzrə 34619,78 manat, 2019-cu ilin ƏDV üzrə 109041,30 manat, 2020-ci ilin ƏDV üzrə 12385,17 manat, cəmi 156046,25 manat əlavə vergi hesablanmış və 78023,13 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
24. Səyyar vergi yoxlaması aktında və kassasiya şikayətində əlavə vergilərin hesablanması səbəbləri kimi aşağıdakıları göstərilmişdir: - geyim mallarının pərakəndə satışı üzrə dövriyyə vergi ödəyicisinin izahatı nda göstərdiyi ticarət əlavəsi tətbiq olunmaqla müəyyən edilmiş və həmin dövriyyəyə ƏDV hesablanmışdır; - yoxlanılan dövr ərzində iaşə xidmətindən əldə edilən gəlirlər təqdim edilmiş obyektlər üzrə dövriyyə cədvəlinə əsasən müəyyənləşdirilmiş və müvafiq olaraq ƏDV hesablanmışdır; - yoxlanılan dövr üzrə müəssisənin icarə haqqından olan gəlirlərinin düzgün müəyyən edilməsi üçün alınmış ekspert rəyinə əsasən, Səbail rayonu, Neftçilər prospekti, 131 ünvanında yerləşən mağazanın icarəyə verilməsi barədə müqavilə ilə aylıq olaraq 1000,00 manat icarəyə verilmiş əmlakın real bazar icarə qiyməti 3500,00 (ƏDV daxil) manat müəyyən edilmiş və müvafiq olaraq ƏDV hesablanmışdır geyim mallarının pərakəndə satışı üzrə və iaşə xidmətindən əldə edilən dövriyyənin müəyyən edilməsinin qanuniliyi:
25. Qeyd edi lməlidir ki, işin tərəflər arasında mübahisələndirilməyən hallarına əsasən, həm geyim mallarının pərakəndə satışı üzrə, həm də iaşə xidmətindən əldə edilən dövriyyə iddiaçı müəssisə tərəfindən təqdim olunan müvafiq olaraq izahat (arayış) və dövriyyə cədvəli əsasında formalaşmışdır. Başqa sözlə, cavabdeh nəzarət-kassa aparatı üzrə dövrü hesabatların yoxlamaya təqdim olunmamasına istinadən, yalnız iddiaçının nümayəndəsinin izahatına və təqdim etdiyi sənədlərə əsasən vergi hesablamışdır.
26. Belə ki, cavabdeh özü də etiraf edir ki, iddiaçı müəssisənin verdiyi məlumatlar əsasında geyim mallarının pərakəndə satışı üzrə, həm də iaşə xidmətindən əldə edilən dövriyyəni müəyyən etmişdir.
27. Bununla bağlı qeyd edilməlidir ki, qanunvericilik obyektiv və ya subyektiv səbəblərdən vergilərin hesablanma sı üçün lazım olan dövriyyənin müəyyən edilməsində çətinliklər yarana bilməsi ehtimalını nəzərə almış və bu səbəbdən, Vergi Məcəlləsinin 67-ci maddəsində vergilərin hesablanması üçün əsas götürülən dövriyyənin müəyyən edilməsi qaydasını təsbit etmişdir.
28. Həmin maddəyə əsasən, vergi yoxlaması aparılarkən sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin, vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır ki, həmin əlaqəli məlumatlar Vergi Məcəlləsinin 67.1.1 və 67.1.9-cu maddələrində təsbit edilmişdir. Eyni zamanda, Vergi Məcəlləsinin 67.2-ci maddəsi vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi məqsədi ilə vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə etmək imkanını nəzərdə tutmuşdur.
29. Göründüyü kimi, vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda (hazırkı halda cavabdeh vergi ödəyicisinin nəzarət-kassa aparatı üzrə dövrü hesabatlarının yoxlamaya təqdim olunmaması halından çıxış edir), cavabdeh vergi orqanının vergitutma obyektinin müəyyənləşdirilməsi üçün hansı hərəkətləri etməli olması dəqiq müəyyən edilmişdir və istinad olunan maddənin dispozisiyasında cavabdeh orqanın vergi ödəyicisinin izahatı və ya təqdim etdiyi sənədlərlə kifayətlənilib, əlavə araşdırma aparmalı olmaması ilə bağlı müddəa da nəzərdə tutulmamışdır. 30. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsində də təsbit edilmişdir ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur və maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Eyni zamanda, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
31. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda və həm də hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Nəzərə almaq lazımdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə, məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə y oxlanılmasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, həmin tələblərə və prosedurlara uyğun aparılmış icraat üzrə materiallar və həmin materiallar üzrə inzibati orqanın qəbul etdiyi əsaslandırılmış qərar, maraqlı şəxsin narazı qaldığı təqdirdə, həmin qərarın mübahisələndirilməsi imkanlarının qiymətləndirilməsi və onun səmərəli hüquqi müdafiə imkanları ilə təchiz olunması məqsədlərinə xidmət edir.
32. Hazırkı halda, cavabdeh inzibati orqan iddiaçı müəssisənin nümayəndəsinin izahatı və təqdim etdiyi sübutlarla bağlı olmuşdur. Eyni zamanda, cavabdeh yalnız nümayəndənin izahatını “100% ticarət əlavəsi” ilə bağlı hissədə əsaslı hesab etmiş və malların çeşidindən və növündən asılı olmayaraq hamısına münasibətdə tətbiq etmişdir. Digər tərəfdən, cavabdeh mallara endirimlərin tətbiqi ilə bağlı id diaçının nümayəndəsinin dəlillərini nəzərə almamış və bunu kassasiya şikayətində onunla əsaslandırmışdır ki, 20SS0SW5402 kodlu malın invoys dəyəri 7,60 avro, “İnstagram” səhifəsində satış qiyməti 114,00 manat, 21SS0TJ4916 kodlu malın invoys dəyəri 10,14 avro İnstaqram səhifəsində satış qiyməti 139,00 manat, 21SS0NB3009 kodlu malın invoys dəyəri 1,76 avro “İnstagram” səhifəsində satış qiyməti 25,00 manat, **********99002 kodlu malın invoys dəyəri 56,00 avro “İnstagram” səhifəsində ilkin satış qiyməti 676,00 manat, 70 faiz endirimli qiyməti 203,00 manat, **********41984 kodlu malın invoys dəyəri 89,64 avro “İnstagram” səhifəsində ilkin satış qiyməti 988,00 manat, 70 faiz endirimli qiyməti isə 297.00 manat təşkil etmişdir.
33. Cavabdehin bu dəlilləri ilə bağlı qeyd edilməlidir ki, ilk növbədə, iddiaçı tərəfindən yüzlərlə mal satılmasına baxmayaraq yalnız 4 malın qiymətinin müqayisəsi təqdim edilmişdir. Digər tərəfdən, əgər cavabdeh “İnstagram” səhifəsində göstərilən malların dəyərini mötəbər hesab edirsə və hətta 100% ticarət əlavəsinin az olduğunu iddia edirsə, bu halda nə səbəbdən elə interner səhifəsində göstərilən qiymətləri əsas götürməklə vergi hesablamadığını əsaslandırmamışdır.
34. Göründüyü kimi, cavabdeh yalnız 4 malın dəyərinin müqayisəsini aparmaqla bütün malların 400-500% ticarət əlavəsi ilə satıldığı qənaətinə gəlmiş və bu səbəbdən, endirimlə bağlı iddiaçının nümayəndəsinin dəlillərini əsaslı hesab etmədiyini bildirsə də, qeyd edilməlidir ki, cəmi 4 mal üzərindən aparılan müqayisə bütün malların qiyməti barədə nəticəyə gəlmək üçün yetərli hesab edilə bilməz.
35. Beləliklə, cavabdeh orqanın yalnız iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə (arayış, dövriyyə cədvəli) və izahata əsaslanaraq vergi hesablaması Vergi Məcəlləsinin 67-ci maddəsinə, o cümlədən “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə ziddir. İcarə haqqından formalaşan dövriyyəyə vergilərin hesablanması
36. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Vergi Məcəlləsinin 44.1-ci maddəsinə əsasən müəssisə tərəfindən Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 131 ünvanda yerləşən icarəyə verilmiş daşınmaz əmlakın icarəsinin real bazar qiymətlərinin müəyyən edilməsi məqsədi ilə ekspert dəvət edilmişdir. Müəssisə qeyd edilən obyekt üzrə aylıq icarə haqqı məbləğini icarə müqaviləsində 1000,00 manat (ƏDV daxil) göstərmiş, lakin eks pert rəyinə əsasən həmin obyektin aylıq icarə haqqının real bazar dəyərinin 3500,00 (ƏDV daxil) manat təşkil etdiyi müəyyən edilmişdir.
37. İş materiallarına əlavə edilmiş sözügedən ekspert rəyində sadəcə, 3 internet səhifəsindən götürülmüş elana istinad olunmaqla icarə haqqının dəyəri müəyyən edilmiş, həmin dəyərin necə müəyyən olunduğu isə ətraflı göstərilməmiş, ekspert internet məlumatlarından istifadə olunduğunu qeyd etməklə kifayətlənmiş və rəyə həmin internet səhifələrindən çıxarış əlavə edilmişdir (İİ cild: iş v.17-20).
38. Məhkəmə kollegiyası hesab edir ki, malların dəyərinin bazar qiyməti əsasında müəyyən edildiyi zaman ilk növbədə mötəbər məlumatlardan istifadə edilməli, yalnız bir mənbədən əldə edilmiş məlumata istinad edilməməli, bazar dəyəri kimi götürülmüş malın dəyərinin (tə qdim edilmə, icarəyə verilmə qiymətinin) həqiqətən həmin məbləğ olması ilə bağlı şübhədənkənar əsaslar olmalı, xüsusilə istinad olunan mənbədəki malların istehlak təyinatı, fiziki göstəriciləri, keyfiyyəti, mənşəyi və digər xüsusiyyətlərinə görə vergi ödəyicisinin təqdim etdiyi mallarla (o cümlədən icarəyə verdiyi əmlakla) oxşar olması halı mövcud olmalıdır.
39. Lakin cavabdehin istinad etdiyi ekpert rəyinin məzmunundan görünür ki, mənbə kimi yalnız internet məlumatlarından istifadə edilmiş (flatfy.az; bina.az; birja.com), əmlakın icarəsinə dair bazar qiymətinin hansı formada müəyyən edilməsi, o cümlədən müəyyən edilən dəyərin həqiqətən bazarda təşəkkül tapmış qiymətlərə uyğun olması, xüsusən də istinad olunan mənbədəki əmlakların xüsusiyyətlərinə görə iddiaçının əmlakı ilə oxşar xüsusiyyə tli olması göstərilməmiş və əsaslandırılmamışdır. Hətta, bu hallar göstərilsə belə, bazar qiyməti əməliyyatda (əqdə) təsbit edilən qiymətlər əsasında formalaşdığından, bazar qiymətinin müəyyən edilməsi üçün real əqdlərə əsaslanılmalıdır. İnternet səhifələrində elan kimi göstərilən məlumatlar ofertadır və tərəflər arasında bağlanmış müqavilələrdə təsbit edilən bazar qiyməti kimi götürülə bilməz.
40. Cavabdeh isə qeyd edilən halları nəzərə almadan vergidən yayınma faktının olması ilə bağlı nəticəyə gəlmişdir.
41. Vergi Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qə bul edilir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mat 2012-ci il tarixli qərarında da qeyd edildiyi kimi, bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən qanunvericilik hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Əks hal sübut edilməyənə qədər hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biridir (quivis praesumitur bonus dones probetur contrarium).
42. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, b u konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərar).
43. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, yalnız internet resurslarında əldə edilmiş cari icarə haqqı təklifləri (oferta) əsasında tərtib edilmiş ekspert rəyinə istinadən ƏDV-nin hesablanması qanunsuz olm uşdur.
44. Beləliklə, mübahisələndirilən qərarın qəbulunun vergi ödəyici kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslı olmuşdur.
45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 fevral 2023-cü il tarixli 21(103)-170/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.