Məhkəmə qərarları › İş №2-1(102)-1328/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1328/2021

04.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1328/2021 04.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 57 (55+2) yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyini, boru yaymaçıları, metalın və hazır məhsulun düzəldilməsi və çeşidlənməsi ilə məşğul olan fəhlə, qaynaqçı peşəsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh Azər baycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “57 yaşı tamam olduğu tarixdən iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-860/2021 saylı, 12 mart 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali M əhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.xxx-ci ildə doğulmuşdur.

2. İddiaçı 22.10.1979-cu il tarixdən 08.12.1981-ci il tarixdə hərbi xidmətdə olmuşdur.

3. Əmək kitabçasına əsasən iddiaçı 23.03.1983-cü il tarixdən 04.06.1984- cü il tarixə qədər 1 saylı trestdə 2-ci dərəcə ilə fəhlə, 10.08.1984-cü il tarixdən 01.02.1985-ci il tarixə qədər boru-yayma sexinə q.m.-l 3-cü dərəcə 250-1 boru-yayma dəzgahı avtomat dəzgahına boruların qaynar yayması üzrə dəzgahların yaymaçısı köməkçisi, 01.07.1988-ci il tarixdən 11.08.1990-cu il tarixə qədər 250-1 metal dəzgahının hazırlanmasının metal sahəsində çeşidləyici-çatdırıcı, 11.08.1990-cu il tarixdən 20.04.1995-ci il tarixə qədər 2501 boru-yayma dəzgahında qaynar yayma avtomatdəzgahının yaymaçısı, 16.061996-cı il tarixdən 10.05.2001-ci il tarixə qədər 5 saylı X2 İdarəsində 2-ci dərəcəli qaynaqçı, 10.05.2001-ci il tarixdən 05.09.2006-cı il tarixə qədər 5 saylı X2 İdarəsində 4-cü dərəcəli qaynaqçı, 07.01.2015-ci il tarixdən 08.05.2015-ci il tarixə qədər “X7 X9 Çelik Konstruksiyon ve Gida San.Tic.Lim” şirkətinin Azərbaycan Respublikasının nümayəndəliyində usta, 13.01.2017-ci il tarixdən 09.01.2018-ci tarixə qədər Şirvan İstismar vaqon Deposu H.Z.Tağıyev çeşidləmə CTS-nə 4-cü dərəcəli çilingər, 10.01.2018ci il tarixdən 30.03.2018 H.Z.Tağıyev çeşidləmə sexində hərəkət heyətinin təmiri üzrə çilingər, 09.04.2018-cil tarixdən X8 Təmir-Tikinti İdarəsində yol fəhləsi peşələrində çalışmışdır. 4. "xxxx" ASC tərəfindən təqdim edilmiş 19.04.2017-ci il tarixli güzəştli arayışa əsasən id diaçının 01.07.1988-ci il tarixdən 11.08.1990-cu il tarixədək boru yayma sexində “metal çeşidləyən və təhvil verən” vəzifəsində işləməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının 3-cü bölməsinin 4a yarımbölməsinin 2040400a-1753b şifrə ilə ona güzəştli şərtlərlə pensiya almaq hüququ verir. 5. "xxxx" ASC tərəfindən təqdim edilmiş 19.04.2017-ci il tarixli güzəştli arayışa əsasən iddiaçı 10.08.1984-ci il tarixdən 01.07.1988-ci il, 11.08.1990-cı il tarixdən 20.04.1995-ci il tarixədək “boru yayma sexində isti şöbəsində işlədiyi yayıcı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 1993-cu il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahının 3-cü bölməsinin 4a yarımbölməsinin 1030400a -11344 şifrə ilə güzəştli şərtlərlə pensiya almaq hüququ verir.

6. Cavabdehin 21.11.2019-cu il tarixli imtina məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, onun güzəştli əsaslarla pensiyaya çıxmağı üçün 01.08.2006-cı il tarixə kimi ümumi iş stajı 25 il təşkil etsə də, fərdi hesabının sığorta hissəsində qeydiyyata alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olduğuna görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini mümkün deyil. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı 12 fevral 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2018-ci il mart ayının 13-də 57 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat iddiaçının güzəştli əsaslarla pensiyaya çıxmağı üçün 01.08.2006-cı il tarixə kimi - yetərincə əmək stajı olmasına baxmayaraq, fərdi hesabının sığorta hissəsində qeydiyyata alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmasını səbəb kimi göstərməklə iddiaçının xahişini təmin etməmişdir. İddiaçı həmin imtinanı əsassız hesab edir. İddianın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci, 24.0.1-ci maddələrinə istinad edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin (hakim X1, 2-1(112)-3261/2020 saylı iş) 30.10.2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya 57 yaşının tamam olduğu 13 mart 2018-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin olunması vəzifəsi cavabdehə həvalə edilmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyinə görə iddiaçının “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günə - 01.01.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında nəzərdə tutulan peşələrdə (boruların isti yayma stanlarının yaymaçı köməkçisi, isti boru yayması ilə məşğul olan boru yaymaçıları, metalın və hazır məhsulun düzəldilməsi və çeşidlənməsi ilə məşğul olan fəhlə, qaynaqçı) iş stajı 20 il 11 ay 1 gün olduğu halda, ümumi iş stajı (27 il 08 ay 4 gün olduğu üçün) 25 ildən çox olduğu üçün onun 57 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır.

11. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X4-məruzəçi, X6 və X11, 2-1(103)-860/2021 saylı iş) 12 mart 2021-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlanmışdır.

13. Cavabdeh 6 may 2021-ci il tarixdə qərarın surətini almış, 24 may 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edil məsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri 14. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yasa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

15. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: - İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; - İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; - İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi.

16. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir.

17. İddiaçının güzəştli iş stajına yalnız 11.08.1990 - 20.04.1995-ci illər ərzində işlədiyi (boru yayma sexində isti şöbədə уaymaçı) müddət daxildir. 18. 01.01.2006-cı il tarixədək iddiaçının topladığı güzəştli iş stajı 12 il 6 aydan azdır. Belə olan halda, iddiaçıya münasibətdə “Vət əndaşların pensiya təminatı haqqında” Qanun tətbiq edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

21. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. Tətbiq edilən hüquq 22. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

5. Pensiya seçmək hüququ 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edil ir. Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güz əştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (-). Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə

21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri (-). 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: (-); 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə

23. Vətəndaşların başqa dövlətlərin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtləri 23.1. Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 23. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti x üsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. 24. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təs diq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 25. “Əmək pensiyaları h aqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

26. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənm əyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

82. Mübahisə ilə bağlı şikayət üzrə yenidən baxılmasının hədləri Apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyas ı məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

27. Cavabdehin kasasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəm əsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməmişdir.

30. İddiaçı 1 yanvar 2006-cı ilə qədər 25 il ümumi staj, həmin dövrün 12 il 6 ayının güzəşti stajı mövcud olduğunu bildirib (55+2) 57 yaşının tamam olduğu 13 mart 2018-ci il tarixdən güzəştli şərtlə yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir.

31. Cavabdehin şikayətinin dəlillərinə görə iddiaçının güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşədə işlədiyi 11 avqust 1990-cı il tarixdən 20 aprel 1995-ci il tarixə qədər olan müddət istisna olmaqla qalan müddət ərzində güzəştli şərtlə yaşa görə pensiya hüququ verən vəzifədə işləmədiyindən, 1 yanvar 2006-cı il tarixə qədər 12 il 6 aydan az olmayan güzəştli stajı olmadığından güzəştli şərtlə yaşa görə pensiya hüququ yaranmamışdır.

32. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

33. Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) 01.01.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.

34. İddiaçı xx xxxx xxx-ci ildə doğulmuş, xxxyaşı tamam olmuşdur.

35. Hərbi biletdə olan məlumatlara görə iddiaçı 22 oktyabr 1979-cu il tarixdən 8 dekabr 1981-ci il tarixə qədər (2 il 1 ay 22 gün) hərbi xidmət keçmişdir.

36. İddiaçının əmək kitabçasına əsasən, o, 23 mart 1983-cü il tarixdən 4 iyun 1984-cü il tarixə qədər 1 saylı trestin 16 saylı Tikinti İdarəsində fəhlə (1 il 2 ay 12 gün), 10 avqust 1984-cü il tarixdən 20 aprel 1995-ci il tarixə qədər Azərbaycan Boru Yayma zavodunda boru-yayma sexində müxtəlif peşələrdə (10 il 8 ay 11 gün), 16 iyun 1996-cı il tarixdən 1 yanvar 2006-cı il tarixədək 5 saylı X2 İdarəsində qaynaqçı (9 il 6 ay 16 gün) peşəsində işləmişdir.

37. İddiaçının əmək kitabçasında onun 12 aprel 1983-cü ildə tərtib edilməsi göstərilmişdir, əmək kitabçasında qeyd edilmişdir ki, iddiaçı 1 saylı Trestin 16 saylı Tikinti İdarəsinə daxil olana qədər əmək stajı olmamışdır.

38. İddiaçının hərbi bilet və əmək kitabçasında olan məlumatlara görə onun 1 yanvar 2006-cı il tarixə kimi (2 il 1 ay 22 gün+1 il 2 ay 12 gün+10 il 8 ay 11 gün+9 il 6 ay 16 gün) 23 il 7 ay ümumi sığor ta stajı mövcud olmuşdur.

39. İddiaçının 1 yanvar 2006-cı il tarixədək 25 ildən az olmayan sığorta stajı olması sübuta yetməmişdir.

40. Belə olan halda Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 elementdən biri-01.01.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajı mövcud olmamışdır.

41. Odur ki, iddiaçının 57 yaşdan güzəştli şərtlə yaşa görə pensiya hüququ yaranmamışdır.

42. İddiaçının 1 yanvar 2006-cı il tarixədək 25 ildən az olmayan ümumi iş stajı yaranmadığından, güzəştli şərtlə yaşa görə pensiya təyin olunmasının 2-ci elementinin, yəni 1 yanvar 2006-cı il tarixədək azı 12 il 6 ay güzəştli iş stajının mövcud olmasını yoxlamağa zərurət qalmamışdır.

43. İddiaçıya 57 yaşdan güzəştli şərtlə yaşa görə pensiya hüququnun yaranması üçün 1 yanvar 2006-cı il tarixədək 25 ildən az olmayan sığorta stajına malik olmadığından, kasasiya şikayəti təmin edilərək apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin olunmaması barədə yeni qərar qəbul olunmalıdır.

44. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-860/2021 say lı, 12 mart 2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı iddiası təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar