Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1328/2023 27.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “İddiaçı” Şirkəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-rezidentə artıq ödəmələrin qaytarılması barədə rəy verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı “İddiaçı” Şirkətinin Cavabdeh qarşı “artıq ödəmələrin qaytarılması barədə rəy verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsini n İnzibati Kollegiyasının 2-1(103)-61/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı “İddiaçı” Şirkəti ilə Azərbaycan Respublikasının rezidenti olan "xxxx" MMC arasında bağlanmış texniki xidmətlərin göstərilməsinə dair müqavilə əsasında görülmüş işlərlə bağlı iddiaçıya ödənilən məbləğlərdən Azərbaycan Respublikasında ödəmə mənbəyində vergi tutulmuşdur.
2. İddiaçı vergi məbləğlərinin geri qaytarılması ilə əlaqədar “Azərbaycan Respublikasındakı mənbələrdən əldə edilən gəlirlərdən ödəmə mənbəyində tutulmuş vergilərin geri qaytarılması haqqında" Ərizə (DTA-06 forması) ilə cavabdehə müraciət etmişdir.
3. Cavabdeh xx.xx.2017-ci il tarixli cavab məktubunda qeyd etmişdir ki, təqdim edilmiş DTA-06 formasının bölmələrində qeyd olunan məlumatlarda kənarlaşmalar müəyyən edilmişdir. Belə ki, DTA-06 formasının 9-cu bəndi yalnız fiziki şəxslər tərəfindən doldurulmalı olduğu halda, tərəfinizdən həmin bənddə qeydlər aparılmışdır. Əlavə olaraq, DTA-06 forması qeyri-rezident tərəfindən 3 (üç) nüsxədə tərtib edilir, Azərbaycan dilində və ya notariat qaydasında təsdiq edilmiş tərcüməsi ilə birgə ingilis dilində doldurulur və xarici dövlətin qeyri-rezidentin vergi uçotunda olduğu səlahiyyətli vergi orqanı tərəfindən təsdiqlənir. Lakin ərizəyə əlavə edilmiş müqavilələr Azərbaycan dilinə notarial qaydada tərcüməsi ilə birlikdə təqdim edilməmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının xx.xx.2013-cü il tarixli **********00240 0 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlərin inzibatçılığı Qaydaları”nın 13.10-cu bəndinə əsasən, DTA-06 formaları üzrə təqdim edilən məlumatlar və sənədlər beynəlxalq müqavilədə nəzərdə tutulan azadolmanın və ya məhdud vergitutmanın əvvəlcədən tətbiq edilməsi və ya artıq ödənilmiş vergilərin geri qaytarılması üçün kifayət etmədikdə və ya vergi orqanında məlumatların və ya sənədlərin düzgünlüyünə şübhə yarandıqda, vergi orqanı tərəfindən müvafiq qaydada qeyri-rezidentdən və ona gəlir ödəyən şəxsdən əlavə məlumatlar tələb edilə bilər və zərurət olduqda müvafiq qaydada digər dövlətlərin səlahiyyətli vergi orqanlarına sorğu göndərilə bilər. Azərbaycan Respublikasının Vergi Məcəll əsinin 23.1.2-1-ci maddəsinə əsasən, vergi maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrə əsasən, şəxslərdən həmin müqavilənin tələblərindən irəli gələn sənədləri və məlumatları elektron və (və ya) kağız daşıyıcılarda tələb etmək vergi orqanının hüquqları sırasına aid edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 71.3-cü maddəsinə əsasən, vergi ödəyicisinin ayrı-ayrı uçot sənədləri xarici dildə tərtib edildikdə, vergi orqanları onların Azərbaycan dilinə rəsmi surətdə tərcümə olunmasını tələb edə bilər. Qeyd olunanlarla əlaqədar ərizənin (DTA-06 forması) təsdiqlənməsi mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılması na dair beynəlxalq Sazişlərin inzibatçılığı Qaydaları”nın tələblərinə əsasən, müvafiq ərizə (DTA- 06 forması) formasının tərtibi qaydalarını və “X3 ilə Azərbaycan Respublikası arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında" Sazişdən irəli gələn tələblər nəzərə alınaraq yeni ərizənin, həmçinin vergilərin ödənilməsini təsdiq edən sənədlərin (müqavilə və digər sənədlər) Azərbaycan dilinə notarial qaydada tərcüməsi ilə birlikdə təqdim olunması tövsiyə olunur.
4. İddiaçı “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlərin inzibatçılığı Qaydaları”nın 13.6-cı bəndinə istinadən müraciətə aid olmayan sənədlərin təqdim edilməli olmadığını əsas gətirərək cavabdehə yenidən müraciət etmişdir.
5. Cavabdehin xx.xx.2017-ci il tarixli **********0826 nömrəli məktubunda qeyd edilmişdir ki, təqdim olunmuş ərizə formasına vergilərin ödənilməsini təsdiq edən sənədlərin (müqavilə və digər sənədlər) Azərbaycan dilinə notarial qaydada təsdiq olunmuş tərcümələri və yeni ərizə əlavə edilməmişdir. Bundan əlavə, müraciətə aid olmayan hər hansı əlavə sənədlər deyil, yalnız müraciətə əlavə edilmiş (və ya edilməli olan) sənədlərin Azərbaycan dilinə notarial qaydada təsdiq olunmuş tərcümələri tələb edilmişdir.
6. İddiaçı yenidən cavabdehə müraciət edərək, müqavilələrin rus dilində olmasına, həmçinin müqavilələrin sayı həcmcə böyük olduğundan fiziki olaraq tərcüməsinin mümkün olmamasına, o cümlədən, ərizəyə əlavə edilən sənədlərin Azərbaycan dilinə notarial tərcümə edilməsinə dair tələbin qanuni əsası olmamasına istinadən DTA-06 formasının təsdiqlənməsini xahiş etmişdir.
7. Cavabdeh xx.xx.2017-ci il tarixli məktubunda Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 iyun 2017-ci il tarixli **********009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın 8.13-cü bəndinə istinadən qeyd etmişdir ki, müraciətə əlavə olunan sənədlər xarici dildə olduğu halda, onların Azərbaycan dilinə notariat qaydasında təsdiq edilmiş tərcüməsi də təqdim edilməlidir. Bununla yanaşı, vergitutma baxımından qeyri-rezident tərəfindən göstərilən xidmətlərin mahiyyətinin açıqlanması məqsədi ilə müvafiq qaydada hazırlanmış sorğunun ətraf lı və dəqiq cavablandırılmasına zərurət yaranmışdır. Odur ki, yeni Qaydalar əsasında hazırlanmış ərizəyə müqavilənin və digər tələb olunan sənədlərin Azərbaycan dilinə notariat qaydasında təsdiq edilmiş tərcümələri, o cümlədən, sorğuya cavab əlavə olunmaqla yenidən müraciət edilə bilər.
8. Bundan sonra, “İddiaçı” şirkəti Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə qarşı “tutulmuş vergilərin geri qaytarılmasına” dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 iyun 2018-ci il tarixli 2-1(82)-1960/2018 saylı qərarı ilə iddia təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cav abdeh tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 14 may 2019-cu il tarixli qərarı ilə qismən təmin edilmiş, həmin qərarla iş yenidən baxılması üçün, o cümlədən iddianın mümkünlük məsələsinin araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1937/2019 saylı iş üzrə 03 oktyabr 2019-cu il tarixli qərarı ilə iddia mümkün sayılmamışdır.
9. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1937/2019 saylı iş üzrə 03 oktyabr 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilikdə düzgün tutulmamış və ya artıq ödənilmiş vergilərin qaytarılmasının maliyyə orqanları tərəfindən həyata keçirilməsi nəzərdə tutulsa da, iddiaçı bu öhdəliyin birbaşa vergi orqanının üzərinə qoyulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, iş materi allarından belə müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçı şirkətin müraciətinin təmin olunmasından imtina etməmişdir. Halbuki, hazırkı iddianın mümkünlük şərti iddiaçı şirkət tərəfindən müvafiq inzibati orqana müraciət edilməsini, həmin inzibati orqan tərəfindən isə şirkətin arzuladığı nəticədən imtina olunmasını ehtiva edir. Belə ki, iddiaçı şirkət cavabdeh Departamentə müvafiq müraciətlər etmiş, cavabdeh Departament isə həmin şirkətə müvafiq cavab məktubları göndərmişdir. Həmin məktublarda iddiaçı şirkətin müraciətində qeyd edilən nöqsanların aradan qaldırılması təklif edilmiş, qeyd edilən sənədlər və ərizə forması (DTA- 06 forması) təqdim olunduqdan sonra müraciətə yenidən baxılmasının mümkünlüyü qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məh kəməsində icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Azərbaycan Respublikasının rezidenti olan "xxxx" MMC arasında bağlanmış texniki xidmətlərin göstərilməsinə dair müqavilə əsasında görülmüş işlərlə bağlı xx.xx.2012-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək olan dövr ərzində aparılmış ödənişlər üzrə ödəmə mənbəyində tutulmuş vergilərin geri qaytarılması məqsədi ilə vergi ödəyicisinin büdcəyə artıq ödəmələrinin qaytarılmasına dair rəy tərtib etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırmışdır ki, X1 rezidenti “Cboss Orient FZ-LLZ” şirkəti ilə Azərbaycan Respublikasının rezidenti “Azərfon MMC” arasında bağlanmış texniki xidmətlə rin göstərilməsinə dair müqavilə əsasında xidmətlər göstərilmiş və Şirkətin Azərbaycan Respublikası ərazisində göstərdiyi xidmətlərə görə əldə etdiyi gəlirlərdən Azərbaycan Respublikasında vergi tutulmuşdur. Azərbaycan Respublikasının Hökuməti və X3 Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya mövcuddur. Həmin Konvensiyanın 8-ci maddəsinə əsasən, razılığa gələn dövlətin müəssisəsinin mənfəəti yalnız həmin dövlətdə vergiyə cəlb edilir, bir şərtlə ki, həmin müəssisə sahibkarlıq fəaliyyətini razılığa gələn digər dövlətdə, orada yerləşən daimi nümayəndəlik vasitəsi ilə həyata keçirməsin. Əlavə olaraq, Azərbaycan Respublikasının Vergilər Nazirliyi Kollegiyasının xx.xx.2013-cü il tarixli **********002400 nömrəli qər arı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlərin inzibatçılığı Qaydaları”na əsasən, ərizə ilə cavabdehə dəfələrlə müraciət edilsə də, sonuncu tərəfindən sənədlərin Azərbaycan dilinə notarial qaydada təsdiq edilmiş tərcümələrinin əlavə olunması tələb edilmişdir. Halbuki, cavabdehə müraciət edilən zaman və şirkətdən vergilər tutulan zaman Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının xx.xx.2013-cü il tarixli **********002400 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalar qüvvədə olmuş və həmin Qaydalarda qeyd edilən sənədlərin notarial təsdiq edilmiş surətlərinin əlavə edilməsi nəzərdə tutulmamışdır. Əlavə olaraq, təqdim edilən sənədlərin notarial qaydada təsdiq edilən surətlərinin ər izəyə əlavə edilməsi ilə bağlı tələb qanunvericilikdə xx.xx.2017-ci il tarixdən sonra nəzərdə tutulmuşdur. Bu səbəbdən də, cavabdeh əsassız olaraq sənədlərin notarial qaydada təsdiq edilmiş surətlərinin ərizəyə əlavə edilməməsi əsası ilə müraciətlərinə baxmaqdan imtina etmiş və bununla da beynəlxalq konvensiya ilə nəzərdə tutulmuş tələbləri pozmuşdur.
12. Cavabdeh tərəfindən iddiaya qarşı təqdim edilmiş yazılı etirazda işin hallarına istinad edilmiş və qeyd olunmuşdur ki, iddiaçıya nöqsanların aradan qalıdırılması tövsiyə edilmiş, qeyd edilən sənədlər və ərizə forması təqdim edildikdən sonra müraciətə yenidən baxılmasının mümkünlüyü qeyd edilmişdir. İddiaçı isə vergi orqanının cavab məktublarında qeyd olunan nöqsanları aradan qaldırmamış, o cümlədən sənədlərin Azərbaycan dilinə notarial qa ydada təsdiqlənmiş surətləri əlavə olunmaqla yeni ərizə ilə müraciət etməmişdir. Bundan əlavə, əvvəlki məhkəmə icraatları zamanı həm apellyasiya instansiya məhkəməsi, həm də Ali Məhkəmə o qənaətə gəlmişdir ki, iddianın mümkünlük tələbləri ödənilməmişdir. Belə ki, hər iki məhkəmə qərarında qeyd olunur ki, “.. iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibat məhkəmə icraatı qaydasında baxıla bilər. İş üzrə müəyyən edilmişdir ki, cavabdeh vergi orqanı iddiaçı şirkətin müraciətinin təmin olunmasından imtina etməmişdir. Halbuki, iddianın mümkünlük şərti iddiaçının müvafiq inzibati orqana müraciət etməsini, həmin inzibati orqan tərəfindən isə iddiaçının arzuladığı nəticədən imtina olunmasını ehtiva edir.” Göründüyü kimi, məhkəmə tərəfindən cavabdeh inzibati orqanın ın imtinasının olub-olmaması yoxlanılmış, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab vermədiyi üçün inzibati məhkəmə icraatı qaydasında baxılmasının, həmçinin tələb olunan sənədlərlə birgə yeni müraciət təqdim edilmədiyi halda araşdırmanın başa çatdırılmasının mümkün olmadığı bildirilmişdir. Odur ki, iddiaçının eyni müraciəti ilə bağlı işin halları məhkəmə tərəfindən araşdırılmış və müvafiq qiymət verilmişdir.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7980/2021 nömrəli, 20 dekabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: hakim A.P.Oruczadə) iddia təmin edilmiş, X1 rezidenti olan “İddiaçı” şirkəti ilə Azərbaycan Respublikasının rezidenti olan “Azərfon MMC” arasında texniki xidmətlərin göstərilməsinə dair müqavilə əsasında görülmüş işlərlə bağlı xx.xx.2012-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək olan dövr ərzində aparılmış ödənişlər üzrə ödəmə mənbəyində tutulmuş vergilərin geri qaytarılması ilə əlaqədar DTA-05 formasının təsdiq edilərək müvafiq rəy tərtib edilməklə, müvafiq maliyyə orqanına göndərilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
14. Məhkəmə qeyd etmişdir ki, beynəlxalq müqavilədə məhdud vergitutma və ya azadolma nəzərdə tutulduğu halda, Azərbaycan Respublikasında qeyri-rezident tərəfindən artıq ödənilmiş və ya qeyri-rezidentdən ödəmə mənbəyində artıq tutulmuş vergilər geri qaytarılmalı və ya qanunvericiliyə müvafiq qaydada digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə aid edilməlidir. İddiaçı cavabdehə “tutulmuş vergilərin geri qaytarılması” ilə bağlı müraciət etsə də, cavabdeh mü qavilələrin Azərbaycan dilinə notarial qaydada tərcüməsinin təqdim olunmaması əsası ilə müraciətə baxılmasından imtina etmişdir. Halbuki, iddiaçı cavabdehə müraciət etdiyi zaman Azərbaycan Respublikası Vergilər nazirinin 29 mart 2007-ci il tarixli **********198300 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq Sazişlərin inzibatçılığı Qaydaları” tətbiq edilirdi. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın 8.13-cü maddəsinə əsasən, müraciətə əlavə olunan sənədlərin xarici dildə olduğu halda onların Azərbaycan dilinə notariat qaydasında təsdiq edilmiş tərcüməsinin də təqdim e dilməli olması ilə bağlı tələbi nəzərdə tutan “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydalar”ı isə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 iyun tarixli **********009300 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7.1-ci maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qeyd edilənlərə əsasən, cavabdeh iddiaçıdan görülmüş işlərlə bağlı vergi tutmaqda haqlı olmamış, Azərbaycan Respublikası Hökuməti v ə X3 Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiyanın müddəalarını pozmuşdur.
15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və Ş.A.Məmmədova) 2-1(103)-61/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməmişdir.
17. Məhkəmə kollegiyası cavabdehin “iddia tələbinin mümkünlüyü”nə dai r dəlilləri ilə bağlı qeyd etmişdir ki iddiaçı cavabdehə qarşı öhdəliyin icrası haqqında iddia qaldıraraq, xx.xx.2012 - xx.xx.2016-cı illər ərzində ödəmə mənbəyində Şirkətdən tutulmuş vergilərin ona qaytarılması barədə rəy tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını tələb etmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli müraciətə ünvanlanmış cavab məktubundan görünür ki, iddiaçı həmin tarixdə cavabdehə “Azərbaycan Respublikasında əldə etdiyi gəlirdən ödəmə mənbəyində tutulmuş vergilərin qaytarılması barədə ərizə ilə cavabdehə müraciət etmiş, lakin sonuncu, sənədlərin Azərbaycan dilinə notarial qaydada təsdiq olunmuş tərcümələri və ərizə forması (DTA-06) təqdim edildikdən sonra, onun həmin müraciətinə baxılacağı bildirilərək, dolayısı ilə ərizənin təmin olunmasından imtina etmişdir. İnzibati prosessual qanunvericiliklə öhdəliyin icrası haqqında iddialarda iddia müddətinin tətbiq edilməsi nəzərdə tutulmadığı, iddiaçının qeyd olunan müraciətinin və cavabdehin onun həmin müraciətinə ünvanladığı imtina məktubunun mövcudluğu nəzərə alınmaqla, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılıb mahiyyəti üzrə baxılması əsaslıdır.
18. Məhkəmə kollegiyası cavabdehin digər dəlilinə ( iddiaçı ondan tutulan vergilərin geri qaytarılması barədə vergi orqanına təqdim etdiyi ərizəsinə əlavə etdiyi əsaslandırıcı sənədlərin Azərbaycan dilinə tərcüməsini vergi orqanına təqdim etməli olduğu halda, həmin sənədlər ingilis və rus dilində təqdim edilmişdir) münasibətdə aşağıdakıları qeyd etmişdir: “Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə aşağıda kılara görə razılaşmır....iddiaçı tərəfindən nəinki cavabdehə, hətta məhkəməyə belə təqdim etdiyi, iddia ərizəsinə əlavə olunmuş sənədlər (iddia tələbini əsaslandırdığı müqavilə və i.a.) ingilis və rus dillərində təqdim olunmuşdur. Məhkəmənin həmin sənədlərin Azərbaycan dilində tərcüməsinin təqdim olunması barədə yazılı təklifinin isə icrasının iddiaçı tərəf yazılı izahatında qeyri-mümkün olduğunu qeyd edərək, bunun qanunvericilikdə nəzərdə tutulmadığını bildirmişdir.... Qanunvericiliyin... tələbləri birmənalı olaraq onu deməyə əsas verir ki, iddiaçı, onun tələbi üzrə obyektiv və hərtərəfli araşdırmanın aparılmasının təmin edilməsi, onun həm vergi orqanına, həm də iddia ərizəsi ilə birlikdə istinad etdiyi sənədlərin Azərbaycan dilində tərcüməsini (notarial) təqdim etməyə və azırbaycan d ilinə tərcümə olunmuş həmin sənədlərlə ödəmə mənbəyində ondan tutulumuş artıq ödəmənı sübut etməyə borcludur...”
19. Məhkəmə kollegiyası iddia tələbinin əsassızlığı ilə bağlı işə qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlər nəzərədən keçirildikdə, eləcə də, hazırkı mərhələdə məhkəməyə təqdim edilən, iddiaçının vergi orqanına təqdim etdiyi ondan tutulmuş verginin qaytarılması barədə DTA-06 formalı ərizəsi təhlil olunduqda, iddiaçı şirkətin X4 rezidenti olması müəyyən edilmir. Ümumiyyətlə, iddiaçı tərəfindən Əmirliyin “Rezidentlik sertifikatı” təqdim olunmamışdır. İddiaçı tərəfindən DTA-06 formalı ərizənin 15-ci bəndində də belə bir məlumat bəyan edilməmişdir. Daha konkret iddiaçı tərəfindən rezidenti olduğu həmin ölkədə xüsusi vergi güzəştlərinin olmasına dair həmin bənd doldurulmamı şdır. Digər tərəfdən, sözügedən Hökumətlərarası Konvensiyanın qeyd olunan müddalarından göründüyü kimi, Konvensiya ikiqat vergitutmanı, yəni eyni gəlirin iki ölkə tərəfindən vergiyə cəlb olunmasını istisna edir. Lakin konkret halda, iddiaçı həmin Konvensiyaya istinadən, ondan cavabdeh tərəfindən ödəmə mənbəyində tutulmuş vergilərin geri qaytarılması barədə rəy verilməsini tələb etsə də, onun tərəfindən ikiqat vergitutmaya məruz qalması, o cümlədən, cavabdeh vergi orqanı tərəfindən ondan hansı məbləğdə vergi tutulduğu onun tərəfindən sübuta yetirilmir. Belə ki, mübahisələndirilən xx.xx.2012-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək olan dövr ərzində Azərbaycan Respublikası mənbəyindən əldə etdiyi gəliri X2 bəyan etməsi və həmin gəlirin vergiyə cəlb olunmasını sübut edən müvafiq sənədlər nə məhkəməyə, nə də vergi orqanına təqdim edilməmişdir. Hazırkı mərhələdə isə iddiaçı tərəf Azərbaycan dilində təqdim edilən DTA-06 formalı ərizəsinin 10-cu bəndində təsbit olunmuş məlumatda şirkətin “vergisiz zona”da qeydiyyata alınmaqla, onun vergi öhdəliklərində güzəştlər əldə etməsi ilə bağlı məsələyə isə aydınlıq gətirməmişdir.
20. Beləliklə də, cavabdehin qanunvericiliklə üzərinə düşən öhdəliyini yerinə yetirmədəyi və onun hüquqlarını pozduğu iddiaçı tərəfindən sübuta yetirilmir.
21. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
22. Kassasiya şikayətində işin hallarına, iddia tələbinin də lillərinə istinad edilmiş, əlavə olaraq qeyd olunmuşdur ki, işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normaları pozulmuşdur.
23. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2.5-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir. Azərbaycan Respublikasının 10 aprel 2007-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Höküməti ilə X3 Höküməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Konvensiya mövcuddur. İkiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərdən irəli gələn məsələlər müvafiq inzibatçılıq qaydalarında tənzimlənir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının xx.xx.2013-cü il tarixli **********002400 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq Sazişlərin inzibatçılığı Qaydaları”nda (bundan sonra - “2013-ci il Qaydaları”) yuxarıda göstərilən müqavilə sənədlərinin Azərbaycan dilinə tərcümə edilməsi nəzərdə tutulmayıb. İlkin ərizə təqdim edilən zaman (xx.xx.2017-ci il tarixində) məhz 2013-ci il Qaydaları qüvvədə olub. Odur ki, sənədlər ingilis və rus dillərində səlahiyyətli Azərbaycan vergi orqanlarına təqd im edilirsə, tətbiq edilməli olan qanunvericiliyə uyğun olaraq, həmin sənədlərin Azərbaycan dilinə tərcümə edilməsi ilə bağlı məcburi şərt mövcud deyil.
24. Əlavə olaraq, apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə vergi orqanları arasında olan mübahisənin mahiyyətindən kənar digər məsələlərə (rezidentlik sertifikatı; iddiaçı tərəfindən BƏƏ-də Azərbaycan Respublikası mənbəyindən əldə etdiyi gəlirin BƏƏdə bəyan edilməsi və həmin gəlirin vergiyə cəlb olunmasını sübut edən müvafiq sənədlərin nə məhkəməyə, nə də vergi orqanına təqdim edilməməsi) qiymət verib.
25. Bununla bağlı qeyd edilməlidir ki, həm rezidentlik sertifikatının təqdim edilməsi, həm də iddiaçının BƏƏ-də gəlirini bəyan etməsi və həmin gəlirin vergiyə cəlb edilməsi ilə bağlı məsələyə, ilk dəfə olaraq, bu işlə bağlı məhkəmə müb ahisələrinin davam etdiyi 6 il ərzində apellyasiya araşdırılması mərhələsində toxunulub. Hətta, cavabdeh apellyasiya şikayətində belə bu məsələlərdən bəhs etməyib. İddiaçı hesab edir ki, tərəflər arasında 6 ildir davam edən mübahisənin mahiyyəti müqavilə sənədlərinin Azərbaycan dilinə tərcümə edilməsi ilə bağlı olduğundan, digər məsələlərlə bağlı inzibati icraat və məhkəmə araşdırılması aparılmayıb. Barəsində inzibati icraatın və məhkəmə araşdırılmasının aparılmadığı məsələlərin apellyasiya icraatında araşdırılması inzibati orqanlarla inzibati məhkəmələr arasında rol bölgüsünə ziddir. Bununla yanaşı, qeyd edilməlidir ki, 2013-cü il Qaydalarında müvafiq ərizəyə “rezidentlik sertifikatı” adlı sənədin əlavə edilməsi tələbi nəzərdə tutulmayıb. Qaydaların 12.3-cü maddəsində müəyyən edilib ki, a rtıq tutulmuş vergilərin geri qaytarılması üçün qeyri-rezident tərəfindən ona gəlir ödəyən şəxsin uçotda olduğu vergi orqanına bu Qaydalara əlavə edilən DTA-06 ərizə forması üzrə müraciət edilməlidir. DTA-06 forması Razılığa gələn digər Dövlətin səlahiyyətli vergi orqanı tərəfindən müvafiq qaydada təsdiqlənməlidir. İş materiallarında olan DTA-6 formasının 6-cı səhifəsində (F bölməsi) BƏƏ-nin səlahiyyətli vergi orqanının müvafiq qeydi mövcuddur və belə olan halda, hər hansı bir rezidentlik sertifikatına ehtiyac yoxdur. Digər tərəfdən, BƏƏdə hər hansı bir verginin ödənilməsi və ya bəyan edilməsi yox, qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında vergi ödənilməsi və bəyan edilməsi məsələsinə qiymət verilməlidir. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayə tinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
27. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının xx.xx.2013cü il tarixli **********002400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasında dair beynəlxalq sazişlərin inzibatçılığı Qaydaları” (ilkin müraciətin edildiyi anda qüvvədə olan) 12.1. Beynəlxalq müqavilədə məhdud vergitutma və ya azadolma nəzərdə tutulduğu halda Azərbaycan Respublikasında qeyri-rezident tərəfindən artıq ödənilmiş və ya qeyri-rezidentdən ödəmə mənbəyində artıq tutulmuş vergilər geri qaytarılmalı və ya qanunvericiliyə müvafiq qaydada digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə aid edilməlidir. 12.2. Artıq t utulmuş vergilərin qaytarılması və ya digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə aid edilməsi müvafiq qanunvericiliyə əsasən həyata keçirilir. 12.3. Ödəniş mənbəyində artıq tutulmuş vergilərin geri qaytarılması üçün, qeyrirezident tərəfindən ona gəlir ödəyən şəxsin uçotda olduğu vergi orqanına bu Qaydalara əlavə edilən DTA-06 ərizə forması üzrə müraciət edilməlidir. DTA-06 forması Razılığa gələn digər Dövlətin səlahiyyətli vergi orqanı tərəfindən müvafiq qaydada təsdiqlənməlidir. Əgər Razılığa gələn digər Dövlətin daxili qanunvericiliyində xarici dövlətlərin xüsusi formalarının həmin digər Dövlətin səlahiyyətli orqanları tərəfindən təsdiqlənməsi ilə bağlı hər hansı məhdudiyyətlər mövcuddursa, bu halda müraciət edən qeyri-rezidenti n Razılığa gələn digər Dövlətdə rezidentliyi həmin digər Dövlətin xüsusi forması üzrə təsdiqlənərək, DTA-06 formasına əlavə kimi təqdim edilməlidir. Həmçinin, bu cür məhdudiyyətlər səbəbindən formanın bütün səhifələrinin Razılığa gələn digər Dövlətin səlahiyyətli orqanları tərəfindən imzalanaraq, möhürlənməsi qeyri-mümkün olarsa, bu barədə həmin səlahiyyətli orqanın bəyanatı da formaya əlavə olunmalıdır. 12.4. Ərizədə göstərilən məlumatların faktiki məlumatlara və müvafiq beynəlxalq müqavilənin müddəalarına uyğunluğuna vergi orqanı tərəfindən baxılmalı və artıq ödənilmiş vergilərin qeyri-rezidentə qaytarılması barədə rəy və ərizənin surəti müvafiq maliyyə orqanına verilməlidir. 13.10. DTA-03, DT-04 və ya DTA-06 formaları üzrə təqdim edilən məlumatlar və sənədlər beynəlxalq müqavilədə nəzər də tutulan azadolmanın və ya məhdud vergitutmanın əvvəlcədən tətbiq edilməsi və ya artıq ödənilmiş vergilərin geri qaytarılması üçün kifayət etmədikdə və ya vergi orqanında bu məlumatların və ya sənədlərin düzgünlüyünə şübhə yarandıqda, vergi orqanı tərəfindən müvafiq qaydada qeyrirezidentdən və ona gəlir ödəyən şəxsdən əlavə təsdiqlənmiş məlumatlar tələb edilə bilər və zərurət olduqda müvafiq qaydada digər Dövlətlərin səlahiyyətli vergi orqanlarına sorğu göndərilə bilər. 14.1. Razılığa gələn digər Dövlətdə rezidentliyin təsdiqi ilə bağlı arayış (xüsusi forma), Azərbaycanın rezidenti tərəfindən Razılığa gələn digər Dövlətdə ödənilmiş vergilərə dair forma (digər Dövlətin xüsusi forması, sərbəst forma və ya DTA-02 forması), DTA-03 və DTA-06 formaları Razılığa gələn digər Dövlətin müvafiq ver gi orqanı tərəfindən təsdiq edildikdən sonra, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və ya konsulluq idarələri tərəfindən leqallaşmalıdır. 14.2. Razılığa gələn digər Dövlət “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” 1961-ci il tarixli Haaqa Konvensiyasına qoşulduğu halda, bu Konvensiyaya müvafiq olaraq diplomatik və ya konsulluq leqallaşması tələb olunmur. Bu halda, xarici dövlətin səlahiyyətli vergi orqanı tərəfindən müvafiq qaydada təsdiqlənmiş nüsxələrə həmin dövlətin səlahiyyətli orqanı tərəfindən apostil qoyulması kifayət edir. 14.4. Azərbaycan Respublikasının və Razılığa gələn digər Dövlətin iştirakçısı olduqları digər Sazişlərdə fərqli müddəalar nəzərdə tutulduqda sənədlərin rəsmiləşdirilməsi həmin müddəalara müvafiq qaydada həyata keçirilir.
28. Azərbaycan Respublikası Höküməti ilə X3 Höküməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Konvensiya Maddə
26. Qarşılıqlı razılaşma proseduru Əgər hər hansı şəxs Razılığa gələn Dövlətlərdən birinin və ya hər ikisinin hərəkətlərinin onun bu Konvensiyanın müddəalarına uyğun olmayan tərzdə vergiyə cəlb edilməsinə gətirib çıxardığını və ya gətirib çıxara biləcəyini zənn edirsə, həmin şəxs, həmin Dövlətlərin daxili qanunvericiliklərində nəzərdə tutulmuş müdafiə vasitələrindən asılı olmayaraq, bu işlə bağlı rezident olduğu Dövlətin və ya bu hal 25-cı maddənin 1-ci bəndinin əhatə dairəsinə aiddirsə, milli şəxsi olduğu Razılığa gələn Dövlətin səlahiyyətli orqa nlarına müraciət edə bilər. Müraciət, bu Konvensiyanın müddəalarına uyğun olmayan vergitutmaya gətirib çıxaran hərəkətlər haqqında ilk məlumat tarixindən etibarən üç il ərzində təqdim edilməlidir.
29. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı ba rədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyas iya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
33. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan və tərəflər arasında mübahisələndirilməyən hallarına əsasən, iddiaçının Azərbaycan rezidenti olan vergi ödəyicisinə göstərdiyi xidmətlərə görə ödənilən məbləğlərdən ödəmə mənbəyində vergi tutulmuşdur.
34. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı, yəni çatmaq istədiyi son hüquqi nəticə ödəmə mənbəyində tutulan vergilərin ona geri qaytarılmasıdır. İddia tələbi öhdəliyin icrası haqqında iddialara aid olmaqla “ödəmə mənbəyindən tutulmuş vergilərin geri qaytarılması məqsədi ilə vergi ödəyicisinin büdcəyə artıq ödəmələrinin qaytarılmasına dair rəy tərtib etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi formalaşsa da, həmin rəyin verilməsi qanunvericili yin tələbinə əsasən DTA-06 formasının yoxlanılması və təsdiq edilməsi ilə bağlıdır.
35. Öhdəliyin icrası haqqında iddialar üzrə formalaşmış vahid məhkəmə təcrübəsindəki yanaşma ondan ibarətdir ki, bu qəbildən olan iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı hüquqi nəticəyə çatma sına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər.
36. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan və tərəflər arasında mübahisələndirilməyən hallarına əsasən, iddiaçı cavabdehə “Azərbaycan Respublikasındakı mənbələrdən əldə edilən gəlirlərdən ödəmə mənbəyində tutulmuş vergilərin geri qaytarılması haqqında" Ərizə (DTA-06 forması) ilə müraciət etmişdir. Eyni zamanda, cavabdehin iddiaçının müraciətlərinə verdiyi cavablarda qeyd etdiyi əsas məsələ ərizəyə əlavə edilən sənədlərin Azərbaycan dilinə tərcümə edilməməsi ilə bağlıdır.
37. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı mahiyyətcə eyni tələblə və cavabdehin eyni cavab məktublarına istinad etməklə daha əvvəl məhkəməyə müraciət etmiş, həmin məhkəmə icraatında iddianın mümkün sayılmaması əsası kimi cavabdehin cavab məktublarının imtina kimi qiymətləndirilməməsi olmuşdur. Lakin bundan sonra iddiaçı yenidən cavabdehə müraciət etmədən hazırkı iddianı qaldırmışdır.
38. Digər tərəfdən qeyd edilməlidir ki, iddiaçının iddia tələbinin əsas dəlili, özünün də kassasiya şikayətində qeyd etdiyi kimi, cavabdeh tərəfindən təqdim edilən sənədlərin Azərbaycan dilində tələb edilməsinin qanunsuzluğudur. Başqa sözlə, iddiaçı təqdim edilmiş DTA-06 forması üzrə inzibati icraat zamanı cavabdeh tərəfindən əsassız tələblər irəli sürüldüyünü iddia edir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehin icraatdakı tələbinin formal və qanunsuz olmasından çıxış edərək, son nəticədə artıq ödəmənin geri qaytarılması ilə bağlı hüquqi nəticəyə nail olmaq niyyətindədir. Lakin nəzərə alınmalıdır ki, inzibati orqanın icraatın gedişindəki hər hansı tələbinin əsassızlığı bir mənalı olaraq icraatın şəxsin xeyrinə yekunlaşmalı olması nəticəsini yaratmır və ya cavabdehin üzərinə şəxsin xeyrinə qərar qəbul etmək, yaxud hərəkət etmək öhdəliyinin qoyulmasına əsas vermir. Şəxslərin icraatın istənilən mərhələsində inzibati orqanının hərəkətindən və ya hərəkətsizliyindən hüquqi müdafiə imkanları vardır. Başqa sözlə, iddiaçı əgər cavabdeh vergi orqanı tərəfindən təqdim edilən sənədlərin Azərbaycan dilinə tərcümə edilməli olmasına dair hərəkətlərini qanunsuz hesab edirdisə, bu halda, hazırkı iddia tələbi ilə deyil, cavabdehin hərəkətlərinin qanunsuz sayılması, başqa dildə təqdim edilmiş sənədlər əsasında icraatın aparılması öhdə liyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etməli idi. Lakin yuxarıda da qeyd edildiyi kimi, iddiaçı məhz cavabdehin “sənədlərin Azərbaycan dilində təqdim edilməli olması” tələbinin əsassız olmağından çıxış etməklə, ona ödənilən məbləğlərdən tutulan vergilərin qaytarılmalı olması məsələsinin məhkəmə tərəfindən qiymətləndirilməsini tələb edir.
40. Halbuki, hazırkı işə tətbiq edilməli olan hüquq normalarının təhlili onu göstərir ki, təqdim edilən DTA-06 formaları ilə bağlı vergi orqanları tərəfindən araşdırmalar aparılır (DTA-06 formasının Razılığa gələn digər Dövlətin müvafiq vergi orqanı tərəfindən təsdiq edilib-edilməməsi, o cümlədən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və ya konsulluq idarələri tərəfindən) leqallaşıb-leqallaşmaması (müəyyən hallarda apostil edilibedilməməsi) yoxlanılır; eyni zamanda vergi orqanı tərəfindən müvafiq qaydada qeyrirezidentdən və ona gəlir ödəyən şəxsdən əlavə təsdiqlənmiş məlumatlar tələb edilə bilər və zərurət olduqda müvafiq qaydada digər Dövlətlərin səlahiyyətli vergi orqanlarına sorğu göndərilə bilər).
41. Göründüyü kimi, DTA-06 formasının təqdim edilməsi nəticəsində vergi orqanı səlahiyyətləri daxilində müəyyən məsələləri araşdırır və yoxlayır, yəni inzibati icraat aparır. Hazırkı iş üzrə isə inzibati icraat aparılmamış, iddiaçıya verilmiş cavab məktublarında sənədlərin tərcümə edilməsi tövsiyə edilmiş, həmin məktublar isə qanuni qüvvədə olan məhkəmə qərarı ilə imtina kimi qiymətləndirilməmiş, iddiaçı isə yenidən cavabdehə müraciət etmədən və ya cavabdehin hərəkətlərinin qanunsuz sayılması, başqa dildə təqdim edilmiş sənədlər əsasında icraatın aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmədən, başqa sözlə, barəsində inzibati icraat aparılmadan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, bununla da, məhkəmə icraatının inzibati orqanda aparılan icraatla əvəzlənməsinə nail olmaq istəmişdir. İddiaçı hətta “Azərbaycan Respublikası Höküməti ilə X3 Höküməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Konvensiyanın 26-cı maddəsindəki hüquqi vasitələrdən istifadə imkanına malik olmuşdur.
42. Nəzərə alınmalıdır ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəz inə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə düzgün və qanunauyğun qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı.
43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı tələbi əsaslı olmadığından, apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-61/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.