Məhkəmə qərarları › İş №2-1(102)-1329/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1329/2020

11.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1329/2020 11.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evin texniki pasportunda göstərilən torpaq sahəsinə dair çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X1 ibarət tərkibdə, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Yasamal rayon İcra Hakimiyyəti) “torpaq sahəsinə dair çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(103)-333/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmış, bu barədə onun adına xx xxxxx 2016-cı il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” verilmiş və fərdi yaşayış evinin istifadəsində olan torpaq sahəsinin ölçüsünün 0,0148 ha olması göstərilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə ilkin texniki pasportun tərtib edilməsi və dövlət reyestrində mülkiyyət formasının dəyişdirilməsinə dair çıx arışın verilməsini xahiş etmişdir. Cavabdeh 2019-cu il 06 may tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi mübahisəli fərdi yaşayış evinin və torpaq sahəsinin söküntü ərazisinə aid olması göstərilmişdir. İddiaçı 2019-cu il 19 iyun tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin imtinasının qanunsuz hesab edilməsi, ünvan 2 ünvanda yerləşən torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınmaqla fərdi yaşayış evinə texniki pasportun tərtib edilməsi və daşınmaz əmlaklar üzərində hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşay ış evi cavabdehin verdiyi MA seriyalı ******* saylı, xx xxxxxx 2010-cu il tarixli çıxarışa əsasən X2 məxsus olmuşdur. xx xxxxx 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında fərdi yaşayış evini X3 hədiyyə şəklində iddiaçıya bağışlamış, Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən həmin fərdi yaşayış evi xx xxxxx 2015-ci il tarixdə İddiaçı mülkiyyətinə keçmişdir. Fərdi yaşayış evinə hələ 1965-ci ilin yanvar ayında texniki pasport tərtib edilmişdir. Bu daşınmaz əmlaka dair mülkiyyət hüququ daha əvvəl dövlət qeydiyyatına alınmışdır. Cavabdehin məktubunda qeyd etdiyi ərazinin söküntü zonasına düşməsi (icra hakimiyyətinin sərəncamına əsasən) mülkiyyət hüququnun yenidən qeydə alınmasından imtinaya səbəb ola bilməz, çünki daşınmaz əmlaka dair hüququn yaranm ası üçün bağışlama əməliyyatı 2016-cı ildə həyata keçirilmiş, bu əqd notarial qaydada təsdiq edilmişdir. Əgər bu daşınmaz əmlak dövlət ehtiyacları üçün söküləcəksə belə, bu hal onun adına yeni texniki pasportun tərtib edilməsi və hüququnun qeydə alınmaqla çıxarışın verilməsindən imtinaya əsas ola bilməz. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2-1(81)2830/2019 nömrəli qərardadı ilə Yasamal rayon İcra Hakimiyyəti iş üzrə üçüncü şəxs qismində inzibati icraata cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin x xxxxxxx 201 9-cu il tarixli 2-1(81)2830/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin imtinası qanunsuz hesab edilmiş, ünvan 3 ünvanda yerləşən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmaqla, torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və fərdi yaşayış evinə dair texniki pasportun verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsini qanuni əsaslarla əldə etdiyindən, cavabdehin istinad etdiyi hallar iddiaçının müraciətinin təmin olunmasından imtinaya səbəb ola bilməz. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsin in İnzibati Kollegiyasının 2020-ci il 04 fevral tarixli 21(103)-333/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı “ünvan 2 ünvanda yerləşən” sözlərindən sonra “0,0148 ha” sözləri əlavə edilməklə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2020-ci il 20 fevral tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2020-ci il 13 mart tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, aparılmış araş dırmalar nəticəsində məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (yerləşdiyi 218.2 kv.m torpaq sahəsi üzərində hüququn növü - istifadə, mülkiyyət növü - dövlət) İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə, xx xxxxx 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hal-hazırda onun mülkiyyətindədir. Bundan əlavə, müvafiq fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin söküntü ərazisinə aid olub-olmaması və iddiaçının həmin torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun qeydiyyata alınması məsələsinə münasibət bildirilməsi barədə İdarə tərəfindən Yasamal Rayon İcra Hakimiyyətinə **********37 saylı, xx xxxx 2019-cu il tarixli sorğu verilmişdir. Sorğuya cavab olaraq Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx xxxxx 2019-cu il tarixli, 1089 /d nömrəli məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə yaşayış və qeyriyaşayış obyektləri dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti müəyyən edilmişdir. Sorğuda qeyd olunan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi adıçəkilən qərarın dairəsinə düşdüyündən həmin ünvanda yerləşən fər di yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması Yasamal rayon İcra Hakimiyyəti tərəfindən məqsədəmüvafiq hesab edilməmişdir. Həmçinin, İdarənin arxiv əsaslarında sözügedən ünvana dair ilkin torpaqayırma sənədləri və cizgiyə dair məlumat (sənəd) aşkar edilməmişdir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8, 9, 10, 11.1, 23-cü maddələrinin, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 68, 111.1-ci maddələrinin tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: İddi açının məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Torpaq islahatı haqqınd a” Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.8-ci maddələrinə əsasən, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri h aqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli Fərmanının 2.4-cü maddəsinə əsasən (2016-cı il 11 iyul tarixli, 984 nömrəli Fərmanla edilmiş dəyişikliklərlə), üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanı tərəfindən 2001-ci ilin yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. İddia olunan torpaq sahəsində yerləşən tikililərə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi t ərəfindən 1965-ci ildə texniki pasport tərtib olunmuş, həmin texniki pasportda evin həyətyanı sahəsinin ölçüsü 148 kv.m göstərilmişdir. Məhkəmə iddianı həmin ölçüdə təmin etmişdir. Tikililərin sökülməsi nəzərdə tutulan ərazilərə aid olduğuna dair cavabdehin dəlilinə gəldikdə, bu, iddiaçının “Torpaq islahatı haqqında” Qanunun 9-cu və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.8-ci maddələrindən irəli gələn hüquqlarına təsir etmir və həmin hüquqları məhdudlaşdıra bilməz. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Ko llegiyasının 2020-ci il 04 fevral tarixli 21(103)-333/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova İ.Ə.Şəfiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar