Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1329/2021 04.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyini, neft və qaz hasilatı üzrə operator peşəsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosi al Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)194/2021 saylı, 12 mart 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.xxx-cı il tarixdə doğulmuşdur.
2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon idarəsinin 11.06.2019-cu il tarixli arayışına əsasən iddiaçı həqiqətən 14.12.1984-cü il tarixdən 28.11.1986-cı il tarixədək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir.
3. İddiaçı 1984-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını Neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının 7 iyun 1992-ci il tarixli qərarı ilə ona dağ mədən mühəndisi ixtisası verilmişdir.
4. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi tər əfindən verilmiş 16.05.2019-cu tarixli güzəştli arayışa əsasən iddiaçı 14.09.1992-ci il tarixdən 02.07.1995-ci il tarixinə qədər N.Nərimanov adına NQÇİ-nin 1 saylı Neft və qazçıxarma sexində neft və qaz hasilatı üzrə operator peşəsində işləyib (Əmr 742, 14.09.1992-ci il, İxtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır, Bölmə 10 (bənd 2 hasilat), şifr 1100000a-15824. Güzəştli staj ixtisasa əsasən 02 il 09 ay 18 gün). 03.07.1995-ci il tarixdən 10.10.1995-ci il tarixinə qədər usta vəzifəsində işləyib (Əmr 312, 03.07.1995-ci il, İxtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır, Bölmə 10 (bənd 2 hasilat), şifr 1100000b23187. Güzəştli staj ixtisasa əsasən 03 ay 07 gün). 11.10.1995-ci il tarixdən 31.05.2000-ci il tarixinə qədər neft və qaz hasilatı üzrə operator peşəsində işləyib (Əmr 370, 11.10.1995-ci il, İxtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır, Bölmə 10 (bənd 2 hasilat), şifr 1100000a-15824. Güzəştli staj ixtisasa əsasən 04 il 07 ay 20 gün). 01.06.2000-ci il tarixdən 02.04.2001-ci il tarixinə qədər usta vəzifəsində işləyib (Əmr 14/k, 05.06.2000-ci il, İxtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır, Bölmə 10 (bənd 2 hasilat), şifr 1100000b-23187. Güzəştli staj ixtisasa əsasən 10 ay 01 gün). 03.04.2001-ci il tarixdən 03.11.2004-cü il tarixinə qədər növbə rəisi vəzifəsində işləmişdir. 04.11.2004-cü il tarixdən 01.01.2006-cı il tarixinə qədər N.Nərimanov adına NQÇİ-nin 1 saylı Neft və qazçıxarma sexində rəis müavini vəzifəsində işləmişdir. İxtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır, Bölmə 10 (bənd 2 hasilat), şifr 1100000b-24125. Güzəştli staj ixtisasa əsasən 01 i l 01 ay 27 gün. Arayışa əsasən güzəştli 01.01.2006-cı il tarixinə əmək stajı 09 il 07 ay 23 gündür.
5. SOCAR “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş 20.05.2020-ci tarixli güzəştli arayışa əsasən iddiaçı 14.09.1992 - 03.07.1995 - 1 saylı Neft qazçıxarma sahəsində neft və qaz hasilatı üzrə operator peşəsində işləyib (Əmr 742/k, 14.09.1992-ci il), bölmə 10 (bənd 2 hasilat), şifr 1100000a15824). 03.07.1995 - 11.10.1995 - 1 saylı Neft qazçıxarma sahəsində neft və qazçıxarma üzrə usta vəzifəsində işləyib (Əmr 312/k, 03.07.1995-ci il), bölmə 10 (bənd 2 hasilat), şifr 1100000b-23187). 11.10.1995 - 31.05.2000 - 1 saylı Neft qazçıxarma sahəsində neft və qaz hasilatı üzrə operator peşəsində işləyib (Əmr 370/k, 11.10.1995-ci il), bölmə 10 (bənd 2 hasilat), şifr 1100000a-15824). 01.06.2000 - 03.04.2004 - 1 saylı Neft qazçıxarma sahəsində neft və qazçıxarma üzrə usta vəzifəsində işləyib (Əmr 14/k, 05.06.2000-ci il), bölmə 10 (bənd 2 hasilat), şifr 1100000b-23187). 04.11.2004 - 27.08.2007 - 1 saylı Neft qazçıxarma sahəsində rəis müavini vəzifəsində işləyib (Əmr 266/k, 04.11.2004-cü il), bölmə 10 (bənd 2 hasilat), şifr 1100000b-24125). 27.08.2007 – hal-hazıra kimi 1 saylı Neft və qazçıxarma sahəsində neft və qazçıxarma üzrə usta vəzifəsində işləyir (Əmr 281/k, 27.08.2007-ci il), bölmə 10 (bənd 2 hasilat), şifr 1100000b-23187). Arayışa əsasən 01.01.2006-cı il tarixinə güzəştli əmək stajı 12 il 8 ay 15 gün. Yuxarıda qeyd olunmuş ixtisas dəniz şəraitində neft və qazçıxarma stasionar özül obyektləri ilə əlaqədardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.06.1993-cü il tarixli 320 №-li qərarı ilə təsdiq edilmiş bu ixtisas 1 saylı siyahıya əsasən güzəştli sayılır.
6. Əmək kitabçasına əsasən iddiaçı 14.09.1992-ci il tarixdə 1 saylı Neft və qazçıxarma sexində neft və qaz hasilatı üzrə operator peşəsinə qəbul edilmiş (əmr 742/k), 03.07.1995-ci il tarixdə 1 saylı NQÇİ-də 12- ci dərəcəli usta vəzifəsinə keçirilmiş (əmr 312), 11.10.1995-ci il tarixdə 1 saylı NQÇİ-də 4- cü dərəcəli operator vəzifəsinə keçirilmiş (əmr 370), 01.06.2000-ci il tarixdə 1 saylı NQÇİ-nin 4 saylı briqadasına 12-ci dərəcəli neft qazçıxarma üzrə usta vəzifəsində keçirilmiş (əmr 14/k), 03.04.2001-ci il tarixdə 1 saylı NQÇİ-nə 13-cü dərəcəli növbə rəisi vəzifəsinə keçirilmiş (əmr 27/k), 04.11.2004-cü il tarixdə 1 saylı NQÇİ-nə rəis müavini vəzifəsinə k eçirilmiş (266/k), 27.08.2007-ci il tarixində 1 saylı NQÇİ-nə usta vəzifəsinə keçirilmiş (281/k), hal-hazıra kimi orada işləyir və 14.04.2014-cü ildən 1 saylı Neft Qazçıxarma sexi 1 saylı Neft Qazçıxarma sahəsi adlandırılmışdır.
7. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 20.08.2019-cu il tarixli məktubla bildirilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdən onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az təşkil edir və qeyd olunanlar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı 5 dekabr 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yaran dığı 30 noyabr 2018-ci il tarixindən, 52 yaşdan, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi hesablanaraq ona ödənilməmiş pensiya məbləği fərqinin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının həqiqi hərbi xidmət, ali təhsil və güzəştli iş stajı cəm halda 20 il 03 ay 16 gün təşkil edir ki, bu da cavabdehin onun ümumi iş stajının toplanmadığı barədə iddiasını təkzib edir. Cavabdeh hansı səbəblə onun ümumi iş stajını toplamadığını izah et mədiyi üçün, iddiaçı belə hesab edir ki, cavabdeh onun 1 sentyabr 1984 - 07 iyul 1992-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almasını ümumi iş stajına daxil etməyə bilər. Əgər belədirsə, cavabdeh onun güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün lazım olan üç şərtdən ikisinin - ümumi və güzəştli əmək stajının yaranma əsaslarını, həmin dövrdə qüvvədə olan qanunvericilik tələblərinə uyğun hesablamamışdır, başqa sözlə, təhsil müddətini ümumi əmək stajına daxil etməmişdir.
10. Bakı İnzibati Məhkəməsinin (hakim X2, 2-1(112)-809/2020 saylı iş) 22 iyul 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi mövqeyinə görə iddiaçının güzəştli stajı 01.01.2006-cı il tarixinə 09 il 07 ay 23 gün təşkil edir. İddiaçının işlədiyi 03.04.2001-ci il tarixdən 03.11.2004-cü il tarixinə qədər N.Nərimanov adına NQÇİ-nin 1 saylı Neft və qazçıxarma sexində növbə rəisi vəzifəsi 1 saylı Siyahıda nəzərdə tutulmamışdır. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən isə axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, malikdirlər. İddiaçı 1 saylı Siyahıda qeyd olunan işlərdə 10 il staja malik deyildir.
12. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçının 01.06.2000 - 03.04.2004-cü illərdə işlədiyi N.Nərimanov adına NQÇİ-də növbə rəisi vəzifəsində topladığı iş stajının güzəştli şərtlərlə əmək pensiyası hüququ verib-verməməsini aydınlaşdırmaq məqsədilə apelyasiya instansiya məhkəməsi tərəfindən “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinə sorğu göndərilmişdir. Həmin sorğuda iddiaçının neft mədənində növbə rəisi vəzifəsinin “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə gü zəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısında 1100000b—23187 şifrəsi və ya 110000b—24125 şifrəsi ilə qeyd edilmiş vəzifələrindən hər hansı birinə uyğun olub-olmaması; növbə rəisi vəzifəsi hasilat ustası vəzifəsi ilə eynilik təşkil edib-edilməməsi; növbə rəisi vəzifəsində çalışan işçilər neft hasilatı mədənlərində istehsalat proseslərində yaranmış problemlərin və istehsalat zərurətindən irəli gələn digər işlərlə bağlı olaraq operativ qərarların qəbul edib-etməməsi; həmin dövrdə növbə rəisi vəzifəsində işləyərkən İddiaçı illik ödənişli əmək məzuniyyəti günlərinə ağır iş şəraiti ilə əlaqədar 6 günlük əlavə ödənişli əmək məzuniyyəti günləri (həmin illər üzrə cədvəl şəklində göstərilməklə) təqdim edilib-edilməməsi; h əmin dövrdə növbə rəisi vəzifəsində işləyərkən İddiaçı aylıq əmək haqqına ağır iş şəraiti ilə əlaqədar əmsal tətbiq edilməsi və ya əmək haqqının müəyyən faizi qədər əlavə ödəniş (həmin illər üzrə cədvəl şəklində göstərməklə) təqdim edilib-edilməməsi kimi suallar qoyulmuşdur.
14. Məhkəmənin sorğusuna cavab olaraq “Azneft” İB N.Nərimanov adına Neft və qazçıxarma idarəsi 09.03.2021-ci il tarixli, 10 saylı məktubunda bildirmişdir ki, İddiaçı 01.06.2000-03.04.2004-cü illərdə N.Nərimanov adına NQÇİ-də çalışdığı növbə rəisi vəzifəsi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısında ya 1100000b—2 4125 şifrəsi ilə qeyd edilmiş neft, qaz və qaz kondensatı hasilatı üzrə (neftqaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri göstəricisinə tam uyğundur. Həmin növbə rəisi vəzifəsi istehsalatın növbə ərzində operativ idarə edilməsini nəzərdə tutur. Növbə rəisi istehsalat prosesinin fasiləsizliyini təmin etmək məqsədilə növbə ərzində ortaya çıxan problemlərə adekvat həllər tapmaqla müvafiq xidmətləri (sexləri) ortaya çıxmış problemlərin həllinə yönəldir. Digər tərəfdən, gündəlik görülməli olan işlərin həyata keçirilməsini idarə edir. Növbə ərzində çalışan bütün xidmətlərin (sexlərin) işini bir-biri ilə uzlaşdırır. Növbə rəisi öz vəzifə funksiyalarını dəniz şəraitində stasionar dəniz özülləri üzərində qurulmuş neft hasilatı mədənlərində həyata keç irir. Neft mədənində növbə ərzində işləyən müxtəlif sexlərin işçiləri növbə rəisinin istehsalat zərurətindən irəli gələn operativ qərarlarını yerinə yetirməyə borcludurlar. Növbə rəisi vəzifəsinin hasilat ustası vəzifəsiylə eynilik təşkil edib-etmədiyi məsələsi idarənin inzibati strukturunda baş verən dəyişikliklərdən və bu səbəblə də, vəzifə öhdəliklərində həyata keçirilən dəyişikliklərdən asılı olaraq fərqli olur. Belə ki, bəzən mədənlərdə hasilat ustaları operativ idarəetmə üzrə növbə rəisi vəzifəsini əvəz edərək, onun funksiyalarını həyata keçirir. Digər hallarda, hasilat ustası və növbə rəisi vəzifəsi ayrı-ayrı vəzifələr olaraq fəaliyyət göstərirlər. İddiaçıya 01.06.2000-03.04.2004-cü illərdə çalışdığı növbə rəisi vəzifəsinin xüsusilə ağır olması səbəbilə, illik əmək məzuniyyəti günlə rinə 6 günlük əlavə ödənişli məzuniyyət günləri təqdim edilmişdir. Həmin vəzifədə çalışdığı müddət ərzində əməkhaqqına əmək şəraitinin xüsusilə ağır olması səbəbilə, əməkhaqqına 65 faiz əlavə hesablanaraq ödənilmişdir. İddiaçının 01.06.2000-03.04.2004-cü illərdə çalışdığı növbə rəisi vəzifəsi həmin dövrdə qüvvədə olmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda 1100000b-24125 şifrəsi ilə qeyd edilmiş neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri göstəricisinə tam uyğun olması səbəbilə güzə ştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məqsədəuyğundur. İddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 1 nömrəli Siyahısının 11000000, X. “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin, 11000000 1100000b—24125, qüllə quraşdırma sexlərinin rəisləri və onların müavinləri; 1100000b—24125, quyuların sınaqdan keçirilməsi üzrə sexlərin rəisləri və onların müavinləri vəzifəsi nəzərdə tutulmuşdur.
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X3məruzəçi, X4 və X7, 2-1(103)-194/2021 s aylı iş) 12 mart 2021-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 22.07.2020-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək iddiaçıya pensiya hüququn yarandığı 30.11.2018-ci il tarixindən, 52 yaşdan, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iddiaçıya ödənilməmiş pensiya məbləği müraciət edilən tarixdən yəni – 05.08.2019-cu il tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. 1
6. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının 06.03.2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahıya görə 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilinin güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququn olduğu iş materialları ilə öz təsdiqini tapır. Belə ki, yuxarıda adı çəkilən sənədlərlə iddiaçının 1984-1986-cı illərdə (02 il) hərbi xidmətdə olduğu, 19841992-ci illərdə ali təhsil aldığı (08 il, hərbi xidmət illəri çıxdıqda 06 il təşkil edir); 14.09.1992-03.07.1995-ci illərdə (02 il 09 ay 19 gün); 03.07.1995-11.10.1995-ci i llərdə (03 ay 08 gün); 11.10.1995-01.06.2000-ci illərdə 04 il 07 ay 20 gün); 01.06.2000-03.04.2004cü illərdə (03 il 10 ay 02 gün); 04.11.2004-01.01.2006-cı illərdə (01 il 01 27 gün) güzəştli işlərdə işlədiyi, cəmi 20 il 08 ay 16 gün ümumi iş stajı və bu stajın 12 il 08 ay 16 gün güzəştli iş stajı mövcud olduğu müəyyən edilir. İddiaçı ona 52 yaşı tamam olduğu tarixdən, yəni 30.11.2018-ci ildən hazırki dövrə qədər yaranmış fərqin ödənilməsini tələb etsə də, o, pensiyanın təyin edilməsi üçün ilk dəfə 05.08.2019-cu il tarixdə, yəni “Əmək pensiyaları haqqında” Qanuna 32.1-1-ci maddəsinin əlavə edilməsi barədə Qanunun qüvvəyə mindiyi 01.01.2017-ci il tarixdən sonra müraciət etdiyindən ona 30.11.2018-ci il tarixdən hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi deyil, müraciət edilən tarixdən ə vvəlki ən çoxu üç il üçün ödənilməlidir.
17. Cavabdeh 16 may 2021-ci il tarixdə qərarın surətini almış, 1 iyun 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
18. İddiaçıya 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilə bilməsi üçün iddiaçı tələb edilən ümumi və güzəştli iş stajını 01.01.2006-cı il tarixinədək toplamış olmalıdır. İddiaçı isə həmin tarixədək 20 illik ümumi iş stajını toplamamışdır.
19. İddiaçının əmək kitabçasına əsasən iş stajı 13 il 3 ay 16 gün təşkil edir. İddiaçı hesab edir ki, qalan müddət iddiaçının təhsili və hərbi xidməti hesab ına tamamlanmalıdır.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydaları barədə“ Əsasnamənin 8-ci bəndinə əsasən, ali, orta ixtisas və peşə texniki tədris müəssisələrində əyani təhsil müddəti ümumi iş stajına daxil edilir. Məhkəmə tərəfindən isə iddiaçının təhsil müddətinin kifayət qədər uzun olmasının şübhə doğurmasına baxmayaraq, təhsilinin əyani və ya qiyabi olması araşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
23. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 24. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə mü vafiq surətdə təyin edilir. 25. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. (çıxarılıb) b) əmək şəraiti zərərli və ağır olan digər iş lərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. (-). “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri İş stajına bunlardan başq a aşağıdakılar daxil edilir: (-): ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; (-). 26. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təs diq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.
27. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə
58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin ver ilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və y a ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
28. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Kasasiya şikay ətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman qismən prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmamışdır.
31. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 30 noyabr 2018-ci il tarixdən, 52 yaşdan, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin edilməsini xahiş etmişdir.
32. Cavabdeh imtinasında iddiaçının 1 yanvar 2006-cı il tarixədək 20 il ümumi sığorta stajının yaranmadığını, iddiaya etirazında 1 yanvar 2006-cı il tarixədək 10 il güzəştli şərtlə pensiya hüququ verən peşədə işləmədiyini, kasasiya şikayətində isə iddiaçının 20 il stajının olmadığını, iddiaçının ali təhsil müddətinin kifayət qədər uzun olmasının şübhə doğurmasına baxmayaraq onun yoxlanılmadığını bildirmişdir.
33. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
34. İddiaçı xx xxxxxx xxx-cı ildə doğulmuşdur. Ona 52 yaşının tamam olduğu 30 noyabr 2018-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 1 yanvar 2006-cı il tarixədək azı 20 il ümumi iş stajının mövcud olması; 2) 1 yanvar 2006-cı il tarixədək a zı 10 güzəştli iş stajının mövcud olması.
35. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş 16.05.2019-cu tarixli güzəştli arayışdan görünür ki, iddiaçı: a. 14.09.1992-ci il tarixdən 02.07.1995-ci il tarixə qədər N.Nərimanov adına NQÇİ-nin 1 saylı Neft və qazçıxarma sexində neft və qaz hasilatı üzrə operator peşəsində işləyib, İxtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır, Bölmə 10 (bənd 2 hasilat), şifr 1100000a-15824. Güzəştli staj ixtisasa əsasən 02 il 09 ay 18 gün. b. 03.07.1995-ci il tarixdən 10.10.1995-ci il tarixə qədər N.Nərimanov adına NQÇİ-nin 1 saylı Neft və qazçıxarma sexində usta vəzifəsində işləyib, ixtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır, Bölmə 10 (b ənd 2 hasilat), şifr 1100000b23187. Güzəştli staj ixtisasa əsasən 03 ay 07 gün. c. 11.10.1995-ci il tarixdən 31.05.2000-ci il tarixə qədər N.Nərimanov adına NQÇİ-nin 1 saylı Neft və qazçıxarma sexində neft və qaz hasilatı üzrə operator peşəsində işləyib, ixtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır, Bölmə 10 (bənd 2 hasilat), şifr 1100000a-15824. Güzəştli staj ixtisasa əsasən 04 il 07 ay 20 gün. d. 01.06.2000-ci il tarixdən 02.04.2001-ci il tarixə qədər N.Nərimanov adına NQÇİ-nin 1 saylı Neft və qazçıxarma sexində usta vəzifəsində işləyib, ixtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır, Bölmə 10 (bənd 2 hasilat), şifr 1100000b-23187. Güzəştli staj ixtisasa əsasən 10 ay 01 gün. e. 03.04.2001-ci il tarixdən 03.11.2004-cü il tarixə qədər N.Nərimanov adına NQÇİ-nin 1 saylı Neft və qazçıx arma sexində növbə rəisi vəzifəsində işləmişdir. f.04.11.2004-cü il tarixdən 01.01.2006-cı il tarixə qədər N.Nərimanov adına NQÇİ-nin 1 saylı Neft və qazçıxarma sexində rəis müavini vəzifəsində işləmişdir. İxtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır, Bölmə 10 (bənd 2 hasilat), şifr 1100000b-24125. Güzəştli staj ixtisasa əsasən 01 il 01 ay 27 gün.
36. SOCAR “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş 20.05.2020-ci tarixli güzəştli arayışda iddiaçının güzəştli stajı 01.01.2006-cı il tarixə 12 il 8 ay 15 gün göstərilmişdir. Həmin arayışda iddiaçının işlədiyi 03.04.2001-ci il tarixdən 03.11.2004-cü il tarixə qədər N.Nərimanov adına NQÇİ-nin 1 saylı Neft və qazçıxarma sexində növbə rəisi vəzifəsi göstərilməmiş, iddiaçının 01.06.2000-ci ildən 03.04.2004-cü ilədək 1 saylı Neft qazçıxarma sahəsində neft və qazçıxarma üzrə usta vəzifəsində işləməsi qeyd olunmuşdur.
37. İddiaçının 01.06.2000 - 03.04.2004-cü illərdə işlədiyi N.Nərimanov adına NQÇİ-də növbə rəisi vəzifəsində topladığı iş stajının güzəştli şərtlərlə əmək pensiyası hüququ verib-verməməsini aydınlaşdırmaq məqsədilə apelyasiya instansiya məhkəməsi tərəfindən “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinə sorğu göndərilmişdir.
38. Məhkəmənin sorğusuna cavab olaraq “Azneft” İB N.Nərimanov adına Neft və qazçıxarma idarəsi 09.03.2021-ci il tarixli, 10 saylı məktubunda bildirmişdir ki, iddiaçının 01.06.2000-03.04.2004-cü illərdə N.Nərimanov adına NQÇİ-də çalışdığı növbə rəisi vəzifəsi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusil ə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısında ya 1100000b—24125 şifrəsi ilə qeyd edilmiş neft, qaz və qaz kondensatı hasilatı üzrə (neftqaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri göstəricisinə tam uyğundur. Həmin növbə rəisi vəzifəsi istehsalatın növbə ərzində operativ idarə edilməsini nəzərdə tutur. Növbə rəisi istehsalat prosesinin fasiləsizliyini təmin etmək məqsədilə növbə ərzində ortaya çıxan problemlərə adekvat həllər tapmaqla müvafiq xidmətləri (sexləri) ortaya çıxmış problemlərin həllinə yönəldir. Digər tərəfdən, gündəlik görülməli olan işlərin həyata keçirilməsini idarə edir. Növbə ər zində çalışan bütün xidmətlərin (sexlərin) işini bir-biri ilə uzlaşdırır. Növbə rəisi öz vəzifə funksiyalarını dəniz şəraitində stasionar dəniz özülləri üzərində qurulmuş neft hasilatı mədənlərində həyata keçirir. Neft mədənində növbə ərzində işləyən müxtəlif sexlərin işçiləri növbə rəisinin istehsalat zərurətindən irəli gələn operativ qərarlarını yerinə yetirməyə borcludurlar.
39. Növbə rəisi vəzifəsinin hasilat ustası vəzifəsiylə eynilik təşkil edib-etmədiyi məsələsi idarənin inzibati strukturunda baş verən dəyişikliklərdən və bu səbəblə də, vəzifə öhdəliklərində həyata keçirilən dəyişikliklərdən asılı olaraq fərqli olur. Belə ki, bəzən mədənlərdə hasilat ustaları operativ idarəetmə üzrə növbə rəisi vəzifəsini əvəz edərək, onun funksiyalarını həyata keçirir. Digər hallarda, hasilat ustas ı və növbə rəisi vəzifəsi ayrı-ayrı vəzifələr olaraq fəaliyyət göstərirlər.
40. İddiaçıya 01.06.2000-03.04.2004-cü illərdə çalışdığı növbə rəisi vəzifəsinin xüsusilə ağır olması səbəbilə, illik əmək məzuniyyəti günlərinə 6 günlük əlavə ödənişli məzuniyyət günləri təqdim edilmişdir.
41. Həmin vəzifədə çalışdığı müddət ərzində əməkhaqqına əmək şəraitinin xüsusilə ağır olması səbəbilə, əməkhaqqına 65 faiz əlavə hesablanaraq ödənilmişdir.
42. İddiaçının 01.06.2000-03.04.2004-cü illərdə çalışdığı növbə rəisi vəzifəsi həmin dövrdə qüvvədə olmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda 1100000b-24125 şifrəsi ilə qeyd edilmiş neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri göstəricisinə tam uyğun olması səbəbilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə hesab edilir.
43. İddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 1 nömrəli Siyahısının 11000000, X. “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin, **********00000b—24125, qüllə quraşdırma sexlərinin rəisləri və onların müavinləri; 1100 000b—24125, quyuların sınaqdan keçirilməsi üzrə sexlərin rəisləri və onların müavinləri vəzifəsi nəzərdə tutulmuşdur.
44. İddiaçının 1 yanvar 2006-cı il tarixədək Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahıya görə azı 10 ilinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə və vəzifədə işləməsi barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
45. İddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajının 20 il olması ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 46. 14 dekabr 1984-cü ildən başlayaraq 1 yanvar 2006-cı il tarixədək olan dövr 20 ildən çoxdur.
47. Siğorta stajının 1984-cü ilin sentyabr ayından 1992-ci ilin iyul ayınadək olan dövrü iki hissəyə bölmək olar.
48. Mübahisə olunmayan bi rinci hissə 14 dekabr 1984-cü ildən 28 noyabr 1986cı il tarixədək olan hərbi xidmət vaxtıdır.
49. Cavabdehin də mübahisə açdığı ikinci hissə 1984-cü ilin sentyabr ayından 1984-cü ilin 14 dekabra qədər və 28 noyabr 1986-cı il tarixdən iyul 1992-ci il tarixədək olan müddətdir.
50. İddiaçının diplomuna görə təhsil dövrü 1984-1992-ci ildir. Bu dövr 8 ildir, 8 ilin təxminən 2 ilə yaxın dövrü hərbi xidmət dövrüdür. Qalan müddətdə, yəni cavabdehin də mübahisə açdığı 1984-cü ilin sentyabr ayından 1984-cü ilin 14 dekabra qədər və 28 noyabr 1986-cı il tarixdən iyul 1992-ci il tarixədək olan müddətdə iddiaçının həqiqətən qiyabi təhsil almaması işdə olan sənədlərlə təsdiq olunmamışdır.
51. Lakin iddiaçının Ali Məhkəməyə göndərdiyi kasasiya şikayətinə etirazına əlavə etdiyi ali təhsil aldığı məktəbin a rxiv arayışından görünür ki, iddiaçı 1984-cü ildə ali məktəbin əyani şöbəsinin İ kursuna qəbul edilmiş, həmin il hərbi xidmətə çağırılmış, 1986cı ildə hərbi xidmətdən qayıtdıqdan sonra əyani şöbənin İ kursuna bərpa edilmiş, 1992-ci ildə əyani şöbəni bitirmişdir.
52. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin ğ) bəndinə görə ali təhsil müddəti iş stajına daxil əmək fəaliyyəti dövrünə daxildir.
53. İddiaçının əyani təhsil dövrü də daxil olmaqla onun 1 yanvar 2006-cı il tarixə qədər 20 ildən az olmayan ümumi stajı mövcud olmuşdur.
54. İddiaçı pensiya təyin olunması ilə bağlı zəruri sənədləri təqdim etdiyindən, iddiaçının güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ olduğundan, hər hansı digər sənədin təqdim edilməsinə zə rurət yaranmadığından cavabdehin şikayətinin dəlilləri əsaslı olmamışdır.
55. İddiaçının güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ yaranması üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbləri mövcud olduğundan apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
56. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının tələbi ilə bağlı cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
57. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.
58. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası m əhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
59. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-194/2021 saylı, 12 mart 2021-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.