Məhkəmə qərarları › İş №2-1(102)-1329/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1329/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1329/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: hüquqi şəxsin dövlət reyestrindən çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslə rin Dövlət Qeydiyyatı İdarəsinə (3-cü şəxslər - Rəcəbov Vəzir İldırım oğlu və X10) qarşı “iddiaçının hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-683/2022 nömrəli, 18 mart 2022-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs V.İ.Rəcəbov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ASC xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmışdır. Səhmdarlarının sayı 10-dur. Cəmiyyətin 5 səhmdarı (V.İ.Rəcəbov, R.V.Rəcəbov, R.İ.Əliyev, T.S.Axundov və İ.C.Şükürov) səhmlərin ümumilikdə 0,678%-nə malikdir.

2. İddiaçı ASC-nin bütün səhmdarlarının iştirakı ilə keçirilən xx.xx.2018-ci il tarixli növbədənkənar ümumi yığınca ğında Cəmiyyətin ləğv edilməsi haqqında qərar qəbul edilmiş və ləğvetmə komissiyası yaradılmışdır.

3. İddiaçı ASC-nin bütün səhmdarlarının iştirakı ilə keçirilən xx.xx.2018-ci il tarixli növbədənkənar ümumi yığıncağında İddiaçı ASC-nin ləğvetmə balansı və qalıq əmlakın iştirakçılar arasında bölünməsi planını əks etdirən hesabat təsdiq edilmiş, həmçinin səhmlərin 0,678%-nə malik səhmdarlara pul vəsaitinin ödənilməsinin (hər bir səhmə 16,57 manat hesabı ilə) X2 hesabına həyata keçirilməsi qərara alınmışdır.

4. V.İ.Rəcəbov, R.V.Rəcəbov, R.İ.Əliyev, T.S.Axundov və İ.C.Şükürova poçtla müvafiq pul məbləğləri 2018-ci ilin noyabrında göndərilmişdir.

5. Bundan sonra iddiaçı ləğv prosesi başa çatdığı üçün Cəmiyyətin kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmasına dair məktubla cavabdeh ə müraciət etmişdir.

6. Cavabdeh imtinasında iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və qeyd etmişdir ki, qanunvericiliyə əsasən cəmiyyətin ləğvetmə zamanı qalan əmlakı səhmdarların paylı mülkiyyəti hesab olunur və Mülki Məcəllənin 61.10-cu maddəsinə əsasən, ləğvetmə balansı təsdiq edildikdən sonra 10 gün ərzində ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) qalan əmlakın təsdiq edilmiş bölünmə planına uyğun olaraq hüquqi şəxsin iştiakçılarına təqdim edilməsini təmin edir. Əmlakın bölünməsi iştirakçının payına mütənasib şəkildə həyata keçirilir. Lakin səhmdarlara çatası əmlakın müqabilində pul vəsaitinin ödənilməsinə dair yalnız X3, X1 və X4 razılığı əlavə olunmuşdur. X11 İldırım oğlunun və X6 onlara çatası əmlakın müqabilində pul vəsaitinin ödənilməsinə dair razılıqlarını əks etd irən sənəd təqdim edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin ləğv prosesi başa çatdığı üçün Cəmiyyətin kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

8. Məhkəmənin xx.xx.2021-ci tarixli qərardadı ilə X7 və X10 hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.

9. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin səhmdarlarına düşən əmlak payı müəyyənləşdirilərək səhmdarlara təqdim edilmişdir. Lakin Cəmiyyətin səhmlərinin 10 faizindən azına sahib 5 səhmdarı vardır. Həmin səhmdarların səhmlərinin ümumi sayı səhmlərin 0,678%-ni təşkil edir. Bu h alda 5 nəfər səhmdara daşınmaz əmlakdan 11.1 kv. metr sahə düşür. Daşınmaz əmlakın ümumi sahəsindən 11.1 kv metr sahənin 5 nəfər arasında bölüşdürülməsi mümkün deyildir. Buna görə də Cəmiyyətin daşınmaz əmlakının real bazar dəyəri müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmişdir. Qiymətləndirmə aktına əsasən, Cəmiyyətin daşınmaz əmlakının bazar dəyəri xx.xx.2018-ci il tarixə 1.409.400 (bir milyon dörd yüz doqquz min dörd yüz) manat müəyyən edilmişdir. Ləğvetmə Komissiyasında bu məsələ müzakirə edilmiş və belə qərara gəlinmişdir ki, səhmlərinin sayı 1%-dən az olan səhmdarlara düşən əmlakın dəyəri onlara pul şəklində ödənilsin. Əgər pul şəklində ödəniş həyata keçirilsə, səhmdarlara ödənilməli vəsaitin məbləği 9544,3 manatdan az olmamalıdır. Bu halda 1 səhm üçün düşən pul vəsaiti 16,57 manat təşkil edir. Bundan sonra Cəmiyyətin səhmlərinin ümumi sayı səhmlərin 0,678%-ni təşkil edən 5 nəfər səhmdara pul vəsaiti poçt vasitəsi ilə göndərilmiş və səhmlərinə düşən vəsait haqda səhmdarlara məlumat verilmişdir. Cəmiyyətə məxsus qalıq əmlak isə 5 nəfər səhmdara təqdim edilmişdir.

10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı ASC-nin ləğvetmə komissiyasının sədri tərəfindən Cəmiyyətin reyestrdən çıxarılması ilə əlaqədar hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə müraciət edilən zaman X9 İldırım oğlunun və X6 onlara çatası əmlakın müqabilində pul kompensasiyasının ödənilməsinə dair razılıqlarını əks etdirən sənəd təqdim edilməmişdir. Mülki Məcəllənin 220.1 və 220.2ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya onda n mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Qeyd edilən razılığın olmaması mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə ziddir. Göründüyü kimi, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və yalnız mülkiyyətçinin razılığı ilə həyata keçirilə bilər.

11. Üçüncü şəxs X7 iddiaya dair yazılı etirazında bildirmişdir ki, iddiaçı iddia tələbini əsaslandırmaq üçün Mülki Məcəllənin 220.1 - 220.4-cü və 221-ci maddələrinə istinad etsə də, həmin maddələr yalnız ümumi paylı mülkiyyətə dair tətbiq edilə bilər. Hazırkı halda isə mülkiyyət, hüquqi şəxs olan səhmdar cəmiyyətinə məxsusdur. Ləğvetmə prosesinin sonunda həmin mülkiyyət mülkiyyətçi tərəfindən səhmdarlara təhvil verilməli və səhmdarlar ümumi paylı mülkiyyətçi statusunu əldə etməlidir və yalnız ondan sonra onlara münasibətdə həmin maddələrin normaları tətbiq edilə bilər. Əmlak səhmdarlara təhvil verilmədiyindən qeydiyyat orqanı hüquqi şəxsi qeydiyyatdan çıxarmaqdan əsaslı olaraq imtina etmişdir. Belə ki, Cəmiyyət V.Rəcəbova və R.Rəcəbova əmlakı təqdim etməmişdir, eyni zamanda əmlakın əvəzində pul vəsaitinin ödənilməsinə dair da razılığa gələ bilməmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2-1(112)-3804/2021 saylı qərarı ilə (hakim E.Əliyev) iddia rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Cəmiyyətin ləğv etmə zamanı qalan əmlakı səhmdarların paylı mül kiyyəti hesab olunur və Mülki Məcəllənin 61.10-cu maddəsinə əsasən, ləğvetmə balansı təsdiq edildikdən sonra 10 gün ərzində ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) qalan əmlakın təsdiq edilmiş bölünmə planına uyğun olaraq hüquqi şəxsin iştirakçılarına təqdim edilməsini təmin edir. Əmlakın bölünməsi iştirakçının payına mütənasib şəkildə həyata keçirilir. Səhmdarlara çatası əmlakın müqabilində pul vəsaitinin ödənilməsinə dair yalnız X3, X1 və X4 razılığı əlavə olunmuşdur. X9 İldırım oğlunun və X6 onlara çatası əmlakın müqabilində pul vəsaitinin ödənilməsinə dair razılıqlarını əks etdirən sənəd təqdim edilməmişdir. X11 İldırım oğlunun və X6 onlara çatası əmlakın müqabilində pul vəsaitinin ödənilməsinə dair razılıqları olmadığından, cavabdeh inzibati orqan tərəfindən İddiaçı ASC-nin kommer siya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmasından imtinası əsaslıdır.

14. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-683/2022 nömrəli 18 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Hüseyn - sədrlik edən və məruzəçi, S.Bəktaşi və A.Hüseynov) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilərək İddiaçı ASC-nin ləğv prosesi başa çatdığı üçün Cəmiyyətin kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması vəzifəsi cavabdeh Azərbaycan R espublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin üzərinə qoyulmuşdur.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, mülki qanunvericilikdə əmlakın müqabilində pul vəsaitinin verilməsinə dair razılığın alınması nəzərdə tutulmamış, qalan əmlakın təsdiq edilmiş bölünmə planına uyğun olaraq hüquqi şəxsin iştirakçılarına təqdim edilməsi nəzərdə tutulmuşdur ki, bu da iddiaçı tərəfindən həyata keçirilmiş və 3-cü şəxslərə ödənilməli məbləğlər ödənilmişdir. Belə ki, Cəmiyyətin səhmdarlarının xx.xx.2018-ci il tarixdə növbəti ümumi yığıncağı keçirilmiş və ümumi yığıncağın qərarına əsasən, Cəmiyyətin ləğv edilməsinin başa çatdırılmas ı üçün səhmdarlara məxsus əmlak payının bölüşdürülməsi haqda qərar qəbul edilmişdir. Cəmiyyətin daşınmaz əmlakının real bazar dəyəri müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmişdir. Qiymətləndirmə aktına əsasən, Cəmiyyətin daşınmaz əmlakının bazar dəyəri xx.xx.2018-ci il tarixə 1.409.400 (bir milyon dörd yüz doqquz min dörd yüz) manat müəyyən edilmişdir. Ləğvetmə Komissiyasında səhmlərinin sayı 1%-dən az olan səhmdarlara düşən əmlakın dəyərinin onlara pul şəklində ödənilməsi qərara alınmış, Cəmiyyətin səhmlərinin ümumi sayı səhmlərin 0,678%-ni təşkil edən 5 nəfər səhmdara pul vəsaiti poçt vasitəsi ilə göndərilmiş və səhmlərinə düşən vəsait haqda səhmdarlara məlumat verilmişdir. X5 0,2445% payına düşən 4 kv. metr daşınmaz əmlakın və X6 0,2257% payına düşən 3 kv. metr daşınmaz əmlak ın naturada ayrılması və ya ödənilmiş məbləğin düzgün hesablanmaması barədə Cəmiyyətə hər hansı müraciətlərinin olması isə iş materialları ilə müəyyən olunmur.

17. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

18. Üçüncü şəxs V.Rəcəbov kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh kassasiya şikayətində işin hallarını və iddia tələbinə qarşı etirazın dəlillərini sadalamış, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqan iddiaçının hər hansı hüququnu pozmamışdır. Üçüncü şəxslərin onlara çatası əmlak əvəzində pul kompensasiyası ödənilməsinə razılıqlarının olmaması qanunvericiliyə əsasən imtina üçün əsasdır.

20. Üçüncü şəxs V.Rəcəbov kassasiya şikayətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 16.5, 58.1, 67.1-ci maddələrinə və İnzibati Prosessual Məcəllənin 58.7, 68.1, 68.2-ci maddələrinə istinad edərək hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə

59. Hüquqi şəxsin ləğvi 59.1. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. 59.2. Hüquqi şəxs aşağıdakı hallarda ləğv edilə bilər: 59.2.1. onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq;... Maddə

60. Hüquqi şəxsin ləğvi haqqında qərar 60.1. Hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır. 60.2. Ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. 60.3. Hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir. 60.4. Ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) borcların ödənilməsi və qalıq gəlirin saxlanıla bilməsi üçün hüquqi şəxsin əmlakını iqtisadi cəhətdən səmərəli, qiymət baxımından sərfəli və tez bir zamanda satılması, borcların ödənilməsindən sonra qalan əmlakın iştirakçılar arasında bölüşdürülməsi, məqsədilə onun işini davam etdirir. Qeyri-kommersiya tə şkilatı ləğv edildikdə onun borclarının ödənilməsindən sonra qalan əmlakın hüquqi müqəddəratı bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq həll edilir. 60.5. Ləğvetmə komissiyasının üzvləri (təsviyəçi, ləğvedici) öz fəaliyyətləri zamanı bu Məcəllənin 49.3-cü maddəsinin tələblərinə riayət etməlidirlər. 60.6. Ləğvetmə komissiyasının üzvləri (təsviyəçi, ləğvedici) təyin olunduqları qaydada geri çağırıla və ya başqa şəxslərlə əvəz edilə bilərlər. Maddə

61. Hüquqi şəxsin ləğvi qaydası 61.1. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 10 gün müddətində Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və mü ddəti haqqında ilk məlumatı dərc etdirir. Bu məlumat hər dəfə 15-20 gün fasilə ilə daha iki dəfə eyni qaydada dərc etdirilir. Kreditorların tələblərinin irəli sürülməsi müddəti ləğvetmə haqqında ilk məlumatın dərc edildiyi gündən etibarən 60 gündən az ola bilməz. 61.2. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 15 gün müddətində ləğvetmə barədə qərarı, bu Məcəllənin 59.2-1-ci və 61.1-ci maddələrində göstərilən ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatı, ilk məlumatın dərc olunmasını təsdiq edən sənədi və möhürü hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı təqdim edilmiş məlumatları aldığı gündən 5 gün ərzin də “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hüquqi şəxslərin dövlət reyestrinə daxil edir. Bundan sonra hüquqi ºəxs tərəfindən sənədlərin tərtibi zamanı üzərində “ləğv prosesindədir” yazılmış möhürdən istifadə olunur və bütün sənədlərdə onun adından sonra “ləğv prosesindədir” sözləri əlavə edilir. 61.3. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) kreditorları aşkar etmək və debitor borcunu almaq üçün tədbirlər görür, habelə ləğvetmə ilə bağlı mətbuatda elanın dərc olunduğu gün hüquqi şəxsin ləğvi haqqında bütün məlum kreditorlara bildiriş göndərir, dövlət büdcəsinə məcburi ödənişlər və büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə borcların olub-olmamasını müəyyən etmək üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edir. 61.4. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) hər hansı bir kreditorun irəli sürdüyü tələblə razılaşmadığı halda həmin kreditor məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Tələb barədə məhkəmə qərarı qəbul edilənədək onun təmin edilməsi üçün zəruri olan vəsait saxlanılmalıdır. 61.5. Kreditorların tələblərinin irəli sürülməsi müddəti bitdikdən sonra 10 gün müddətində ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) aralıq ləğvetmə balansını tərtib edərək təsdiq edir və hüquqi şəxsin iştirakçılarına göndərir. Aralıq ləğvetmə balansına ən azı ləğv edilən hüquqi şəxsin əmlakının tərkibi, kreditorlarının tələblərinin və debitor borcların siyahısı haqqında məlumatlar daxil edilir. Aralıq ləğvetmə balansı ilə razı olmayan hüquqi şəxsin nizamnamə kapitalında azı 10 faiz iştirak payına malik iştirakçısı həmin balansı aldığı gündən 7 gün ərzində ümumi yığıncağın çağırılmasını tələb edə bilər. Bu halda aralıq ləğvetmə balansı iştirakçıların ümumi yığıncağı tərəfindən təsdiq edilməlidir. 61.6. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) hüquqi şəxsə məxsus olan əmlakın kreditorların tələblərini ödəmək üçün kifayət etmədiyini müəyyən etdikdə, dərhal müflis olma prosesini başlamalıdır. 61.7. Ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaitini ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında aralıq ləğvetmə balansına uyğun olaraq onun təsdiq edildiyi gündən başlayaraq ödəyir. 61.8. Bütün məlum olan kredi torlarla hesablaşmalar başa çatdıqdan sonra 5 gün müddətində ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) ləğvetmə balansını və qalıq əmlakın iştirakçılar arasında bölünməsi (qeyri-kommersiya təşkilatı olduğu halda isə bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə edilməsi) planını əks etdirən hesabatı tərtib edir. Həmin balans və hesabat tərtib edildiyi gündən sonra 45 gündən gec olmayaraq hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı tərəfindən təsdiq edilməlidir. 61.9. Kreditorlar ləğvetmə balansı təsdiq edilənə qədər öz tələblərini irəli sürə bilərlər. 61.10. Ləğvetmə balansı təsdiq edildikdən sonra 10 gün ərzində ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) qalan əmlakın təsdiq edilmiş bölünmə planına uyğun olaraq hüquqi şəxsi n iştirakçılarına təqdim edilməsini, qeyri-kommersiya təşkilatı olduğu halda isə təsdiq edilmiş istifadə planına uyğun olaraq bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə edilməsini təmin edir. Əmlakın bölünməsi iştirakçının payına mütənasib şəkildə həyata keçirilir. Ləğv edilən hüquqi şəxsin iştirakçısı və ya iştirakçının vərəsəsi olmadıqda qalıq əmlak dövlətə verilir. Dövlətin adından həmin əmlakı müvafiq icra hakimiyyəti orqanı qəbul edir. 61.11. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) qalan əmlakın bölünməsindən və ya istifadə edilməsindən sonra 10 gün ərzində təsdiq olunmuş ləğvetmə balansını, qalıq əmlakın bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatı, həmin əmlakın iştirakçılara təqdim edilməsini (qeyri-kommersiya təşkilatı olduğu h alda isə bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə edilməsini) təsdiq edən sənədi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsində nəzərdə tutulmuş digər sənədləri hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanına göndərir. 61.12. Hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır. 61.13. Hüquqi şəxsin ləğvi başa çatdıqdan sonra əmlak meydana çıxarsa, məhkəmə bunda maraqlı olan şəxsin ərizəsi əsasında ləğvetmə prosesini yenidən bərpa və yeni ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edə bilər. Bu ləğvetmə komissiyasının (təsviyəçinin, ləğ vedicinin) yeganə vəzifəsi həmin əmlakı dərhal pula çevirmək və iştirakçılar arasında bölüşdürməkdir (qeyri-kommersiya təşkilatı olduğu halda isə bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə etməkdir). Hüquqi şəxsin dövlət reyestrindən çıxarılmasından sonra yeni öhdəliklərin meydana çıxması ləğvetmə prosesinin yenidən açılmasına səbəb olmur. 23. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanun: Maddə

16. Hüquqi şəxsin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının reyestrdən çıxarılması 16.1. Hüquqi şəxsin ləğv prosesində olması barədə məlumatların hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 15 gün müddətində ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində qeyd edilən ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 16.1-1.1. ləğvetmə qərarı; 16.1-1.2. ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat; 16.1-1.3. Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunmasını təsdiq edən sənəd və möhür. 16.1-2. Təqdim edilmiş sənədlər bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, 5 gün müddətində hüquqi şəxsin ləğvetmə prosesində olması barədə qeyd reyestrə daxil edilir. 16.2. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) qalan əmlakın bölünməsindən və ya istifadə edilməsindən sonra 10 gün ərzində hüquqi şəxsin dövlət reyestrindən çıxarılması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına aşağıdakı sənədləri təqdim etməlidir: 16.2.1. ləğvetmə balansı; 16.2.2. qalıq əmlakın bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatı və həmin əmlakın iştirakçılara təqdim edilməsini (qeyri-kommersiya təşkilatı olduğu halda isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə edilməsini) təsdiq edən sənəd; 16.2.3. hüquqi şəxsin qeydiyyat şəhadətnaməsinin və nizamnaməsinin (əsasnaməsinin) əsli, üzərində "ləğv prosesindədir" yazılmış möhür; 16.2.3-1. fəaliyyəti nəticəsində yaranmış arxiv sənədlərinin hüquqi şəxsin olduğu yer üzrə müvafiq dövlət arxiv xidməti təşkilatına təhvil verildiyinə dair həmin dövlət arxiv xidməti təşkilatı tərəfindən verilmiş arayış; 16.2.4. səhmdar cəmiyyətlərdə səhmlərin dövriyyədən çıxarılmasına dair müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun arayışı; 16.2.5. hüquqi şəxs yenidən təşkil formasında ləğv edildikdə, bu Qanunun 16.1-1.1ci, 16.1-1.3-cü, 16.2.3-сü və 16.2.4-cü maddələrində nəzərdə tutulan sənədlərlə birlikdə təhvil aktı və ya bölünmə balansı.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu günd ən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam ol araq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Az ərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Bununla belə, məhkəmə kollegiyası kassatorların dəlilləri ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

31. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan və tərəflər arasında mübahisələndirilməyən halları ilə müəyyən olunur ki, İddiaçı ASC-nin bütün səhmdarlar ının iştirakı ilə keçirilən xx.xx.2018-ci il tarixli növbədənkənar ümumi yığıncağında Cəmiyyətin ləğv edilməsi haqqında qərar qəbul edilmiş və ləğvetmə komissiyası yaradılmışdır. İddiaçı ASC-nin bütün səhmdarlarının iştirakı ilə keçirilən xx.xx.2018-ci il tarixli növbədənkənar ümumi yığıncağında İddiaçı ASC-nin ləğvetmə balansı və qalıq əmlakın iştirakçılar arasında bölünməsi planını əks etdirən hesabat təsdiq edilmiş, həmçinin səhmlərin 0,678%-nə malik səhmdarlara pul vəsaitinin ödənilməsinin (hər bir səhmə 16,57 manat hesabı ilə) X2 hesabına həyata keçirilməsi qərara alınmışdır. V.İ.Rəcəbov, R.V.Rəcəbov, R.İ.Əliyev, T.S.Axundov və İ.C.Şükürova poçtla müvafiq pul məbləğləri 2018-ci ilin noyabrında göndərilmişdir.

32. Göründüyü kimi, üçüncü şəxslər iddiaçı ASC-nin ləğv prosesindən məlumatl ı olmuş (belə ki, xx.xx.2018-ci il tarixli iclasda iştirak etmiş), eyni zamanda 2018-ci ilin noyabr ayında onların adına müvafiq məbləğlər poçt vasitəsi ilə göndərilmişdir. İddiaçı ASC-nin qeydiyyatının ləğv edilməsi ilə bağlı cavabdehin imtina məktubu isə xx.xx.2020-ci il tarixlidir. Başqa sözlə, üçüncü şəxslər ötən dövr ərzində iddiaçı ASC-nin ləğv edilməsindən, eyni zamanda ləğv zamanı əmlakların səhmdarlar arasında bölüşdürülməsi ilə bağlı verilmiş qərarlardan və edilmiş hərəkətlərdən məlumatlı olsalar da, bu hallardan narazı olmaları, ləğv prosedurunu və ya ödənilən məbləği, o cümlədən, səhmdar cəmiyyətin əmlakının bütün səhmdarların paylı mülkiyyətinə verilməməsi məsələsini mübahisələndirmələri iş materialları ilə müəyyən olunmur.

33. Digər tərəfdən, iddiaçı ASC Mülki Məcəllənin 59 -61-ci maddələrində təsbit edilmiş hüquqi şəxsin ləğvi proseduruna tam riayət etmiş və “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” Qanunun 16-cı maddəsində əks olunmuş zəruri sənədləri cavabdehə təqdim etmişdir. Bu hallar isə nə cavabdeh, nə də üçüncü şəxs tərəfindən mübahisələndirilməməklə yanaşı, iş materialları ilə də təsdiqlənir.

34. Cavabdehin imtinasının yeganə dəlili üçüncü şəxslərin pul məbləğinin alınmasına razılığının olmaması ilə bağlıdır ki, bu fakt, “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” Qanunun 16-cı maddəsi və hazırkı işin halları baxımından məhkəmə kollegiyası tərəfindən imtina üçün əsas sayılmır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, üçüncü şəxslər bu halı ötən dövr ərzində (2 ildən çox müddətdə) mübahisələndirməmişlər və Qanunla tələb olunan sənədlər cavabdehə tə qdim edilmişdir.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin və üçüncü şəxs Rəcəbov Vəzir İldırım oğlunun kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-683/2022 nömrəli, 18 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar