Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1329/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Göyçay bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin həyətyanı məqsədilə satılması hissəsində ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 26.07.2023 hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Göyçay bələdiyyəsinə (üçüncü şəxs X11) qarşı “cavabdehin xx.xx.2021ci il tarixli 21 saylı qərarının ünvan 1 ünvanda yerləşən 472 kv.m torpaq sahəsinin həyətyanı məqsədilə X1 hissəsində ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının 2-1(107)-152/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 5 avqust 2019-cu il tarixli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,022598 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. 2. 29 iyun 2009-cu il tarixli çıxarışa əsasən, ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ ilə X6 və X7 mülkiyyətindədir.
3. Göyçay Regional Ədliyyə İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli R845 nömrəli məktubunda qeyd olunur ki, müraciətlə bağlı Göyçay bələdiyyəsindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 416 saylı ar ayışda Göyçay şəhər sakini X3 mərhum anası X10 ilə onun ümumi birgə mülkiyyətində olan və ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin 472 kv.metr hissəsinin bələdiyyə mülkiyyətində olduğunu və həmin torpaq sahəsindən uzun müddətdir ki, istifadə etdiyini nəzərə alaraq torpaq sahəsinin adına rəsmiləşdirilməsi ilə bağlı Göyçay bələdiyyəsinə şifahi müraciət etdiyini, müraciəti ilə bağlı qeyd edilən 472 kv.metr torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun tanıdılması üçün ilkin olaraq yerquruluşu planının alındığı, Göyçay Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Ucar Ərazi şöbəsi tərəfindən torpaq sahəsinin alqı-satqısına dair müsbət rəylərin verildiyi, qe yd edilən sənədlər əsasında həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququna dair ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən çıxarış və plan və ölçü sənədlərinin verildiyi, bundan sonra T.Rəhimovun xx.xx.2021-ci il tarixdə həmin torpaq sahəsinin ona satılmasına dair Göyçay şəhər bələdiyyəsinə rəsmi ərizə ilə müraciət etdiyini, onun müraciətinin bələdiyyənin xx.xx.2021ci il tarixli 21 saylı iclasında müzakirə edildiyi və 472 kv.m torpaq sahəsinin T.Rəhimova satılmasının qərara alındığı və bələdiyyə ilə T.Rəhimov arasında torpaq sahəsinin alqısatqısına dair notariat qaydada alqı-satqı müqaviləsi bağlandığı, torpaq sahəsinin satılması ilə bağlı Telman Rəhimov tərəfindən yalnız Göyçay bələdiyyəsinin hesabına 1710 manat ödənildiyi, qeyd edilən məbləğdən əlavə sonuncudan heç bir vəsait alınmadığı, İddiaçı 472 kv.m torpaq sahəsi ilə bağlı Telman Rəhimovla arasında mübahisənin olması ilə bağlı Göyçay bələdiyyəsinə müraciətin daxil olmadığı, eyni zamanda sözügedən torpaq sahəsi ilə bağlı naturada ölçmə işləri aparılarkən heç bir etiraz bildirmədi, həmçinin 472 kv.m torpaq sahəsindən istifadə etməyinə dair hər hansı sübutu bələdiyyəyə təqdim etmədiyi, 472 kv.m torpaq sahəsinin mülkiyyətində olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi ilə həmsərhəd ərazidə yerləşməklə, birbirindən təcrid olunmuş və aralarında möhkəm daşdan mərz çəkildiyi qeyd edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, həmin alqı-satqı müqaviləsi əsasında qeyd edilən 472 kv.metr torpaq sahəsinin T.Rəhimovun xüsusi mülkiyyətində olma sına dair xx.xx.2021ci il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir.
4. Göyçay bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 21 nömrəli qərarından çıxarışdan görünür ki, həmin qərarla Göyçay bələdiyyəsinin alqı-satqı predmeti olan 472 kv.metr torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zolağında yerləşmədiyindən, həmçinin beş ildən artıq şəh ər ərazisində yaşamasını nəzərə alaraq həmin torpaq sahəsinin həyətyanı məqsədilə şəhər sakini X4 1710 (bir min yeddi yüz on) manata satılması qərara alınmışdır.
5. Göyçay Regional Ədliyyə İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, R-845 nömrəli məktubuna əlavə olunmuş: xx.xx.2021-ci il tarixli məktubda iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli R-845 nömrəli məktubunda göstərilənlər qeyd olunmuş və əlavə olaraq bildirilmişdir ki, Göyçay bələdiyyəsinin fəaliyyəti daha əvvəlki tarixdə Sumqayıt şəhər sakini X8 müraciəti əsasında İdarə tərəfindən inzibati nəzarət qaydasında araşdırılmış, toplanmış sənədlər xx.xx.2021-ci il tarixdə 20-80 nömrəli məktubla Bələdiyyələrlə iş mərkəzinə göndərilmiş, qeyd edilən sənədlər Göyçay rayon prokurorluğunda araşdırılaraq bələdiyyənin fəa liyyətində cinayət tərkibi olmadığından işin icraatına xitam verilmişdir. 6. xx.xx.2009-cu il tarixli, 4818 inventar nömrəli texniki pasportdan görünür ki, ünvan 7 ünvanında sənəd üzrə 0,06 ha, faktiki 0.1072 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üçüncü şəxs Telman Rəhimovun xüsusi mülkiyyətindədir. 7. 19 avqust 2021-ci il tarixli çıxarışdan görünür ki, ünvan 8 ünvanında yerləşən 0,0472 ha torpaq sahəsi Göyçay şəhər bələdiyyəsinin mülkiyyətində olmuşdur. 8. 31 avqust 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Göyçay bələdiyyəsi mülkiyyətində olan 0,0472 ha torpaq sahəsini üçüncü şəxs X2. 9. xx.xx.2021-ci il tarixli çıxarışdan və AA seriyalı 631223 nömrəli plan-ölçü sənədinin surətindən görünür ki, ünvan 8 ünvanında yerləşən 0,0472 ha torpaq sahəsi üçüncü şəxs X3 xüsusi mülkiyyətindədir.
10. Göyçay Rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli məktubuna əlavə olunmuş xx.xx.2021-ci il tarixli qərarda qeyd olunur ki, X5 və onun həyat yoldaşı İddiaçı X9 və X6 tərəfindən narahat edilmələri, özünü öldürmək həddinə çatdırılması ilə bağlı müxtəlif instansiyalardan rayon prokurorluğuna müraciətlər daxil olmuşdur. Həmin material və müraciətlər əsasında araşdırma aparılmış və 14C-21 saylı material üzrə hər hansı cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli 21 saylı qərarının ünvan 1 ünvanda yerləşən 472 kv.m torpaq sahəsinin həyətyanı məqsədilə X1 hissəsində ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xüsusi mülkiyyətində ünvan 10 ünvanında 0,022598 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi var. Həmin daşınmaz əmlaklara iddiaçının xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 15 avqust 2019-cu il tarixdə **********17-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçının mərhum valideynlərindən miras qalmış ünvan 11 ünvanında yerləşən həyətyanı torpaq sahəsi ilə onun mülkiyyətində olan həyətyanı torpaq sahəsi arasında hasar olmamış və iddiaçı mülkiyyətində olan torpaq sahəsinə ünvan 11 ünvanında yerləşən həyətyanı torpaq sahəsindən keçərək girib-çıxmışdır. Mərhum atasının ölümündən sonra ünvan 11 ünvanında yerləşən həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi iddiaçının mərhum anası X10 ilə iddiaçının qardaşı, X3 adına qeydə alınmışdır (dövlət reyestrindən çıxarış seriya MN, № 0007792, 29 iyun 2009). 2020-ci ilin sonunda X6 iddiaçı ilə ünvan 11 ünvanında yerləşən həyətyanı torpaq sahəsindən istifadəyə dair mübahisə yaratmış və 21 aprel 2021-ci il tarixdə Göyçay Rayon Məhkəməsində iddiaçıya qarşı torpaq sahəsinin sərhədinin müəyyənləşdirilməsi və hasarlanması tələbinə dair iddia qaldırmışdır. Həmin iddia ərizəsində T.Rəhimov iddiaçı və ailə üzvlərinə torpaq sahəsindən istifadə etmənin qadağan edilməsini və torpaq sahələrinin sərhədlərinin müəyyənləşdirilərək hasarın çəkilməsinə mane olmama öhdəliyinin id diaçının üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi 22 iyul 2021-ci il tarixli qərardadla baxılmamış saxlanılmışdır. Üçüncü şəxsin məhkəməyə iddia ərizəsi verməsindən xeyli əvvəl 2020-ci ildə iddiaçı dəfələrlə Göyçay şəhər bələdiyyəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək istifadəsində olan bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsinin başqa şəxsin mülkiyyətinə verilməsinin qarşısının alınmasını xahiş etmişdir. DƏDRX iddiaçıya cavab versə də, Göyçay şəhər bələdiyyəsi onun yazılı müraciətlərinə nə yazılı, nə də şifahi cavab verməmişdir.
13. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-859/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qərardadı ilə (hakim V.Ə.Musayev) X6 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb olunmuşdur.
14. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-2263/2022 nömrəli, 22 noyabr 2022-ci il tarixli qərarı ilə (hakim F.S.İsmayılzadə) iddia rədd edilmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, iddiaçının ləğvini tələb etdiyi bələdiyyə qərarı qanunvericilik normalarına riayət edilməklə qəbul edilmiş, qeyd olunan torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuşdur. Bələdiyyənin qərar əsasında üçüncü şəxsin mülkiyyətinə verdiyi torpaq sahəsinin iddiaçının istifadəsində və ya mülkiyyətində olmasına, yüklülüyünə dair heç bir sübut mövcud deyil və məhkəmə araşdırması zamanı da aşkar edilməmişdir.
16. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
17. Şək i Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-152/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, G.İ.Cavadova və R.R.Rəfiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 4-cü hissə sinin tələblərinə görə bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə üstünlük verilir.
21. Bələdiyyə nəinki bərabər təkliflərin verilməsini nəzərdən keçirmiş, hətta istifadəmdə olan torpaq sahəsinin satılmasını məndən gizlətmişdir. Apellyasiya instansiyası məhkəməsi işin bu hallarını araşdırmamış və hüquqi qiymət verməmişdir.
22. Bələdiyyə mübahisəli torpaq sahəsini üçüncü şəxsə satmaqla ' Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun tələblərini pozmuşdur.
23. Göyçay Regional Ədliyyə idarəsinin 13 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh 12 oktyabr 2021-ci il tarixli, 416 saylı arayışında iddiaçının satılan torpaq sahəsi ilə bağlı üçüncü şəxslə mübahisəmin olması haqqında bələdiyyəyə müraciətin daxil olmadığını, naturada ölçmə işləri aparılarkən heç bir etiraz etmədiyini, satılan torpaq sahəsindən istifadə etməyinə dair hər hansı sübutu təqdim etmədiyini, iddiaçının torpaq sahəsi ilə satılan torpaq sahəsi arasında möhkəm daşdan mərz çəkildiyi göstərir.
24. İddiaçının satılan torpaq sahəsi ilə bağlı üçüncü şəxslə mübahisəsinin olmasını sonuncunun Göyçay rayon Məhkəməsində 21 aprel 2021-ciiıl tarixdə qeydə alınmış iddia ərizəsi təsdiq edir. Eyni zamanda həmin iddia ərizəsindən torpaq sahələri arasında hasar olmadığı da aşkar olunur.
25. Cavabdeh satılan torpaq sahəsinin naturada ölçmə işlərini iddiaçı və ailə üzvlərinin evdə olmadığı vaxtda apardığında n iddiaçının məlumatı olmadığı üçün etirazını bildirməmişdir. Lakin etirazını 2020-ci ildən başlayaraq cavabdehə və digər orqanlara yazılı halda dəfələrlə göndərmişdir. Ölçmə işləri aparılarkən evdə olmasa da mülkiyyətində olan yaşayış evindən satılan torpaq sahəsinə 2 metr enində böyük dəmir qapının və 4 metr enində açıq eyvanının olduğu adi baxışla görünür.
26. Satılan torpaq sahəsi ilə bağlı üçüncü şəxslə mübahisənin olması həmin müraciətlər və hüquq mühafizə orqanlarına etdiyi şikayətlərlə təsdiq olunur.
27. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin Göyçay rayon Prokurorluğuna göndərdiyi sorğu əsasında əldə etdiyi Göyçay rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(046)-186/2022 saylı qətnaməsinə sübut kimi nəzərə almış, lakin həmin qətnamənin qüvvədə ol ub-olmamasını aydınlaşdırmamışdır.
28. Məhkəmə xx.xx.2009-cu il tarixli, 4818 inventar nömrəli texniki pasporta istinad edərək, ünvan 7 ünvanında sənəd üzrə 0,06 ha, faktiki 0.1072 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin üçüncü şəxs Telman Rəhimovun xüsusi mülkiyyətində olmasına əsaslanmışdır. Halbuki həmin fərdi yaşayış evi üçüncü şəxslə mərhum anamızın birgə mülkiyyətindədir və anasının mirasından məhkəmə qətnaməsinə əsasən iddiaçı pay almışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyy atına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsin in dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə
153. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir; Maddə 156.1. Bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir; Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdir ə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. 31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və tə sdiq edilməsi barədə hüquqi aktdır. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qe ydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. Bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 32. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 160-İİ Q nömrəli Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir; 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.
33. İnzibati Prosessual Məcəllə: Mad də
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı... 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassa siya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
35. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılm adığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
38. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin ara şdırmaları yetərli hesab olunur.
39. Hazırkı mübahisənin predmeti cavabdehin xx.xx.2021-ci il tarixli 21 saylı qərarının ünvan 1 ünvanda yerləşən 472 kv.m torpaq sahəsinin həyətyanı məqsədilə X1 hissəsində ləğv edilməsi ilə bağlıdır.
40. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə torpaq sahəsinin həyətyanı məqsədilə üçüncü şəxsə satılması hissəsində ləğv edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüqu q normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
41. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi illə razılaşaraq qeyd edir ki, iddiaçının ləğvini tələb etdiyi bələdiyyə qərarı qanunvericilik normalarına riayət edilməklə qəbul edilmiş, qeyd olunan torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuşdur. Bələdiyyənin qərar əsasında üçüncü şəxsin mülkiyyətinə verdiyi torpaq sahəsinin iddiaçının istifadəsində və ya mülkiyyətində olmasına, yüklülüyünə dair heç bir sübut mövcud deyil və məhkəmə araşdırması zamanı da aşkar edilməmişdir.
42. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, ş ikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-152/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.