Məhkəmə qərarları › İş №2-1(102)-1329/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1329/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1329/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı işi üzrə QƏRARİ ( Açar sözlər: "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarın mübahisələndirilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Ko llegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-759/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********067200 nömrəli qərarına əsasən, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən İddiaçı 664,49 manat gəlir vergisi hesablanmışdır. 2. 14 saylı Ərazi Vergilər İdarəsinin “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarının məzmunundan görünür ki, İddiaçı tərəfindən 664,40 əsas, 151,48 manat faiz, 0 manat maliyyə sanksiyası olmaqla, ümumilikdə, 815,88 manat vergi, faiz və maliyyə sanksiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar 14 saylı Ərazi Vergilər İdarəsinin qərarları xx.xx.2022-ci il tarixindən icraya yönəldilmiş və tələbin icraya yönəldilməsi haqqında qərar xx.xx.2022-ci il tarixdə verilmiş və həmin tarixdən qüvvəyə minmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli, **********260000 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia “Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, ******** **067200 nömrəli qərarının ləğv edilməsi” tələbinə dəyişdirilmişdir. İddiaçının əsaslandırması:

5. Tələb onunla əsaslandırılmışdır ki, 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********260000 №-li qərarına əsasən iddiaçıya ümumilikdə 815,88 manat vergi, faiz və maliyyə sanksiyası tətbiq olunmuşdur. Cavabdehin müvafiq məktubuna əsasən iddiaçı tərəfindən 664,40 əsas, 151,48 manat faiz, 0 manat maliyyə sanksiyası olmaqla, ümumilikdə 815,88 manat vergi, faiz və maliyyə sanksiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar cavabdehin qərarları xx.xx.2022-ci il tarixindən icraya yönəldilmiş və tələbin icraya yönəldilməsi haqqında qərar xx.xx.2022-ci il tarixdə verilmiş və həmin tarixdən qüvvəyə minmişdir. Sözügedən cərimənin hansı səbəbdən təyin olunması ona məlum deyil. Bildirişdə cərimə haqqında məlumat qeyd olunsa da əsaslandırılmamışdır. İddiaçı məktubu alan kimi onun təyin olunma səbəbini araşdırmaq üçün 14 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicilərinə xidmət mərkəzinə yaxınlaşmış, lakin mərkəz əməkdaşları da cərimənin təyin olunma səbəbini aydınlaşdıra bilməmişdir. Əvvəllər iddiaçının adına aktiv VÖEN olmuş, 2013-cü ildən bağlatmışdır. Cavabdehin etirazları:

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Dövlət Vergi Xidmətinin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin xx.xx.2022-ci il tarixli **********727700 saylı xidməti məktubuna əsasən "xxxx" QSC-nin 1989-2014-cü maliyyə illəri üzrə yaranmış və xx.xx.2021-ci il tarixə İddiaçı Azərbaycan Respub likası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 649s saylı sərəncamına əsasən 3,322.45 manat dəyərində borc məbləği silinmişdir. Bununla əlaqədar olaraq iddiaçıya xx.xx.2022-ci il tarixli **********552500 saylı "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" uyğunsuzluq məktubu elektron kabinetinə göndərilmişdir, lakin vergi ödəyicisi tərəfindən kənarlaşmaların səbəbi barədə müvafiq izahat, uyğunsuzluq məktubunda qeyd olunan sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi vergi məcəlləsi ilə müəyyən edilmiş müddətdə təqdim edilməmişdir. İddiaçının VÖEN-i 2012-2017-ci illərdə aktiv olmamışdır, sadəcə "xxxx" QSC-nin məktubuna və məktuba əlavə edilmiş siyahı əsasında hesab edilmişdir ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Ona görə də iddiaçı dəvət edilmiş, gəlmədiyinə görə əlaqəli məlumatlar əsasında borc hesablanmışdır. Təqdim edilmiş siyahıda iddiaçının adının nəyə görə yazılmasının, həmçinin iddiaçının "xxxx" QSC-yə və ya əksinə borcunun olması barədə məlumat yoxdur, onun adının həmin siyahıda olmasının səbəbi barədə məlumatı yoxdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-945/2023 saylı qərarı ilə iddianın təmin edilməsi, 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********067200 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vergi ödəyicisinin adının hər hansı siyahıda m ənbəyi bəlli olmayan kreditor kimi göstərilməsi onun vergi borcunun yaranmasına dəlalət etmir. Vergi orqanı iddiaçı ilə "xxxx" QSC arasında hər hansı mübadilə əməliyyatını və nəticələrini araşdırmadan vergi ödəyicisinə borc hesablamış, həmçinin bunu təsdiq edən müvafiq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan da iddiaçı barəsində əlverişsiz inzibati aktın, yəni məsuliyyətə cəlb edilməsinə dair qərarın qəbulu qanunvericiliyə uyğun deyildir və qeyd olunan normalara əsasən ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərar ın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-759/2023 nömrəli qərarı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

13. Məhkəmə kollegiyası iş üzrə heç bir araşdırma aparmamış və əsassız olaraq birinci instansiya məhkəməsinin gəldiyi yanlış məlumatlardan istifadə etmişdir. 14. "Azərbaycan Dəmir Yolları” QSC-nin debitor borclarının tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 649s saylı Sərəncamın əlavəsində müəyyən edilən 1989-2014-cü maliyyə illəri üzrə 2021-ci il yanvarın 1-nə olan 57,630,486.38 (əlli yeddi milyon altı yüz otuz min dörd yüz səksən altı manat otuz səkkiz qəpik) manat məbləğində ümidsiz debitor borcları silinmiş, eyni zamanda İqtisadiyyat Nazirliyinə və "Azərbaycan Dəmir Yolları” QSC-yə bu Sərəncamdan irəli gələn məsələlərin həll edilməsi tapşırılmışdır.

15. Dövlət Vergi Xidmətinin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin xx.xx.2022-ci il tarixli **********727700 saylı xidməti məktubuna əsasən "xxxx" QSC-nin 1989-2014-cü maliyyə illəri üzrə yaranmış və xx.xx.2021-ci il tarixə iddiaçının Az ərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 649s saylı Sərəncamına əsasən 3,322.45 manat dəyərində borc məbləği silinmişdir.

16. İddiaçıya xx.xx.2022-ci il tarixli **********552500 saylı, “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubuna əsasən kənarlaşmaların səbəbi barədə müvafiq izahat, uyğunsuzluq məktubunda qeyd olunan sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi vergi məcəlləsi ilə müəyyən edilmiş müddətdə təqdim edilmədiyindən 2021-ci ilin gəlir vergisi bəyannaməsi üzrə 664,49 manat vergi məbləği kameral qaydada hesablanmışdır.

17. Belə ki, Vergi Məcəlləsinin 13.2.16.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar vergi ödəyicisinin borclarının onun kredi torları tərəfindən silinməsindən gəlir Azərbaycan mənbəyindən gəlir hesab olunur.

18. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmağa, Vergi Məcəllənin 16.1.6-cı maddəsinə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir.

19. Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlar ının hüquqlarına aid edilmişdir.

20. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur.

21. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir.

22. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər.

23. Vergi ödəyiciləri Vergi Məcəllənin 71.1-ci maddəsində (vergi öhdəliklərinin yaranmasına səbəb olan) göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar.

24. Uçot-baza məlumatına əsasən iddiaçı xx.xx.2004-ci il tarixdə dövlət qeydiyyatına alınmış, əsas fəaliyyət növünün “digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi”. İddiaçının xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək fəaliyyəti dəyandırılmış və hal-hazırda fəaliyyəti aktivdir.

25. Nəticə etibarı ilə məhkəmə qərarında vergi orqanı tərəfindən aparılmış hesablamaların düzgünlüyünü istisna edən hər hansı bir dəlil irəli sürülməmiş və işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlinmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

26. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası

27. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və ş ikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

28. Kassasiya şikayəti vaxtın da verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyət cə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi vergi orqanının qərarının ləğv edilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkr arlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

33. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, vergi ödəyicisinin adının hər hansı siyahıda mənbəyi bəlli olmayan kreditor kimi göstərilməsi onun vergi borcunun yaranmasına dəlalət etmir. Vergi orqanı iddiaçı ilə "xxxx" QSCnin arasında hər hansı mübadilə əməliyyatını və nəticələrini araşdırmadan vergi ödəyicisinə borc hesablamış, həmçinin bunu təsdiq edən müvafiq sübutları məhkəməyə təqdim edə bilməmişdir.

34. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri ape llyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-759/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar