Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1329/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: torpaq sahəsinin cizgisinin verilməsi, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) 04.09.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinin cizgisinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 dekabr 2024-cü il tarixli, 2-1(103)-3996/2024 nömrəli qərarından cava bdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1996-cı il tarixli, 633 nömrəli sərəncamı ilə iddiaçının atası X1 adına ayrılmış 600 kv.m torpaq sahəsinə dair cizginin hazırlanıb təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 2-1(112)-9890/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 dekabr 2024-cü il tarixli, 2-1(103)-3996/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı vərəsəsi olduğu mərhum atasına ayrılmış sözügedən torpaq sahəsinə dair cavabdeh tərəfindən vaxtı ilə torpağın yerini müəyyənləşdirməyə imkan verən plan-cizgi və ya ayrıc aktı sərəncamla birlikdə tərtib olunub atasına verilmədiyindən, torpaq sahəsinə dair vərəsəlik hüququnu daşınmaz əmlakın dövlət reyestrində reallaşdıra bilmir. Mübahisəli torpaq sahəsi ayrılarkən qüvvədə olan torpaq qanunvericiliyinin tələblərindən göründüyü kimi, torpaqayırma, yerquruluşu qaydalarına müvafiq olaraq öncədən həyata keçirməli olduğu halda, cavabdeh bu qaydaya riayət etməmiş, torpağın naturada planını hazırlamamış, sanki ayrılmış torpağı görmədən və yerini müəyyən etmədən, təkcə, sərəncamı qəbul etməklə kifayətlənmiş, hal-hazırda da həmin nöqsanın aradan qaldırılması istiqamətində vərəsənin torpağın cizgisinin verilməsi barədə müraciətinin təmin edilməsindən əsassız olaraq imtina edir. Plan-cizginin yoxluğu isə, həmin sərəncamla iddiaçının mərhum atasına ayrılan torpaq sahəsinin yerinin, konfiqursiyasının və ölçülərinin, əraziyə uyğunluğunun dəqiqliyi ilə müəyyən olunmasını mümkünsüz etməklə yanaşı, həm də qeydiyyat orqanı, eləcə də məhkəmə tərəfindən yerində baxış keçirilməsini səmərəsiz edir. Halbuki, sərəncam qəbul edilərkən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli, 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əs asnamə”nin (xx.xx.1999-cu il tarixli Fərmanla qüvvədən düşmüşdür) 13-cü bəndinin “q” yarımbəndinə əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçısının əsas səlahiyyətləri sırasına aid edilirdi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin (xx.xx.2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) 28-ci bəndi isə nəzərdə tuturdu ki, müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Hazırda qüvvədə olan A zərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı bəndi də nəzərdə tutur ki, torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Göründüyü kimi, cavabdeh, qanunvericiliyin qeyd olunan tələbləri ilə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, o cümlədən, qəbul etdiyi sərəncamla ayrılan torpaq sahəsinin plan-cizgisini tərtib etməmiş və hal-hazırda da həmin cizginin verilməsindən imtina etməklə, iddiaçının həmin torpaq sahəsinə mövcud olan vərəsəlik hüququnu məhdudlaşdırır və onun “legitim gözlənti” hüququnu pozur. Ən azından, həm də cavabdeh orqan bilməlidir ki, istinad etdiyi tor paq kadastrının daşıyıcısı olan qeydiyyat qurumu torpaq ayıran orqan deyil, qərar və cizgi əsasında artıq ayrılmış torpaq sahşəsinin koordinat nöqətlərini yerində müəyyənləşdirib kadastr parametrlərini reyestrə daxil edən bir dövlət orqanıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinin imperativ şəkildə müəyyən etdiyi qaydadan da məhz görünür ki, torpaq sahəsinə dair hüququn qeydə alınması üçün həm də torpaq sahəsinin planı (cizgisi) mütləq təqdim edilməlidir. Torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən cizgini tərtib etmək vəzifəsi isə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi, məhz cavabdeh orqanın birbaşa vəzifəsi olmuşdur. Qeyd olunanlar baxımından, məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın t əmin edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də cavabdehin apellyasiya şikayətinin torpaq sahəsinə dair plancizginin tərtib olunmasının yerli icra hakimiyyətinin səlahiyyətinə aid olmadığına dair dəlili əsassızdır. Cavabdehin sərəncamın 3 il müddətində tikintinin başa çatdırılmaması nəticəsində öz hüquqi qüvvəsini itirdiyini bildirən dəlilinə gəldikdə, birincisi, sərəncamın müvafiq bəndində qeyd olunan “fərdi yaşayış evinin tikintisinin 3 il ərzində başa çatdırılmasının iddiaçıya tapşırılması”, istinad olunan dəlildə ifadə olunan mənanı, yəni torpaq sahəsinin ayrılması barədə sərəncama xitam verilməsini ehtiva etmir. Ən azından ona görə ki, həmin ildə qəbul edilmiş “Torpaq islahatı haqqında” xx.xx.1996-cı il tarixli, 155-İQ nömrəli Qanunun 9-cu maddəsi nəzərəd ə tutur ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. İkincisi, cavabdeh qəbul etdiyi həmin sərəncamla birlikdə torpağın plan-cizgisini vermək vəzifəsini yerinə yetirməyə borclu idi ki, iddiaçı da məhz həmin torpaqda tikinti işlərini reallaşdıra bilsin. Sözügedən plan-cizginin verilməməsi üzündən iddiaçının hansı əngəllərlə üzləşdiyi gözqabağındadır.
5. Cavabdeh mahiyyətcə imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün ap ellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
6. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
7. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qay dada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüqu qun düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
8. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
9. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının tələb etdiyi sənədin tərtib edilməsi torpaq ayırma prosedurunun ayrılmaz tərkib hissəsidir və torpaq ayırma prosedurunun sonunda həmin sənədin sərəncamla birlikdə iddiaçıya, eləcə də arxivə təqdim olunması cavabdehin məsuliyyət sferasına aid olmuşdur. Bu qayda cizginin tərtib və təsdiq olunmasına da şamil edilir. Bu zaman həm də nəzərə alınmalıdır ki, torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyə görə, torpaq ayırma sənədlərinin tamlığının təmin olunması da cavabdehin öhdəliyinə aid edilmişdir. Odur ki, sərəncamın və ya onun tərkib hissəsi olan sənədlərin icra hakimiyyətinin arxivində aşkar edilməməsi, habelə hazırda qüvvədə olan qanunvericiliyin tələbi baxımından onun həmin səlahiyyətə malik olub-olmaması cavabdehi mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş öhdəliyin icrasından azad etmir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-2246/2022 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-1359/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-1396/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)1601/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-1595/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2092/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2- 1(102)-1755/2023 nömrəli qərarları).
10. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.
11. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halları n müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
12. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 dekabr 2024-cü il tarixli, 2-1(103)-3996/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.