Məhkəmə qərarları › İş №2-1(102)-133/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-133/2021

26.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-133/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vergi borcunun və faizlərin silinməsi, vergi borcundan səhvən silinmiş məbləğin şəxsi hesab vərəqəsinə bərpa edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ya nında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı vergi borcunun və faizlərin silinməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 21(105)-07/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2017-ci il tarixdə İddiaçı MMC-nin 94.301,13 manat faiz borcu (o cümlədən xx.xx.2013-cü il tarixli məsuliyyət qərarı ilə hesablanmış vergilərin faizi) "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq silinmişdir. 2. xx.xx.2017-ci il tarixdə Ali Məhkəmənin xx.xx.2016-cı il tarixli, 2-1(102)-994/20 16 nömrəli qərarı ilə gəlinmiş nəticələrin iddiaçının şəxsi vərəqə üzrə məlumatlarına işlənilməsi zamanı texniki xəta nəticəsində faiz borcunun daha əvvəl silindiyi nəzərə alınmamış, nəticədə şəxsi hesab vərəqəsindən 73.999,31 manat azaldılmalı olduğu halda 115.360,51 manat (113.839.97 manat əsas borc, 1.520,54 manat faiz) azaldılmışdır. Başqa sözlə, faiz borcu xx.xx.2017-cİ il tarixdə azaldılsa da, sonradan xx.xx.2017-ci il tarixdə texniki səhv nəticəsində ləğv edilmiş qərar üzrə hesablanmış faizlər təkrarən ümumi borcdan silinmişdir. xx.xx.2017-ci il tarixdə qeyd olunan texniki səhvin düzəldilməsi məqsədilə şəxsi hesab vərəqəsinə düzəliş edilərək 44.422,59 manat borc bərpa edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı MMC cavabde h 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia qaldıraraq, cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixə hesablanmış 46.430,79 manat vergi borcunun, həmin məbləğə hesablanmış və bundan sonra da hesablanacaq faizlərin silinməsini məhkədən xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı MMC-yə xx.xx.2017-ci il tarixli, **********6 saylı vergi borcunun ödənilməsinə dair bildiriş təqdim olunmuşdur. Bildirişdə İddiaçı MMC-nin xx.xx.2017-ci il tarixinə guya 49.588,93 manat vergi borcu olduğu göstərilmişdir. Ancaq 3 saylı ƏVİ xx.xx.2017-ci il tarixli, **********6644400 saylı məktubunda bildirmişdir ki, müəssisənin xx.xx.2017-ci il tarixinə cəmi 6.331,27 manat vergi borcu olmuşdur. İddiaçı MMC-nin göstərilən tarixə, həmçinin hal-hazır ki tarixə də heç bir vergi borcu yoxdur. Belə ki, MMC-nin fəaliyyət göstərdiyi xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi vergilər üzrə öhdəlik 398.622,29 manat hesablanmış, faktiki olaraq isə 401.013,08 manat ödənilmişdir ki, beləliklə MMC-nin xx.xx.2017-ci il tarixinə 2.390,79 manat artıq ödənişi olmuşdur. MMC xx.xx.2017-ci il tarixli məktubla 3 saylı ƏVİ-nə müraciət edərək, həmin borcun haradan yaranması və tərkibi haqqında məlumat verilməsini xahiş etmişdir. Lakin 3 saylı ƏVİ qeyriqanuni hesablanmış borcu silmək əvəzinə xx.xx.2017-ci il tarixli, **********6 saylı Vergi borcunun ödənilməsinə dair bildiriş təqdim edərək, bildirişdə İddiaçı MMC-nin xx.xx.2017ci il tarixinə guya 46.430,79 manat vergi borcu olduğunu göstərmişdir. 3 saylı ƏVİ həmçinin onların müraciətlərinə xx.xx.2017-ci il tarixli, **********815000 saylı məktubla cavab verərək, guya əvvəllər silinmiş məbləğlərin yenidən bərpa olunduğunu bildirməklə, qeyri-qanuni vergilərin açıqlamasını verməkdən boyun qaçıraraq, bu məbləği silməkdən imtina etmişdir. 3 saylı ƏVİ-nin hərəkətləri tamamilə əsassızdır və onun hərəkətləri qeyriqanuni xarakter daşıyır. İddiaçı MMC vergi ödəyicisi kimi dövlət büdcəsinə ödəməli olduğu vergiləri tam vaxtında ödəmişdir və bu barədə, vaxtı vaxtında vergi hesabatlarını vergi orqanına təqdim etmişdir. Əvvəlki iki yoxlama dövrü üçün birinci halda, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti tərəfindən İddiaçındə audit yoxlaması aparılarkən qeyri-qanuni olaraq müəssisəyə 81.555,65 manat vergi hesablanmışdır. Müəssisə məhkəməyə müraciət etmiş və Sumqayıt İnzibati-İqtis adi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(85)-542/2012 saylı qərarı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin xx xxxxxxxx 2011-ci il tarixli, **********435683 saylı səyyar vergi yoxlaması aktı və xx xxxxxx 2011-ci il tarixli **********04603 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ləğv edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2012-ci il tarixli, 2-1inz(105-296/2012 saylı qərarı ilə birinci instansiya məhkəməsinin xx xxxxx 2012-ci il tarixli qərarının dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2-2(102)-89/13 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2012-ci il tarixli, 2-1inz(105)-296/2012 saylı qərarı dəyişiklik edilmədən saxlanılmış və qərar qanuni qüvvəsini almışdır. İkinci halda, audit yoxlamasını 3 saylı ƏVİ aparmış və qeyri-qanuni olaraq müəssisəyə 73.999,31 manat vergi hesablamışdır. Müəssisə yenə məhkəməyə müraciət etmiş və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(85)-376/2014 saylı qərarı ilə 3 saylı ƏVİ-nin xx xxxxxxxx 2013-cü il tarixli səyyar vergi yoxlaması aktı və xx xxxxxx 2013-cü il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ləğv edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxx 2015-ci il tarixli, 2-1(105)-34/2015 saylı qərarı ilə birinci inst ansiya məhkəməsinin xx xxxx 2014-cü il tarixli qərarının dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(102)- 902/2015 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2015-ci il tarixli, 2-1(105)-34/2015 saylı qərarı qismən dəyişiklik edilmədən saxlanılmış və qərar qanuni qüvvəsini almışdır. 83.776,24 manat maliyyə sanksiyası müəssisənin bank hesabı bağlı olduğu dövrdə müəssisənin kassasından nağd əməliyyatlar aparıldığına görə tətbiq olunmuş 50 faiz cərimədir ki, vergi borclarının bağışlanılması haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında, müəssisə 2017-ci ilin yanvar ayında göstərilən məbləğin 25 faizini ödədiyinə görə həmin məbləğ də silinmişdir. 3 saylı ƏVİ bir növ müəssisədən qisas almaq üçün müəssisənin artıq vergi borcu olmadığından onun hesabını bağlı saxlayacaq və hesab bağlı olduğunda müəssisənin normal fəaliyyətini bərpa etmək üçün kassadan nağd hesablaşmalar aparmağa məcbur olacaqdır və 3 saylı ƏVİ növbəti audit yoxlamasında həmin məbləğə 50 faiz maliyyə sanksiyası tətbiq edəcəkdir. 3 saylı ƏVİ yeni audit yoxlaması zamanı əvvəlki yoxlamalarda icarə haqqı üzrə hesabladığı əlavə vergilərin qeyri-qanuni olduğunu başa düşdüyündən və nəticə etibarilə gələcəkdə bu qeyri-qanuni hərəkətlərin də məhkəmə qaydasında qanunsuz sayılacağına inandığından və əvvəlki yoxlamanın nəticələrinin məhkəmə tərəfindən ləğv olunmasının “acığını” İddiaçı MMC-dən çıxmaq üçün əvvəlcədən planlaşdırmaqla müəssisə üçün olmayan vergi borcu icad etmişdir.

5. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, mübahisənin yaranmasının səbəbi Ali Məhkəmənin xx.xx.2016-cı il tarixli, 2-1(102)-994/2016 nömrəli qərarı ilə gəlinmiş nəticələrin iddiaçının şəxsi vərəqə üzrə məlumatlarına işlənilməsi zamanı avtomatlaşdırılmış vergi informasiya sistemində (AVİS-də) yaranmış texniki səhvlərin sonradan vergi orqanı tərəfindən aşkar edilərək aradan qaldırılması olmuşdur.

6. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1812/2017 saylı, xx xxxxxx 2017ci il tarixli qərarı ilə (hakim: İ.R.Quliyev) iddia tələbi təmin edilmiş, 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı MMC-yə xx.xx.2017-ci il tarixdə hesablanmış 46.430,79 manat vergi borcunun, həmin məbləğə hesablanmış faizlərin silinməsi qərar alınmışdır.

7. Məhkəmə qeyd etmişdir ki, hazırki iş də cavabdeh inzibati orqanın iddiaçının ilk müraciətinə cavab olaraq göstərdiyi vergi borcunun məbləği ilə növbəti müraciətinə verdiyi cavabda göstərilmiş eyni dövrə aid məbləğ arasında fərqin olması iddiaçının həmin məbləğdə borcunun olmasında əsaslı şübhələr yaradır. Cavabdeh inzibatı orqan həmin vergi borcunun yaranması səbəbini tam olaraq əsaslandıra bilməmişdir. Beləliklə, həmin borcun yaranma mənbəyi müəyyən deyildir. Bu səbəbdən iddia əsaslıdır.

8. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)182/2018 nömrəli iş üzrə xx xxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: Z.İ.Məmmədov, hakimlər: N.M.Nəsibov və A.Ə.Abbasov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1812/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi möövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-2288/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: N.İ.Rəsulbəyova, hakimlər: Z.M.Quliyev və İ.K.Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)182/2018 nömrəli iş üzrə xx xxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

13. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarından görünür ki, xx.xx.2017-ci il tarixdə iddiaçının şəxsi hesab vərəqəsində olan faiz borcları silinmiş, bərpa olunmuş 44.422,59 manat məbləğində hər hansı faiz borcu olmamışdır. Başqa sözlə, iddiaçının iddia qaldırılan tarixə silinməsini tələb etdiyi məbləğdə (46.430,79 manat) hər hansı faiz borcu olmamış, həmin borc əsas borc olmuş, buna baxmayaraq apellyasiy a instansiya məhkəməsi həmin məbləği faiz borcu kimi silmişdir. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

14. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-7/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: H.Ç.Babayeva, hakimlər: F.G.Zeynallı və M.Ə.Rzayev) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1812/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.

15. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya məxsus şəxsi hesab vərəqəsindən cavabdeh tərəfindən silinmələr aparılarkən texniki xətaya yol verildiyindən sonradan artıq silinmiş məbləğ dürüst şəkildə bərpa olunmuş və bu zaman heç bir qanun pozuntusuna yol verilməmişdir. 1

6. Apelyasiya instansiyası məhkəməsinin qərarından iddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, apellyasiya instansiya məhkəməsi iddiaçı “İddiaçı" MMC-nin qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında və “Vergi ödəyicilərinin 2017-ci ilin 01 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanuna əsasən müəssisənin əsas, faiz və maliyyə sanksiyası üzrə borclarının silinməsinin düzgün həyata keçirilib-keçirilmədiyini müə yyən edə bilməmişdir. Bu məqsədlə xx xxxxx 2019-cu il tarixdə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Bir ildən sonra məhkəməyə daxil olmuş xx xxxxx 2020-ci il tarixli Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin yarımçıq, tam olmayan rəyini məhkəmə rəhbər tutaraq, cavabdehin apellyasiya şikayətini təmin etmişdir. Halbuki, həmin ekspert rəyinin özündə birmənalı olaraq ekspertiza qarşısında qoyulan suallar üzrə tam və hərtərəfli tədqiqat aparmağın mümkün olmadığı qeyd edilmişdir. Buna baxmayaraq, məhkəmə iş üzrə təqdim edilmiş ekspert rəyini əsaslı hesab etmiş və onu iş üçün əhəmiyyətli sübut kimi qiymətləndirmişdir.

18. Daha sonra qeyd edilir ki, apellyasiya instansiya məhkəməsində keçirilmiş bütün məhkəmə iclaslarında cavabdeh 3 saylı Ərazi Vergilər İdarəsi İddiaçı MMC -nin 46.430,79 manat vergi borcunun necə yarandığı, onun tərkibi, yəni nə qədərinin əsas vergi borcu, maliyyə sanksiyasının və faiz borcunun təşkil etdiyi barədə açıqlama verə bilməmişdir. Halbuki, Vergi Məcəlləsinin 16-cı maddəsinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludurlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Cavabdeh iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

20. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək apelyasiy a instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etdi.

21. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “İnzibati icraat haqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 63.1. İnzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 63.1. Xüsusi biliyə malik olan, bu Məcəllədə nəzərdə tutulmuş hallarda rəy verməsi zəruri hesab edilən, məhkəmə tərəfindən təyin edilən və ya işdə iştirak ed ən şəxslərlə ekspertizanın aparılması barədə müqavilə bağlamış şəxs məhkəmədə ekspert qismində çıxış edə bilər. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7 Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

24. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 24.0.1 Vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız ap elyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixə hesablanmış 46.430,79 manat vergi borcunun, həmin məbləğə hesablanmış və bundan sonra da hesablanacaq faizlərin silinməsini məhkəmədən xahiş etmişdir.

30. Apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçıya məxsus şəxsi hesab vərəqəsindən cavabdeh tərəfindən silinmələr aparılarkən texniki xətaya yol verildiyindən sonradan artıq silinmiş məbləğ d ürüst şəkildə bərpa olunmuş və bu zaman qanun pozuntusuna yol verilməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz.

31. Hazırda iddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixə hesablanmış 46.430,79 manat vergi borcunu, həmin məbləğə hesablanmış və bundan sonra da hesablanacaq faizlərin silinməsi mübahisələndirir.

32. Məhkəmə kollegiyası iş materiallarına əsaslanmaqla qeyd edir ki, 3 saylı Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2013-cü il tarixli, **********653872 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətində səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi üzrə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2013-cü il tarixli, **********700315 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarla vergi ödəyicisinə 49.332,87 manat məbləğində vergi, 108.442,68 manat məbləğində maliyyə sanksiyası olmaqla, ümumilikdə 157.775,55 manat məbləğində vergi borcu hesablanmışdır. Cavabdeh orqanın həmin qərarı iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmişdir. Məhkəmə qərarına əsasən xx.xx.2013-cü il tarixli, **********700315 nömrəli qərarla hesablanmış 157.775,55 manat borc məbləğindən 73.999,31 manatı ləğv edilmiş, 83.776,24 manat məbləğində maliyyə sanksiyası qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin bununla bağlı qəbul edilmiş xx.xx.2016-cı il tarixli, 2-1(102)-994/2016 nömrəli qərarı vergi orqanı tərəfindən xx.xx.2017-ci il tarixdə icra edi lmiş 73.999,31 manat məbləğində hesablama şəxsi vərəqədən azaldılmışdır.

33. Həmçinin, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq iddiaçı müəssisənin xx.xx.2017-ci il tarixinə olan 94.301,13 manat məbləğində faiz borcu xx.xx.2017-ci il tarixdə vergi ödəyicisinin şəxsi vərəqəsindən azaldılmışdır. xx.xx.2017-ci il tarixdə vergi ödəyicisinin xx.xx.2017-ci il tarixə mövcud olan faiz borclarının silinməsi zamanı səyyar vergi yoxlaması zamanı hesablanmış 43.332,87 manat məbləğində əsas vergilərə görə hesablanmış faizlər də silinmişdir. Yəni, silinmiş 94.301,13 manat məbləğində faiz borcunun tərkibində həmçinin, 49.332,87 manat məbləğində əsas vergilərə görə hesablanmış faizlər də mövc ud olmuşdur. Məhkəmənin xx.xx.2016-cı il tarixli, 2-1(102)-994/2016 nömrəli qərarı xx.xx.2017-ci il tarixdə vergi orqanı tərəfindən icra edilmişdir. Qərarın icrası zamanı avtomatlaşdırılmış vergi informasiya sistemi tərəfindən 49.332,87 manat məbləğində vergilərə hesablanmış faizlər ikinci dəfə yenidən azaldılmışdır.

34. Yuxarıda qeyd edilən halların araşdırılması və “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” AR Qanununa, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən əsas, faiz və maliyyə sanksiyası üzrə borcdan silinmənin düzgün həyata keçirilib-keçirilmədiyini müəyyən etmək üçün apelyasiya instansiyası məhkəməsi tərəfindən xx xxxxx 2019-cu il tarixli qərardadla məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir.

35. A zərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 11657 nömrəli rəydə bildirilmişdir ki, təqdim edilmiş iş materiallarında olan şəxsi hesab vərəqəsinin məlumatları əsasında xx.xx.2017-ci il tarixdə vergi orqanı tərəfindən iddiaçıya məxsus şəxsi hesab vərəqindən silinmələr aparılmamışdan öncə, vergi ödəyicisinin 196.440,02 manat məbləğində əsas borcu və maliyyə sanksiyası üzrə borcunun, 94.301,13 manat məbləğində isə faiz borcunun olması müəyyən olunur. Eyni zamanda, həmin məlumatlar əsasında “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununa, həmçinin Ali Məhkəmənin xx.xx.2016-cı il tarixli, 2-1(102)994/2016 nömrəli qərarına əsasən, iddiaçının şəxsi vərəqindən əsas, faiz və maliyyə sanksiyası üzrə borc silindikdən sonra iddiaçının xx.xx.2017-ci il tarixə borcu 6.331,28 manat məbləğində müəyyən olunur. Bundan başqa, iddiaçıya məxsus şəxsi hesab vərəqində xx.xx.2017-ci il tarixində öz əksini tapmış azalmalar vergi orqanı tərəfindən artıq silinmişdir. Belə ki, vergi orqanı tərəfindən şəxsi hesab vərəqində azalması nəzərdə tutulan məbləğlərin qalıqdakı borcdan iki misli silinmişdir. Həmçinin, şəxsi hesab vərəqəsindən göründüyü kimi, artıq silinmiş 44.422,59 (41.296,71 manat əsas borc və maliyyə sanksiyası+3.125,88 manat faiz borcu) manat məbləğ xx.xx.2017-ci il tarixində bərpa edilmiş və şəxsi hesab vərəqəsinin qalıq qrafalarına borc kimi işlənilmişdir.

36. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəti cə ilə razılaşaraq qeyd edir ki, göründüyü kimi, vergi orqanı tərəfindən şəxsi hesab vərəqində azalması nəzərdə tutulan məbləğlərin qalıqdakı borcdan səhvən iki mislinin silindiyi və artıq silinmiş 44.422,59 (41.296,71 manat əsas borc və maliyyə sanksiyası+3125.88 manat faiz borcu) manat məbləğin xx.xx.2017-ci il tarixində bərpa edilməsi və şəxsi hesab vərəqəsinin qalıq qrafalarına borc kimi işlənilməsi müəyyən edilmişdir.

37. Şəxsi hesab vərəqəsinin məlumatları əsasında iddiaçının xx.xx.2017-ci il tarixdə azalma əməliyyatlarının əvvəlinə 196.862,62 manat (195.309,46 manat əsas, 1.553,16 manat faiz), əməliyyatların sonuna isə 81.502,11 manat (81.469,49 manat əsas, 32,62 manat faiz) borcu olmuşdur. (iş materiallarının 234-cü vərəqi)

38. Apelyasiya instansiyası məhkəməsi tərəfindən şəxsi h esab vərəqəsindən çıxarışa əsasən müəyyən edilmişdir ki, texniki səhv nəticəsində iddiaçının borcu 115.360,51 manat (196.862,62 - 81.502,11) azaldılmışdır. Səhvən azaldılmış məbləğdən (115.360,51 manat) əslində azaldılmalı olan (73.999,31 manat) məbləği çıxdıqda, cavabdehin şəxsi vərəqəyə bərpa etdiyi məbləğ – 44.422,59 (41.296,71 manat əsas borc və maliyyə sanksiyası+3.125,88 manat faiz borcu) manat almış olur.

39. Belə olduğu təqdirdə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şəxsi hesab vərəqəsindən cavabdeh tərəfindən silinmələr aparılarkən texniki xətaya yol verildiyindən, sonradan artıq silinmiş məbləğ dürüst şəkildə bərpa olunmuş, bu zaman cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir.

40. Qeyd olunmalıdır ki, inzibati aktda olan səhvlərin düzəldilməsi “İnzib ati icraat haqqında” Azərbaycan Respublikasının Qanununu tələblərinə də uyğundur.

41. Beləliklə, mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları apelyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının verdiyi kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-7/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar