Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-133/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 və qeyrilərinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icrası haqqında iddianın mümkünlüyü; subyektiv hüquq; iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı1 və qeyrilərinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı (üçüncü şəxs X2) “ilkin qeydiyyatın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasın ın 2021-ci il 15 oktyabr tarixli, 21(103)-1944/2021 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 2020-ci il 27 yanvar tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Reyestrində X1 Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, 100 b ünvanında yerləşən fərdi yaşayış evinə verilmiş ilkin qeydiyyatın etibarsız hesab edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Reyestrində X1 Bakı şəhəri, N ərimanov rayonu, X3 küçəsi, 100 b ünvanında yerləşən fərdi yaşayış evinə verilmiş ilkin qeydiyyatın ləğv edilməsini xahiş etmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 30 aprel tarixli, 2-1(112)-574/2021 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
4. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 30 aprel tarixli, 2-1(112)-574/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, 100 b ünvanında yerləşən fərdi yaşayış evinə X1 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqların qeydiyyata alınmasına dair ilkin qeydiyyat ləğv edilmişdir.
5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 1991-ci il 13 sentyabr tarixli, “Y.V əzirov küçəsi 100 b №li qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında” 16/279 saylı qərarına əsasən Y. Çəmənzəminli küçəsi, 100 b nömrəli evin 384,4 kv.m torpaq, 101,3 kv.m tikinti, 51.1 kv.m yaşayış, 34,2 kv.m köməkçi və 16 kv.m qaraj sahələrinin məhz vətəndaş Q.M.Quliyanın adına rəsmiləşdirilməsinə icazə verilmişdir. Halbuki, sonradan sözügedən Qərarın İ bəndində əlyazma ilə düzəliş edilməklə Q.M.Quliyan adının üzərindən Z.Səfərova adına düzəliş aparılmışdır. Növbəti mərhələ olaraq üzərində əlyazma aparılmaqla düzəliş edilən qərar əsasında Z.Səfərovanın qeyd olunan ünvana mülkiyyət hüquqları qeydə alınmışdır. Göründüyü kimi, qərarın üzərində aparılan düzəliş hər hansı bir texniki yanlışlığın düzəldilməsi məqsədi daşımamış, əksinə, həmin düzəliş zəminində yeni hüquqi nəticə əldə edilmiş, hüquqları qeydə alınması nəzərdə tutulan şəxsin - Q.M.Quliyanın adına deyil, Z.Səfərovanın adına mülkiyyət hüquqlarının qeydiyyatı aparılmışdır. Halbuki, qanunvericiliyin tələbinə müvafiq olaraq yeni münasibətlər yarandığından və bu münasibətlərin əsasında hüquqi şərait, öhdəliklər dəyişdiyindən, inzibati orqan tərəfindən əvvəlki qərarın hüquqi qüvvədən düşməsi barədə yeni müvafiq inzibati akt qəbul edilməklə, aparılan dəyişikliklər həmin aktda öz əksini tapmalı idi. Göründüyü kimi, bu hal baş verməmiş, inzibati orqan tərəfindən qanun pozuntusuna yol verilərək qərarın üzərində hüquqi əhəmiyyət kəsb etməyən düzəlişlər aparılmışdır. Eyni zamanda, üzərində düzəlişlər aparılmış qərar arxivə təhvil verilməmiş və rəsmi qeydiyyatdan keçməsinə dair məhkəmədə əsaslı şübhələr yaratmışdır. Beləliklə, Z.Səfərovanın ünvan 2 ünvana dair hüquqların ilkin qeydiyyatının əsasını qanun pozuntusuna yol verilməklə dəyişiklik edilmiş Nərimanov rayon İcra Hakimiyyətinin müvafiq qərarı təşkil etdiyindən, həmin qərardan irəli gələn hüquqi nəticələr də özü-özlüyündə qanunsuzdur və ləğv edilməlidir.
6. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 15 oktyabr tarixli, 2-1(103)-1944/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 30 aprel tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi hesa b etmişdir ki, iddiaçılar üçüncü şəxsin xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə verilmiş ilkin qeydiyyatın ləğv edilməsini xahiş etsələr də həmin evə dair iddiaçıların hansı hüquqlarının olması birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Həmçinin, iddiaçı inzibati orqanın bundan təxminən 30 il əvvəl qəbul etdiyi, Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 1991-ci il 13 sentyabr tarixli qərarı əsasında verilmiş 1993-cü il 18 avqust tarixli qeydiyyatı mübahisələndirir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Normanın tələbindən göründüyü kimi, iddiaçının, inzibati akt ona təqdim (elan) edildiyi vaxtdan 30 gün müddətində şikayət vermə müddəti var. İşin araşdırılmış hallarından müəyyən olunmuşdur ki, həmin aktın iddiaçıya təqdim və ya elan olunması barədə iş materiallarında heç bir mötəbər sübut yoxdur. İddiaçı, iddia ərizəsində bildirmişdir ki, hazırda mübahisələndirilən inzibati akt barədə Nərimanov rayon Məhkəməsində işə baxılarkən məlumatı əldə etmişdir. İddiaçı bu dəlilini bildirsə də, birinci instansiya məhkəməsi bu halı araşdırmamışdır. İşə yenidən baxan birinci instansiya məhkəməsi mübahisələndirilən inzibati aktdan şikayət verilməsi üçün subyektiv hüququnun olub-olmaması, eləcə də iddia müddətinin ötürülüb-ötürülməməsi barədə ətraflı araşdırma aparmalı, iddiaçının dəlillərinə mü nasibət bildirərək qəbul etdiyi yekun məhkəmə aktını əsaslandırmalıdır.
9. İddiaçılar həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, işə mahiyyəti üzrə baxılması və yekun qərar qəbul edilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
10. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi yanlış qənaətə gələrək öz qərardadında göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıların mübahisə predmeti olan mənzilə dair hər hansı hüquqlarının olub-olmamasını araşdırmamışdır. Halbuki, birinci instansiya məhkəməsinə iddiaçılar tərəfindən təqdim edilən müxtəlif sənədlər, məsələn, iddiaçılar tərəfindən kommunal xidmə tlərə görə ödəniş qəbzləri, həmin ərazi üzrə poliklinikada iddiaçıların övladlarının qeydiyyatda olması, həmin ərazi üzrə ən yaxın orta məktəbə getməsi və sair sənədlər iddiaçıların 30 ildən artıq vaxt ərzində həmin yaşayış sahəsindən maneəsiz istifadə etdiyini göstərir. Nərimanov Rayon Məhkəməsindəki iş üzrə məhkəmə araşdırmaları zamanı məlum olmuşdur ki, X2 mübahisələndirilən evin onun mülkiyyətində olması barədə məhkəməyə düzgün olmayan məlumat vermişdir. İlk iddiasında qeyd edilmişdir ki, mübahisələndirilən evdə deyil, uzun müddətdir ki, məhz Bakı şəhəri, Çəmənzəmənli 106v ünvanında yaşayır. Həmçinin, həmin iş üzrə ilkin iddiaçı olan X2 və digərlərinin iddia tələbinin əsası kimi, vəkili tərəfindən verilmiş sorğuya cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 2018-ci il 30 noyabr tarixli məktubuna əsaslanmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin 2018-ci il 30 noyabr tarixli, **********27 nömrəli məktubunda Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, 100b ünvanının X1 mülkiyyətində olması göstərilmişdir. Bununla yanaşı, həmin iş üzrə Nərimanov Rayon Məhkəməsinin sorğusu əsasında ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair arxiv qovluğunda aşkar olunan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Beləliklə, iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinə iddiaçının subyektiv hüququnun olmasını təsdiq edən, yəni uzun müddət həmin mənzildən istifadə etməsini sosial-kommunal ödənişlər etməsini, elektrik, qaz, su və sair kommunal xi dmətlərə görə müqavilələrin onların adına olmasını təsdiq edən sənədlər rəsmi təqdim edilsə də apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Həmçinin iddiaçılar yuxarıda qeyd edilən mənzildə 30 ildən artıq yaşamış, maneəsiz sahiblik və istifadə hüququ əldə etmişlər. Həmin yaşayış sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanlarından sərəncam hüququnun verilməsi gözlənilir. Buna görə də, apellyasiya instansiyası məhkəməsi iddiaçıların istifadəsində olan torpaq sahəsinə dair “gözlənti hüququ”nun olmasını nəzərə almamışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
11. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
12. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəm ə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyət i üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
14. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Şikayət qərardadın ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəli r.
16. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, iddiaçılar üçüncü şəxsin xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə verilmiş ilkin qeydiyyatın ləğv edilməsini xahiş etsələr də həmin evə dair iddiaçıların hansı hüquqlarının olması birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Həmçinin, iddiaçı inzibati orqanın bundan təxminən 30 il əvvəl qəbul etdiyi, Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 1991-ci il 13 sentyabr tarixli qərarı əsasında verilmiş 1993-cü il 18 avqust tarixli qeydiyyatı mübahisələndirir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə da ir qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
17. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini əsaslı hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçıların mübahisəli mülkə dair subyektiv hüquqları ilə bağlı araşdırma apardığını qərarında göstərmiş, bununla bağlı qənaətini əsaslandırmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Nərimanov Rayon Məhkəməsində hazırkı iddiaçıların mübahisəli mənzildən çıxarılmaları, Z.Səfərovanın həmin evə köçürülməsi, həmin iş üzrə cavabdehlər tərəfindən mülkiyyətində olan evin ikinci və üçüncü mərtəbələrində inşa edilmiş qanunsuz tikililərin onların hesabına sökülməsi və evin əvvəlki vəziyyətdə bərpa edilməsi barədə mülki iş üzrə icraat dayandırılmışdır. Belə olan halda, iddiaçıların ünvan 6 ünvanda yaşamaları işin mübahisələndirilməyən halını təşkil edir. Bu hal 3-cü şəxs tərəfindən də məhkəmə araşdırması zamanı təsdiq edilmişdir.
18. Göründüyü kimi, iddiaçıların mübahisəli mülkə dair hüquqları həmin mülkə sahiblik və ondan istifadə faktına əsaslanır. İddiaçıların həmin mülkdə hər hansı etiraz olmadan uzun müddət yaşamaqla yanaşı, əlavə tikililər inşa etmələri də nəzərə alındıqda (həmin tikililər özbaşına inşa edilsələr belə), ümumilikdə mülkə dair sahiblik və ondan istifadə qanunsuz olmamışdır. Əlavə olaraq, Nərimanov Rayon Məhkəməsindəki mülki iş üzrə mübahisəli hüquq münasibətinin digər tərəfi olan, hazırkı iş üzrə üçüncü şəxsin məlumatlarına görə, iddiaçılar 90-cı illərdə, iddiaçıların məlumatlarına görə isə həmin mülkü 80-ci illərin sonlarında əvvəl ki sahibindən almaqla, kimsənin etirazı olmadan, qarşılıqlı razılıq əsasında köçmüş, bundan irəli gələn hüquqları həmin vaxtda qüvvədə olan qanunvericiliyə əsasən qazanmışlar və hal-hazıradək həmin mülkdə yaşamaqdadırlar.
19. Apellyasiya instansiyası məhkəməsinin iddia qaldırılmasının müddəti ilə bağlı qənaətinə gəldikdə, nəzərə alınmalıdır ki, iddiaçılar inzibati aktı - Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 1991-ci il 13 sentyabr tarixli qərarını mübahisələndirmirlər. Onlar hesab edirlər ki, həmin qərar özünün həqiqi məzmununa görə onların hüquqlarına toxunmur və mübahisəli deyil. Onlar məzmunu təhrif olunmuş (düzəliş edilmiş) qərar əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin (cavabdeh inzibati orqanın faktiki xarakterli hərəkətinin nəticəsinin) ləğvini tələb edirlər. Həmin məzmunda tələb isə öhdəliyin icrası haqqında iddialara aiddir və bu növ iddianın qaldırılması üçün İPM-də müddət müəyyən edilməmişdir.
20. Beləliklə, işin təkrar baxılması (icraatın davam etdirilməsi) üçün birinci instansiya məhkəməsinə göndərilməsi əsaslarını müəyyən edən İPM-in 87.7, 87.7.1 və 87.7.2-ci maddələrində nəzərdə tutulmuş hallar hazırkı işdə mövcud olmadığından, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır.
21. İşin yekun qərar qəbul edilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə tələbə gəldikdə, apellyasiya instansiyası məhkəməsində icraat zamanı bu prosessual fəaliyyət (iş üzrə yekun qərarın qəbul edilməsi) həmin məhkəmənin səlahiyyətlərinə aid olmaqla yanaşı, apellyasiya icraatı zamanı işin faktik i hallarının tam və hərtərəfli araşdırılmasından və qiymətləndirilməsindən asılı olduğundan, şikayət həmin hissədə təmin oluna bilməz.
22. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 15 oktyabr tarixli, 2-1(103)-1944/2021 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.