Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-133/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxsin fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs Qasımov Cavanşir İsmeil oğlunun) “üçüncü şəxsin fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması” tələb inə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2404/2022 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Yeni Günəşli yaylası, döngə 3, 10 saylı mənzildə yerləşən daşınmaz əmlak xx.xx.2015-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli arayışa əsasən, xx.xx.1957-ci il təvəllüdlü Qasımov Cavanşir İsmeil oğlu ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.
3. AN-İ seriyalı ******* saylı xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı Qasımov Cavanşir İsmeil oğlu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 138.9 kv.m. olan mənzili 120000 manata alıcı X1, satıcı xx.xx.2015-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür.
4. X3 xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən, o, qeydiyyatda olduğu İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına etiraz etmir. Müqavilədə nəzərdə tutulmuş müddətdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini tərk etməyi, yaşayış yeri üzrə qeydiyyatından çıxmağı öhdəsinə götür ür.
5. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Qaraçuxur qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1/33 saylı xx.xx.2022-ci il tarixli məktubunda bildirilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylası döngə 3, ünvanda yaşayan sakinlərin ifadəsinə əsasən, vətəndaş Qasımov Cavanşir İsmeil oğlu hal-hazırda ünvan 2 ünvanda yaşamır.
6. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, Qasımov Cavanşir İsmeil oğlunun onun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Yeni Günəşli yaylası, döngə 3, 10 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.
7. Cavabdeh 8 fevral 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, vətəndaşların qey diyyatdan çıxarılması DİOnun səlahiyyətlərinə aid olmadığından və Azərbaycan Respublikası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu bəndinin tələbinə zidd olduğundan müraciətin müsbət həlli mümkün deyildir. Odur ki, o, aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməlidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
8. İddiaçı 2 mart 2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 3-cü şəxs Qasımov Cavanşir İsmeil oğlunun onun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Yeni Günəşli yaylası, döngə 3, 10 ünvanında yerləşən fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırm ışdır ki, ünvan 1 ünvan yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Mülkiyyət hüquqları daşınmaz əmlakın Dövlət Reyestrində ********** sayla qeydə alınmış və ona, seriya RX № ******* saylı çıxarış verilmişdir. Həmin mənzili o, C.Qasımovdan xx.xx.2015-ci il tarixli AN-İ№0472705 saylı alqı-satqı müqaviləsinə əsasən almışdır. Alqı-satqı müqaviləsi bağlanarkən maraqlı şəxs qeydiyyatdan çıxacağı barədə öhdəlik götürsə də, uzun illər ərzində bunu etməmişdir. O, bu yaxınlarda özünə məxsus mənzili satmaq istəyərkən qeydiyyatda olan şəxsin razılığı məsələsi ilə qarşılaşmışdır. Həmin şəxsin faktiki harada yaşaması ona məlum deyildir. Bundan sonra o, cavabdehə rəsmi müraciət edərək mənzilində qeydiyyatda olan kənar şəxsin qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin cavabdeh tələbin təmin ol unmasından imtina etmişdir.
10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2-1(112)-6736/2022 nömrəli qərarı ilə (hakim: X5) iddia təmin edilmiş, Qasımov Cavanşir İsmeil oğlunun ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdehə həvalə edilmişdir.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə görə, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşa yış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi, mübahisəli fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Belə olan halda, mülkiyyətçi ona məxsus yaşayış evində qeydiyyatda olan, lakin faktiki olaraq həmin ünvanda yaşamayan və istifadə hüququ olmayan şəxsin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Mübahisəli fərdi yaşayış evində qeydiyyatda olan üçüncü şəxs qeyd olunan ünvanda yaşamadığından, həmin şəxsin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən qeydiyyatdan çıxarılmaması qanuna zidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir.
13. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2404/2022 nömrəli qərarı ilə (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X7 və X8) Bakı İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini n hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətində qeyd edilmişdir ki, Qasımov Cavanşir İsmeil oğlu İddiaçı 2015-ci ildə şifahi razılaşmaya əsasən borc pul almışdır. Tərəflər arasındakı şifahi razılaşma belə olmuşdur ki, həmin borca görə C.Qasımov ona məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini müvəqqəti olaraq borcu qaytarana kimi iddiaçının adına keçirsin, borcu qaytarandan sonra ev yenə də onun adına rəsmiləşdirsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ol madan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. C.Qasımov ilə iddiaçı arasında formal olaraq ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqısına dair xx.xx.2015-ci il tarixli müqavilə imzalanmışdır. Yəni, C.Qasımova ilə iddiaçı arasında imzalanmış həmin müqavilə görüntü xarakterli olmuş və reallığı əks etdirməmişdir. Müqavilədə formal olaraq fərdi yaşayış evinin dəyəri kimi göstərilən 120000 manat da evin alqı-satqısına görə C.Qasımovaya ödənilməmişdir. C.Qasımov ilə iddiaçı arasında fərdi yaşayış evinin satılması ilə əlaqədar heç bir alqı-satqı münasibətləri olmamış, müqavilə formal, yalnız görünüş üçün bağlanmış yalançı əqd olmuşdur.
18. C.Qasımov 2000-ci illərdə ünvan 4 ünvanında yerləşən torpaq sahəsini alaraq orada fərdi yaşayış evini tikmiş və o vaxtdan da bu günə kimi öz ailəsi ilə birlikdə həmin evdə yaşamağa bağlamışdır. Məhkəmə C.Qasımovun həmin fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyini cavabdehə həvalə etməklə onun Konstitusiyasının 43-cü maddəsi ilə təsbit edilən mənzil hüququnu pozmuşdur. C.Qasımovun ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququ qanuni və əsaslı olmuşdur. İddiaçı ilə aralarında formal müqavilə bağlanmasına baxmayaraq, C.Qasımovun fərdi yaşayış evinə istifadə hüququ faktiki olaraq saxlanmışdır. C.Qasımov həmin fərdi yaşayış evindən mübahisəsiz olaraq faktiki öz əmlakı kimi istifadə etmişdir. Buna görə də, qeydiyyatdan çıxarılma bərədə məhkəmənin qərarı onun yaşayış evinə dair istifadə hüquqlarını pozmuşdur.
19. Həmçinin, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. C.Qasımov qeydiyyatda olduğu həmin fərdi yaşayış evində 2007-ci ildən bəri yaşayır və qeydiyyatdadır. 2015-ci ildə bağlanmış formal alqı-satqı müqaviləsindən sonra da bu günə kimi həmin fərdi yaşayış evində həyat yoldaşı X4 ilə birlikdə yaşamağına davam etmişdir. 7 il ərzində iddiaçı qeydiyyatla bağlı C.Qasımova qarşı heç bir pretenziya və iddia irəli sürməmiş, C.Qasımovun həmin fərdi yaşayış evində yaşamağı və qeydiyyatda olması ilə razılaşmışdır. C.Qasımovun həmin evdə qeydiyyatda olması qanuni və əsaslıdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
20. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə
2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaş ayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.... Maddə
9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;... 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haq qında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarı
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki ya şamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
23. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayə tinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİ N MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, apellyasiya məhkəməsi üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Belə olan halda, mülkiyyətçi ona məxsus yaşayış evində qeydiyyatda olan, həmin mənzilə dair istifadə və ya başqa əmlak hüquqları olmayan şəxsin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Aşağı instansiya məhkəmələrində araşdırma zamanı 3-cü şəxsin mübahisəli mənzilə hər hansı əmlak hüququnun (istifadə, icarə və s.) olduğu müəyyən edilməmişdir. Odur ki, iddiaçının yuxarıda qeyd olunan normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır və 3-cü şəxsin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən qeydiyyatdan çıxarılmaması qanuna zidd olduğundan, mülkiyyətçi olaraq iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
31. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, şikayətin təmin olunması üçün əsaslar yoxdur, qərar dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Qasımov Cavanşir İsmeil oğlunun kassasiya şika yəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2404/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.