Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-133/2024 15.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi haqqında qərarın mübahisələndirilməsi, iddianın qeyri-mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyul 2023-cü il tarixli, 21(103)-2812/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin “Sürətli poçt xidməti fəaliyyəti üzrə plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, 1/22 nömrəli qərarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 58 ünvanında fəaliyyət göstərən İddiaçı MMC-nin xx.xx.2019 – xx.xx.2022-ci il dövrünü əhatə edən fəaliyyəti üzrə xx.xx.2022-xx.xx.2022-ci il tarixində növbədənkənar yoxlamanın aparılması qərara alınmışdır.
2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tari xli çıxarışa əsasən, İddiaçı MMC-yə münasibətdə cavabdeh tərəfindən “insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin (məlumatların) daxil olması, habelə kütləvi informasiya vasitələrində məlumatların yayılması; bir və ya bir neçə insanın əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsi təhlükəsi; fiziki şəxs tərəfindən müraciət (məlumat)” əsası ilə xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə plandankənar yoxlamanın həyata keçirilməsi nəzərdə tutulmuşdur.
3. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 01 nömrəli “Nəzarət olunan subyektin plandankənar (növbədənkənar) yoxlanılmasına dair” aktda qeyd edilmişdir ki, plandankənar (növbədənkənar) yoxlamanın aparılmasına şərait yaradılmadı və sözügedən obyekt lisenziya ərazisində göstərilən obyektə uyğun deyildir. Obyektə vizual baxış zamanı məlum oldu ki, fəaliyyət ünvanı kimi istifadə olunan hazırkı obyekt sürətli poçt xidmətlərinin göstərilməsi üçün müvafiq şəraitlə (obyektin ad göstəricisi, iş saatlarını göstərən tablo, avadanlıqlar, təhlükəsizlik kameraları, rəflərlə təchiz edilmiş anbar, yanmayan seyf) təmin edilməmişdir. İddiaçı MMC-nin ünvan 1 ünvanda sürətli poçt xidmətlərinin göstərilməsi üçün uyğun şəraitin olmadığı müəyyən olunmuşdur. Yoxlamanın aparılması üçün fəaliyyət ünvanına daxil olaraq baxış keçirilməsinə şərait yaradılmadı.
4. Cavabdeh tərəfindən tərtib olunm uş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 58 ünvanında xx.xx.2022-ci il tarixə təyin edilmiş plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsinə şərait yaradılmadığından, İddiaçı MMC-nin direktoru X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.
5. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(001)3926/2022 nömrəli qərarına əsasən, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2022 – xx.xx.2022-ci il tarixlərə təyin edilən kodu KY221867832 olan və İddiaçı MMC-də keçirilməli olan plandankənar (növbədənkənar) yoxlama haqqında cavabdehin qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 6 ilə yaxındır sürətli poçt daşımaları sahəsində fəaliyyət göstərir. Cavabdehə iddiaçı barəsində göndərilən yalan və böhtan xarakterli şikayət ərizələri, iddiaçının iş fəaliyyətinin iflic vəziyyətə düşməsinə, imicinin korlanmasına və işçilərinin bir çoxunun işdən ayrılmasına gətirib çıxarmışdır. Artıq iddiaçının sahibkarlıq fəaliyyəti bu yoxlamaların əlindən batmaq üzrədir. Buna görə də hesab edir ki, cavabdehin tərəfindən xx.xx.2022 - xx.xx.2022-ci il tarixlərinə təyin edilən plandankənar (növbədənkənar) yoxlamanın həyata keçirilməsi dayandırılmalıdır.
8. Bakı İnzibati Məhkəməsinin (hakim: Aysev Almazova) 14 aprel 2023-cü il tarixli, 2-1(112)-7321/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, plandankənar yoxlamanın keçirilməsi barədə nəzərdə tutulmuş müddət artıq keçdiyindən mübahisələndirilən qərarın ləğv edilməsi barədə qərar qəbul edilsə belə, qəbul ediləcək qərarın icrası mümkün olmayacağından, iddiaçının çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün deyil. Odur ki, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalı, iddiaçıya plandankənar yoxlama keçirildikdən sonra yoxlama nın nəticələrinə dair yoxlayıcı orqanın qərarını mübahisələndirmək hüququnun olması izah edilməlidir. Həmçinin iddiaçıya müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb etmək hüququ izah edilməlidir.
10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddia mümkün sayılmaqla işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Cahangir Yusifov /sədrlik edən və məruzəçi/, Pərviz Hüseynov və Şərafət Məmmədova) 27 iyul 2023-cü il tarixli, 2-1(103)-2812/2023 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instan siya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, mübahisələndirilən qərar subyektivlik baxımından, iddiaçı üçün onun hüquqlarını pozan əlverişsiz inzibati akt meyarlarına uyğun gəlmir. Belə olan halda da, iddiaçının həmin qərarın ləğv edilməsi tələbinə dair hazırkı iddia tələbi, İPM-in 35.1-ci maddəsində nəzərdə tutulan əsaslandırılmış olan mübahisələndirmə haqqında iddia kimi qiymətləndirilə və məhkəmə icraatı mümkün sayıla bilməz.
13. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddia mümkün sayılmaqla işin yenidən baxılması üçün aidiyyəti məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRA ZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
14. İddiaçının kassasiya şikayətində qeyd edilmişdir ki, müvafiq yoxlamanın keçirilməsi haqqında qərar qəbul edilərkən 3 əsas (arqument) rəhbər tutulmuşdur:
1. Fiziki şəxslər Ə.Məmmədov və C.Hətəmovun şikayətləri (qəbzlərin guya saxtalaşdırılması və hüquqlarının pozulması);
2. İlk şikayətin araşdırılması üçün şirkətin lisenziyada göstərilən ünvanda fəaliyyət göstərməməsi;
3. Şikayətin araşdırılması ilə əlaqədar iddiaçı ilə əlaqənin mümkünsüz olması. Həmin 3 arqumentin heç biri Konstitusiyanın 59-cu (Azad sahibkarlıq hüququ) maddəsinin İİ hissəsi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 16.1-ci (Plandankənar - növbədənkənar yoxlama) maddəsində qeyd olunan əsaslarla üst-üstə düşmür. Yoxlama suallarının sahibkarlıq subyektinə verilməməsi, sürətli poçt xidməti olaraq iddiaçının normal iş rejiminin nəzərə alınmaması “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 20.5, 19.5 və 19.7-ci maddələrinin müddəalarının, habelə həmin maddələrlə əlaqəli normaların pozulması ilə nəticələnmişdir. Məhz həmin normaların pozulması ilə yuxarıda qeyd olunan əlverişsiz yoxlamaların keçirilməsi, iki qərəzli vətəndaşın iddiaçının sahibkarlıq fəaliyyətinə dövlət orqanı vasitəsi ilə məqsədli müdaxiləsi kommersiya hüquqi şəxsinin hüquqlarına və qanunla qorunan maraqlarına müdaxilənin qarşısını almağın xüsusilə zəruri olduğu halın mövcudluğunu açıq-aşkar ortaya qoyur. kassasiya şikayətinə qarşı etirazın dəlill əri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparı lan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 5.4. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində y oxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilm əsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassa siya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyindən çıxış edərək məhkəmə kollegiyası xüsusilə qeyd edir k i, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, iddianın mümkünlüyü ilə bağlı məsələ qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
23. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. Mübahisəyə dair hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi cavabdeh tərəfindən xx.xx.2022 – xx.xx.2022-ci il tar ixlərə təyin edilən kodu KY221867832 olan və İddiaçı MMC-də keçirilməli olan plandankənar (növbədənkənar) yoxlama haqqında cavabdehin qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarın ləğvinə nail olmaqdan ibarətdir.
25. Bununla bağlı qeyd edilməlidir ki, inzibati orqan tərəfindən istənilən yoxlama buna səlahiyyəti olan inzibati orqanın müvafiq qərarı əsasında keçirilir. Yoxlamanın keçirilməsi barədə qərarın qəbulu inzibati orqanların məsuliyyət sferasına aiddir və onun müvafiq səlahiyyətlərinin, o cümlədən də nəzarət funksiyalarının həyata keçirilməsi məqsədlərinə xidmət edir.
26. Hazırkı mübahisəyə münasibətdə iddiaçı barəsində yoxlama tədbirinin keçirilməsi cavabdehin səlahiyyətləri ilə ehtiva olunur və bu işin mübahisəsiz halıdır. Cavabdeh səlahiyyətli qurum qismində iddiaçının ona verilmi ş lisenziyanın şərtlərinə və tələblərinə uyğun fəaliyyət göstərdiyinə nəzarət etmək və bu məqsədlə onu yoxlamaq səlahiyyətinə malikdir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022ci il tarixli, MXMT(102)-35/2022 nömrəli qərarında ifadə olunmuş hüquqi mövqeyə və formalaşmış məhkəmə təcrübəsinə görə, yoxlamanın keçirilməsi haqqında inzibati orqan tərəfindən qəbul olunmuş qərarın müstəqil şəkildə mübahisələndirilməsinə yol verilmir və bununla bağlı iddialar məhkəmələr tərəfindən mümkün sayılmır. Yoxlamanın keçirilməsi haqqında qərarın qanunauyğunluğu həmin yoxlamanın nəticələrinə dair qərarın qanunauyğunluğu çərçivəsində yoxlanılır və qiymətləndirilir (həmin qərarın mübahisələndirildiyi təqdirdə). Belə yanaşma inzibati orqanların müvafiq səlahiyyətlərinin i crasının operativ təmin olunması məqsədlərindən irəli gəlir (bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, MXMT(102)-35/2022 nömrəli qərarı).
28. İddiaçının hazırkı iddia tələbinə münasibətdə məhkəmə kollegiyası həmçinin qeyd edir ki, xx.xx.2022 – xx.xx.2022-ci il tarixlərinə təyin olunmuş yoxlama cavabdeh tərəfindən faktiki olaraq keçirilməmiş və yoxlama müddəti ötürülmüşdür, yəni həmin qərar əsasında artıq xx.xx.2022 – xx.xx.2022-ci il tarixlərə təyin edilmiş yoxlama keçirilə bilməz. Bu baxımdan keçirilməyən və artıq keçirilməsi istisna olunan yoxlama barədə qərarın ləğv edilməsi tələbinin predmeti mövcud olmadığından, hazırkı məzmunda həmin qərara münasibətdə iddiaçının hüquqi müdafiə marağı da mövcud deyildir. Bu zaman h əm də nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən yeni yoxlama keçirilməsi üçün yenidən qərar qəbul edilməli və həmin yoxlama reyestrdə yenidən qeydə alınmalıdır. Başqa sözlə, yeni yoxlamanı cavabdeh yalnız qeyd olunan prosedura əməl etməklə keçirə bilər və bu yoxlama əvvəlki yoxlamanın davam etdirilməsi kimi qiymətləndirilə bilməz.
29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyas ı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyul 2023-cü il tarixli, 21(103)-2812/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.