Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1330/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsildə X1rşı iş üzrə QƏRAR Açar sözlər: diplomun tanınması 26.08.2020 giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X13, X2 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X14, vəkili X9 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi X8 Agentliyinə (bundan sonra cavabdeh) qarşı “diplom üzrə ixtisasının tanınması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2- 1(103)206/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: X12 X10 tərəfindən iddiaçının adına verilmiş VNS 691784 nömrəli, x xxxx 2002-ci il tarixli diploma əsasən iddiaçı Linqivistika üzrə Dilçilik ixtisası üzrə mütəxəssis proqramını mənimsəmiş və dövlət yekun attestasiyasını uğurla keçmişdir. Dövlət İmtahan komissiyasının qərarı ilə Dilçilik ixtisas dərəcəsi verilmişdir. X12 X10 tərəfindən iddiaçının adına verilmiş VNS 691784 nömrəli, x xxxx 2002-ci il tarixli diploma əlavəyə əsasən iddiaçı X12 X7 Dilçilik ixtisas dərəcəsi üzrə rus dilində, əyani formada, məqbul, əla, yaxşı qiymətlərlə təhsil alaraq bitirmiş, bakalavr dərəcəsi əldə etmişdir. İddiaçı diplom üzrə ixtisasının tanınması üçün öncə aidiyyəti üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən ona x xxxxxx 2019-cu il tarixində elektron məktubla bildirmişdir ki, araşdırma zamanı iddiaçının X3 X4 Bakı filialında təhsil aldığı müəyyən olunmuşdur. X3 X4 Bakı filialı qeyri-qanuni fəaliyyət göstərdiyinə görə 1 saylı Bakı yerli İqtisad Məhkəməsinin x xxxx 2007-ci il tarixli, 2397/4-488 saylı qətnaməsi ilə fəaliyyəti dayandırılmışdır. Eyni zamanda bildirilmişdir ki, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsəni lməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Göstərilənlər nəzərə alınaraq, 1997-ci ildə imzalanmış "Avropa regionunda ali təhsil sahələrində ixtisasın tanınması haqqında” Konvensiyanın İ bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici Dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 17-ci bəndinə əsasən aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. Əlavə olaraq bildirilmişdir ki, iddiaçının 30 gün müddətində qəbul edilmiş qərara dair məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən iddiaçıya ünv anlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə daxil olmuş iddiaçının xx.xx.2019-cu il tarixli ərizəsiylə əlaqədar olaraq bildirilir ki, xx.xx.2019-cu il tarixli elektron müraciətinin nəticəsi barədə ona xx.xx.2019-cu il tarixdə müvafiq elektron xidmət vasitəsilə əlavədə qeyd olunmuş məlumat verilmişdir. “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Eyni zamanda, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38-ci mad dəsinə əsasən, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qəbul edilmiş qərara dair məhkəmədə iddia qaldırıla bilər. İddiaçı x xxxxxxxx 2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “1998-2002-ci il tarixlərdə X5 təhsili üzrə ixtisasının tanınması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı 1998-ci il tarixdə tam orta məktəbi bitirmiş və 1998-ci il tarixdə də X25 üçün Cənubi X10na qəbul edilmişdir. 1998-2002-ci il tarixlərdə həmin təhsil müəssisəsində əyani formada “Dilçilik” ixtisası üzrə ali təhsil almışdır. Dövlət Attestasiya Komissiyasının qərarı ilə x xxxx 2002-ci il tarixdə Linqivis tika üzrə Dilçilik ixtisası verilmişdir. Hal-hazırda Füzuli Rayon aşağı Alıxanlı kənd orta məktəbində ingilis dili müəlliməsi işləyir. Azərbaycan Respublikası Təhsil Nazirinin cavab məktubundan o nəticəyə gəlmək olur ki, iddiaçının təhsil aldığı ali təhsil müəssisəsinin qeyri-qanuni fəaliyyətlərinin olması səbəbilə diplomunun dövlət nümunəli sənəd olması barədə Təhsil Nazirliyi tərəfindən şübhələr mövcuddur. Halbuki aşağıda qeyd olunan səbəblərə görə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş imtina məktubu qanunvericiliyin tələblərinə uyğun gəlmədiyindən qanunsuz və əsassızdır. Belə ki, qoşmaya əlavə edilən diplomun notarial qaydada təsdiq edilmiş tərcümə və təsdiq edilmiş surətindən də göründüyü kimi həqiqətən də 1998-2002-ci il tarixlərdə iddiaçı təhsil almış və qiymət ləndirməyə əsasən diplomunu əldə etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin(hakim Mustafayev Etibar oğlu, 2-1(82)3410/2018 saylı iş) x xxxxxx 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya X12 X10 tərəfindən verilmiş VNS 691784 saylı, x xxxx 2002-ci il tarixli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi öhdəliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddiaçıya X12 X10 tərəfindən verilmiş VNS 691784 saylı, x xxxx 2002-ci il tarixli bakalavr diplomunun nostrifikasiya olunmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bak ı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X16-məruzəçi, X11 və X15, 2-1(103)-206/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin x xxxxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, komissiya iddiaçının aldığı ixtisas üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığını müəyyən etdiyindən diplomun ölkə ərazisində tanınması öhdəliyinin Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilə bilməz. Qanunvericiliyin tələblərinə əsasən diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hal aşkar olunduğundan və bu hal məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapdığından cavabdehin iddiaçının bakala vr diplomunun tanınmasından imtinası qanuna uyğun olmaqla onun hüquqlarının pozulmasına səbəb olmamışdır. İddiaçı x xxxxxx 2020-ci il tarixdə qərarın surətini almış, x xxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv olunması, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)1330/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplom üzrə ixtisasın tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi X8 Agentliyi ilə əvəz edilmişdir. kasasiya şikayətinin dəlilləri: Kasasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, şik ayətin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici Dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2, 1.3, 1.4, 1.5, 1.6, 1.7-ci bəndlərinə istinad edilmişdir. tərəflərin izahatları: Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı məhkəməyə müraciət ünvanlayaraq koronavirusla bağlı karantin tədbirləri görülməklə Bakı şəhərinə giriş-çıxışa məhdudiyyət qoyulduğuna görə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, karantin rejimi dövründə Ali Məh kəmədə işlərə baxıldığından, Bakı şəhərinə giriş-çıxış qadağası iddiaçıya şamil edilmədiyindən və iddiaçının məhkəmə iclasında iştirakını istisna edən əsas olmadığından vəsatət təmin edilmir. İddiaçı məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin təl əbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İşdə olan sənədlərə görə iddiaçı 1998-2002-ci illərdə X3 X6 təhsil almış, Dövlət Attestasiya Komissiyasının qərarı ilə ona x xxxx 2002-ci ildə linqvistika üzrə dilçilik ixtisası verilmişdir. İddiaçı diplomun Azərbaycan Respublikasında tanınmasını arzu edir. İddiaçının arzuladığı aktı qəbul etmək səlahiyyəti cavabdehə məxsusdur. Cavabdehin ekspert rəyinə əsasən iddiaçının tədris dilini bilməsi səviyyəsi qənaətbəxş olmamışdır. Diploma əlavədə tədris dili kimi Ukrayna dili yazılmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq edil miş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalar”ın tələbləri ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət olunur, cavabdehin iddiaçının diplomunu tanımaqdan imtinası qanunvericiliyə uyğundur. “Təhsil haqqında” Qanunun 27.4-cü maddəsinə görə xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzif ələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.278.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkə lərdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının: -1.1-ci bəndinə əsasən bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; -1.6-cı b əndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; -3.2-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. İddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisa s dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun tədris olunan dili bilməsi zəruri şərtdir. Xarici ölkədə tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır. Cavabdeh iddiaçının müsahibə zamanı aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilməsi səviyyəsinin qənaətbəxş olmadığını bildirərək iddiaçının diplomunun Azərbaycan Respublikasında tanınmasından imtina etmiş, iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində, habelə məhkəmə icraatı zamanı tədris dili ilə bağlı mübahisə açmamışdır. Odur ki, məhkəmə kollegiyası cavabdehin imtinasını əsaslı sayır. Məhkəmə kollegiyası onu da vurğulayır ki, Ali Məhkəmənin İnzibati kollegiyası olaraq ə vvəlki qərarlarında, o cümlədən 2-1(102)-99/2020 saylı x xxxxxx 2020-ci il tarixli və 21(102)-647/2020 saylı x xxxx 2020-ci il tarixli qərarlarında da iddiaçının təhsil dövrü müddətində tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığından diplomun tanınmasından imtina edilmişdir. Bəhs olunanlara əsasən kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-206/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qər
Məhkəmə qərarları › İş №2-1(102)-1330/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1330/2020
26.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver