Məhkəmə qərarları › İş №2-1(102)-1330/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1330/2022

06.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1330/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Nərimanov rayon xidmət nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyə görə əmək pensiyasının təyin edilməsi; iş illərinin sosial sığorta stajına daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1973-cü il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Nərimanov rayon xidmət nümayəndəliyinə qarşı “əmək pensiyasının verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-147/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətinə əsasən iddiaçı 5 mart 1989-cu il tarixdən 3 dekabr 1991-ci il tarixədək “Məişət 2” Kooperativində əmək fəaliyyəti ilə məşğul olmuşdur.

2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov Rayon İdarəsi tərəfindən verilmiş 27 aprel 2016 -cı il tarixli, 128 nömrəli arayışa əsasən, iddiaçı 16 dekabr 1991-ci il tarixdən 15 iyul 1996-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş və Qarabağ müharibəsi veteranıdır.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 5 aprel 2016-cı il tarixli, xxxxxxx0001 nömrəli təyinatı ilə iddiaçıya 2-ci dərəcə əlillik təyin edilmişdir.

4. İddiaçı 18 iyul 2018-ci il tarixdə ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.

5. Cavabdehin 27 iyul 2018-ci il tarixli, **********9 nömrəli cavab məktubu ilə müraciətin təmin olunmasından imtina edilmiş və buna əsas olaraq iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1989 - xx.xx.1991-ci il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olması faktının qarşılıqlı yoxlanmasının mümkün olmadığı göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı 27 avqust 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, həqiqi hərbi xidmətdən əvvəl işlədiyi 2 il 8 ay 10 gün iş stajı kimi sayılaraq əmək pensiyasının verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İİ qrup Qarabağ Müharibəsi əlilidir. 1991-1996-cı illərdə Qarabağ uğurunda gedən döyüşlərdə 3 dəfə yaralanmışdır. Ailəlidir, 3 övladı var. İİ qrup əlil kimi müavinat alır. Cavabdehə əmək pensiyası almaq üçün müraciət etdikdə əmək kitabçasını tapa bilmədiyi üçün həqiqi hərbi xidmətdən əvvəl işlədiyi 2 il 8 ay 10 gün işləməsini təsdiq edə bilmədiyi üçün ona əmək pensiyası təyin olunmamışdır. Ona görə də, ona cavabdeh tərəfindən İİ qrup əlil kimi müavinat təyin olunmuşdur. İddiaçı 2017-ci ilin noyabr ayında əmək kitabçasını əldə edərək cavabdehə təqdim etmiş, həqiqi hərbi xidmətdən əvvəl “Məişət 2” Kooperativində rəngsaz vəzifəsində işlədiyi 2 il 8 ay 10 günü, hərbi xidmətdə olduğu 5 il 10 ay və sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu 4 ildən artıq müddəti də nəzərə alaraq ona əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin cavabdeh iddiaçıya əlilliyə görə pensiya təyin edilməsində n imtina etmişdir. İddiaçı qeyd etmişdir ki, “Məişət 2” Kooperativinin uzun müddətdir bağlanmasına baxmayaraq, əmək kitabçası kooperativ tərəfindən ona verilsə də, əmr kitabları və əmək haqqı ödəniş cədvəlləri kooperativdədir. Qeyd olunanlara əsasən, iddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci, 31.1-ci, 32.1-ci, 37.7-ci maddələrinə, Azərbaycan Respublikası İPMin 2.2.2-ci ə 73.1-ci maddələrinə istinad edərək iddianın təmin edilməsini xahiş etmişdir. 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-219/2019 nömrəli, 22 yanvar 2019-cu il tarixli qərarı ilə (hakim Z.M.Tağıyev) iddiaçının cavabdehə qarşı hərbi xidmətdən əvvəl işlədiyi illərin iş stajı kimi sayı laraq əmək pensiyası verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə iddiası təmin edilməmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək işləməsi faktı işin halları və məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamış və iddiaçı tərəfindən həmin illərdə işləməsi faktı sübuta yetirilə bilməmişdir.

10. İddiaçı qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1058/2019 nömrəli, 7 iyun 2019-cu il tarixli qərarı ilə (hakimlər: M.Nümayəndə2 /sədrlik edən və məruzəçi/, Ü.A.Mayılov və K.N.Abiyeva) iddia çının apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-219/2019 nömrəli, 22 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-2872/2019 nömrəli, 19 noyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, R.S.Nəbizadə və K.N.Bədəlov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-1058/2019 nömrəli, 7 iyun 2019-cu il tarixli qərarı ləğv edilərək, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qeydiyyat orqanından əldə etdiyi, dövlət reyestrində “Məişət-2” Kooperativi barədə məlumatın aşkar edilməməsi məlumatından, onu başa düşmək olar ki, həmin müəssisə ləğv olunmuş və sözügedən reyestrdən çıxarılmışdır. Bu da həmin müəssisənin xx.xx.1989-xx.xx.1992-ci illərdə fəaliyyət göstərməsini təkzib etmir. Ona görə də, məsələnin dəqiq aydınlaşdırlması üçün apellyasiya instansiyası məhkəməsi Milli Arxiv orqanına müraciət etməli idi. Bundan başqa, iş üzrə qəti müəyyən edilməmişdir ki, çatışmayan iş stajı iddiaçının sığorta stajın a əlavə edilsə bu stajın müddəti 10 il təşkil edəcəkdir. İşin apellyasiya instansiya qaydasında yenidən araşdırlmasına zərurət yaranmışdır. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-509/2020 nömrəli, 2 dekabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və A.B.Nuriyeva) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-219/2019 nömrəli, 22 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, yeni apellyasiya baxışı zamanı “Məişət-2” Kooperativinə dair dövlət qeydiyyatı barədə sənədlərin Milli Arxiv İdarəsinə təhvil verilib-verilməməsi barədə məlumatların, həmçin in təhvil verilmişdirsə, həmin sənədlərin, eyni zamanda iddiaçının sözügedən müəssisəyə işə qəbul olunmasına və işdən azad olunmasına əsas olmuş sənədlərin təqdim edilməsi məqsədilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə sorğular ünvanlanmış, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən 31 yanvar 2020-ci il tarixli cavab məktubunda “Məişət 2” Kooperativinin arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi qeyd olunmuş, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti sorğuya cavabda qeyd olunanlarla bağlı sənədlərin mövcud olmadığını, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi isə sorğuya cav abda “Məişət 2” Kooperativinin hüquqi və ya yerləşdiyi ünvanla bağlı ətraflı məlumat verildiyi halda müraciətə baxıla biləcəyi bildirilmişdir.

18. Qeyd olunan müəssisənin xx.xx.1989-xx.xx.1992-ci illərdə fəaliyyət göstəribgöstərməməsini müəyyən etmək mümkün olmamışdır.

19. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə əmək kitabçasından çıxarışın surəti təqdim edilmiş, iddiaçıya məxsus əmək kitabçasından çıxarışın surətində qeyd olunan dövrlərin həqiqiliyinin yoxlanılması üçün əmək kitabçasının əslinin baxış keçirilməsi üçün məhkəməyə təqdim edilməsi tələb edilsə də, iddiaçı tərəfindən əmək kitabçasının əsli təqdim edilməmişdir.

20. İddiaçının xx.xx.1989-xx.xx.1992-ci ilədək “Məişət-2” Kooperativində işlədiyi müddət öz təsdiqini tapmadığından həmin müddət sığorta stajına daxil edilə bilən müd dət kimi qəbul edilə bilmədiyinə görə onun əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 10 il sığorta stajını toplamadığı müəyyən olunur.

21. İddiaçı qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. d) kassasiya instansiyası məhkəməsində ikinci icraat

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)940/2021 nömrəli, 19 may 2021-ci il tarixli qərarı ilə (hakimlər: Z.M.Quliyev /sədrlik edən və məruzəçi/, N.İ.Rəsulbəyova və İ.Ə.Şəfiyev) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-509/2020 nömrəli, 2 dekabr 2020-ci il tarixli qərarı ləğv edilərək, işin yenidən baxılması üçün həmin məhkəməy ə göndərilməsi qərara alınmışdır.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən Ali Məhkəmənin iş üzrə qəbul etdiyi 19 noyabr 2019-cu il tarixli qərarında “Məişət-2" Kooperativinin xx.xx.1989-xx.xx.1992-ci illərdə fəaliyyət göstərməsi məsələsinin dəqiq aydınlaşdırılması ilə bağlı qeyd etdiyi göstərişin tam icra edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin prosessual imkanları tükənməmişdir və apellyasiya instansiyası məhkəməsi hazırki işə təkrar baxarkən bundan əvvəl göndərdiyi sorğularda olan çatışmamazlıqları aradan qaldırmalı, sorğunu ünvanladığı orqana axtarış üçün məlumatları tam və dolğun verməlidir. Həmçinin apellyasiya məhkəməsi Dövlət Statistika Komitəsinə və müvafiq rayon İcra Hakimiyyətinə bu barədə sorğular göndərm əmişdir, Ali Məhkəmənin məcburi xarakter daşıyan göstərişlərinə formal yanaşmışdır.

24. Bundan başqa, fiziki şəxsin uçota alınması haqqında 1719 nömrəli, 14 aprel 1998-ci il tarixli şəhadətnaməyə əsasən, iddiaçı 14 aprel 1998-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamış və fasiləsiz olaraq 20 ildən artıq müddətdə sahibkar kimi işləmişdir. Apellyasiya instansiyası məhkəməsində isə buna münasibət bildirilməyərək yalnız xx.xx.2013-cü ildən - xx.xx.2015-ci ilə kimi olan 2 il 1 ay müddəti götürmüşdür. Belə ki, apellyasiya instansiyası məhkəməsi işi düzgün araşdırmış olsaydı əgər, 14 aprel 1998ci il tarixdən 1 yanvar 2006-cı il tarixə qədər olan vaxt, hərbi xidmətdə olduğu vaxt və 1 yanvar 2006-cı ildən bu yana olan müddəti hesablayıb iddiaçının iddia ərizəsini təmin etmiş olardı. e) apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

25. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-147/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, E.E.Nağıyeva və A.P.Oruczadə) iddiaçının apellyasiya şikayəti edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-219/2019 nömrəli, 22 yanvar 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq iddiaçıya həqiqi hərbi xidmətdən əvvəl işlədiyi 2 il 8 ay 10 gün iş stajı kimi sayılaraq əmək pensiyasının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəməyə ünvanlanmış sığortaedən İddiaçı (VÖEN: **********) 2010-xx.xx.2018-ci illərdə hesablanıb, ödənilmiş məcburi dövlət sosial sığorta haqları və maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimələrin dinamikası barədə məlumatdan görünür ki, iddiaçı tərəfindən 2010-2011, 2013-2017-ci illərdə MDSS haqları ödənilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının vergi ödəyicisi kimi fəaliyyət etdiyi dövr, 2010-2011,2013-2017-ci illər sığorta stajına daxil edilməlidir.

27. Bundan başqa, təkrar apellyasiya baxışı zamanı Ali Məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq “Məişət-2” Kooperativinin direktoru işləmiş X2 şahid qismində məhkəməyə dəvət olunmuş və o ifadə verərək bildirmişdir ki, “Məişət”-2 Kooperativi dövlət müəssisəsi olmuşdur. İddiaçı onun direktoru olduğu müəssi sədə 1989-cu ilin mart ayından əsgərliyə gedənə kimi, yəni 1991-ci ilin axırına kimi işləmişdir. Fəaliyyətləri sifarişlər əsasında təmir-tikinti işlərini görmək idi. İddiaçı da rəngsaz işi ilə məşğul olurdu. Müəssisənin fəaliyyəti 1996-cı ildə dayanmışdır. İşlədiyi dövrdə iddiaçıya əmək haqqı verilirdi və onun əmək haqqından tutulmalar olurdu. İşlədiyi dövrdə müəssisəyə aid bütün sənədləri arxivə təhvil vermişdir.

28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmiidir ki, iş materiallarına əlavə edilmiş X1 məxsus İT-İ seriyalı, ******* saylı əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, Bilman Nağıyev “Məişət”-2 Kooperativində xx.xx.1990-cı il tarixdən xx.xx.1992ci il tarixədək rəngsaz-suvaqçı, xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək direktor vəzifəsində işləmişdir. Gö ründüyü kimi iddiaçının xx.xx.1989-xx.xx.1992-ci illərdə “Məişət2" Kooperativində işləməsi öz təsdiqini tapır.

29. İddiaçının xx.xx.2017-ci il tarixədək 10 ildən çox sosial sığorta stajının olması müəyyən olunur. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etməklə onun Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur.

30. Cavabdeh qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

31. Kassasiya şikayətində işin halları sadalanmış, əlavə olaraq qeyd olunmuşdur ki, məh kəmə işə baxarkən şahid ilə iddiaçının işlədiyi illərin üst-üstə düşməsinə nəzər yetirməmişdir. Bununla yanaşı iddia olunan müəssisənin fəaliyyəti barədə hər hansı sənəd mövcud deyildir. Eyni zamanda, apellyasiya instanisyası məhkəməsi tərəfindən verilmiş sorğulara gələn cavablardakı ziddiyyətlər tam şəkildə məhkəmə tərəfindən araşdırılmamış və sadəcə şahid ifadəsinə əsasalanaraq iddiaçının iddiası təmin edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 33. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu (01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiya: Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtil ə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.

34. İnzibati Prosessual Məcəllə:... Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hi ssəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

36. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsi ndə məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Kollegiya qeyd edir ki, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmə sinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər.

39. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya əlilliyə görə pensiya təyin edə bilmək üçün onun 10 il stajının mövcudluğu tələb olunur. Cavabdehin əsas dəlili də məhz həmin stajın toplanılmaması ilə bağlı olmuşdur. Kollegiya hesab edir ki, iddiaçının sözügedən stajının mövcudluğu ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olun muş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının nömrəli, 15 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir. 2-1(103)-147/2022

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar