Məhkəmə qərarları › İş №2-1(102)-1330/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1330/2023

06.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1330/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin elektron sistemdə bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azər baycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup müddətsiz əlilliyinin xx.xx.2014-cü il tarixdən elektron sistemdə bərpa edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-59/2023 nömrəli, 8 fevral 2023cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli, 1098 nömrəli qərarının təsdiq edilmiş surətində qeyd edilmişdir ki, Cəbrayıl rayon hərbi komissarlığı tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.2010-cu ildə Silahlı Qüvv ələrin məhkəmə tibbi ekspertizası mərkəzində məhkəmətibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri – diaqnoz: “Mərmi partlaması nəticəsində əmələ gəlmiş qəlpələrin təsirindən sağ bazunun yuxarı 1/3-də, alın nahiyyəsində və sol budun bayır səthində çapıq toxumaları” (Cəbrayıl rayon hərbi komissarlığının xx.xx.2010-cu il tarixli, 213 nömrəli göndərişi, xx.xx.2010-cu il tarixli, 714 nömrəli arayışı, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3387 nömrəli qətnaməsi, Silahlı Qüvvələrin Məhkəmə X1 verilmiş xx.xx.2010-cu il tarixli, 762 nömrəli canlı şəxsin məhkəmə-tibbi müayinəsi aktı, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir), “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. 2. 21 nömrə li Zona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 122697 nömrəli arayışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Tibbi-Sosial Ekspert Komissiyasında xx.xx.2011-ci il tarixdə ilkin müayinədən keçmiş, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2012-ci il tarixədək 3-cü qrup əlillik təyin edilmişdir.

3. Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 252393 nömrəli arayışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Tibbi-Sosial Ekspert Komissiyasında xx.xx.2012-ci il tarixdə təkrar müayinədən keçmiş, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2013-cü il tarixədək 2-ci qrup əlillik təyin edilmişdir.

4. Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 175264 nö mrəli arayışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Tibbi-Sosial Ekspert Komissiyasında xx.xx.2013-cü il tarixdə təkrar müayinədən keçmiş, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2014-cü il tarixədək 2-ci qrup əlillik təyin edilmişdir.

5. Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 355712 nömrəli arayışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Tibbi-Sosial Ekspert Komissiyasında xx.xx.2014-cü il tarixdə təkrar müayinədən keçmiş, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz 2-ci qrup əlillik təyin edilmişdir.

6. Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən Nərimanov rayon Sosial Müdafiə Mərkəzinə verilmiş xx.xx.2014-cü il tarixli, 900 nömrəli arayışın surətində qeyd edilmişdir ki, İddiaçı Tibbi-Sosial Ekspert Komissiyasında müayinədən keçirilərək ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz 2-ci qrup əlillik təyin edilmişdir.

7. İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ərizə ilə müraciət edərək xx.xx.2014-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup müddətsiz əlilliyinin elektron sistemdə bərpa edilməsini xahiş etmişdir.

8. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2014-cü ildə bir il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup əlillik təyin edilmişdir. Şəxsin əlillik müddətinin bitdiyi xx.xx.2015-ci ildən sonra dövlət tibb müəssisəsi tərəfindən yeni göndəriş (forma 088) tərtib olunmamışdır.

9. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı ünvanlanmış məktubun surətində qeyd edilmişdir ki, İddiaçı ikinci dərəcə əlilliyi sonuncu dəfə xx.xx.2014-cü ildə “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır. Növbəti müayinə tarixi - xx.xx.2015-ci il. Sonrakı dövrdə ərazi tibb müəssisəsi tərəfindən “Əlillik” altsisteminə göndəriş (forma-088) daxil olmamışdır. Bununla əlaqədar, 2 saylı Dəmir yol Xəstəxanası tərəfindən müayinə-müalicə olunacağı və yeni göndəriş rəsmiləşdiriləcəyi təqdirdə İddiaçı əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq adsızlaşdırılmış sənədlər üzərin dən iştirakı olmadan qiymətləndiriləcəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup müddətsiz əlilliyinin xx.xx.2014-cü il tarixdən elektron sistemdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1972-ci il tarixdə doğulmuş, 1993-1996-cı illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verilmişdir. 2011-ci ildə ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3-cü qrup müddətli əlillik, xx.xx.2014-cü il tarixdə isə ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup müddətsiz əlillik təyin edilmişdir. 2021-ci ilin fevral ayının 27-də Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair elektron sistemə baxış keçirən zaman ona məlum olmuşdur ki, onun müddətsiz əlilliyi elektron sistemdə əsasız olaraq bir illik kimi göstərilib. Cavabdeh inzibati orqan onun xx.xx.2014-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup müddətsiz əlil olmasını elektron siste mdə bərpa etməlidir. Onun əlilliyinin bərpa edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki 2014-cü ildə qiymətləndirilmiş və 2-ci qrup müddətsiz əlil olduğu müəyyən edilmişdir.

12. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1217/2022 nömrəli, 3 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakim S.F.Həsənov) iddiаnın təmin edilməsi, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup müddətsiz əlilliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində xx.xx.2014-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməs i barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-59/2023 nömrəli, 8 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər: M.K.Həsənov /sədrlik edən və məruzəçi/, T.S.Kərimov və O.N.İsmayılov) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilmişdir ki, iddiaçıya ilkin əlillik xx.xx.2011-ci il tarixdə təyin olunmuş, illər üzrə (hər il olmaqla) təkrar müayinədən keçmiş, sonuncu dəfə Tibbi Sosial Ekspert Komissiyasında xx.xx.2014-cü il tarixdə təkrar müayinədən keçmiş, əlilliyi müddətsiz müəyyən edilmiş, bu, həmin dövrdə qüvvədə olan qanunveric iliyə uyğun olmuş, iddiaçı xx.xx.2020-ci il tarixədək əlilliyə görə pensiya almış, qeyd edilən müddətdə təkrar müayinəyə dəvət olunmamış, buna baxmayaraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində əlilliyin müddəti xx.xx.2015-ci il tarixədək müəyyən edilmişdir. Odur ki, iddiaçının etimad hüququ qanunla qorunur, bu baxımdan iddiaçının iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Cavabdehin hərəkətləri isə qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Cav abdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əlillik altsistemində İddiaçı sonuncu müraciəti xx.xx.2014-cü il tarixdə olmuş və ona 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Həmin tarixdən sonra isə iddiaçının heç bir müraciəti daxil olmamışdır. Buna baxmayaraq, Şirvan İnzibati Məhkəməsi iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul etmək əvəzinə, heç bir əsas olmadan iddia tələbinin təmin edilməsi barədə qərar qəbul etmişdir.

18. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 3.1.2. bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.2.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüquq və vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.2-ci bəndində eyni xarakterli səlahiyyət Agentliyə həvalə olunmuşdur.

19. Göründüyü kimi Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar qəbul etmişdir.

20. Məhkəmə öz qərarında iddiaçının etimad hüququnun qorunma sını ön plana çıxarsada, qeyd etmək lazımdır ki, Agentlik tərəfindən hər hansı qanunsuzluğa yol verilməmişdir. Əlillik alt sistemində iddiaçıya təyin edilmiş əlillik müddəti bir il təyin edildiyi üçün həmin vaxtın sonunda da ona təyin edilmiş əlliyin müddəti bitmişdir.

21. Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə yuxarıda qeyd olunan maddi sübutları nəzərə almadan yalnız iddiaçının şifahi ifadələrinə əsaslanmaqla ona əlilliyin bərpa olunması qənaətinə gəlmişdir. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə əlilliyi bərpa etmişdir. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquq i və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş proseduralar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamə:... 1.4. Tibbi-sosial ekspert komissiyaları iki pilləli şəkildə təşkil olunur: ilkin pillə — zona tibbisosial ekspert komissiyaları; ali pillə — Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzi və Naxçıvan Muxtar Respublikası Tibbi-Sosial Ekspert Komissiyası. 1.5. Tibbi-sosial ekspert komissiyaları əlillik dərəcələrinin (qrupunun), müddətin i və səbəbini müəyyən edir. Şəxsin həyat fəaliyyətinin məhdudlaşması dərəcəsindən asılı olaraq “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamə əsasında İ, İİ və İİİ qrup əlillik təyin edilir və Uşaqların sağlamlıq məhdudluğunun müəyyən olunması meyarları”na əsasən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilir.... 3.1. İlkin TSEK-lərin vəzifələri. Tibbi-sosial ekspert komissiyaları:... həyat fəaliyyətinin məhdudlaşmasının və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını təyin edir, sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.6. Ə lilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.... Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 25. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə

13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnz ibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təmi natlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

26. İnzibati Prosessual Məcəllə: a) Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin ə saslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

27. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsini n İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman proses sual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. X4 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

34. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü il tarixdə aldığı və məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli, 1098 nömrəli qərarı ilə Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travm a hesab edilmişdir. İddiaçı xx.xx.2011-ci il tarixdə 21 nömrəli Zona Tibbi-Sosial Ekspert Komissiyasında ilkin müayinədən keçmiş, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar bir il müddətinə 3-cü qrup əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2012-ci il və xx.xx.2013-cü il tarixlərdə 8 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında təkrar müayinələrdən keçmiş və ona hər dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar bir il müddətinə 2-ci qrup əlillik təyin edilmişdir. Sonuncu dəfə xx.xx.2014-cü il tarixdə 9 nömrəli Xəzər Tibbi-Sosial Ekspert Komissiyasında təkrar müayinədən keçmiş iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz 2-ci qrup əlillik təyin edilmişdir. Bunlar, müvafiq Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən iddiaçıya verilmiş arayışlarla, həmçinin 9 nömrəli Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən Nərimanov rayon Sosial Müdafiə Mərkəzinə verilmiş xx.xx.2014-cü il tarixli, 900 nömrəli arayışla öz təsdiqini tapır. Belə ki, iddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2020-ci il tarixədək İİ qrup müharibə əlilliyi olan şəxslərə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar aylıq 350 manat məbləğində Prezident təqaüdü almışdır.

35. Cavabdeh inzibati orqan Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində iddiaçının sonuncu müraciətinin xx.xx.2014-cü il tarixdə olduğunu və ona 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edildiyini, xx.xx.2015-ci il tarixdən sonra isə iddiaçının müra ciəti əsasında dövlət tibb müəssisəsi tərəfindən tərtib edilmiş heç bir yeni göndəriş daxil olmadığını əsas gətirərək onun əlillik müddətinin bitdiyini bildirmişdir.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnaməyə əsasən zona tibbi-sosial ekspert komissiyaları həyat fəaliyyətinin məhdudlaşmasının və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını təyin edir, sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edir.

37. İddiaçıya 9 nömrəli Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2014-cü il tarixdə müddətsiz 2-ci qrup əlillik təyin edilmişdir.

38. Qeyd edilməlidir ki, 1997-ci il 19 av qust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin müddəalarına əsasən zona tibbi-sosial ekspert komissiyalarının əlilliyin təyini ilə bağlı verdiyi sənədlər əlilliyi (o cümlədən əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını) müəyyən edən əsas sənəddir, yəni inzibati aktdır. Əlillik alt sisteminə isə məlumatlar məhz həmin sənəd əsasında daxil edilməlidir, başqa sözlə, əlillik alt sistemindəki məlumatlar zona tibbi-sosial ekspert komissiyalarının əlillik ilə bağlı verdiyi sənədin (inzibati aktın) məzmununa uyğun olmalıdır.

39. Lakin, hazırkı iş üzrə iddiaçıya 9 nömrəli Xəzər Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əla qədar müddətsiz 2-ci qrup əlillik təyin edildiyi halda, “Əlillik” altsistemindəki məlumatlarda əlilliyin müddəti 1 il, yəni xx.xx.2015-ci il tarixədək göstərilmiş, bununla da, elektron sistemdəki məlumatın səhv daxil edildiyi müəyyən edilmişdir. Cavabdeh inzibati orqan da həmin məlumatın əsaslılığını təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

40. Bundan əlavə, iddiaçıya 2020-ci ilin ortasınadək əlilliyə görə sosial ödənişlər ödənilmişdir. Başqa sözlə, xx.xx.2015-ci ildən sonra da cavabdeh onun əlilliyini dayandırmamış, iddiaçıya münasibətdə müddətsiz əlil kimi davranmış və ondan irəli gələn müvafiq hərəkətlər etmişdir. Beləliklə, iddiaçının onun barəsində qəbul edilmiş inzibati akta, həm də cavabdehin hərəkətlərinə etimad hüququ yaranmışdır.

41. Etimadın qorunması prinsipi inzibati hüq uqun təməl prinsiplərindəndir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş ha llarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı).

42. Əlavə olaraq, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının faktiki olaraq əlilliyinin dayandırıldığı anda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi ” Qaydasının 3.7ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

43. Göründüyü kimi, qanunverici təyin edilmiş əlilliyin dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı inzibati orqan tərəfindən əməl edilməli olan məcburi prosedur qayda müəyyən etmiş, lakin cavabdeh buna riayət etmədən faktiki olaraq əlilliyi dayandırmış, bununla da həm inzibati icraatın, həm də əlilliyin qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələblərini pozmuşdur.

44. Məhkəmə kollegi yası iddianın mümkünsüzlüyü ilə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iş üzrə tələbi qanuni qüvvədə olan inzibati aktdan irəli gələn cavabdehin öhdəliklərinin icra edilməsi ilə bağlı olub (əlilliklə bağlı məlumatların elektron sistemə düzgün daxil edilməsi), mübahisələndirmə haqqında iddialara aid deyildir. Bu halda, iddiaçının tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir, həmin iddialar üzrə isə mümkünlük şərti kimi iddia qaldırılarkən hansısa müddətə riayət edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarda 23-26 (a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur.

46. Nəticə etibarı il ə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-59/2023 nömrəli, 8 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar