Məhkəmə qərarları › İş №2-1(102)-1330/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1330/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1330/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin geri götürülməsi, kassasiya icraatına xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “səhvən İddiaçı Məhəmmədiyə qızı nın hesabına köçürülmüş pensiya kapitalının iddiaçının hesabına qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 dekabr 2023-cü il tarixli, 2-1(107)558/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə ərizəyə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “pensiya kapitalın iddiaçının hesabına qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin (hakim: F.H.Hacızadə) 03 avqust 2023-cü il tarixli, 2-1(116)-913/2023 nömrəli qərarı ilə iddia təmin e dilmiş, cavabdehin üzərinə İddiaçı əmək haqqından tutularaq (məcburi dövlət sosial sığorta ayırmaları) səhvən xx.xx.1959-cu il doğum tarixli İddiaçı Məhəmmədiyə qızının fərdi hesabına köçürülmüş pensiya kapitalının iddiaçının fərdi şəxsi hesabına qaytarılması öhdəliyi qoyulmuşdur.

3. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

4. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və G.İ.Cavadova) 06 dekabr 2023-cü il tarixli, 21(107)-558/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd edi lməsini xahiş etmişdir.

6. İş kassasiya icraatında olduğu vaxt cavabdeh ərizə təqdim edərək, kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 97.1. Kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. Maddə 97.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin geri götürülməsinə dair iradəsinin mövcud olduğunu, eləcə də şikayətin verilməsi və baxılması məsələsində dispozitivlik prinsipinə uyğun olaraq cavabdehin iradəsinin həlledici əhəmiyyət kəsb etdiyini nəzərə alaraq hesab ed ir ki, cavabdehin kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilməli, kassasiya şikayəti üzrə icraata xitam verilməlidir.

9. Eyni zamanda, kassasiya şikayətinin geri götürülməsinin hüquqi nəticələri ilə bağlı cavabdehə izah edilir ki, hazırkı qərardadın 7-ci bəndində qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir.

10. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizə təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 dekabr 2023-cü il tarixli, 2-1(107)-558/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatına xitam verilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar