Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1331/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: Rusiya Federasiyasına məxsus “xxxx” Səhmdar Cəmiyyətində işlədiyi müddətin sosial sığorta stajı kimi nəzərə alınaraq yaşa görə təyin olunmuş əmək pensiyasının 5 il 6 ay yaşından yenidən hesablanması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Na zirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon Şöbəsinə qarşı ona xx.xx.2018-ci il tarixdən (55 yaş 6 ay) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-153/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1962-ci il tarixdə Ucar rayonunun Küçəkənd kəndində anadan olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Azərbaycan Res publikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon Şöbəsinə qarşı ona xx.xx.2018-ci il tarixdən (55 yaş 6 ay) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehəhə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci il tarixdə Ucar rayonu, Küçəkənd kəndində anadan olmuşdur. 5 uşaq anası olduğu üçün ona xx.xx.2018-ci il tarixən (55 yaş 6 ay) əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. 2018-ci il tarixdə müraciət etməsinə baxmayaraq, 2019-cu ilin fevral ayında ona pensiya təyin edilmişdir. 3 ay pensiya verildikdən sonra pensi ya verilməsi dayandırılmışdır. Dayandırılma səbəbinin müəyyən olunması üçün müraciət edildikdə isə, cavab məktubu ilə xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Rusiya Federasiyasında işlədiyi müddətin sosial sığorta stajı kimi nəzərə alınmaması bildirilmişdir. Cavabdehin qeyd olunan əsaslarla imtinası tamamilə qanunsuz və əsassızdır. Belə ki, istər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda, istərsə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması qaydaları”nda sığorta olunanın sığorta stajının əmək kitabçasına əsasən müəyyən edilməsi nəzərdə tutulduğundan, bununla yanaşı “Azərbaycan Respubli kası Hökuməti ilə Rusiya federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişə əsasən ölkələr arasında sosial sığorta stajı tanındığından, onun xx.xx.1991-ci il tarixdən - xx.xx.1995-ci il tarixədək Rusiya Federasiyasında işlədiyi müddət sosial sığorta stajı kimi müəyyən olunduğundan, cavabdehin ona yaşa görə pensiyanı təyin etməkdən imtinası tamamilə əsassızdır. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(81)-3217/2019 nömrəli (sədrlik edən hakim Aygün Abdullayeva) qərarı ilə iddia tələbinin təmin edilməsi, iddiaçıya xx.xx.2018-ci il tarixdən (55 yaş 6 ay) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh ape lyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-153/2020 nömrəli (hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Cahangir Yusifov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1991-ci il tarixdən - xx.xx.1995-ci il tarixədək Rusiya Federasiyasında işlədiyi dövrə aid iş stajı nın yerində yoxlanılması mümkün olmamışdır. Qeyd olunan hal məhkəmələr tərəfindən nəzərə alınmamış, nəticədə qanunsuz və əsassız qərar qəbul edilmişdir. Bununla da həmin qərar ilə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da öz növbəsində qərarın kasasiya instansiya məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması üçün əsasdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-153/2020 nömrəliqərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə i clasına vəkilsiz gədiyi üçün, cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlmədiyi üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yox layır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1991-ci il tarixdən - xx.xx.1995-ci il tarixədək Rusiya Federasiyasında işlədiyi dövrə aid iş stajının yerində yoxlanılması mümkün olmamışdır. Qeyd olunan hal məhkəmələr tərəfi ndən nəzərə alınmamış, nəticədə qanunsuz və əsassız qərar qəbul edilmişdir. Bununla da həmin qərar ilə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da öz növbəsində qərarın kasasiya instansiya məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması üçün əsasdır. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, iş materiallarıallarına əlavə edilmiş iddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, həqiqətən xx.xx.1991-xx.xx.1995-ci il tarixlərdə Rusiya Federasiyasına məxsus “xxxx” Səhmdar Cəmiyyətinin Layihə Tikinti Firmasında çalışmışdır. “Azərbaycan Respublikası Höküməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Saziş” Azərbayc an Respublikasının Qanunu ilə təsdiq edilmiş və xx xxxx 2001-ci il tarixdən qüvvəyə minmişdir. Həmin Sazişin 6-cı maddəsinə əsasən vətəndaşlara pensiyaların təyin edilməsi onların daimi yaşayış yeri üzrə aparılır. Güzəştli əsaslarla və xidmət illərinə görə pensiyalar da daxil olmaqla, pensiya hüququnun müəyyən edilməsi üçün Azərbaycan Respublikasının və (və ya) Rusiya Federasiyasının qanunvericiliyi üzrə və o cümlədən, bu Saziş qüvvəyə minənədək də əldə edilmiş, həmçinin keçmiş SSRİ-nin tərkibinə daxil olan dövlətlərin ərazisində 1992-ci il yanvarın 1nə qədər qazanılmış əmək (sığorta) stajı nəzərə alınır. Bir tərəf dövlətin ərazisindən digər tərəfin dövlətin ərazisinə köçmüş və köçəndən sonra da işləmiş vətəndaşlara pensiyanın həcmi köçəndən sonra qazanılmış əmək haqqından (gəlirdən) hesab lanır. Bir tərəfin dövlətindən digər tərəfin dövlətinin ərazisinə köçəndən sonra işləməmiş və ya köçüb gəldiyi tərəfin dövlətinin qanunvericiliyi üzrə pensiya təyin olunan zaman əmək haqqının hesablanması üçün tələb olunan minimum iş dövrünə malik olmayan vətəndaşlara pensiyanın məbləği, onların ərazisinə köçdükləri tərəfin dövlətinin pensiya təyin edərkən götürdüyü analoji fəaliyyət göstərən müvafiq peşə və ixtisası olan işçinin orta aylıq əmək haqqından hesablanır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Oaydaları”nın 3.1.1-ci bəndinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pen siyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Göründüyü ki, sosial sığorta stajı əmək kitabçası əsasında müəyyən edildiyindən, eləcə də, ölkələr arasında sosial sığorta stajı tanındığından iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Rusiya rederasiyasına məxsus “xxxx” Səhmdar Cəmiyyətinin Layihə Tikinti Firmasında çalışdığı illər nəzərə alınmalıdır. Bununla yanaşı Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşın a çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci m addələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli,2-1(103)153/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1331/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1331/2020
24.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver