Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1331/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, ümumi və xüsusi iş stajı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı və cavabdehin vəkili X2 iştira kı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-181/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. O, 06.05.1980-ci il tarixdən 22.06.1982-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur.
2. İddiaçıya məxsus İT-İ seriyalı, ******* nömrəli, 06.08.1982-ci il tarixli əmək k itabçasının qeydlərinə əsasən o, 02.08.1982-ci ildə Əli-Bayramlı Qİİ-də 2-ci dərəcəli təmir üzrə elektrik montyoru vəzifəsinə qəbul edilmiş, 01.08.1983-cü ildə 3-cü dərəcəli elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru keçirilmiş, 23.01.1984-cü il tarixdə 3-cü dərəcəli neft və qaz istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi vəzifəsinə, 19.10.1984-cü ildə yükləyici vəzifəsinə keçirilmişdir. 20.08.1985-ci ildə X1 İdarəsinə 3-cü dərəcəli sürücü peşəsinə qəbul edilmişdir, 18.02.1986-cı ildə tutduğu vəzifədən azad edilmişdir. 21.02.1986-cı ildə X4 İdarəsi Əli-Bayramlı Qİİ 3-cü dərəcəli sürücü vəzifəsinə keçirilmiş, 24.06.1986-cı ildə tutduğu vəzifədən azad edilmişdir. 16.10.1986-cı ildə Şirvan NQÇİ-də 1 nömrəli Neft və Qazçıxarma sexində 2-ci dərəcəli elektrik av adanlıqlarının təmiri və onlara xidmət göstərilməsi üzrə elektrik montyoru vəzifəsinə qəbul edilmişdir. 10.04.1989-cu il tarixdə ona həmin yerdə elektrik avadanlıqlarının təmiri və onlara xidmət göstərilməsi üzrə elektrik montyoru vəzifəsi üzrə 3-cü dərəcə verilmişdir. 22.05.1996-cı ildə həmin sexdə 4-cü dərəcəli elektrik montyoru, 05.01.1997-ci il tarixdə həmin sexdə 5-ci dərəcəli elektrik montyoru vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 22.08.1997-ci il tarixli 158 saylı əmri ilə “Şirvanneft” NQÇİ 01.09.1997-ci il tarixdən ləğv olunmuş və onun bazasında "xxxx" Birgə MMM yaradılmışdır. 01.09.1997-ci il tarixdə həmin sexdə işini davam etdirmişdir. 10.06.2002-ci ildə həmin sexdə 4-cü dərəcə hazırlıq briqadası operatoru keçirilmişdir. 01.12.2003-cü ildə ona 1 saylı NQÇS-də 5-ci dərəcə verilmişdir. 28.12.2005-ci ildə QƏYT sexinin yaradılması ilə əlaqədar 1-ci sahə üzrə 5-ci dərəcə hazırlıq briqadası operatoru keçirilmişdir. 05.10.2009-cu ildə işdən azad olunmuşdur. 05.10.2009-cu ildə “X6 Limited” şirkəti Quyuların əsaslı və yeraltı təmir sexinə 5-ci dərəcə hazırlıq briqadası operatoru qəbul edilmişdir. 31.07.2019-cu ildə əmək müqaviləsinə xitam verilmişdir. 01.08.2019-cu ildə “Shirvan Drilling Limited” şirkəti Quyuların əsaslı və yeraltı təmirə hazırlanması sexində quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operator işinə qəbul edilmişdir. 18.05.2020-ci il tarixdə işdən azad edilmişdir.
3. X5 Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş 39 №li 21 noyabr 2020-ci il tarixli “güzəştli şərtlərlə yaşa görə pe nsiya hüququ verən peşələr üzrə iş stajı haqqında arayış”a əsasən, iddiaçı Əli-Bayramlı Qİİ-də elektrik montyoru, elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru, neft və qaz istismar və kəşfiyyatı quyularının qazılmasında qazmaçı köməkçisi, “Şirvanneft” NQÇİ-də elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, elektrik montyoru, "xxxx" BMMMdə elektrik montyoru, hazırlıq briqadası operatoru, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında Quyuların əsaslı və yeraltı təmiri sexində hazırlıq briqadası operatoru peşələrində işləmişdir. İddiaçının 01.01.2006-cı il tarixinə ümumi əmək stajı 23 il, 01 ay, 04 gündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il 12 saylı Qərarının 10.1. bəndinin (Neftin qazılması və hasilatı, neft, qaz kondensat ı, kömür va şistin emalı - Qazma) a) yarımbəndinə (fəhlələr) və 10.2 bəndinin (Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı- Neft, qaz və qaz kondensatının hasilatı) a) yarımbəndinə (fəhlələr) əsasən İddiaçı güzəştli şərtlərlə 01.01.2006-cı il tarixinə 21 il 09 ay 04 gün iş stajı var.
4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etmişdir.
5. Cavabdeh **********6 saylı, 20 dekabr 2019-cu il tarixli məktubla iddiaçıya pensiya təyin olunmasından imtina edərək bildirmişdir ki, güzəştli iş stajı 12 il 6 aydan az olduğundan ona güzəştli şərtlərlə əmək pensiya təyin edilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizə si ilə məhkəməyə müraciət edərək, ona 25.01.2019-cu ildən 57 yaşı tamam olan gündən güzəştli şərtlərlə pensiya təyin edilməsi və keçmiş dövr üçün yaranmış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun ümumi iş stajı 25 ildən artıq təşkil edir və işlədiyi dövrdə 12 il 06 ay güzəştli iş stajı yaranmışdır. İşlədiyi peşə Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarında öz əksini tapmışdır. Lakin DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ona güzəştli şərtlərlə əmək pensiyası təyin olun masından imtina etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3501/2020 saylı, 13 avqust 2020-ci il tarixli qərarı ilə (hakim: N.İ.Abıyev) iddia təmin edilərək, iddiaçıya 57 yaşı tamam olduğu, yəni 25.01.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajı, o cümlədən 12 il 6 aydan artıq, yəni 21 il 9 ay 4 gün güzəştli iş stajı mövcud olduğundan cavabdehin imtinası əsassız olmuşdur.
10. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin t əmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-181/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: X.A.Cəmilova, hakimlər: N.Ş.Cəfərov və E.C.Kazımov) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3501/2020 saylı 13 avqust 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır
12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, 320 nömrəli Qərarla təsdiqlənmiş 2 saylı Siyahının 12-ci Bölməsi (“Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” adlanır) 3 alt-bölmədən ibarətdir. Birinci altbölmə “Qazma” adlanır. Burada 3 yerdə elektrik montyoru peşəsi nəzərdə tutulub: 2130100a—11590: qülləquraşdırıcılar-elektrik montyorları; 2130100a—19838: buruqlara xidmət üzrə elektrik montyorları; 2130100a—19861: bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları. Göründüyü kimi, iddiaçının çalışdığı p eşələr bu alt-bölmədə nəzərdə tutulmuş peşələrlə üst-üstə düşmür. İkinci alt-bölmə “Neft-qaz və qaz kondensatının hasilatı” adlanır. Burada bir yerdə 2130200a—19861: neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları nəzərdə tutulub. Göründüyü kimi, işdəki sənədlərdən iddiaçının çalışdığı peşənin məhz bu kod altında nəzərdə tutulmuş peşə olduğunu demək mümkün deyildir. Sözügedən 12-ci Bölmədə “hazırlıq briqadasının operatoru” vəzifəsi nəzərdə tutulmamışdır. Təsadüfi deyildir ki, məhkəmə də bununla bağlı hər hansı peşəni konkret göstərə bilməyib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: 1
6. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
17. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun çıxışı dinlənilmədən baxıldı. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənət in xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 20. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;... Maddə
69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitab çada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
21. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları» Bənd 4.1.3 Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Bənd 4.1.10 Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; Bənd 4.1.11 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
26. İş materiallarından görünür ki, iddiaçı 25 yanvar 2019-cu ildən, yəni 57 yaşı tamam olan vaxtdan ona güzəştli şərtlərlə pensiya təyin edilməsini tələb edir. Bu məqsədlə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının təqdim etdiyi “X6 Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının arayışında 22.05.1996 01.01.2006-cı tarixləri arasındakı dövr ərzində Şirvan Oyl BMMM-də neft-qazçıxarma sexində elektrik montyoru və hazırlıq briqadasının operatoru vəzifələrində işlədiyinin qeyd olunmasına, həmin işlədiyi sahə və vəzifənin isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10), neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) neft, qaz və qaz kondensatının hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyorları texnoloji qurğuların təmiri üzrə çilingərlər vəzifəsinə uyğun olmamasına, bu səbəbdən də güzəştli iş stajının 12 il 6 aydan az təşkil etməsinə istinad edərək onun tələbinin təmin olunmasından imtina etmişdir.
27. Apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, cavabdeh isə apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq qərardan kassasiya şikayəti vermişdir.
28. Məhkəmə kollegiyası şikayət müəllifinin mövqeyini əsassız hesab edərək bildirir ki, apelyasiya instansiyası məhkəməsi yuxarıda mübahisələndirilən halları apelyasiya icraatı çərçivəsində hərtərəfli araşdırmış, bu məqsədlə-Əli-Bayramlı Qİİ-nin və X5 Limited Şirkətinin fəaliyyət istiqamətlərinin, yəni neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı sahəsində fəaliyyət göstərib-göstərməməsi, İddiaçı Əli-Bayramlı Qİİdə işlədiyi elektrik montyoru, elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru, neft və qaz istismar və kəşfiyyatı quyularının qazılmasında qazmaçı köməkçisi, “Şirvanneft” NQÇİ-də işlədiyi elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, elektrik montyoru, "xxxx" BMMM-də iş lədiyi elektrik montyoru, hazırlıq briqadası operatoru, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında işlədiyi Quyuların əsaslı və yeraltı təmiri sexində hazırlıq briqadası operatoru, müəssisədə işlədiyi boruçu peşəsinin funksiyalarının zərərli sahəyə aid olub-olmaması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahının X.1 bəndinin (Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı -
1. Qazma) a) yarımbəndində və X.2 bəndinin (Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı –
2. Neftqaz və qaz kondensatının hasilatı) a) yarımbəndində göstərilən peşələrin funksiyalarına uyğun olub-olmaması və ya həmin siyahıda hansı kod altında olan peşələrin funksiyaları ilə eynilik təşkil etməsi ilə bağlı X5 Limited Şirkətinə sorğu verilmişdir.
29. Həmin sorğuya cavab olaraq X5 Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 10 mart 2021-ci il tarixdə apelyasiya instansiyası məhkəməsinə daxil olmuş məktubda qeyd edilmişdir ki, “ “Şirvanneft” NQÇİ, "xxxx" BMMM və “X5 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı eyni neft hasilatı ilə məşğul olan, təsis və təşkil olunma qaydaları ilə əlaqədar müxtəlif vaxtlarda fərqli adlandırılan müəssisədir. Əmək kitabçasındakı qeydlərə əsasən, İddiaçı 01.01.2006-cı il tarixinə ümumi əmək stajı 25 il, 02 ay, 20 gündür. Onun “Şirvanneft” NQÇİ və "xxxx" BMMM-də güzəştli əmək stajı 01.01.2006-cı il tarixinə 19 il, 02 ay, 15 gündür. İddiaçı 15.1 0.1986-cı il tarixli 104/k saylı əmrlə 16.10.1986-cı il tarixdən “Şirvanneft” NQÇİ-nin 1 saylı neftqazçıxarma sexinə 2-ci dərəcəli elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsinə işə qəbul edilmişdir. O, 10.06.2002-ci il tarixədək “Şirvanneft” NQÇİ-nin və "xxxx" BMMM-nin 1 saylı neftqazçıxarma sexində 5-ci dərəcəli elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində işləmişdir. Onun elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru kimi “Şirvanneft” NQÇİ-də "xxxx" BMMM-də güzəştli əmək stajının müddəti 15 il, 07 ay, 24 gün olmuşdur. Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində işləyən işçilərin, o cümlədən İddiaçı əmək haqqına 8 faizlik əlavə hesablanaraq ödənilmişdir. Bu hal müəssisədə həyata keçirilən iş yerlərinin attestasiyası zamanı nəzərə alınmışdır və 8 faizlik əlavə həmin attestasiya nəticələrinə görə təyin edilmişdir. İddiaçı 16.10.1986-cı il tarixdən 10.06.2002-ci il tarixədək “Şirvanneft” NQÇİ "xxxx" BMMM-in 1 saylı neftçıxarma sexində işlədiyi elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 2130200a-19861 şifrəsi ilə qeyd edilmiş “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmir i və xidməti üzrə elektrik montyorları” peşəsinə uyğundur. İddiaçı 10.06.2002-ci il tarixli 86/k saylı əmrlə 10.06.2002-ci il tarixdən 01.01.2006-cı il tarixədək 03 il, 06 ay, 21 gün "xxxx" BMMM-in 1 saylı neftçıxarma sexində və Quyuların əsaslı və yeraltı Təmirə hazırlanması sexində quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə 5-ci dərəcəli operator peşəsində işləmişdir. İddiaçı quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operator peşəsində işlədiyi dövr ərzində öz əmək funksiyalarını zərərli və ağır iş şəraitində həyata keçirdiyi üçün iş yerlərinin attestasiyasının nəticələrinə əsasən onun əmək haqqına 8 faizlik əlavə hesablanaraq ödənilmişdir. Vəzifə öhdəliklərini və həmin öhdəlikləri həyata keçirdiyi ağır və zərərli iş şəraiti nəzərə alınaraq "xxxx" BMMM-in 1 saylı nef tçıxarma sexində və Quyuların əsaslı və yeraltı Təmirə hazırlanması sexində quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə 5-ci dərəcəli operator peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 2130200a-15866 şifrəsi ilə qeyd edilmiş “quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar” peşəsinə uyğundur.”
30. Beləliklə hazırkı iş üzrə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun 01.01.2006-cı il tarixədək azı 25 il ümumi iş stajına malik olması və bu müddətin az ı 12 il 06 ayının əmək şəraiti ağır olan işlərdə çalışması halı iş materialları və iddiaçının işlədiyi müəssisənin (iş yerinin) müvafiq arayışı (sorğuya cavab məktubu) ilə öz təsdiqini tapır.
31. Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli, 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6cı bəndində deyilir ki, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, Qaydalara 2 nömrəli Əlavədə göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaş a görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
32. Beləliklə, məhkəmə kollegiyası iddiaçıya 57 yaşdan, yəni 25.01.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-181/2021 saylı iş üzrə 07 aprel 2021-ci il t