Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1331/2022 03.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hamiləliyə və doğuşa görə müavinət) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1983-cü il təvəllüdlü; FİN xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Mü dafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs "xxxx" ASC) iş üzrə “hamiləliyə və doğuma görə hesablanmış müavinətin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2022-ci il tarixli, 2-1(103)-1089/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 18 dekabr 2019-cu il tarixinə qədər 4 nömrəli Regional Sukanal İdarəsinin X2 kompyuter operatoru vəzifəsində çalışmış, 19 dekabr 2019-cu il tarixindən "xxxx" ASCnin Çağrı mərkəzi və innovativ həllərin tətbiqi şöbəsinin Qaynar xətt qrupunun dispetçeri vəzifəsinə təyin olunmuşdur.
2. Biləsuvar Rayon Mərkəzi Xəstəxanası tərəfindən veri lmiş, SN 00006 seriyalı 488966 nömrəli “Əmək qabiliyyətinin olmaması vərəqəsi”nə əsasən iddiaçı 2 noyabr 2020ci il tarixdən 7 mart 2021-ci il tarixinədək işdən azad edilmişdir. 3. "xxxx" ASC-nin 2 noyabr 2020-ci il tarixli, 935-ş nömrəli əmrinə əsasən, iddiaçıya Azərbaycan Respublikası Əmək Məcələsinin 125-ci maddəsinin 1-ci hissəsinə əsasən 2 noyabr 2020-ci il tarixindən 7 mart 2021-ci il tarixinədək hamiləlik dövrü və doğuşdan sonrakı dövr üçün 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) sosial məzuniyyət verilmişdir.
4. İddiaçı ona müavinətin ödənilməsi məqsədilə cavabdehə müraciət etmiş, cavabdeh 5 may 2021-ci il tarixli imtina məktubunda bildirmişdir ki, sığortaedən "xxxx" ASC tərəfindən “X1 Sistemi”nin “Sığorta” (Sığortaedənlər tərəfindən göndəril miş haqqhesab cədvəllərinin emalı) altsisteminə daxil edilmiş, ona aid 2 noyabr 2020-ci il tarixindən 7 mart 2021-ci il tarixinədək olan dövrü əhatə edən SN 00006 seriyalı 488966 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlləri dəfələrlə “X1 Sistemi”nin “Sığorta” altsisteminə daxil edilmiş (daxil olma tarixi 24 dekabr 2020-ci il, geri qaytarılma tarixi 24 dekabr 2020-ci il; daxil olma tarixi 29 dekabr 2020-ci il, geri qaytarılma tarixi 30 dekabr 2020-ci il; daxil olma tarixi 27 yanvar 2021-ci il, geri qaytarılma tarixi 28 yanvar 2021-ci il; daxilolma tarixi 18 fevral 2021-ci il, geri qaytarılma tarixi 20 fevral 2021-ci il; daxilolma tarixi 3 mart 2021-ci il, geri qaytarılma tarixi 12 mart 2021-ci il; daxil olma tarixi 7 apr el 2021-ci il, geri qaytarılma tarixi 9 aprel 2021-ci il; daxil olma tarixi 27 aprel 2021-ci il, geri qaytarılma tarixi 28 aprel 2021-ci il), lakin haqq-hesab cədvəlləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə uyğun tərtib edilmədiyi üçün aşağıda göstərilən uyğunsuzluqlar qeyd edilməklə icra olunmadan geri qaytarılmışdır: aylar üzrə əmək haqqı arayışı daxil edilməyib; aylar üzrə əmək haqlarında olan fərqin səbəbi əlavə edilməyib; iş rejimi dəqiqləşdirilməyib; əvvəlki iş yerinə dair əmək haqları haqq-hesab cədvəlinə daxil ed ilməyib; 2019-cu ilin dekabr ayı əldə etdiyi qazanc dəqiqləşdirilməyib; əlavələr düzgün daxil edilməyib. Haqq-hesab cədvəli sığortaedən tərəfindən “X1 Sistemi”nin “Sığorta” altsisteminə müvafiq düzəlişlər olunub daxil edildikdən sonra müavinətlə bağlı sənədlərə yenidən baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı ("xxxx" ASC üçüncü şəxs qismində göstərilməklə) iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 2 noyabr 2020-ci il tarixindən 7 mart 2021-ci il tarixinədək hamiləliyə və doğuma görə 126 təqvim günü müddətinə sosial məzuniyyət üzrə hesablanmış 4.197 manat məbləğində müavinətin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi ni məhkəmədən xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçıya SN 00006 seriyalı 488966 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən "xxxx" ASC-nin 935 nömrəli 2 noyabr 2020-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 125-ci maddəsinin 1-ci bəndinə əsasən 2 noyabr 2022-ci il tarixindən 7 mart 2021-ci il tarixinədək hamiləlik dövrü və doğuşdan sonrakı dövr üçün 126 təqvim günü məzuniyyət verilmişdir. Məzuniyyət pulunun ödənilməməsi ilə bağlı iddiaçı aidiyyəti üzrə ərizə ilə müraciət etsə də, cavabdeh ona təqdim edilmiş sənədlərdə uyğunsuzluq olmasını səbəb göstərərək əsassız olaraq sənədləri geri qaytarmışdır. Belə ki, iddiaçı tələb edilən bütün sənədləri cavabdehə təqdim etmişdir. İşlədiyi müddətlərdə onun əmək haqqından sosial sığorta hesabına məbləğlər tutul muşdur. Cavabdehin imtinası nəticəsində iddiaçı qanunla təsdiq edilmiş hüquqlarından məhrum edilmişdir.
7. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir. Etirazda əlavə olaraq qeyd edilmişdir ki, sığortaedən "xxxx" ASC tərəfindən “X1 Sistemi”nin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilərək yenidən müraciət edilməsi barədə məlumat verilməsinə baxmayaraq qeyd olunan uyğunsuzluqlar aradan qaldırılmamışdır. Həmçinin, “Sosial sığorta haqqında” Qanunun 29-cu maddəsinə əsasən, sosial sığorta ilə əlaqədar sığortaedənlə sığortaolunan arasında yaranan mübahisələrə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, sığortaçı və mü vafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə sığortaedən arasında yaranan mübahisələrə isə bilavasitə məhkəmələrdə baxılır. Buradan aydın olur ki, sığortaçı (Filial) ilə yarana biləcək məhkəmə mübahisəsinin tərəfi yalnız sığortaedən (işəgötürən) ola bilər. Sığortaolunanın sosial təminat hüquqlarından istifadə edə bilməməsi sığortaedənin səhvi ucbatından baş vermişdirsə, mübahisədə cavabdeh tərəf də sığortaedən hesab olunmalıdır. Bu səbəbdən iş üzrə cavabdeh qismində Filialın cəlb edilməsi qanunauyğun deyil. Qanunvericiliyə əsasən haqq-hesab cədvəlinin qanunauyğun (nəzərdə tutulmuş tələblərə cavab verən) formada göndərilməsinə müəssisə rəhbərliyi və mühasibi cavabdehdir. Lakin daxil edilən haqq-hesab cədvəllərinə dəfələrlə səbəbi izah olunmaqla, əsaslı şəkildə imtina ve rilib uyğunsuzluqların aradan qaldırılması tövsiyə olunsa da, sığortaedən tərəfindən bu tövsiyələr nəzərə alınmamış, uyğunsuzluqlar aradan qaldırılmadan yenidən müraciət olunmuşdur. Sığortaedənin qanuni tələblərə qeyri-ciddi yanaşmasının nəticəsidir ki, sığortaolunan hüququndan istifadə edə bilmir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6582/2021 nömrəli, 29 noyabr 2021-ci il tarixli qərarı ilə (hakim H.A.Ağalarov) iddia qismən təmin edilmiş, iddiaçıya hamiləliyə və doğuma görə 3.884,40 manat müavinətin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
9. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinasının dəlilləri iddianın rədd edilməsinə əsas ola bilməz. Belə ki, aylar üzrə hesabat vərəqlərindən görünür ki, iddiaçının aylıq vəzifə maaşı 705,00 manat olsa da, istehsalat təqvimi üzrə işləməl i olduğu saatdan artıq (bayram günləri, artıq iş saatı) işləmiş, həmin saatlara görə, o cümlədən gecə vaxtı yerinə yetirilən işlərə görə əmək qanunvericiliyinin tələbinə uyğun olaraq əlavə əmək haqqı hesablanmışdır. "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçının çalışdığı vəzifə üzrə aylıq iş qrafiklərində həmin əlavə saatlar öz əksini tapmışdır. Müavinətin məbləğinə gəldikdə isə, iddiaçının əmək qabiliyyətini müvəqqəti itirdiyi 2020-ci ilin noyabr ayından etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancının ümumi məbləği olan 11.279,29 manatı həmin dövrdəki 241 iş gününə bölməklə orta gündəlik qazancının 46,80 manat olması müəyyən edilir və müavinətin hesablanmasında nəzərə alınan orta gündəlik qazancın 100 faizi miqdarında olması əsas kimi götürüldükdə həmin 46,80 manat mü avinətin məbləğinin hamiləliyə və doğuma görə məzuniyyət dövründəki 83 iş gününə vurulması ilə ümumi müavinətin məbləği olan 3.884,40 manat (46,80 manat × 83 gün) əldə olunur.
10. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2022-ci il tarixli 21(103)-1089/2022 nömrəli qərarına əsasən (sədrlik edən A.S.Hüseynov, hakimlər S.İ.Bəktaşi və A.Ə.Hüseyn) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6582/2021 nömrəli, 29 noyabr 2021-ci il tarixli qərarı mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
12. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2022-ci il tarixli 2-1(103)-1089/2022 nömrəli qərarını ləğv edərək yeni qərar qəbul edilməsini və ya inzibati işi yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia ərizəsinə etirazda qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 28-ci bəndi qazancın (əməkhaqqının) tərkibinin ümumi olaraq hansı komponentlərdən ibarət olması və müavinətin məbləğinin müəyyənləşdirilməsinin ümumi qaydasını, 30-cu bənd isə qazancın komponentləri olan əməyin ödənilməsi fondundan verilən cəmi mükafat və əlavələrin bu hesablanmada nəzərə alınması metodikasını əks etdirir. İddiaçıya hesablanmalı olan hamiləliyə və doğuma görə müavinətin məbləği sosial sığorta hadisəsinin baş verdiyi təqvim ayınadək son 12 ay ərzində əldə etdiyi vəzifə maaşından və sosial sığorta hadisəsinin baş verdiyi təqvim ilindən əvvəlki təqvim ilində əldə etdiyi əlavə və mükafatlardan hesablanmalıdır.
15. Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən, əlavə iş saatlarında, bayram günlərində, gecə vaxtı görülən iş saatlarına görə ödənilən əmək haqqına əlavədir və mübahisə predmeti olan xəstəlik vərəqəsinə əsasən sosial müavinətin hesablanması zamanı nəzərə alınmamalıdır. Sözügedən ödənişlər məcburi dövlət sosial sığortasına cəlb olunur və həmin gəlirlərdən tutulmalar növbəti təqvim illərində sosial müavinətin ödənilməsi zamanı nəzərə alınır. Lakin işi araşdıran apellyasiya instansiyası məhkəməsi bütün bu hallara düzgün hüquqi qiymət verməmişdir. b. Etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Sosial sığorta haqqında” Qanun Maddə
1. Sosial sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlav ə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Maddə
6. Sosial sığorta hadisəsi baş verdikdə aşağıdakı sığorta ödəmələri verilir: (-) hamiləliyə və doğuma görə müavinət; (-) Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət və hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Hər iki halda müavinətin aylıq maksimal həddi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz. Qanunvericiliyə görə əməyin ödənişi fonduna məcburi dövlət sosial sığorta haqqının hesablanmasından azad olunan sığortaedənlərdə işləyən şəxslərin hesablanmış sosial sığorta ödəmələrin i (əmək pensiyaları istisna olmaqla) hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğinin azadolmalar nəzərə alınmadan hesablanmalı olan məcburi dövlət sosial sığorta haqqının məbləğinə nisbətində almaq hüququ vardır.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamə Bənd
1. Bu Əsasnamə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məcburi dövlət sosial sığortası üzrə ödəmələrin (bundan sonra - sosial sığorta ödəmələri) və Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydində nəzərdə tutulmuş əmək qabi liyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsinin şərtlərini və qaydalarını müəyyən edir. Bənd
28. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin qazancından hesablanır. Əməyin vaxtamuzd və işəmuzd ödənilməsi sistemində qazanc dedikdə, əməkhaqqı (aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar) başa düşülür. Bənd
30. Müavinət hesablanarkən nəzərə alınan bütün növ qazanclar, o cümlədən həmin ayda əmək haqqı ilə verilən mükafatlar qazanca onların hesaba alındığı vaxt üzrə daxil edilir. Əməyin ödənilməsi fondundan verilən mükafatlar, əmək haqqına əlavələr orta aylıq miqdarında, onların keçən ildə hesablanmış ümumi məbləğin 12 aya bölünməsi yolu ilə nəzərə alınırlar. Bənd
65. Hamiləlik dövründə və doğumdan sonrakı döv r üçün işləyən qadınlara 126 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğum çətin olduqda, iki və ya daha çox uşaq doğulduqda, doğumdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir. Bənd
67. Hamiləliyə və doğuma görə müavinət müəyyən olunmuş qaydada verilən xəstəlik vərəqəsinə əsasən təyin olunur. Başqa sənədlər müavinətin ödənilməsi üçün əsas sayılmır. Bənd
72. Hamiləliyə və doğuma görə müavinət bütün hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında nəzərə alınan orta gündəlik qazancın 100 faizi miqdarında verilir və müraciət müddəti məhdudlaşdırılmadan ödənilir. Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin hamiləliyə və doğuma görə məzuniyyət dövründəki iş gün lərinin sayına vurulması ilə hesablanır.
19. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Ma ddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövl ükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istin ad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Belə ki, işin mübahisəsiz hallarından məlumdur ki, iddiaçı 18 dekabr 2019-cu il tarixinə qədər 4 nömrəli Regional Sukanal İdarəsinin X2 kompyuter operatoru vəzifəsində çalışmış, 19 dekabr 2019-cu il tarixdən "xxxx" ASC-nin Çağrı mərkəzi və innovativ həllərin tətbiqi şöbəsinin Qaynar xətt qrupunun dispetçeri vəzifəsinə təyin olunmuşdur və 2 noyabr 2020-ci il tarixdən 7 mart 2021-ci ilədək hamiləliyə və doğuşa görə məzuniyyətdə olmuşdur.
26. Cavabdehin mübahisələndirdiyi hal isə iddiaçının vəzifə maaşının aylıq 705,00 manat olmaqla müavinətin hesablanmasında nəzərə alınan orta gündəlik qazancı müəyyən edilərkən həmin aylıq vəzifə maaşının əsas kimi götürülməli olmasıdır.
27. Bununla bağlı məhkəmələr haqlı olaraq aylar üzrə hesabat vərəqlərinə istinad edərək qeyd etmişdir ki, iddiaçının aylıq vəzifə maaşı 705,00 olsa da, istehsalat təqvimi üzrə işləməli olduğu saatdan artıq (bayram günləri, artıq iş saatı) işləmiş, həmin saatlara görə, o cümlədən gecə vaxtı yerinə yetirilən işlərə görə əmək qanunvericiliyinin tələbinə uyğ un olaraq əlavə əmək haqqı hesablanmışdır. Qeyd edilən əlavə saatlara görə əmək haqqının ödənilməsi işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsində də nəzərdə tutulmuşdur. İddiaçının istirahət və iş günü hesab edilməyən bayram günləri, artıq iş saatı və gecə vaxtı işləməsi çalışdığı dispetçer vəzifəsi üzrə əmək funksiyasının xüsusiyyətlərinə də uyğundur. Həmçinin, "xxxx" ASC tərəfindən təqdim edilmiş, iddiaçının çalışdığı vəzifə üzrə aylıq iş qrafiklərində həmin əlavə saatlar öz əksini tapmışdır.
28. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Mə hkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti rədd edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2022-ci il tarixli, 2-1(103)-1089/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti rədd edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2022-ci il tarixli, 21(103)-1089/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.