Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1331/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarlarının mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 13.06.2024 hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarların ləğv ediməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-835/2023 s aylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 001644 nömrəli, xx.xx.2019-cu il tarixli akta əlavə edilmiş siyahıya əsasən, «Qaimə faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal gömrük bəyannaməsi əsasında alınmayan malın məbləği» qrafasında Gəncə şəhəri, Ş.İ.Xətai və Ə.Hüseynzadə küçələrinin kəsişməsində yerləşən mağazada malların dəyəri 16.864,1 manat müəyyən edilmişdir. 2. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********9184 saylı qərarı ilə qeyd olunan akt əsasında iddiaçı 1.686,41 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. 3. 001647 nömrəli, xx.xx.2019-cu il tarixli akta əlavə edilmiş siyahıya əsasən, “Qaimə fa ktura və ya elektron qaimə-faktura, və ya elektron vergi hesab-faktura, idxal gömrük bəyannaməsi əsasında alınmayan malın məbləği” qrafasında ünvan 1 ünvanda yerləşən mağazada malların dəyəri 9.544,7 manat müəyyən edilmişdir. 4. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********9188 saylı qərarı ilə qeyd olunan akt əsasında iddiaçı 954,47 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. 5. 001648 nömrəli, xx.xx.2019-cu il tarixli akta əlavə edilmiş siyahıya əsasən, «Qaimə faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal gömrük bəyannaməsi əsasında alınmayan malın məbləği» qrafasında Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən "Eynək satışı" mağazasında malların dəyəri 29.034,0 manat müəyyən edilmişdir. 6. 12 saylı Ərazi Vergi lər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********9186 saylı qərarı ilə qeyd olunan akt əsasında iddiaçı 2.903,40 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. 7. 001653 nömrəli, xx.xx.2019-cu il tarixli akta əlavə edilmiş siyahıya əsasən «Qaimə faktura və ya elektron qaimə-faktura, və ya elektron vergi hesab-faktura, idxal gömrük bəyannaməsi əsasında alınmayan malın məbləği» qrafasında Gəncə şəhəri, Heydər Əliyev prospekti 149 ünvanda yerləşən mağazada malların dəyəri 52.329,5 manat müəyyən edilmişdir. 8. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********9180 saylı qərarı ilə qeyd olunan akt əsasında iddiaçı 5.232,95 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. 9. 001651 nömrəli, xx.xx.2019-cu il tarixli akta əlavə edilmiş siyahıya əsasən «Qaim ə faktura və ya elektron qaimə-faktura, və ya elektron vergi hesab-faktura, idxal gömrük bəyannaməsi əsasında alınmayan malın məbləği» qrafasında Gəncə şəhəri, Heydər Əliyev prospekti 87.2 ünvanda yerləşən mağazada malların dəyəri 10.145,90 manat müəyyən edilmişdir. 10. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********9190 saylı qərarı ilə qeyd olunan akt əsasında iddiaçı 1.014,59 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. 11. 001650 nömrəli, xx.xx.2019-cu il tarixli akta əlavə edilmiş siyahıya əsasən «Qaimə faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal gömrük bəyannaməsi əsasında alınmayan malın məbləği» qrafasında Gəncə şəhəri, Heydər Əliyev prospekti 64A ünvanda yerləşən mağazada malların dəyəri 63.671,40 manat müəy yən edilmişdir. 12. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********9178 saylı qərarı ilə qeyd olunan akt əsasında iddiaçı 6.367,14 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. 13. 003117 nömrəli, xx.xx.2019-cu il tarixli akta əlavə edilmiş siyahıya əsasən «Qaimə faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal gömrük bəyannaməsi əsasında alınmayan malın məbləği» qrafasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr. 240 ünvanda yerləşən mağazada malların dəyəri 12.602,70 manat müəyyən edilmişdir. 14. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********9182 saylı qərarı ilə qeyd olunan akt əsasında iddiaçı 1.260,27 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. 15. 002740 nömrəli, xx.xx.2019-cu il tarixli akta əlavə edilmiş siyahıya əsasən, «Qaimə faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal gömrük bəyannaməsi əsasında alınmayan malın məbləği» qrafasında Mingəçevir şəhəri, H.Əliyev pr. 51 ünvanda yerləşən mağazada malların dəyəri 21.189,0 manat müəyyən edilmişdir. 16. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********9684 saylı qərarı ilə qeyd olunan akt əsasında iddiaçı 2.118,90 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
17. İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin - 1.686,41 manat maliyyə sanksiyası barədə xx.xx.2020-ci il tarixli, **********184 nömrəl i, - 2.903,4 manat maliyyə sanksiyası barədə xx.xx.2020-ci il tarixli, **********188 nömrəli, - 954,47 manat maliyyə sanksiyası barədə xx.xx.2020-ci il tarixli, **********186 nömrəli, - 6.367,14 manat maliyyə sanksiyası barədə xx.xx.2020-ci il tarixli, **********178 nömrəli, - 1.014,60 manat maliyyə sanksiyası barədə xx.xx.2020-ci il tarixli, **********190 nömrəli, - 5.232,95 manat maliyyə sanksiyası barədə xx.xx.2020-ci il tarixli, **********180 nömrəli, - 1.260,27 manat maliyyə sanksiyası barədə xx.xx.2020-ci il tarixli, **********182 nömrəli və - 2.118,9 manat maliyyə sanksiyası barədə xx.xx.2020-ci il tarixli, **********684 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar çıxarılmasının xahiş etmişdir.
18. İddiaçının vəkilinin müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ilkin iddia: - 1.686,41 manat maliyyə sanksiyası barədə xx.xx.2020-ci il tarixli, **********9184 nömrəli, - 2.903,4 manat maliyyə sanksiyası barədə xx.xx.2020-ci il tarixli, **********9186 nömrəli, - 954,47 manat maliyyə sanksiyası barədə xx.xx.2020-ci il tarixli, **********9188 nömrəli, - 6.367,14 manat maliyyə sanksiyası barədə xx.xx.2020-ci il tarixli, **********9178 nömrəli, - 1.014,60 manat maliyyə sanksiyası barədə xx.xx.2020-ci il tarixli, **********9190 nömrəli, - 5.232,95 manat maliyyə sanksiyası barədə xx.xx.2020-ci il tarixli, **********9180 nömrəli, - 1.260,27 manat maliyyə sanksiyası barədə xx.xx.2020-ci il tarixli, **********9182 nömrəli və - 2.118,9 manat maliyyə sanksiyası barədə xx.xx.2020-ci il tarixli, **********9684 nömrəli qərarlarının ləğv edilməsi” b arədə iddia tələbinə dəyişdirilmişdir. İddiaçının əsaslandırması:
19. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının fərdi sahibkar kimi fəaliyyət göstərdiyi obyektlərdə qərəzli operativ vergi nəzarəti yoxlamaları həyata keçirilmiş və yoxlamalar nəticəsində qanunvericiliyə zidd ekspertizalar keçirməklə aktlar tərtib etmiş və vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarlar qəbul etməklə hüquqlarını pozmuşdur. Belə ki, iddiaçının fərdi sahibkar kimi fəaliyyət göstərdiyi Gəncə şəhərində olan 6 (altı) ayrı-ayrı ixtisaslaşdırılmış ticarət obyektində satılan eynəklərin və onun hissələrinin nağd pul hesablaşmalarının aparılması, anbar qalığının müəyyən edilməsi üçün operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərarlar çıxarılmış və hə min qərarlar əsasında əsassız və qərəzli yoxlamalar keçirilərək operativ vergi nəzarətinin nəticələri haqqında qeyri-obyektiv aktlar tərtib edilmiş, həmin vergi yoxlamaları zamanı iddiaçının təqdim etdiyi və AVİS sistemində yerləşdirilmiş elektron qaimələr nəzərə alınmadan guya aktlarda göstərilən ünvanlarda müəyyən edilmiş malların mədaxil edilməməsi müəyyən edilərək həmin malların qiymətləndirilməsi üçün qiymətləndirici dəvət edilməklə ekspertizalar təyin edilmiş, ekspert tərəfindən ona məxsus olan qeyd edilən malların elektron qaimələrdə olan qiymətlərindən dəfələrlə yüksək olan qiymətlər müəyyən edilməklə hər bir akt üzrə müəyyən olunmuş malların dəyərinin 10 faizi məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan əlavə, Xırdalan şəhərində olan eynək satışı obyektində 2 saylı Əra zi Vergilər Baş İdarəsinin və Mingəçevir şəhərindəki ticarət obyektində 11 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş eyni yoxlamalar əsasında toplanmış materiallar əsasında əsassız qərarlar qəbul etməklə hüquqları pozulmuşdur.
20. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli VN seriyalı 001644 saylı akt üzrə Gəncə şəhəri, Ş.İ.Xətai və Ə.Hüseynzadə küçələrinin kəsişməsində yerləşən "Optik House" mağazasında iddiaçının qaimə ilə alaraq elektron qaydada mədaxil etdiyi və ümumi dəyəri 961 manat olan malları və qaiməsi olmayan mal olan 1.621,6 manat dəyərində malların hamısı qaiməsi olmayan mallar kimi qəbul edilmiş, həmin malların qiymətləndirilməsinə dair əsassız ekspert rəyi almaqla malların dəyərindən on dəfə artıq qiymət müəyyən etməklə guya qeyd edilən ünvanda ümumi dəyəri 16874 manat mədaxil olunmamış malın müəyyən edilməsi əsası ilə VM-nin 58.8.2-ci maddəsinə əsasən 1.686,41 manat maliyyə sanksiyası tətbiq edilməsinə dair akt yazılmış, xx.xx.2020-ci il tarixli **********184 nömrəli qərarla 1.686,41 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 21. xx.xx.2019-cu il tarixli VN seriyalı 001648 saylı akt üzrə Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən "Eynək satışı" mağazasında qaimə ilə alaraq elektron qaydada mədaxil edilmiş və ümumi dəyəri 932,5 manat olan malların və qaiməsi olmayan mal olan 3.886,8 manat dəyərində malları hamısı qaiməsi olmayan mallar kimi qəbul edilmiş, ekspert rəyi əsasında on dəfə artıq qiymət müəyyən etməklə guya ümumi dəyəri 29.034,0 manat mədaxil olunmamış malın müəyyən edilməsi əsa sı ilə 2.903,4 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 22. xx.xx.2019-cu il tarixli VN seriyalı 001647 saylı akt üzrə ünvan 1-da yerləşən "Bim optik" mağazasında qaimə ilə alınaraq elektron qaydada mədaxil edilmiş və ümumi dəyəri 549,5 manat olan malların və qaiməsi olmayan mal olan 1.763,3 manat dəyərində malların hamısı qaiməsi olmayan mallar kimi qəbul edilmiş, ekspert rəyi əsasında dəyərindən on dəfə artıq qiymət müəyyən etməklə 954,47 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 23. xx.xx.2019-cu il tarixli VN seriyalı 001650 saylı akt üzrə Gəncə şəhəri, Heydər Əliyev pr. 64A yerləşən "Bim optik" mağazasında qaimə ilə alınaraq elektron qaydada mədaxil edilmiş və ümumi dəyəri 1876 manat olan malların və qaiməsi olmayan 7714 manat dəyərində malların hamısı qaiməsi olmayan mallar ki mi qəbul edilmiş, ekspert rəyi əsasında guya qeyd edilən ünvanda ümumi dəyəri 63.671,40 manat mədaxil olunmamış malın müəyyən edilməsi əsası ilə 6.367,14 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 24. xx.xx.2019-cu il tarixli VN seriyalı 001651 saylı akt üzrə Gəncə şəhəri, Heydər Əliyev pr. 87.2-də yerləşən "Optika" mağazasında qaimə ilə alınaraq elektron qaydada mədaxil edilmiş və ümumi dəyəri 688 manat olan malların və qaiməsi olmayan 1.321,1 manat dəyərində malların hamısı qaiməsi olmayan mallar kimi qəbul edilmiş, ekspert rəyi əsasında guya qeyd edilən ünvanda ümumi dəyəri 10.145,9 manat mədaxil olunmamış malın müəyyən edilməsi əsası ilə 1.014,60 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 25. xx.xx.2019-cu il tarixli VN seriyalı 001653 saylı akt üzrə Gəncə şəhəri, Heydər Əliyev pr. 1 49 ünvanda yerləşən "Bim optik" mağazasında qaimə ilə alınaraq elektron qaydada mədaxil edilmiş və ümumi dəyəri 1.370,5 manat olan malların və qaiməsi olmayan 12.532,8 manat dəyərində malların hamısı qaiməsi olmayan mallar kimi qəbul edilmiş, ekspert rəyi ilə guya qeyd edilən ünvanda ümumi dəyəri 52.329,5 manat mədaxil olunmamış malın müəyyən edilməsi əsası ilə 5.232,95 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 26. xx.xx.2019-cu il tarixli VN seriyalı 003117 saylı akt əsasında Xırdalan şəhəri, H.Əliyev pr. 240 yerləşən "Optika" mağazasında olan malların hamısı qaiməsi olmayan mallar kimi qəbul edilmiş, 424,5 manat dəyərində qaiməsi olan, 1.673,5 manat dəyərində qaiməsi olmayan 2098 ədəd malların ekspert rəyi ilə ümumi dəyəri 12.602,7 manat müəyyən edilməklə 1.260,27 manat maliyyə sanksiy ası tətbiq edilmişdir. 27. xx.xx.2019-cu il tarixli VN seriyalı 002740 saylı akt əsasında Mingəçevir şəhəri, H.Əliyev pr. 51 yerləşən mağazada olan malların hamısı, yəni 528,8 manat dəyərində qaiməsi olan, 2.948,7 manat dəyərində qaiməsi olmayan ümumi dəyəri 3.531,5 manat olan malları qaiməsi olmayan mallar kimi qəbul edilmiş, ekspert rəyi ilə həmin malların ümumi dəyəri 21.189 manat müəyyən edilməklə 2.118,9 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdehin etirazları:
28. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, idarənin **********0964 nömrəli, xx.xx.2019-cu il tarixli, **********0959 nömrəli, xx.xx.2019-cu il tarixli, **********0974 nömrəli, xx.xx.2019-cu il tarixli, **********0963 nömrəli, xx.xx.2019-cu il tarixli, **********0967 n ömrəli, xx.xx.2019-cu il tarixli, **********0962 nömrəli, xx.xx.2019-cu il tarixli, 2 saylı Ərazi Vergilər Baş idarəsinin **********1207 nömrəli, xx.xx.2019-cu il tarixli və 11 saylı Ərazi Vergilər Baş İdarəsinin **********1161 nömrəli, xx.xx.2019-cu il tarixli "Operativ vergi nəzarətinin keçirilməsi haqqında" Qərarlarına əsasən vergi ödəyicisi İddiaçı məxsus obyektlərdə operativ vergi nəzarəti tədbirləri keçirilmişdir. Keçirilmiş yoxlama zamanı vergi ödəyicisi İddiaçı məxsus obyektlərdə malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınmaması müəyyən edilmiş, aşkar olunmuş malların alış sənədi olmadığına görə, həmin malların alış qiymətini müəyyən etmək mümkün olmamışdır. Həmin malların qiymətlərinin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası "Azərekspertiza" Birliyindən ekspert dəvət olunmuşdur. xx.xx.2019-cu il tarixli ekspert rəyi ilə Gəncə şəhəri, H.Əliyev pr.; Gəncə şəhəri, H.Əliyev pr., 149; Gəncə şəhəri, H.Əliyev pr., 64A; Gəncə şəhəri, H.Əliyev pr., 87 2; Gəncə şəhəri, Nizami, 46; Gəncə şəhəri, Ş.İ.Xətai ilə Ə.Hüseynzadə küçələrinin kəsişməsi ünvanlarında aşkar olunan malların alış qiymətlərinin cəmi 181.589,4 manat müəyyən olunmuş və Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən 18.158,96 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. xx.xx.2019-cu il tarixli ekspert rəyinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanda yerləşən "Optika" mağazasında aşkar olunmuş malların alış qiymətləri üzrə bazar qiyməti cəmi 12.602,7 manat müəyyən olunmuş və vergi ödəyicisinə 1.260,27 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Mingəçevir şəhəri, H.Əliyev pr. 51 ünvanda yerləşən mağazada malların elektron qaimə-faktura və elektron vergi hesab-fakturası olmadan alındığı müəyyən edilmiş, "xxxx" qiymətləndirmə şirkətinin rəyinə əsasən alış sənədləri olmayan malların ümumi dəyəri 21.189,04 manat olduğu müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2017-ci ilin 4-cü rübünün bəyannaməsinin əlavəsində mal qalığı göstərilməmişdir. 2018-ci il təqdim edilmiş elektron qaimələr üzrə 9.355,46 mal alınmışdır. 2018-ci ilin 4-cü rübü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin əlavəsində 12753 manat mal qalığının olduğu göstərilmişdir. Vergi ödəyicisinin özünün təqdim etdiyini bəya nnamə üzrə 3.397,54 manat alış sənədləri olmayan malların olduğu görsənir. Vergi ödəyicisinin özü tərəfindən 2018-ci il üçün bəyan edilmiş dövriyyənin 28.296,5 manat olduğunu nəzərə alsaq, vergi ödəyicisinin elektron qaimə ilə aldığı 9.355,46 manat məbləğində maldan daha çox mal satışının olduğu qənaətinə gəlmək olar. Burdan bu nəticəyə gəlmək olar ki, 2019-cu ilə keçirilmiş 12753 manat dəyərində olan mal qalığının formalaşmasında həmin 9.355,46 manat mal tam olaraq iştirak edə bilməz. Hətta həmin 12753 manat dəyərində olan mal qalığının tərkibində vergi ödəyicisinin elektron qaimə ilə aldığı 9.355,46 manat malın hamısının olduğu qəbul edilsə, vergi ödəyicisi tərəfindən də 2019-cu ilin operativ vergi nəzarətinin keçirildiyi xx.xx.2019-cu il tarixinə qədər elektron qaimə ilə alınmış malları n ümumi dəyərinin 7055 manat olduğu nəzərə alınsa, vergi ödəyicisinin mağazalarında operativ vergi nəzarətinin keçirildiyi tarixə müvafiq sənədlə təsdiqlənən 16.410,46 manat məbləğində malı olmalı idi. Vergi ödəyicisinin özünün bəyan etdiyi- 2019-cu ilin 1-ci, 2-ci, 3-cü rüblərinin və 4-cü rübün oktyabr, noyabr aylarının cəmində 24.181,40 manat dövriyyəsinin olduğu nəzərə alınsa, iddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatların əksinə olaraq vergi orqanına təqdim etdiyi qaimələrdəki malların qeyd edilən tarixə qədər satıldığını görmək olar. Digər tərəfdən iddiaçı iddia ərizəsində operativ vergi nəzarətinin keçirildiyi tarixdə qaimə əsasında alınmış 6450 manat, qaiməsi olmayan 28763 manat malın olduğunu qeyd etmişdir. Vergi ödəyicisi tərəfindən 2019-cu ilin dekabr ayında dövriyyəsinin 1 869 manat olduğunu göstərmişdir.
29. Yuxarıda qeyd edilən xüsusatlar onu göstərir ki, vergi ödəyicisinin təqdim etdiyi elektron qaimələri vergi orqanı qəbul etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası "Azərekspertiza" Birliyinin xx.xx.2019-cu il tarixli ekspert rəyinin 5-ci hissəsində qeyd edilir: "Qərarda qoyulan sualı cavablandırmaq məqsədi ilə ekspert "Baş İdarə"nin yoxlama prosesində iştirak edən əməkdaşlarının iştirakı ilə iddiaçının fəaliyyət göstərdiyi ünvanlarda yerləşən mağazalara baxış keçirilmişdir. Mağazada satılan mallara baxış keçirilən zaman müəyyən edilmişdir ki, mağazada optika mallarının satışı həyata keçirilir. Satışda olan malların adları, qiymətləri "Baş İdarə" tərəfindən ekspertə təqdim edilmiş mağazada mal qalığı barədə məlumatlarla e ynidir. Yuxarıda qeyd olunanları və yoxlanılan sahibkar və ya onun nümayəndəsi tərəfindən ekspertə mağazada satılan mallara aid heç bir sənəd, o cümlədən gömrük rəsmiləşdirilməsi haqqında sənədlər (gömrük bəyannamələri) təqdim edilmədiyi üçün ekspert mağazada satılan malların alış qiymətlərini respublikada mövcud olan topdansatış qiymətləri kimi müəyyən etmişdir". Ekspert rəyləri:
30. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-855/2020 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur. Birinci sual: İddiaçı sahibkarlıqla məşğul olduğu Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pro spekti, 240 ünvanında yerləşən «Optika» mağazasında keçirilən OVN zamanı aşkar olunmuş malların alış qiymətləri üzrə bazar qiymətlərinin nə qədər təşkil edir? İkinci sual: İddiaçı sahibkarlıqla məşğul olduğu Mingəçevir şəhəri, H.Əliyev prospekti, 51 ünvanında yerləşən mağazada keçirilən OVN zamanı aşkar olunmuş malların alış qiymətləri üzrə bazar qiymətlərinin nə qədər təşkil edir? Üçüncü sual: İddiaçı keçirilən OVN tədbiri zamanı Gəncə şəhəri, H.Əliyev pr, Gəncə şəhəri H.Əliyev pr 149, Gəncə şəhəri H.Əliyev pr 64A, Gəncə şəhəri H.Əliyev pr 87.2, ünvan 13, Gəncə şəhəri Ş.İ.Xətai ilə Ə.Hüseynzadə küçələrinin kəsişməsi ünvanlarında aşkar olunan malların alış qiyməti nə qədər təşkil edir?
31. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/4362 nömrəli ekspert rəyindən görünür ki, iddiaçıya məxsus Gəncə şəhəri, Ş.İ.Xətai və Ə.Hüseynzadə küçələrinin kəsişməsində yerləşən mağazada qaiməsiz malların dəyəri 1.539,10 manat, Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən mağazada qaiməsiz malların dəyəri 3.886,80 manat, ünvan 1 ünvanda yerləşən mağazada qaiməsiz malların dəyəri 1.645,10 manat, Gəncə şəhəri, Heydər Əliyev prospekti 64A ünvanda yerləşən mağazada qaiməsiz malların dəyəri 7714 manat, Gəncə şəhəri, Heydər Əliyev prospekti 87.2 ünvanda yerləşən mağazada qaiməsiz malların dəyəri 1.323,10 manat, Gəncə şəhəri, Heydər Əliyev prospekti 149 ünvanda yerləşən mağazada qaiməsiz malların dəyəri 12.532,80 manat, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr. 240 ünvanda yerləşən mağazada qaiməsiz malların dəyəri 1.673,50 manat, Mingəçevir şəhəri, H.Əliyev pr. 51 ünvanda yerləşən mağazada qaiməsiz malların dəyəri 1.447,20 manat müəyyən edilmişdir.
32. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-58/2021 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur. Birinci sual: İddiaçı sahibkarlıqla məşğul olduğu Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanında yerləşən «Optika», Mingəçevir şəhəri, H.Əliyev prospekti, 51 ünvanında yerləşən mağazada, Gəncə şəhəri, H.Əliyev pr, Gəncə şəhəri H.Əliyev pr 149, Gəncə şəhəri H.Əliyev pr 64A, Gəncə şəhəri H.Əliyev pr 87.2, ünvan 13, Gəncə şəhəri Ş.İ.X ətai ilə Ə.Hüseynzadə küçələrinin kəsişməsi ünvanlarında operativ vergi nəzarəti keçirilərkən aşkar olunan malların siyahıya alınması zamanı malların siyahıya təkrar qeyd olunması halı mövcuddurmu?. İkinci sual: İddiaçı keçirilən OVN tədbiri zamanı ünvan 13 ünvanında aşkar olunan malların alış qiyməti (hər bir mal üzrə qiymət ayrı-ayrılıqda qeyd edilməklə) nə qədər təşkil edir?
33. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/4759 nömrəli ekspert rəyi ilə ekspertlər qarşısında qoyulmuş suallara aşağıdakı kimi cavab verilmişdir. Birinci suala cavab: İddiaçı sahibkarlıqla məşğul olduğu Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanında yerləşən «Optika», Mingəçevir şəhəri, H.Əliyev prospekti, 51 ünvanında yerləşən mağa zada, Gəncə şəhəri, H.Əliyev pr, Gəncə şəhəri H.Əliyev pr 149, Gəncə şəhəri H.Əliyev pr 64A, Gəncə şəhəri H.Əliyev pr 87.2, ünvan 13, Gəncə şəhəri Ş.İ.Xətai ilə Ə.Hüseynzadə küçələrinin kəsişməsi ünvanlarında operativ vergi nəzarəti keçirilərkən aşkar olunan malların siyahıya alınması zamanı malların siyahıya təkrar qeyd olunması halı aşkar olunmamışdır. İkinci suala cavab: İddiaçı ünvan 13 ünvanında aşkar olunan mallarının qaimə ilə alış qiyməti 549,50 manat, qaiməsiz alış qiyməti 1.652,10 manat müəyyən olunur.
34. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-11/2022 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-855/2020 nömrəli qərardadı üzrə qoyulmuş suallara xx.xx.2021-ci il tarixli 9/4759 saylı ekspert rəyinə qarşı cavabdeh orqanın “etiraz”ında qeyd olunan bütün dəlillər nəzərə alınmaqla yenidən rəy verilməsi qərara alınmışdır.
35. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/874 nömrəli ekspert rəyindən görünür ki, iddiaçıya məxsus Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən mağazada qaiməsiz malların dəyəri 3.886,80 manat, ünvan 1 ünvanda yerləşən mağazada qaiməsiz malların dəyəri 1.645,10 manat, Gəncə şəhəri, Heydər Əliyev prospekti 87.2 ünvanda yerləşən mağazada qaiməsiz malların dəyəri 1.323,10 manat müəyyən edilmişdir.
36. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il t arixli, 2-1(114)-11/2022 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-855/2020 nömrəli qərardadı üzrə qoyulmuş suallara xx.xx.2022-ci il tarixli 9/874 saylı ekspert rəyinə qarşı cavabdeh orqanın “etiraz”ında qeyd olunan bütün dəlillər nəzərə alınmaqla yenidən rəy verilməsi qərara alınmışdır.
37. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1027 nömrəli ekspert rəyindən görünür ki, iddiaçıya məxsus Gəncə şəhəri, Ş.İ.Xətai və Ə.Hüseynzadə küçələrinin kəsişməsində yerləşən mağazada qaiməsiz malların dəyəri 1.539,10 manat, ünvan 1 ünvanda yerləşən mağazada qaiməsiz malların dəyəri 1.645,10 manat, Gəncə şəhəri, Heydər Əliyev prospekti 64A ünvanda yerləşən mağazada qaiməsiz malların dəyəri 7714 manat, Gəncə şəhəri, Heydər Əliyev prospekti 87.2 ünvanda yerləşən mağazada qaiməsiz malların dəyəri 1.480,10 manat, Gəncə şəhəri, Heydər Əliyev prospekti 149 ünvanda yerləşən mağazada qaiməsiz malların dəyəri 12.532,80 manat, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr. 240 ünvanda yerləşən mağazada qaiməsiz malların dəyəri 1.673,50 manat, Mingəçevir şəhəri, H.Əliyev pr. 51 ünvanda yerləşən mağazada qaiməsiz malların dəyəri 1.447,20 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
38. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3/2023 saylı qərarı ilə iddia qismən təmin ed ilmiş, cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********9184 saylı qərar tətbiq edilmiş maliyyə sanksiyasının 153,91 manat hissəsi istisna olmaqla qalan hissədə, xx.xx.2020-ci il tarixli **********9188 saylı qərar tətbiq edilmiş maliyyə sanksiyasının 164,71 manat hissəsi istisna olmaqla qalan hissədə, xx.xx.2020-ci il tarixli **********9186 saylı qərar tətbiq edilmiş maliyyə sanksiyasının 392,24 manat hissəsi istisna olmaqla qalan hissədə, xx.xx.2020-ci il tarixli **********9180 saylı qərar tətbiq edilmiş maliyyə sanksiyasının 1.253,28 manat hissəsi istisna olmaqla qalan hissədə, xx.xx.2020-ci il tarixli **********9190 saylı qərar tətbiq edilmiş maliyyə sanksiyasının 148 ma nat hissəsi istisna olmaqla qalan hissədə, xx.xx.2020-ci il tarixli **********9178 saylı qərar tətbiq edilmiş maliyyə sanksiyasının 771,40 manat hissəsi istisna olmaqla qalan hissədə, xx.xx.2020-ci il tarixli **********9182 saylı qərar tətbiq edilmiş maliyyə sanksiyasının 167,35 manat hissəsi istisna olmaqla qalan hissədə, xx.xx.2020-ci il tarixli **********9684 saylı qərarın tətbiq edilmiş maliyyə sanksiyasının 144,72 manat hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
39. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki: - 001644 nömrəli, xx.xx.2019-cu il tarixli aktla Gəncə şəhəri, Ş.İ.Xətai və Ə.Hüseynzadə küçələrinin kəsişməsində yerləşən mağazada malların dəyəri 16.864,1 manat müəyyən edilməklə iddiaçıya xx.xx.2020-ci i l tarixli **********9184 saylı qərar əsasında 1.686,41 manat maliyyə sanksiyası tətbiq edilsə də xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə həmin malların dəyəri 1.539,10 manat müəyyən edildiyindən həmin qərar tətbiq edilmiş maliyyə sanksiyasının 153,91 manat hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməlidir; - 001647 nömrəli, xx.xx.2019-cu il tarixli aktla ünvan 1 ünvanda yerləşən mağazada malların dəyəri 9.544,7 manat müəyyən edilməklə iddiaçıya xx.xx.2020-ci il tarixli **********9188 saylı qərarla 954,47 manat maliyyə sanksiyası tətbiq edilsə də ekspert rəyi ilə həmin malların dəyəri 1.647,10 manat müəyyən edildiyindən həmin qərar tətbiq edilmiş maliyyə sanksiyasının 164,71 manat hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməlidir; - 001648 nömrəli, xx.xx.2019-cu il tarixli aktla Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən "Eynək satışı" mağazasında malların dəyəri 29034 manat müəyyən edilməklə iddiaçıya xx.xx.2020-ci il tarixli **********9186 saylı qərarla 2.903,40 manat maliyyə sanksiyası tətbiq edilsə də ekspert rəyi ilə həmin malların dəyəri 3.922,40 manat müəyyən edildiyindən həmin qərar tətbiq edilmiş maliyyə sanksiyasının 392,24 manat hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməlidir; - 001653 nömrəli, xx.xx.2019-cu il tarixli aktla Gəncə şəhəri, Heydər Əliyev prospekti 149 ünvanda yerləşən mağazada malların dəyəri 52.329,5 manat müəyyən edilməklə iddiaçıya xx.xx.2020-ci il tarixli **********9180 saylı qərarla 5.232,95 manat məbləğində maliyyə sanksiyası tətbiq edilsə də ekspert rəyi ilə həmin malların dəyəri 12.532,80 manat müəyyən edildiyindən həmin qərar tətbiq edilmiş maliyyə sanksiyasının 1.253,28 manat hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməlidir; - 001651 nömrəli, xx.xx.2019-cu il tarixli aktla Gəncə şəhəri, Heydər Əliyev prospekti 87.2 ünvanda yerləşən mağazada malların dəyəri 10.145,90 manat müəyyən edilməklə iddiaçıya xx.xx.2020-ci il tarixli **********9190 saylı qərarla 1.014,59 manat maliyyə sanksiyası tətbiq edilsə də ekspert rəyi ilə həmin malların dəyəri 1.480,10 manat müəyyən edildiyindən həmin qərar tətbiq edilmiş maliyyə sanksiyasının 148 manat hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməlidir; - 001650 nömrəli, xx.xx.2019-cu il tarixli aktla Gəncə şəhəri, Heydər Əliyev prospekti 64A ünvanda yerləşən mağazada malların dəyəri 6.3671,40 manat müəyyən edilməklə iddiaçıya xx.xx.2020-ci il tarixli ***** *****9178 saylı qərarla 6.367,14 manat maliyyə sanksiyası tətbiq edilsə də ekspert rəyi ilə həmin malların dəyəri 7.714,0 manat müəyyən edildiyindən həmin qərar tətbiq edilmiş maliyyə sanksiyasının 771,40 manat hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməlidir; - 003117 nömrəli, xx.xx.2019-cu il tarixli aktla Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr. 240 ünvanda yerləşən mağazada malların dəyəri 12.602,70 manat müəyyən edilməklə iddiaçıya xx.xx.2020-ci il tarixli **********9182 saylı qərarla 1.260,27 manat maliyyə sanksiyası tətbiq edilsə də ekspert rəyi ilə həmin malların dəyəri 1.673,50 manat müəyyən edildiyindən həmin qərar tətbiq edilmiş maliyyə sanksiyasının 167,35 manat hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməlidir; - 002740 nömrəli, xx.xx.2019-cu il tarixli aktla M ingəçevir şəhəri, H.Əliyev pr. 51 ünvanda yerləşən mağazada malların dəyəri 21189 manat müəyyən edilməklə iddiaçıya xx.xx.2020-ci il tarixli **********9684 saylı qərarla 2.118,90 manat maliyyə sanksiyası tətbiq edilsə də ekspert rəyi ilə həmin malların dəyəri 1.447,20 manat müəyyən edildiyindən həmin qərar tətbiq edilmiş maliyyə sanksiyasının 144,72 manat hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməlidir; - iddiaçıya vergi orqanı tərəfindən mübahisələndirilən 8 qərar əsasında cəmi 21.541,13 manat maliyyə sanksiyası tətbiq edilsə də ekspert rəyinə əsasən məhkəmənin gəldiyi qənaətə görə həmin məbləğin 3.195,61 manat hissəsi əsaslı sayıldığından iş üzrə 350 manat ekspertiza xərci iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Yəni, 3.195,61 manat 21.541,13 manat məbləğin 14,8 faizini təşkil etdiyindən 350 manat məhkəmə xərcinin 52 manat hissəsi iddiaçıdan, qalan hissəsi cavabdehdən tutulmalıdır.
40. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam rədd olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
41. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-835/2023 nömrəli qərarı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2-1(114)-3/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh orqan iş üzrə mü bahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu, başqa sözlə, operativ vergi nəzarəti zamanı vergi ödəyicisi olan iddiaçıya məxsus obyektlərdə malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınmaması halını sübut edə bilməmiş, o cümlədən “İnzibati icraat haqqında” Qanunun tələblərinə zidd əsaslandırılmamış qərar qəbul etmişdir. Yəni, hazırkı iş üzrə iddiaçının tələbi mübahisələndirmə haqqında iddia növünə aid olduğundan, sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür.
43. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin və ona əl avənin dəlilləri
44. Vergi ödəyicisinə Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamələr verilmiş, lakin vergi ödəyicisi tərəfindən sənədlər təqdim olunmamışdır.
45. Keçirilmiş yoxlama zamanı vergi ödəyicisi İddiaçı məxsus obyektlərdə malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınmaması müəyyən edilmiş, aşkar olunmuş malların alış sənədi olmadığına görə, həmin malların alış qiymətini müəyyən etmək mümkün olmamışdır.
46. İddiaçı məxsus obyektlərdə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı aşkar olunmuş malların alış qiymətlərini müəyyən etmək mümkün olmadığına görə həmin malların qiymətlərinin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyindən ekspert dəvət olunmuşdur. 47. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********813500 saylı, xx.xx.2019-cu il tarixli məktubu əsasında keçirilmiş ekspertiza nəticəsində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin “İddiaçı keçirilən OVN tədbiri zamanı aşkar olunmuş malların alış qiymətlərinin müəyyənləşdirilməsi barədə” xx.xx.2019-cu il tarixli ekspert rəyi ilə İddiaçı keçirilən OVN tədbiri zamanı Gəncə şəhəri, H.Əliyev pr.; Gəncə şəhəri, H.Əliyev pr., 149; Gəncə şəhəri, H.Əliyev pr., 64A; Gəncə şəhəri, H.Əliyev pr., 87 2; Gəncə şəhəri, Nizami, 46; Gəncə şəhəri, Ş.İ.Xətai ilə Ə.Hüseynzadə küçələrinin kəsişməsi ünvanlarında aşkar olunan malların alış qiymətlərinin cəmi 181.589,4 manat müəyyən olunmuşdur.
48. Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən vergi ödəyicisinə yuxarıda qeyd edilən ünvanlarda aşkar olunan mallar üzrə 18.158,96 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. 49. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin **********341200 saylı, xx.xx.2019-cu il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin xx.xx.2019-cu il tarixli ekspert rəyinə əsasən Vergi ödəyicisinin sahibkarlıqla məşğul olduğu Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanında yerləşən “Optika” mağazasında keçirilən OVN zamanı aşkar olunmuş malların alış qiymətləri üzrə bazar qiymətinin cəmi 12.602,7 manat müəyyən olunmuş və vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən 1.260,27 manat məb ləğində maliyyə sanksiyası tətbiq edilmişdir. 50. 11 saylı Ərazi Vergilər Baş İdarəsinin vergi ödəyicisinə məxsus Mingəçevir şəhəri, H.Əliyev pr. 51 ünvanında yerləşən mağazada keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinə məxsus malların elektron qaimə-faktura və elektron vergi hesab-fakturası olmadan alındığı müəyyən edilmişdir. "xxxx" qiymətləndirmə şirkətinin rəyinə əsasən vergi ödəyicisinə məxsus alış sənədləri olmayan malların ümumi dəyəri 21189,04 manat olduğu müəyyən olunmuşdur.
51. İşin məhkəmədə baxılması mərhələsində məhkəmə tərəfindən məhkəməəmtəəşünaslıq ekspertizaları təyin edilmiş və son olaraq iş üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1027 nömrəli ekspert rəyi təqdim edilmişdir.
52. İşə baxan birinci instansiy a məhkəməsi iddianı təmin edərkən heç bir əsaslandırma olmadan verilmiş rəyi mötəbər saymışdır.
53. Gəncə Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşaraq, sonuncu ekspert rəyini mötəbər hesab etmişdir.
54. Lakin cavabdeh operativ vergi nəzarət tədbiri zamanı toplanmış materiallara əsasən hesab edir ki, xx.xx.2023-cü il tarixli 9/1027 nömrəli ekspert rəyi işin yekunu üzrə qərar qəbul edilərkən mötəbər sübut kimi qəbul edilməməlidir.
55. Qeyd edilməlidir ki, operativ vergi nəzarəti zamanı aşkar edilmiş malların qiyməti qeyd edilən ekspert rəyində dəfələrlə aşağı qiymətə göstərilmişdir.
56. Ekspert rəy verərkən hansı etibarlı məlumatlara istinad edərək malların qiymətinin müəyyən edilməsini öz rəyində əsaslandırmamışdır.
57. İddiaçının ərizəsindəki məlumatlara istinad edərək operativ vergi nəzarətinin keçirildiyi vaxta onun göstərdiyi rəqəmlərə uyğun mal qalığı müəyyən etmişdir.
58. Həmçinin ekspert malların qiymətini müəyyən edərkən bazarda satışda mövcud olan eyni və oxşar malların qiymətlərinə istinad etməmiş, onların müqayisəli qiymətlərini rəyində göstərməmişdir. Belə olduğu təqdirdə mötəbərliyi şübhə doğuran rəy sübut kimi qəbul edilməməli idi.
59. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın bu dəlillə bağlı etiraz qeydlərindəki mövqeyini araşdırmamışdir.
60. Bununla bağlı qeyd edilməlidir ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2017-ci ilin 4-cü rübünün bəyannaməsinin əlavəsində mal qalığı göstərilməmişdir. 2018-ci il təqdim edilmiş elektron qaimələr üzrə 9.355,46 mal alınmışdır. 2018-ci ilin 4cü rübü üzrə vergi ödəyi cisi tərəfindən təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin əlavəsində 12753 manat mal qalığının olduğu göstərilmişdir. Vergi ödəyicisinin özünün təqdim etdiyini bəyannamə üzrə 3.397,54 manat alış sənədləri olmayan malların olduğu görsənir.
61. Vergi ödəyicisinin özü tərəfindən 2018-ci il üçün bəyan edilmiş dövriyyənin 28.296,5 manat olduğunu nəzərə alsaq, vergi ödəyicisinin elektron qaimə ilə aldığı 9.355,46 manat məbləğində maldan daha çox mal satışının olduğu qənaətinə gəlmək olar. Burdan bu nəticəyə gəlmək olar ki, 2019-cu ilə keçirilmiş 12753 manat dəyərində olan mal qalığının formalaşmasında həmin 9.355,46 manat mal tam olaraq iştirak edə bilməz. Vergi ödəyicisinin özünün bəyan etdiyi - 2019-cu ilin 1-ci, 2-ci, 3-cü rüblərinin və 4-cü rübün oktyabr, noyabr aylarının cəmində 2 4.181,40 manat dövriyyəsinin olduğunu nəzərə alsaq, iddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatların əksinə olaraq vergi orqanına təqdim etdiyi qaimələrdəki malların qeyd edilən tarixə qədər satıldığını görmək olar.
62. Digər tərəfdən, iddiaçı iddia ərizəsində operativ vergi nəzarətinin keçirildiyi tarixdə qaimə əsasında alınmış 6450 manat, qaiməsi olmayan 28763 manat malın olduğunu qeyd etmişdir. Vergi ödəyicisi tərəfindən 2019-cu ilin dekabr ayında dövriyyəsinin 1869 manat olduğunu göstərmiş və 2019-cu ilin 4-cü rübünün sadələşdirilmiş vergi hesabatının əlavəsində mal qalığının olmadığını qeyd etmişdir. Bu da onu göstərir ki, vergi ödəyicisinin təqdim etdiyi elektron qaimələri vergi orqanı qəbul etməməkdə haqlı olmuşdur.
63. Məhkəmə xx.xx.2023-cü il tarixli 9/1027 nömrəli ekspert r əyini mötəbər sübut kimi qəbul edərək, sözügedən rəyin göstəriciləri əsasında iddia tələbinin qismən təmin edilməsi ilə bağlı nəticəyə gəlmişdir. Gəncə Apellyasiya Məhkəməsi isə şikayətdə qeyd edilsə də, yenə də bu xüsusata diqqət yetirməmişdir.
64. Məhkəmələr 9/1027 nömrəli ekspert rəyindəki real vəziyyətin nədən ibarət olmasını açıqlamamış və sözügedən rəyi hansı mötəbər hallara görə sübut kimi qəbul etdiyini qərarında əsaslandırmamışlar.
65. İşdə mövcud olan "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin rəylərinin məhkəmə tərəfindən sübut kimi qəbul edilməməsi işin hallarının araşdırılması prinsipinin pozulması kimi xarakterizə edilməlidir.
66. Belə ki, məhkəmə kollegiyası həmin rəylər üzrə gəlinən nəti cələrin hansı səbəbdən qəbul edilməsinin yolverilməzliyini qeyd etməmiş, ümumiyyətlə həmin rəylər qiymətləndirilməmiş və məhkəmə tədqiqatından kənarda qalmışdır.
67. Qeyd olunur ki, operativ vergi nəzarəti zamanı iddiaçıda aşkar olunan malların qiyməti yuxarıda göstərilən rəylər əsasında ekspertlər tərəfindən müəyyən olunmuşdur. Belə vəziyyətdə birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli 9/1027 nömrəli ekspert rəyi ilə operativ vergi nəzarəti zamanı tərtib edilən rəylərin müqayisəli təhlilini aparmamış, işdə mövcud olan digər rəyi sübut kimi qəbul etməsini qərarında əsaslandırmamışdır.
68. İşin obyektiv həqiqətinin hasili üçün mövcud olan rəylərin obyektiv araşdırılması məhkəmələr tərəfindən təmin edilməmişdir.
69. Hər hansı hüquq pozuntusuna görə şəxs o halda məsuliyyətə cəlb ed ilir ki, həmin əməl hüquq pozuntusunun subyekti olan şəxs tərəfindən hüquq normasının dispozisiyasında əks olunmuş şərtlərin pozulması nəticəsində baş vermiş olsun. Vergi qanunvericiliyinin pozulmasına görə şəxs vergi məsuliyyətinə cəlb edilir və buna görə vergi ödəyicilərinə maliyyə sanksiyası tətbiq edilir. İşin faktiki hallarından da görsənir ki, iddiaçı barəsində maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlamanın nəticəsi olaraq müvafiq aktlar tərtib edilmişdir. Həmin aktlar əsasında müəyyən edilir ki, iddiaçının sahibliyində qanunvericiliklə müəyyən edilmiş sənədlər əsasında alışı təsdiq edilməyən mallar mövcud olmuşdur. Belə olan halda məhkəmələr iddiaçının hərəkətlərində VM-nin 58.8-ci maddəsindəki vergi hüquq pozuntusunun tərkibi olduğu üçün tərtib edilmiş inzibati aktları qanuni hes ab etməli idi. b. kassasiya şikayətinə etirazın dəlilləri
70. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
71. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunu r. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qə rardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
72. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
73. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
74. Şikayət aşağıd akı səbəblərə görə təmin oluna bilməz.
75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
76. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
77. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi vergi orqanının qərarının ləğv edilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
78. Şikayətin təkrarlanan dəlilləri ilə bağlı məhkəmə kollegiyası nəzərə alır ki, cavabdeh tərəfindən keçirilmiş yoxlama zamanı vergi ödəyicisi İddiaçı məxsus obyektlərdə malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınmaması müəyyən edilmiş, aşkar olunmuş malların alış sənədi olmadığına görə, həmin malların alış qiymətini müəyyən etmək mümkün olmamış, həmin malların qiymətlərinin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası "Azərekspertiza" Birliyindən ekspert dəvət olunmuş, iddiaçıda aşkar olunan malların alış qiymətlərinin cəmi 181.589,4 manat müəyyən olunmuş və Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən 18.158,96 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
79. İş üzrə qəbul edilmiş qərarlardan göründüyü kimi, məhkəmələr vergi ödəyicisinin v ergi məsuliyyətinə cəlb edilməli olması ilə razılaşalar da, iddiaçının məsuliyyətə cəlb edilməsinə səbəb olan malların qiymətləri ilə məhkəmələr qismən razılaşmış, həmin qənaətin əsası kimi işin hallarının tam və hərtərəfli araşdırılmasının nəticələrinə əsaslanmışlar.
80. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
81. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-835/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.