Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1332/2019 04.09.2019 ALİ MƏHKƏMƏ Ərizəçi oğlunun cavabdeh ləğv prosesində olan QSC “xxxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə Açar sözlər: müflis bankla kreditor arasında kredit borcunun əvəzləşdirilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyündən azad edilməsi. GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), X1, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Ərizəçi oğlunun və vəkili Vəkil3, cavabdeh ləğv prosesində olan QSC “xxxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil2 iştirakı ilə İddiaçı Ərizəçi oğlunun cavabdeh ləğv prosesində olan QSC “xxxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (üçüncü şəx s X4) kredit borcunun əvəzləşdirilməsi vədaşınmaz əmlakın ipoteka yüklülüyündən azad edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-223/2018 saylı 18 dekabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 04.09.2019-cu il tarixdə məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Cavabdeh2mersiya Bankı ilə X6 arasında bağlanmış 100/00/75445/14 saylı, 10 iyul 2014-cü il tarixli kredit müqaviləsi və həmin müqaviləyə 15 iyul 2015-ci il tarixli 01 saylı əlavə sazişə əsasən «kreditor» «borc alana» 85.780 ABŞ dolları məbləğində kredit xətti açır. Müqavilənin 2.3-cü bəndinə əsasən kredit xəttinin ödənilməli olduğu son tarix 10 iyul 2017-ci ildir. QSC Cavabdeh2mersi ya Bankı, X6 və X4 arasında bağlanmış 100/00/75445/14 saylı, 11 iyul 2014-cü il tarixli ipoteka müqaviləsinə və 24 iyul 2015-ci il tarixli 01 saylı əlavə sazişə əsasən kredit müqaviləsi üzrə «Borc alanı»ın öhdəliyinin icrasını təmin etmək məqsədilə «İpoteka qoyan» Ünvan1 saylı mənzili «xxxx» qarşısında ipoteka ilə yüklü edir. 08 iyun 2015-ci il tarixli, QSC Cavabdeh2mersiya Bankı ilə X3 arasında bağlanmış «Standard» depozit müqaviləsinə əsasən Bank Əmanətçidən 100.000 ABŞ dolları məbləğində pul vəsaitini ******************** saylı hesaba qəbul edərək, müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. «Öhdəliklərin reyestrindən çıxarış»a və 24 oktyabr 2016-cı il tarixli qəbzə əsasən eyd olunan əmanət müqavil əsi üzrə tələbin məbləği 82.168,76 ABŞ dollarıdır. Belə ki, X2 21.06.2016-cı il tarixində 32862 AZN məbləğində kompensasiya ödənilmişdir. Bakı şəhəri, 29 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, «Pul vəsaitinin bağışlanması haqqında» 01 iyun 2017-ci il tarixli müqaviləyə əsasən X3 ləğv prosesində olan xxxx QSC KB-də olan şəxsi vəsaitindən 82.168,66 ABŞ dolları pul məbləğini Ərizəçi oğluna bağışlamışdır. Daha sonra X6 QSC ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək, Bank qarşısında olan kredit öhdəliklərinin qorunmayan əmanəti ilə əvəzləşdirilməsini xahiş etmişdir. Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış həmin müraciətə ləğv prosesində olan QSC «xxxx» KB tərəfindən 03 iyul 2017-ci il tarixli məktubla cavab verilərək «Banklar haqqında» Azərbaycan Respublika sı Qanunun 82, 78ci maddələrinə istinadla göstərilmişdir ki, 29 iyun 2017-ci il tarixinə 10 iyul 2014-cü il tarixli, 100/00/75445/14 saylı kredit xətti müqaviləsi üzrə 62.092,27 ABŞ dolları, 13.191,53 ABŞ dolları gecikdirilmiş faiz, 234,57 ABŞ dolları faiz borcu məbləğində öhdəliyi mövcuddur. Onun LD********** saylı əmanət müqaviləsi üzrə qorunmayan əmanətinin ləğv prosesində olan «xxxx» KB qarşısında olan kredit öhdəlkləri ilə əvəzləşdirilməsi növbəliyə riayət olunmadan mümkün deyil və «Banklar haqqında» Azərbaycan Respublikası Qanunun 82ci maddəsinin pozulması ilə nəticələnə bilər. İddiaçılar Ərizəçi oğlu və X4 cavabdeh ləğv prosesində olan QSC “xxxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, cavabdehin üzə rinə 10 iyul 2014-cü il tarixli, 100/00/75445/14 saylı kredit müqaviləsi üzrə faizlərin dayandırılması, restruktrizasiyanın edilməsi və 11 iyul 2014-cü il tarixli, 100/00/75445/14 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü olan Ünvan1 saylı mənzilin 08 iyun 2015-ci il tarixli LD********** saylı «Standard» depozit müqaviləsi üzrə mövcud 82.168,76 ABŞ dollar pul vəsaiti ilə əvəzlənməsinə dair öhdəliyin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı X4 ərizə ilə məhkəməyə müraciət edərək, onun 3-cü şəxs statusunda cəlb olunmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı Ərizəçi oğlu iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, (3-cü şəxs qismində Y.Q. olmaqla) QSC Cavabdeh2mersiya Bankı ilə X6 arasında bağlanmış 100/00/75445/14 saylı, 10 iyul 2014-cü il tarixli kredit müqaviləsi və həmin müqaviləyə 15 iyul 2015-ci il tarixli 01 saylı əlavə sazişə əsasən ləğv prosesində olan QSC “xxxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət tarixinə (28 iyun 2017-ci il) mövcud olan 62.092,27 ABŞ dolları, 13.191,53 ABŞ dolları gecikdirilmiş faiz, 234,57 ABŞ dolları faiz borcu, cəmi 75.518,37 ABŞ dolları məbləğində kredit borcunun onun LD********** saylı əmanət müqaviləsi üzrə 82.168,66 ABŞ dolları məbləğində əmanəti ilə əvəzləşdirilməsi, kredit öhdəliyinin təminatı kimi bağlanmış 100/00/75445/14 saylı, 11 iyul 2014-cü il tarixli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, ipoteka predmeti olan Ünvan1 saylı mənzilin ipoteka yüklülüyündən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məh kəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-223/2018 saylı 18 dekabr 2018-ci il tarixli qərardadı ilə iddiaçı X4 hazırki iş üzrə 3-cü şəxs statusunda tanınmış, iş üzrə iddianın «İddiaçı Ərizəçi oğlunun (3-cü şəxs qismində Y.Q. olmaqla) cavabdeh ləğv prosesində olan QSC “xxxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı QSC Cavabdeh2mersiya Bankı ilə X6 arasında bağlanmış 100/00/75445/14 saylı, 10 iyul 2014-cü il tarixli kredit müqaviləsi və həmin müqaviləyə 15 iyul 2015-ci il tarixli 01 saylı əlavə sazişə əsasən ləğv prosesində olan QSC “xxxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət tarixinə (28 iyun 2017-ci il) mövcud olan 62.092,27 ABŞ dolları, 13.191,53 ABŞ dolları gecikdirilmiş faiz, 234,57 ABŞ dolları faiz borcu, cəmi 75.518,37 ABŞ dollar ı məbləğində kredit borcunun onun LD********** saylı əmanət müqaviləsi üzrə 82.168,66 ABŞ dolları məbləğində əmanəti ilə əvəzləşdirilməsi, kredit öhdəliyinin təminatı kimi bağlanmış 100/00/75445/14 saylı, 11 iyul 2014-cü il tarixli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, ipoteka predmeti olan Ünvan1 saylı mənzilin ipoteka yüklülüyündən azad edilməsi barədə qərar qəbul edilməsi» kimi dəyişdirilməsi qəbul edilmişdir. Məhkəmələrin mövqeyi Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-223/2018 saylı 18 dekabr 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, QSC Cavabdeh2mersiya Bankı ilə X6 arasında bağlanmış 100/00/75445/14 saylı, 10 iyul 2014cü il tarixli kredit müqaviləsi və həmin müqaviləyə 15 iyul 2015-ci il tarixli 01 saylı əlavə sazişə əsasə n iddiaçının ləğv prosesində olan QSC “xxxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət tarixinə (28 iyun 2017-ci il) mövcud olan 62.092,27 ABŞ dolları, 13.191,53 ABŞ dolları gecikdirilmiş faiz, 234,57 ABŞ dolları faiz borcu, cəmi 75.518,37 ABŞ dolları məbləğində kredit borcunun onun LD********** saylı əmanət müqaviləsi üzrə 82.168,66 ABŞ dolları məbləğində əmanəti ilə əvəzləşdirilməsi öhdəliyi QSC “xxxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilmiş, 100/00/75445/14 saylı, 10 iyul 2014-cü il tarixli kredit müqaviləsi və həmin müqaviləyə 15 iyul 2015-ci il tarixli 01 saylı əlavə saziş əsasında yaranmış kredit öhdəliyinin təminatı kimi bağlanmış 100/00/75445/14 saylı, 11 iyul 2014-cü il tarixli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilmiş, ipot eka predmeti olan Ünvan1 saylı mənzil ipoteka yüklülüyündən azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-223/2018 saylı 18 dekabr 2018-ci il tarixli qərarından cavabdeh ləğv prosesində olan QSC “xxxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə qanunvericiliyin tələblərinə əsasən (“İpoteka haqqında” Qanunun 48.1 və 48.2-ci maddələri) ipotekanın dövlət qeydiyyatına əsas tərəflər arasında olan ipoteka müqaviləsidir. İpotekaya olan dövlət qeydiyyatının ləğvi də tərəflər arasında olan ipoteka müqaviləsinə qanunvericilikdə müəyyən edilmiş qaydada xitam verilməsi ola bilər. Kassator “Banklar haqqında” Qanunun 78.1, 82-ci maddələrinə, Azərbayca n Respublikası Konstitusiya Məhkəməsi Plenumunun « “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 13.06.2017-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-223/2018 saylı 18 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Ərizəçi oğlu və vəkili Vəkil3 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-223/2018 saylı 18 dekabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ləğv prosesində olan Cavabdeh2 vəkili Vəkil2kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-223/2018 saylı 18 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegi yası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-223/2018 saylı 18 dekabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin mübahisələndirilməyən hallarına görə, QSC Cavabdeh2mersiya Bankı ilə X6 arasında bağlanmış 100/00/75445/14 saylı,10 iyul 2014-cü il tarixli kredit müqaviləsi və həmin müqaviləyə 15 iyul 2015-ci il tarixli 01 saylı əlavə sazişə əsasən iddiaçı C.Ə. Ləğvediciyə müraciət etdiyi 28 iyun 2017-ci il tarixinə cəmi 75.518,37 ABŞ dolları məbləğində kredit öhdəliyi mövcuddur, eyni zamanda iddiaçının LD********** saylı əmanət müqaviləsi üzrə 82.168,66 ABŞ dolları məbləğində əmanəti kreditor tələbi ilə qeydə alınmış, həmçinin QSC Cavabdeh2mersiya Bankı, X6 və X4 («İpoteka qoyan») arasında bağ lanmış 100/00/75445/14 saylı, 11 iyul 2014-cü il tarixli ipoteka müqaviləsinə və 24 iyul 2015-ci il tarixli 01 saylı əlavə sazişə əsasən kredit müqaviləsi üzrə «Borc alanı»ın öhdəliyinin icrasını təmin etmək məqsədilə «İpoteka qoyan» Ünvan1 saylı mənzili «xxxx» qarşısında ipoteka ilə yüklü etmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, bankın iflas prosesinə başlanıldığı vaxtdan keçən müddət ərzində tərəflərdən asılı olmayan səbəblərdən iddiaçının kreditor tələbinin qeydə alındığı növbə üzrə ödənişlərinin həyata keçirilməsinə başlanılmamış, bundan əlavə 100/00/75445/14 saylı kredit müqaviləsi üzrə iddiaçıya faizlərin hesablanması davam etdirilmişdir. İddiaçının tələbi 75.518,37 ABŞ dolları məbləğində kredit borcunun onun LD********** saylı əmanət müqa viləsi üzrə 82.168,66 ABŞ dolları məbləğində əmanəti ilə əvəzləşdirilməsi, kredit öhdəliyinin təminatı kimi bağlanmış 100/00/75445/14 saylı, 11 iyul 2014-cü il tarixli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, ipoteka predmeti olan Ünvan1 saylı mənzilin ipoteka yüklülüyündən azad edilməsidir. Cavabdeh isə «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə istinad edərək bundan imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin həlli zamanı Azərbaycan Respublikası Konstitusiyasının, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın, Mülki Məcəllənin, Mülki Prosessual Məcəllənin, İnzibati Prosessual Məcəllənin, «Banklar haqqında» Azərbaycan Respublikası Qanun unun, “İnzibati icraat haqqında” Qanunun müvafiq müddəalarının tələbləri tətbiq edilməlidir. Belə ki, Mülki Məcəllənin 527.1 -ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 540.1-ci maddəsinə əsasən əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 545-ci maddəsinə əsasən aşağıdakı hallarda öhdəliklərin əvəzləşdirilməsinə yol verilmir: 545.0.1. tələblərin əvəzləşdirilməsi razılaşma yolu ilə əvvəlcədən istisna edilmişsə; 545.0.2. öhdəliyin predmetinə tutmanı yönəltmək olmazsa və ya öhdəliyin predmeti yaşayış vasitəsidirsə; 545.0.3. öhdəlik sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsini nəzərdə tutursa; 545.0.4. digər tərəfin ərizəsi ilə tələbə iddia müddəti tətbiq edilməli olduqda və bu müddət keçdikdə; 545.0.5. alimentlərin tutulması ilə bağlı olduqda; 545.0.6. bu, Azərbaycan Respublikasının və ya bələdiyyənin tələbidirsə; digər tərəfin qarşılıqlı əvəzləşdirmə tələbi hansı orqanın vəsaitindən ödənilməlidirsə, öhdəliyin də həmin orqanın xeyrinə icra edilməli olduğu hallar istisna təşkil edir; 545.0.7. bu Məcəllədə nəzərdə tutulmuş digər hallarda. Bununla yanaşı «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən bu Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərtilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər. Göründüyü kimi müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparılmasının mümkünlüyü qanunvericilikdə nəzərdə tutulmuşdur. Lakin cavabdeh hazırkı iş üzrə iddiaçının öhdəliyinin əvəzləşdirilməsinin «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinin tələblərinə əsasən mümkün olmamasını qeyd edir. Belə ki, «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür: 82.1.2. fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər; 82.1.3. iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər; 82.1.4. iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri; 82.1.5. bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri; 82.1.6. müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri; 82.1.7. bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən çox olmayan müddət üçün büdcəyə məcburi ödənişlər üzrə vergilər və məcburi dövlət sosial sığortası üzrə ödənilməli məbləğlər; 82.1.8. təminatsız kreditorların tələbləri. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, cavabdehin «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə istinad etməklə iddiaçının əvəzləşdirmə hüququnu məhdudlaşdırmaqla bağlı mövqeyi əsassızdır. Belə ki, həm Mülki Məcəllənin 540.1-ci maddəsi, həm «Banklar haqqında» Qanunun 78.1-ci maddəsi müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparılmasının mümkünlüyünü təsbit etmişdir. Qeyd olunmalıdır ki, «Banklar haqqında» Qanunun 78.1-ci maddəsində istinad edilən həmin Qanunun 82.1-ci maddəsi kreditorlar arasında növbəlilik qaydasını müəyyən edən xüsusi normadır. Mülki Məcəllənin 540.1 və 545-ci maddələri isə ümumi normalardır və MM-nin 545-ci maddəsində təsbit edilmiş öhdəliklərin əvəzlə şdirilməsinə yol verilməyən halların arasında hazırkı iş üzrə tələb olunan əvəzləşmə, yəni müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi qeyd olunmayıb. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən 2.5-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Cavabdeh isə MM-nin yuxarıda qeyd olunan normalarının tələblərinin əksinə olaraq «Banklar haqqında» Qanunun 82.1-ci maddəsinə istinad etməklə əsassız olaraq iddiaçının hüquqlarını məhdudlaşdırır. Qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı tələbinin təmin edilməsi ədalətlilik pri nsipi baxımından da əsaslıdır. Belə ki, işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, 100/00/75445/14 saylı kredit müqaviləsi üzrə iddiaçıya faizlərin hesablanması davam etdirilmiş, iddiaçının depozitdə olan əmanəti üzrə faizlərinin hesablanması isə dayandırılmışdır. Belə olan halda, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə borcun ödənilməməsi isə həm kredit müqaviləsi üzrə borcun gecikdirilməsinə görə hesablanmış faizlərin məbləğinin artmasına, həm də 11 iyul 2014-cü il tarixli, 100/00/75445/14 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü olan Ünvan saylı mənzilin satılması ilə nəticələnə bilər. Halbuki, iddiaçıya məxsus əmanət hesabındakı məbləğ iddiaçının banka olan kredit borcunun tamamilə ödənilməsinə kifayət edir, qarşılıqlı əvəzl əşmənin cavabdeh tərəfindən həyata keçirilməməsi isə iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. AR Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Məlumdur ki, hüquqi dövlət quruluşu olan cəmiyyətlərdə mülkiyyət-iqtisadi münasibətləri həmişə hüquqi təminata bağlıdır. Bu öz əksini, yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Konstitusiyasında da tapmışdır. Mülkiyyət toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsi, mülkiyyət hüququnun bütün formalarının bərabərliyi və s. prinsipləri təsbit etməklə Konstitusiya mülkiyyət hüququnun müdafiəsini dövlətimizin ən mühüm vəzifələrindən biri hesab etmişdir. Mülkiyyət hüququnun müdafiəsi dedikdə, bu hüquqların pozulmas ının aradan qaldırılmasına, mülkiyyətçinin pozulmuş hüquqlarının bərpasına və onun hüquqlarının müdafiəsinə yönəldilmiş, mülki qanunvericilikdə nəzərdə tutulan vasitələrin məcmusu başa düşülməlidir. AR Konstitusiyasının 26-cı maddəsinin İ bəndinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin maddənin İİ bəndinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6.1-ci maddəsinə əsasən "Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən…,... məhkəmə tərəfindən işinin... ədalətli... araşdırılması hüququna malikdir" Avropa Məhkəməsi hər zaman demokratik cəmiyyətdə ədalətli məhkəmə araşdırması hü ququnun əhəmiyyətini vurğulamışdır (Airey İrlandiyaya qarşı, § 24; Stanev Bolqarıstana qarşı [BP], § 231). Bu təminat (“ədalətli məhkəmə araşdırması hüququ”) "Konvensiyanın mənasında demokratik cəmiyyətin əsas prinsiplərindən biridir" (Pretto və digərləri İtaliyaya qarşı, § 21). AR Konstitusiyasının 127-ci maddəsinin İİ bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. MPM-nin 8.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Cavabdeh hazırkı iddia tələbinin təmin edilməsi ilə “Banklar h aqqında” qanunun 82.1-ci maddəsinin tələblərininin pozulması ilə nəticələndiyini hesab etsə də, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddia tələbinin təmin edilməsi "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyasında, Azərbaycan Respublikasının Konstitusiyasında, Mülki Prosessual Məcəllədə, “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş qanun qarşısında bərabərlik və ədalətlilik prinsiplərinə, həmçinin MM-nin və “Banklar haqqında” Qanunun müddəalarına uyğundur. Belə ki, «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun Preambulasında göstərilmişdir ki, bu Qanun Azərbaycanda bank sisteminin hüquqi bazasının beynəlxalq Standardlara tam uyğunlaşdırılması, iqtisadiyyatda bank xidmətlərinin rolunun artırılması, bank əmanətçilərinin və kreditorlarının müdafiəsinin gücləndirilməsi və bütövlükdə bank sisteminin stabil və təhlükəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə bankların təşkili, daxili idarə edilməsi, fəaliyyətinin tənzimlənməsi və ləğv edilməsi prinsiplərini, qaydalarını və normalarını müəyyən edir. Göründüyü kimi, «Banklar haqqında» Qanunun əsas məqsədlərindən biri də bank əmanətçilərinin və kreditorlarının müdafiəsinin gücləndirilməsidir. Ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən biri ədalətlilik prinsipidir. İddiaçının bank qarşısında olan həm kreditor həm də debitor kimi çıxış etdiyi təqdirdə öhdəliklərinin icra edilməsinin cavabdeh tərəfindən tələb edilməsi, iddiaçıya məxsus əmanət hesabındakı məbləğin qaytarılmasının qeyri-müəyyən vaxta təxirə salınmaqla iddiaçının kredit müqaviləsi üzrə borcuna görə faizlərin hesablanmasının davam etdirilməsi hazırkı halda ədalətlilik prinsipinə ziddir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxılarkən qanun normasının hərfi mənada qəbul edilməsi yolverilməzdir və qərar qəbul edilərkən mövcud vəziyyət nəzərə alınmalı, qərarın qəbul edilməsi zamanı tərəflərin vəziyyəti obyektiv qiymətləndirilməlidir. İddia tələbinin təmin edilməməsi isə iddiaçının üzərinə həddən artıq yük qoya bilər ki, bu da ədalət prinsipi baxımından yol verilməzdir. MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına mal ik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya ins tansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh ləğv prosesində olan QSC “xxxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-223/2018 saylı 18 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1332/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1332/2019
04.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver