Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1332/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası X3 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: bağ sahəsində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair Ba kı Apelyasiya Məhkəməsinin İK-nın xx xxxxxx 2020-ci il tarixli 2-1(103)-222/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası X3 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiaçının bağ sahəsinə hüquqları qeydiyyat alınmaqla reyestrdən çıxarışın verilməsibarədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 0,12 hektar ölçüdə 34/2246 saylı bağ sah əsinin İddiaçı mülkiyyətinə verilməsi barədə xx xxxxxxx 2005-ci il tarixdə AR DTXK Bakı şəhər şöbəsi tərəfindən JN-4361D (kod ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» verilmişdir. Şəhadətnamədə Bakı Şəhər XDS İK-nın xx xxxxxxxx 1988-ci il tarixli 5/518 saylı qərarına və «Sahil» bağçılıq yoldaşlığının xx xxxxxxx 1988-ci il tarixli 01 saylı protokoluna istinad olunmuşdur. İddiaçı cavabdehə dəfələrlə müraciət edərək onun adına həmin torpaq sahəsinə dair çıxarışın verilməsini tələb etsə də, əvvəlki müraciətlərindən imtina edilmiş, sonuncu müraciətinə cavab verilməmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2314/2019 nömrəli (sədrlik edən hakim Rüstəm Kərimli) qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ mas sivində yerləşən 0,12 ha ölçüdə 34/2246 saylı bağ sahəsində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin mümkün sayılmaması barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-222/2020 nömrəli (hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Cahangir Yusifov) qərarı ilə cavabdeh Azərbaycan Respublikası X3 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 21(82)-2314/2019 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, müvafiq torpaq sahəsinə reyestrdən çıxarış verilməsi ilə bağlı İdarəyə rəsmi müraciət daxil olmamış və bununla bağlı İddiaçı (və ya etibarnamə üzrə nümayəndəsi) tərəfindən İdarəyə hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bu səbəbdən də, Azərbaycan Respublikası X3 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin b ununla bağlı hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyi olmamışdır. Bundan əlavə, müvafiq ünvanda xx xxxxxx 2019-cu il tarixdə İdarənin mütəxəssisləri tərəfindən yoxlama-ölçü işlərinin aparılmış və məlum olmuşdur ki, müvafiq torpaq sahəsinin ölçüsü 1200 kvadrat metr olsa da, faktiki olaraq 1630 kvadrat metrdir və 430 kvadrat metr əlavə torpaq sahəsi zəbt olunmuşdur. Bundan başqa, müvafiq ünvanda yaşayış evi inşa edilmişdir. Həmçinin, göstərilən sahə «Sahil» bağçılıq yoldaşlığının ayrıc aktından kənarda yerləşir. Bundan əlavə, JN-4361D nömrəli, KOD 00306016 nömrəli şəhadətnamə barədə İdarənin elektron kadastr baza məlumatlarında hər hansı məlumat aşkar edilməmişdir. Qeyd olunan səbəblərdən ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)222/2020 nömrəli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-222/2020 n ömrəli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi Çingiz Ağayev məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı dəyi şdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibed ilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-222/2020 saylı qərarla, cavabdeh Azərbaycan Respublikası X3 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)-2314/2019 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1, 4.1, 8.0.7, 10.2, 12.1, 15-ci maddələrinə, «Torpaq islahatı haqqında» Qanunun 9, 10-cu maddələrinə, İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını nəz ərə almaqla iş üzrə qanuni və ədalətli qərar qəbul etmişdir. Məhkəmə kollegiyası cavabdehin verdiyi kasasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin kasasiya şikayəti 6 səhifədən ibarət olsa da, kasasiya şikayətinin 4 səhifəsi müxtəlif maddi və prosessual hüquq normalarının sadalanmasına həsr edilməklə, işin konkret halları ilə əlaqələndirilməmiş, yəni, kasasiya şikayətinin əksər hissəsi sırf formal və deklarativ xarakter daşıyır. Eyni zamanda, cavabdeh kasasiya şikayətində yazır ki, «Müvafiq torpaq sahəsinə reyestrdən çıxarış verilməsi ilə bağlı İdarəyə rəsmi müraciət daxil olmamış və bununla bağlı İddiaçı (və ya etibarnamə üzrə nümayəndəsi) tərəfindən İdarəyə hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir». Bu səbəbdən də, cavabdehin bunu nla bağlı hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyi olmamışdır. Məhkəmə kollegiyası cavabdehin sözügedən mövqeyini formal yanaşma kimi qiymətləndirir və nəticə etibarı ilə bu dəlili əsassız hesab edir, belə ki, işin 5–7-ci səhifələrində Azərbaycan Respublikasının keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iddiaçıya sözügedən torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-4361D, KOD 00306016 saylı şəhadətnamə mövcuddur ki, həmin şəhadətnamə xx xxxxxx 2005-ci il tarixində 7976 nömrə ilə sözügedən Komitənin Bakı şəhər Şöbəsində kitabda qeydiyyata alındığı göstərilmişdir. Belə olan halda cavabdehin digər dəlili, yəni, adıçəkilən şəhadətnamənin «İdarənin elektron kadastr baza məlumatlarında hər hansı məlumat aşkar edilməmişdir» kimi dəlili əsaslı sayıla bilməz, belə ki, Dövl ət Torpaq və Xəritəçəkmə Komitəsi vaxtı ilə ləğv edilərək onun səlahiyyətləri cavabdehin struktur vahidi olduğu X3 Komitəsinə verilmişdir, bu baxımdan bütün məlumatların dürüstlüyünə və dəqiqliyinə iddiaçı deyil, məhz X3 Komitəsi, yəni, cavabdehin yuxarı təşkilatı məsuliyyət daşıyır. Cavabdehin növbəti dəlili ondan ibarətdir ki, «Müvafiq torpaq sahəsinin ölçüsü 1200 kvadrat metr olsa da, faktiki olaraq 1630 kvadrat metrdir və 430 kvadrat metr əlavə torpaq sahəsi zəbt olunmuşdur. Bundan başqa, müvafiq ünvanda yaşayış evi inşa edilmişdir». Məhkəmə kollegiyası cavabdehin bu dəlili də əsassız hesab edir, belə ki, məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası X3 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının məhz 0,12 hektar 34/2246 saylı bağ sahəsinə hüquqları qeydiyyat alınmaqla reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət etmişdir. Digər tərəfdən, iddiaçı məhz həmin bağ sahəsinə, yəni, 34/2246 saylı bağ sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi barədə xx xxxxx 2019-cu il tarixli ərizə ilə X3 Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir (iş səhifəsi 13). Bundan başqa, cavabdehin kasasiya şikayətində də uyğunsuzluq var, belə ki, cavabdeh kasasiya şikayətində «İşin düzgün və ədalətli araşdırılması məqsədi ilə Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsal ma və Arxitektura Komitəsi, Şüvəlan qəsəbə Bələdiyyəsi, Azərbaycan Respublikası X3 Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Azərbaycan Respublikası X3 Komitəsinin yanında X1 X2 məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və məhkəmə tərəfindən ekspertiza keçirilməlidir» göstərdiyi halda, yəni, faktiki olaraq mübahisənin təkrar araşdırılmasını tələb etdiyi halda, kasasiya şikayətinin «xahiş edirik» hissəsində iddiaçının iddiasının təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş edir. Burada məhkəmə kollegiyası xatırladır ki, İnzibati Prosessual Məcəllənin 91-ci maddəsinə görə Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Yəni, cavabdeh hazırkı inzibati mübahisənin təkrarən araşdırılmasını istəyirsə, o zaman onun xahişi düzgün yazılmamışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 0,12 hektar ölçüdə 34/2246 saylı bağ sahəsinin İddiaçı mülkiyyətinə verilməsi barədə xx xxxxxxx 2005-ci il tarixdə AR DTXK Bakı şəhər şöbəsi tərəfindən JN-4361D (kod ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» verilmişdir. Şəhadətnamədə Bakı Şəhər XDS İK-nın xx xxxxxxxx 1988-ci il tarixli 5/518 saylı qərarına və «Sahil» bağçılıq yoldaşlığının xx xxxxxxx 1988-ci il tarixli 01 saylı protokoluna istinad olunmuşdur. Bunun la əlaqədar apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hazırkı məhkəmə icraatında DTXK tərəfindən verilmiş JN4361D (kod ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin ləğv edilməsi və ya etibarsız sayılması barədə heç bir sübut təqdim edilmədiyindən, həmin sənəd mötəbər hesab olunur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 0,12 hektar ölçüdə 34/2246 saylı bağ sahəsi İddiaçı mülkiyyətində olduğundan, onun həmin daşınmaz əmlaka mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmalıdır. Odur ki, cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının hüquqlarının qeydiyyat alınmas ı ilə bağlı hərəkətsizliyi qanuna zidd və onun mülkiyyətçi olaraq hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilir. Bununla bağlı apelyasiya instansiyası məhkəməsi tətbiq etdiyi hüquq normaları da düzgün olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx xxx 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası X3 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyya tından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. «Torpaq islahatı haqqında» A zərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyes trindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələ ri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə d aşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya b ələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılma lıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 21(103)-222/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1332/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1332/2020
17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver